Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


Dil vahidlərinin üslubi imkanları



Yüklə 307,71 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix24.02.2018
ölçüsü307,71 Kb.
#27729
1   2   3   4   5   6   7   8   9   ...   12

Dil vahidlərinin üslubi imkanları 

 

Dil vahidlərinin üslubi imkanları: fonetik, leksik, onomastik

frazeoloji, morfoloji və sintaktik. Üslubi fonetika: səslərin uzan-

ması, qısalması, alliterasiya, assonans, samit səslərin təkrarı, cingil-

tiləşmə, karlaşma, vurğu, heca, ahəng qanunu, sonor samitlərin işlə-

dilməsi, intonasiya. 

Üslubi leksika. Bədii  əsərlərin leksikasını öyrənərkən se-

mantik – üslubi  prinsiplərin  əsas götürülməsi: ümumişlək sözlər, 

dialekt sözləri, terminoloji leksika, danışıq - məişət leksikası, emo-

sional – ekspressiv  leksika, loru leksika, jarqon və arqo leksikası, 

neologizmlər. 

Leksik- semantik söz qruplarının üslubi imkanları. Sinonim-

lərin nitqdə müxtəlif funksiyalar yerinə yetirməsi. Sinonimlərin üs-

lubi imkanları: sözlərin mənasını qüvvətləndirmək, təkrardan qaç-

maq, qarşılıqlı əvəzlənmə. Sinonim cərgələr. Leksik - semantik və 

üslubi sinonimlər. Sinonimlərin seçilməsi. Bədii üslubda sinonim-

lərdən istifadə etmə yolları. 

Antonim və antonimlərin üslubi imkanları. Antonimlərdə əks 

və zidd məna. Antoponimlərin məna növləri: leksik, qrammatik

üslubi. Antonimlərin bədii ifadə vasitəsi kimi işlədilməsi: təzad, 

antiteza, oksimiron. 

Omonimlik və omonimliklə həmhüdud hadisələr. Omonim və 

onimik hadisələrin üslubla əlaqədar işlədilməsi. Omonim və omo-

nimlik hadisələr bədii ifadə vasitəsi kimi. Cinas. 

Təkmənalılıq və çoxmənalılıq. Çoxmənalı sözlərin söz yara-

dıcılığı prosesində rolu. Sözlərin məcazlaşma yolları: metafora , 

metonimiya və sinekdoxa. Çoxmənalı sözlər və obrazlı ifadələr. 

Çoxmənalılıqdan törəyən omonimlər. Çoxmənalılıq və omonimlik. 

Çoxmənalı sözlərin yaranma yolları. 

Üslubi frazeologiya. Frazeologiyanın obyekti. Frazeologiya və 

atalar sözü və hikmətli sözlər, zərb - məsəllər. Frazeologizmlərin 

leksik – semantik xüsusiyyətləri. Bədii  ədəbiyyatda frazeologizm

atalar sözü, zərb – məsəllər və hikmətli sözlərin üslubi əhəmiyyəti. 

 

10




Nitq prosesində frazeologizmlərin olduğu kimi və  dəyiş-

dirilərək işlədilməsi. 

 

 

Üslubi onomastika. Toponimika və antroponimika 



 

Xüsüsi adların üslubi imkanları. Mədəni nitqdə onomastik 

vahidlərin düzgün seçilməsi. Tarixi şəraitlə, insanların sosial müna-

sibətləri və nitq mədəniyyəti ilə əlaqədar xüsusi adların işlədilməsi. 

Xüsusi adların bədii əsərlərdə işlənməsi. Bədii ədəbiyyatda yerli və 

milli koloritin yaranmasında xüsusi adların mövqeyi. 

 

 

Ədəbi dilin sintaktik üslubi vasitələri 



 

Ədəbi dilin üslubi vasitələri dilçilik üslubiyyatının tədqiqat 

obyekti kimi. Ədəbi dilin məcazi - estetik leksik vahidləri. Mə-

cazlar. Məcazın növləri: metafora, epitet, metonimiya, sinekdoxa, 

simvollar, antonomasiya. Məcaz tarixi kateqoriya kimi. 

Antiteza, təcəssüm, anafora və epifora, parçalanma, ellipsis, 

xitablar, ritorik sual - ədəbi dilin sintaktik üslubi vasitələri kimi. 

Sintaktik paralelizm. 

Metafora və metoforikləşmə.Metaforanın müxtəlif yollarla 

əmələ gəlməsi. Metaforanın tipləri. Metonimiya və metafora. Meto-

nimiyanın sabit, umumişlək və obrazlı növləri. Epitet. Təyin və bədii 

təyin. Təyinlərin ümumdil və fərdi – üslubi səciyyəsi.    

Evfemizm və tabu. Evfemizm və tabunun yaranması, işlədil-

məsi və üslubi məqamları. Litota və mübaliğə. Təkrir və  təkrarın 

fərqli cəhətləri, üslubi imkanları. 

 

 



11


Azərbaycan ədəbi dilin funksional üslublar sistemi 

 

Funksional üslublar haqqında. Funksional üslublar tarixi kate-

qoriya kimi. Funksional üslubların yaranmasında dil və ictimai 

amillərin rolu. Azərbaycan ədəbi dilinin üslublarının ilkin formaları 

(XIII - XV) və erkən təkamül (XVI- XVIII) mərhələləri. Klassik və 

xalq üslubu. Danışıq və kitab üslubu. Funksional üslubların  növ-

ləri:  ədəbi danışıq üslubu, bədii üslub, elmi üslub, rəsmi - işgüzar 

üslub, ictimai - publisist üslub və epistolyar üslub. Bədii üslubun 

səciyyəvi xüsusiyyətləri: obrazlılıq, konkretlik, məcazlaşma, söz və 

ifadələrin seçilib işlədilməsi,qrammatik vasitələrdən istifadə. Elmi 

üslub və terminologiya. Rəsmi üslubun xüsusiyyətləri: dəqiqlik, 

konkretlik, standartlıq. Rəsmi sənədlər və onların tərtibi prinsipləri. 

Epistolyar üslubun növləri: ailə - məişət məktubları, dostluq mək-

tubları, rəsmi məktublar, açıq məktublar, intim məktublar. 

 

 

12




ƏDƏBİYYAT 

    


1.

 

Abdullayev  A.A. Nitq mədəniyyəti və natiqlik sənəti, Bakı, 



1973. 

2.

 



Abdullayeva N.Ə., Məmmədov Z.T. Nitq mədəniyyəti məsə-

lələri, Bakı,1998. 

3.

 

Abdullayev N.Ə, Məmmədov Z. Nitq mədəniyyətinin əsas-



ları, Bakı, 2005. 

4.

 



Abdullayeva N.Ə., Məmmədov Z.T. Müəllimin nitq mədə-

niyyəti, Bakı, 2002. 

5.

 

Adilov M.N., Verdiyeva Z.İ., Ağayeva F.M. İzahlı dilçilik 



terminləri.(sorğu lüğəti), Bakı, 1989.  

6.

 



Axundov A.A. Dil və üslub məsələləri, Bakı, 1970. 

7.

 



Axundov A.A. Ümumi dilçilik, Bakı, 1982. 

8.

 



Axundov A.A. Dil və mədəniyyət,  Bakı, 1992. 

9.

 



Ağayeva İ. Bədii və elmi üslub. Bakı, 1988. 

10.


 

Azərbaycan bədii dilin üslubiyyatı (oçerklər), Bakı, 1970 

11.

 

Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1990. 



12.

 

Azərbaycan ədəbi dilinin praktik üslubiyyatı, Bakı, 1992. 



13.

 

Bağırov Ə. Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1985. 



14.

 

Cahangirov M. Milli təşəkkül mərhələsində  ədəbi dilin 



aparıcı üslubları, II hissə, Bakı, 1989. 

15.


 

Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1962. 

16.

 

 Dil mədəniyyəti, Bakı, 1972,1974,1979,1985. 



17.

 

Ədəbiyyatşünaslıq terminləri lüğəti, Bakı, 1988 



18.

 

Əliyev K. Antik dövrün natiqlik sənəti, Bakı, 1983. 



19.

 

Əliyev K. Antik dövrün natiqlik məktəbləri, Bakı, 1985. 



20.

 

Əliyev K. Leksik, frazeoloji və qrammatik vahidlərin nitqdə 



rolu. Bakı, 1991. 

21.


 

Əliyev K. Üslub haqqında söhbət, Bakı, 1991. 

22.

 

Əliyev K. Azərbaycan  ədəbi dilinin üslubiyyat problemləri, 



Bakı, 2001. 

23.


 

Əfəndiyeva T. Azərbaycan dilinin bədii ifadə vasitələri, 

Bakı, 1973. 

 

13




Yüklə 307,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə