Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsi kimi



Yüklə 307,71 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix24.02.2018
ölçüsü307,71 Kb.
#27729
1   2   3   4   5   6   7   8   9   ...   12

Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsi kimi 

 

Dil mədəniyyəti və nitq mədəniyyəti. Dil və nitq. Dil və nitqin 

qarşılıqlı  əlaqəsi. Nitqin milli səciyyəviliyi.  Şifahi və yazılı nitq. 

Monoloq, dialoq və poliloq nitqi, zahiri və daxili nitq, bunların əsas 

xüsusiyyətləri. Nitqin növləri. Nitqin mədəni və qeyri – mədəni 

formaları. Mədəni nitqin məziyyətləri. Mədəni nitq şəxsiyyətin 

səviyyəsinin göstəricisi kimi. Mədəni nitqə verilən tələblər. Nitqin 

kamilliyi. Kamil nitqi xarakterizə edən əsas amillər: 

- Nitqin aydınlığı. Aristotelin nitqin aydınlığını ünsiyyət üçün 

başlıca şərt hesab etməsi. Danışanın nitq obyekti haqqında mükəm-

məl biliyə, məlumata malik olması əsas amil kimi. Nitqin obrazlılığı; 

-  Nitqin yığcamlılığı. Fakt və dəlillərə istinadən işlədilən  hər 

bir sözün əhəmiyyəti dərk edilərək, aydın və sadə cümlələrlə  nitqin 

qurulması; 

- Nitqin təmizilyi. Nitqdə anlaşılmayan  əcnəbi sözlərin, dia-

lektizmlərin, jarqon sözlərin lüzumsuz yerə işlədilməsinə yol veril-

məməsi; 

- Nitqin düzgünlüyü. Fikri çatdırarkən söz və ifadələrin düz-

gün seçilməsi. Dilin fonetik, leksik, qrammatik və s. qayda – qanun-

larına riayət edilməsi;   

- Nitqin zənginliyi. Geniş söz ehtiyatına malik olmaq nitqin 

zənginliyinin əsas meyarı kimi; 

- Nitqin sadəliyi. Nitqin aydın, anlaşıqlı olması, asan qavra-

nılması, qısa,  lakonik ifadə olunması sadə nitqin əsas cəhəti kimi; 

- Nitqin münasibliyi.Nitqin məlumatın mövzusuna, məqamına, 

yerinə, auditoriyaya və s. münasibliyi; 

- Nitqin rabitəliliyi. Hər hansı  məsələ haqqında danışarkən 

müəyyən məntiqi ardıcıllığa riayət edilməsi; 

- Nitqin ifadəliliyi, bədiiliyi və obrazlılığı. Ən müvafiq, üslub 

baxımından ən uğurlu dil vasitəsinin tapıb işlədilməsi. Nitqdə ifadə-

lilik yaradan vasitələrdən : intonasiya (ton, vurğu, pauza və s.), lek-

sik vahidlər (sinonim və antonimlər), frazeoloji birləşmələr, məcazi 

mənalı sözlər, təkrirlər, ritorik fiqurlar   və s. istifadə; 

 

7




- Nitqin dəqiqliyi. Fikrin ifadəsi üçün bilavasitə  tələb olunan 

dil vasitələrinin ( sözün, ifadənin, cümlənin) tapılması; 

- Nitqin məntiqiliyi. Məntiqilik sadəlik, münasiblik kimi  nitq 

keyfiyyətlərinin formalaşmasının bazası kimi. Nitqdə cümlələrin 

bir-biri ilə bağlılığı. Nitqin konkretliyi. Yığcam nitqə verilən tələblər; 

- Nitqin səlisliyi və ahəngdarlığı. Fikrin çatdırılmasında nitqin 

səlisliyi və ahəngdarlığının rolu; 

- Nitqin səmimiliyi. Nitqin həyat həqiqətləri və real hadisələr 

əsasında qurulması, xalq dilindən, danışıq ifadələrindən geniş isti-

fadə edilməsi. Nitqin xəlqi olması.  



 

Nitq mədəniyyəti və norma 

 

Şifahi nitqin əsas xüsusiyyətləri. Yazılı nitqin əsas əlamətləri. 



Norma və normalaşma nitq mədəniyyətinin tədqiqat obyekti kimi. 

Nitq mədəniyyətinin ədəbi dil normalarının tənzimlənməsində rolu. 

«Norma» termininin dilçilikdə işlədilməsi. Ədəbi dil və nitq norma-

ları. Müasir Azərbaycan  ədəbi dilinin normaları: fonetik, leksik, 

qrammatik normalar. Normativ sabitlik. Norma və variantlılıq. Nor-

manın dil sistemində yeri. Norma tarixi kateqoriya kimi. Normanın 

formalaşma tarixi. Ədəbi dil normalarının şüurlu şəkildə sistemləş-

dirilməsi: dəyər, seçmə  və reallaşdırılmanın möhkəmləndirilməsi. 

Normanın obyektivliyi. Norma və kodifikasiya. 

   


Nitq mədəniyyəti, orfoqrafik  və orfoepik normalar 

 

Ədəbi dil normalarının məktəb, mətbuat və kütləvi infor-



masiya vasitələrində möhkəmləndirilməsi. Orfoqrafik normalar. Or-

foepik normalar. Orfoqrafik və orfoepik qaydalara düzgün əməl 

edilməsi. Bu qaydaların məktəb və kütləvi informasiya vasitələrində 

yayılması. Nitq mədəniyyətinin möhkəmləndirilməsində bədii, elmi 

və  tərcümə  ədəbiyyatının  əhəmiyyəti. Orfoqrafik normalar yazı 

mədəniyyətinin  əsas göstəricisi kimi. Orfoepik  normaların  şifahi 

nitqdə rolu. Ədəbi tələffüz normaları. 

 

8




                    

Ünsiyyət mədəniyyəti, danışıq etikası və müraciət formaları 

 

Etika və etiket anlayışı, etikanın spesifik cəhətləri. Danışıq eti-

kasının norma sistemi. Danışıq normasının komponentləri: müraciət 

qaydaları, şad və qəmli xəbərlər. Nitqi dinləmə qabiliyyətinə malik 

olmaq. Diskussiya mədəniyyəti. Söhbətəqoşulma qaydaları, verilən 

suala cavab qaydaları. Mimika və jestdən istifadə qaydaları. Mədəni 

ünsiyyətin sual - cavab formaları. Dialoq mədəni müraciət forması 

kimi. Müraciətin yaşa, vəzifə və münasibətə görə formaları. Müra-

ciət formalarından düzgün istifadə olunması. 

 

 

Nitq mədəniyyəti ilə üslubiyyatın qarşılıqlı əlaqəsi 

 

Nitq mədəniyyəti və üslubiyyatın öyrənilməsinin ifadəli da-

nışıq və düzgün yazı vərdişləri qazanılmasında mühüm əhəmiyyəti. 

Nitq mədəniyyəti və üslubiyyatın  bir-biri  ilə  qarşılıqlı    əlaqədə 

olması,  bir - birindən  fərqli xüsusiyyətləri. 

 

Dil və nitq üslubları 



 

Dil və nitq üslubları tarixi kateqoriya kimi. Dilin ayrı-ayrı 

elementlərinin mətndəki funksiyası. Nitq üslubları funksional üslub-

ların tərkib hissəsi kimi. Dil üslubunun əsas funksiyalarına uyğun 

diferensiallaşması. Nitq üslubu nitqin təzahürü kimi. Dil və nitq 

üslublarının bir-biri ilə qarşılıqlı əlaqəsi və fərqləri. Üslubi normalar 

sistemi. Uslubi normaların əsas ölçü vahidiləri: düzgünlük, dəqiqlik, 

məntiqilik, ardıcıllıq, və estetiklik. Üslubi normaların fərqləndirici 

cəhətləri. Üslubi normaların üslubun üç əsas parametrinə uyğunluğu.  

Nitqdə üslubi artıqlıq və çatışmazlıq.   Nitqdə üslubi artıqlıq 

və çatışmazlığın səbəbləri.  

 

 

9




Yüklə 307,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə