Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 307,71 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix24.02.2018
ölçüsü307,71 Kb.
#27729
1   ...   4   5   6   7   8   9   10   11   12

 

Saatlar 

№ 

 

Mövzular 

Mühazirə Seminar

Azərbaycan dili tədrisi metodika-

sının tarixi və metodologiyası 

2s. 2s. 


Azərbaycan dili tədrisi metodika-

sının nəzəri və praktik əhəmiy-

yəti. 

2s. 2s. 


Azərbayacn dili tədrisi metodika-

sını ilk rüşeymləri 

2s. 2s. 

Azərbaycan dili tədrisi metodika-

sının ilk yaradıcıları 

2s. 2s. 


Azərbaycan dili tədrisi metodika-

sının inkişaf qanunauyğunluqları 

2s. 2s. 

Azərbaycan dili tədrisi metodika-

sının tədqiqat metodları 

2s. 2s. 


Metodikanın qohum elmlərlə əla-

qəli inkişaf etməsi 

2s. 2s. 

Metodika üzrə yazılmış yeni elmi 

– metodiki əsərlərin təhlili 

2s. 2s. 


                                                                                       

Cəmi 16 s. 

16 s. 

 

I Azərbaycan dili  tədrisi metodikası elminin tarixinə 



nəzər. 

Bu elm pedaqoji elmlər sistemində özünəməxsus yerə malik-

dir. Azərbaycan dilinin  tədrisi metodikası elmi yarandığı gündən 

sadədən mürəkkəbə doğru inkişaf etmişdir. Məhz bu elmin köməyi 

ilə dil təliminə elmi cəhətdən yiyələnmək mümükündür. 

II Azərbaycan dili tədrisi metodikasına aid dərsliklər və 

dərs vəsaitlərinin yaradıcıları 

Məktəb yaranan gündən ana dili təlimi də yaranmışdır. Azər-

baycan dilinin tədrisi həmin vaxtdan mövcuddur. 

 

48




Bu sahədə  Rəşid bəy  Əfəndiyevin, Həsən Səbri Eyvazovun, 

Məmmədəmin  Şeyxzadənin, görkəmli fıloloqlardan Bəkir Çoban-

zadənin,  Əbdüləzəl Dəmirçizadənin xüsusi xidmətləri olmuşdur. 

Sonrakı mərhələdə metodik vəsaitlər, tövsiyələr də hazırlanmışdır. 



III Azərbaycan dilinin  tədrisi metodikası üzrə ilk meto-

distlər. 

Bu sahədə A.Abdullayev, Ə.Əfəndizadə, B.Əhmədov,  Ə.Fə-

rəcov, Y. Kərimov və başqalarının gördükləri işlər əvəzsizdir. 

İlk proqram və  dərsliklərin yaradılması  və  tədris planında 

özünə yer tutması. 

IV Azərbaycan dili tədrisi metodikasının  inkişaf qanuna-

uyğunl u q l a r ı .  

Köhnəliklə yeniliyin düzgün, şüurlu əlaqələndirilməsi inkişaf 

qanunauyğunluqlarından biridir. Tənqid azadlığı və qohum elmlər-

lə  əlaqədə Azərbaycan dili tədrisi metodika elmini inkişaf etdirən 

qanunauyğunluqlardır. 

Qabaqcıl məktəb müəllimlərinin iş  təcrübəsini ümumiləşdir-

mək əsas inkişaf qanunauyğunluğudur. 

V  Azərbaycan dilinin tədrisi metodikası elminin tədqiqat 

metodları. 

Tədqiqat metodlarını düzgün seçməyin və onlardan yaradıcı-

lıqla istifadənin əhəmiyyəti. Müşahidə, fəal müşahidə, bilavasitə və 

bilvasitə müşahidə. 

Ümumiləşdirmə, qruplaşdırma, sistemləşdirmə. Ümumiləşdir-

mədə obyektivliyin əsas rol oynaması. 

Sınaq və eksperimentlərin dəqiq cavab tapmaqda rolu. Sınaq 

və eksperimentlərə verilən tələblər. 

Seminar məşğələlərinə ayrılan  vaxtda əsas məqsəd mühazirə 

dərslərində öyrənilmiş biliklərin praktik zəmində möhkəmləndiril-

məsi və daha da dərinləşdirilməsi nəzərdə tutulur. 

 

49




ƏDƏBİYYAT 

 

1. Abdullayev A. Azərbaycan dilini tədrisi tarixindən. Bakı, 

“Maarif”, 1966. 

2. Abdullayev A. Orta məktəddə Azərbaycan dilinin tədrisi 

metodikası. “Maarif”, 1978. 

3. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1996. 

4. Axundov A. Ümumi dilçillik. Bakı, 1979. 

5. Balıyev H. Orta məktəbdə Azərbaycan dilinin tədrisi meto-

dikası. Bakı, “Maarif”, 2007. 

6. Dəmirçizadə  Ə. Azəırbaycan  ədəbi dilinin tarixi. Bakı, 

1967. 

7. Əhmədov B. Azərbaycan dili təliminin qanunları, 



prinsipləri və metodları. Bakı, “Maarif”, 2007 

8.

 



 İsmayılova T. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan 

dili tədrisinin inkişaf yolları (XX əsrin 30-90- cı illəri), Bakı, 2005. 

 

50



 

 

 

 

 

 

 

 

 

 

 

 “AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ TARİXİ”  

 fənni üzrə 

 

PROQRAM 

(Magistr hazırlığı üçün)  



 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



51


 

Tərtibçi: 

dos. A.İ. Məmmədova 

 

Rəyçilər: 

f.e.d., prof. S.Ə.Abdullayeva 

p.e.n., b.m. A.Y.Məmmədov 

 

Redaktor:  p.e.n., b.m. A.Y.Məmmədov 



 

                                                                       

 

 



 

 

 



 

 

 



 

 

 



 

52



İzahat vərəqəsi 

 

Azərbaycanda məktəb və  təlim qədim bir tarixə malikdir. 

Azərbaycan dili tarixi Azərbaycan  ədəbi dilinin yarnma tarixi ilə 

bağlıdır. Azərbaycan dilinin tarixini tədqiq etmək, həm ana dilimi-

zin bir tədris fənni kimi keçdiyi yolları, bu məqsəd üçün aparılan 

mübarizələri, məktəb və pedaqoji fikir tarizxizmizi daha dərindən 

öyrənmək üçün zəngin material verir.  

Magistr pilləsində  təhsilini davam etdirən, ilk elmi tədqiqat 

aparan magistrantlar ana dilimizin tədrisi tarixini öyrənməklə keç-

miş  məktəb tariximizi öyrənir. Onlar bununla ilk proqram və  dərs 

vəsaitlərini yazan görkəmli müəllim və metodistlərimizin yaradıcı 

fəaliyyətləri ilə tanış olacaq , bu haqda elmi biliklərə yiyələnəcəklər. 

Proqramda göstərilir ki, XIX əsrin əvvəllərində  tədris, demək 

olar ki, ərəb əlifbasında aparılırdı. Bu əlifbanın çətinliyinə baxma-

yaraq, Azərbaycanın qabaqcıl maarifpərvərləri, ilk  metodist müəl-

limləri Azərbaycan dili dərsləri demiş və bu dilə aid dərs vəsaitləri 

yazmışlar. 

1882 – ci ildə Qori müəllimlər seminariyasını bitirmiş məşhur 

pedaqoq Rəşid bəy Əfəndiyev ilk metodistlərdən olmuş A.O.Çern-

yayevski ilə birgə “Vətən dili” dərsliyi yazmışlar və həmin dərslik-

dən uzun müddət istifadə olunmuşdur. 

Bunun ardınca Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs 

vəsaitləri yazılıb nəşr olunmuşdur. Mirzə Kazımbəyin “Türk- tatar 

dilinin qrammatikası” (1839); Mirzə Şəfi Vazehin “Kitabi - Türki” 

(1852); Lazerin “Lüğəti türki” (1869); N.Nərimanovun “Самоучи-

тель  татарского  языка” (I, II часть), (1902); Ü.Hacıbəyovun 

“Türki – rusi və rusi - türki” lüğəti (1907) və onlarla başqa əsərlər 

haqqında nəzəri biliklər verilir. 

Bütün bu əsərlələ tanışlıq magistrantlara nəzəri bilik verməklə 

yanaşı, həm də onlarda tədqiqatçılıq bacarılqlarının yaranmasına 

kömək edəcək. Mövcud tədris planında 32 saat mühazirə və 16 saat 

seminar məşğələlərinə vaxt ayrılmışdır. 

 

53



Seminar məşğələlərinə ayrılan  vaxtda əsas məqsəd mühazirə 

dərslərində öyrənilmiş biliklərin praktik zəmində möhkəmləndiril-

məsi və daha da dərinləşdirilməsidir.  

Azərbaycan dili tədrisinin keçdiyi inkişaf yolu 

«Azərbaycan dilinin tədrisi tarixi» fənninin tədqiqat obyekti, 

məqsəd və  vəzifələri. Azərbaycan dilinin ümumi təhsil sistemində 

mövqeyi. Azərbaycan dili tədrisinin keçdiyi inkişaf yolları. 

XIX əsrdə Azərbaycanda tədris müəssisələri və ana dili tədri-

sinin vəziyyəti. Mollaxana və mədrəsələrdə təlimin məzmunu. Təd-

risin ərəb və fars dillərində aparılması. 

Mollaxanalarda tədrisin dini mahiyyət daşıması. Dərs vəsait-

lərinin daha çox dini kitablar olması («Çərəkə», farsca lüğət, «Gü-

lüstan», «Bustan», «Cameyi-Abbas», «Tarixi -Nadir» və s.) 

3. Azərbaycan dilinin 1830-1930-cu illərdə tədrisi. 1828-ci il 

Türkmənçay müqaviləsinə  əsasən Azərbaycanın zorla Rusiyanın 

tərkibinə qatılması. Bu hadisənin Azərbaycanda maarif və mədəniy-

yətin inkişafına təsiri. 

1830-cu ildən başlayaraq qəza məktəblərinin açılması. Bu 

məktəblərdə rus və Azərbaycan dilinin tədris olunması. 

1832-ci ildə Abbasqulu ağa Bakıxanovun azərbaycanlılara 

məxsus pansion məktəbi açmaq təşəbbüsü. 

1850-ci illərdən başlayaraq müsəlman məktəbləri adı ilə yara-

dılan məktəblərdə Azərbaycan dilinə üstünlük verilməsi və bu dilin 

tədris planlarına daxil olması. 

İlk Azərbaycan dili dərslik və  dərs vəsaitlərinin yaranması: 

Mirzə Kazım bəy, Mirzə  Şəfi Vazeh, Abbasqulu ağa Bakıxanov, 

Mirzə Əbdülhəsən bəy Vəzirov, Lazar Budaqov, Mirzə Məhəmməd 

Əfşar, A.O.Çernyayevskinin yazdığı dərslik və dərs vəsaitləri. 

1879-cu ildə Qori Müəllimlər Seminariyasında Azərbaycan 

şöbəsinin, 1882-ci ildən başlayaraq Azərbaycanda rus - tatar (mü-

səlman) məktəblərinin və XIX əsrin sonlarına doğru bir sıra şəhər-

lərdə «Üsuli-cədid» məktəblərinin açılması və bunların Azərbaycan 

dili tədrisi tarixində müsbət hadisə olması. 

 

54



Bu dövrdə Azərbaycan dili tədrisi və onu yaxşılaşdırmaq uğ-

runda gedən mübarizələr. Qabaqcıl ziyalıların (M.F.Axundov, H.Zər-

dabi, A.O.Çernyayevski, S.Ə.Şirvani, Rəşid bəy Əfəndiyev. Soltan 

Məcid Qənizadə, C.Məmmədquluzadə. N.Nərimanov, F.Köçərli və 

başqalarının fəaliyyəti. M.F.Axundovun yeni əlifba uğrunda mübari-

zəsi. 


1906-1907-cı illərdə çağırılmış I və II müəllimlər qurultayında 

ana dili tədrisi məsələləri. 

4. Azərbaycan Demokratik Respublikası dövrdə (1918-1920) 

ana dilinin tədrisi vəziyyəti. Azərbaycan dili tədrisinin vəziyyəti və 

onun inkişaf etdirilməsi ilə bağlı görülən işlər. 

Azərbaycan dilinin təlim dili kimi məktəb həyatına daxil 

edilməsi. Yeni yaradılmış vahid əmək məktəblərində Azərbaycan 

dili tədrisinin vəziyyəti. Bu məktəblərdə Azərbaycan dili proqram-

larının əsas tələbləri. Ərəb əlifbasının törətdiyi çətinliklər. Ərəb əlif-

basını latın əlifbası ilə əvəz etmək uğrunda aparılan mübarizələr. 

1925/26-cı  tədris ilindən bütün məktəblərdə latın  əlifbası ilə 

tədrisə keçilməsi. Yazılan ilk Azərbaycan dili dərslikləri və metodik 

vəsaitlər («Türkcə  sərf-nəhv» dərsliyi və B.Çobanzadənin «Türk 

dili və ədəbiyyat üsuli-tədris»») kitabı. 

5. 1930-1970-ci illərdə  məktəblərimizdə Azərbaycan dilinin 

tədrisi vəziyyəti Azərbaycan dili proqramları  və  dərsliklərinin 

yaradılması və onların nəşr  o l u n m a s ı .  

İxtisaslı Azərbaycan dili müəllimləri hazırlığına diqqət.  

1940-cı illərdən Azərbaycan dili tədrisinin nəzəri və praktik 

məsələlərinə müəyyən diqqət yetirilməsi.  İlk elmi axtarışların bü-

növrəsinin qoyulması. 

1950-ci illərdən başlayaraq Azərbaycan dili tədrisi ilə bağlı 

elmi tədqiqatların aparılması və bu məqsədlə ixtisaslı elmi-pedaqoji 

kadrları hazırlığına xüsusi diqqət yetirilməsi. Azərbaycan dili tədrisi 

metodikasının bir elm kimi formalaşmağa başlaması  və sürətlə 

inkişafı. 60-cı illərdən başlayaraq onlarla namizədlik və doktorluq 

dissertasiyalarının yazılması və müdafiə edilməsi. 

 

55




Bu dövrdə Azərbaycan dili təliminin məzmununu müasir tə-

ləblər səviyyəsində yenidən qurmaqla əlaqədar  qazanılan nailiy-

yətlər Azərbaycan dili proqram və dərsliklərini təkmilləşdirmək sa-

həsində görülən işlər. 

1970-ci illərdə Azərbaycan dili proqram və  dərsliklərinin 

əsaslı  şəkildə  təkmilləşdirilməsi, yeni dərslik və  dərs vəsaitlərinin 

yaradılması. 

6. Müstəqil Azərbaycan Respublikası yaradıldıqdan sonra 

doğma dilimizin tədrisi vəziyyəti. 

Müstəqil Respublikamızın dövlət dili kimi Azərbaycan dili 

tədrisi qarşısında duran vəzifələr, proqram və dərsliklərin bu vəzifə-

lərə uyğun yenidən işlənib təkmilləşdirilməsi. Dövlət dilinin təkmil-

ləşdirilməsi, Azərbaycan  əlifbası  və “Azərbaycan dili” gününün 

təsis edilməsi ilə bağlı verilmiş dövlət fərmanları. 



 

Mühazirə üçün aşağıdakı mövzular tövsiyə olunur: 

 

№ 



Mövzular 

Saat 

1  


«Azərbaycan dilinin tədrisi» fənninin 

tədqiqat obyekti, məqsəd və vəzifələri.  

2s 

2   XIX əsrdə Azərbaycanda tədris müəs-



sisələri və ana dili tədrisinin  vəziyyəti

2s 


3   Proqramların tarixi  

2s  


4   Dərsliklərin tarixi  

2s  


5   Metodikanın ilk rüşeymləri  

2s  


6   Azərbaycan dilinin İ830-1920-ci illərdə 

tədrisi


2s  

7   Azərbaycan dilinin 1921-1931-ci illərdə 

tədrisi  

2s  


8   Azərbaycan dilinin 1931-1941-ci illərdə 

tədrisi  

2s  

9   Azərbaycan dilinin 1 941-1 951-ci 



illərdə tədrisi

2s  


 

56



10   Azərbaycan dilinin 1951-1970-ci illərdə 

tədrisi  

2s  

11   Azərbaycan dilinin 1970-1980-cı illərdə 



tədrisi  

2s  


12   Azərbaycan dilinin 1980-1990-cı illərdə 

tədrisi  

2s  

13  Müstəqil  Azərbaycan Respublikası 



yaradıldıqdan sonra   

Azərbaycan dilinin  tədrisi  vəziyyəti 

2s 

14  Azərbaycan  dilinin 1990-2005-ci illərdə



tədrisi vəziyyəti

2 s 


15  Proqram və dərsliklərin yenidən  işlənib 

təkmilləşdirilməsi 

2s 

16  “Azərbaycan Respublikasının  Dövlət 



dili haqqında” Azərbaycan 

Respublikasının Qanunu 

2s 

Cəmi                                                                            32 s. 



 

 

57




ƏDƏBİYYAT 

 

1. Abdullayev  Ə., Seyidov Y., Həsənov A. Müasir 



Azərbaycan dili.Bakı, “Maarif”, 1981. 

2. Abdullayev A. Rus məktəblərində Azərbaycan dili tarixinin 

metodikası, Bakı, 1960. 

3. Abdullayev A. Orta məktəbdə Azərbaycan dilinin tədrisi 

tarixindən, Bakı, 1966. 

4. Alxasov K. Müasir Azərbaycan dilində vasitəsiz nitq. Bakı, 

“Maarif”, 2000. 

5. Azərbaycan Respublikasının təhsil sahəsində  “İslahat 

proqramı”, Bakı, 1999. 

6. Balıyev H. Orta məktəbdə Azərbaycan dilinin tədrisi 

metodikası. Bakı, “Maarif”, 2007. 

7. Əhmədov H. XIX əsr Azərbaycan məktəbi. Bakı, “Maarif”, 

1985. 

8. İsmayılova T. Təlim rus dilində olan məktəblərdə 



Azərbaycan dili tədrisinin inkişaf yolları (XX əsrin 30-90- cı illəri), 

Bakı, 2005. 

9. Mehdizadə M. Azərbaycanda sovet məktəbinin tədrisinə 

dair xülasələr. Bakı, “Azərnəşr”, 1958. 

10.

 

 Xudiyev N. Heydər  Əliyev və Azərbaycan dili. Bakı, 



“Təhsil”, 1997. 

 

 



 

 

 



 

 

 



 

 

 



58


MÜNDƏRİCAT 

 

“Azərbaycan dili və nitq mədəniyyəti”............................................ 

 



“Azərbaycan dilinin tədrisi metodikasi”.......................................... 



 

15 


“Akademik yazi və oxu”..................................................................  

 

25 



“Azərbaycan dilinin müasir problemləri”........................................ 

 

39 



“Azərbaycan dilinin tədrisi metodikasinin tarixi  

və metodologiyasi”.......................................................................... 

 

 

45 



“Azərbaycan dilinin tədrisi tarixi”................................................... 

 

51 



 

 

59




 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Àçÿðáàéúàí Ðåñïóáëèêàñû Òÿùñèë Íàçèðëèéè 

Áàêû Ñëàâéàí Óíèâåðñèòåòè, 

«Êèòàá àëÿìè» Íÿøðèééàò-Ïîëèãðàôèéà Ìÿðêÿçè 

 

60



 

 

61



Document Outline

  • Азярбайъан Республикасы Тящсил Назирлийи

Yüklə 307,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə