Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 307,71 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix24.02.2018
ölçüsü307,71 Kb.
#27729
1   2   3   4   5   6   7   8   9   ...   12

3.

 

Mətn (söyləm və onun əsas  əlamətləri, mətnin mövzusu, 



mətndə ifadə olunan əsas fikir, mətnin hissələri və onların arasın-

dakı əlaqə, mətndə məna bütövlüyü haqqında anlayışın yaradılması. 

Mətni təhlil etmək, onun hansı nitq üslubunda və hansı tip 

nitqinə (təsviri, nəqletmə və ya mühakimə) aid olduğunu müəyyən-

ləşdirmək üzrə; mətni hissələrə ayırmaq, bu hissələr arasındakı bağ-

lılığı, onda ifadə olunan əsas fikri izah etməyi və onun planını tərtib 

etməyi bacarmaq üzrə aparılan işlər. 

Rabitəli nitqin inkişafında istifadə olunan iş növləri. Rabitəli 

nitq təlimində ifadə  və inşaların rolu. İfadə  və inşaların növləri, 

onların aparılması üsulu. Qrammatik ifadə  və inşaların spesifikası, 

yaradıcı nitq üçün bunun əhəmiyyəti. 

Üslubiyyat üzrə görüləcək işlərin məzmunu və  əhəmiyyəti. 

Dilin leksik üslubi imkanları üzərində aparılan işlər. Leksika və söz 

yaradıcılığı ilə əlaqədə üslubiyyat işlərinin məzmunu. Morfologiya 

və sintaksisin tədrisi ilə əlaqədar üslubiyyat üzrə işlərin məzmunu. 

Leksik və qrammatik üslubiyyat üzrə aparılan işlərin ədəbiy-

yat dərsləri və sinifdənxaric, məktəbdənkənar işlərlə möhkəmlən-

dirilməsi. Nitqdə ən çox istifadə edilən bədii təsvir vasitələri ilə iş. 

Nitqə verilən başlıca üslubi tələblər. Nitq üslubları anlayışı: elmi, 

rəsmi, bədii, publisistik, məişət üslubları haqqında elementar məlu-

matların verilməsi və bunların praktik şəkildə mənimsədilməsi yol-

ları. X siniflərdə  “Nitq mədəniyyəti” bölməsinin tədrisi 



 

VI. Azərbaycan dilindən məktəb kursunun əsas 

bölmələrinin tədrisi metodikası 

 

Azərbaycan dilindən məktəb kursunun məzmun və quruluşuna 

verilən  əsas tələblər. Azərbyacan dilindən məktəb kursunun əsas 

sistemi, kursun əsas bölmələri.  



Fonetika təlimi . Fonetika üzrə  məktəb kursunun məzmunu 

və  təlim vəzifələri. Fonetika təliminin linqvistik əsasları. Fonetik 

bilik və  vərdişlərin orfoepik və orfoqrafik normaların mənimsədil-

məsində rolu. Ən əsas fonetik məfhumlar; danışıq səslərinin tədrisi, 

 

22



bununla  əlaqədar orfoepik və orfoqrafik bilik, bacarıq və  vərdiş-

lərin inkişaf etdirilməsi; heca, sözün sətirdən-sətrə keçirilməsi qay-

daları, vurğu, ahəng qanunu və s. mənimsədilməsi üzərində iş; mək-

təb kursunun digər bölmələrinin fonetika ilə əlaqədar tədrisi. 



Leksikologiya üzrə    məktəb kursunun məzmunu və  təlim 

vəzifələri.  Leksikologiya təliminin linqvistik əsasları. Leksik bilik 

və vərdişlərin ədəbi nitq normalarının (qrammatik, orfoepik, orfoq-

rafik, leksik, üslubi normalar) mənimsədilməsində rolu. Ən  əsas 

leksik məlumatlar: Sözün leksik və qrammatik mənası, sözün həqiqi 

və məcazi mənası, təkmənalı və çoxmənalı sözlər, omonim və omo-

nimik formalar, sinonimlər, antonimlər, bunlardan istifadə qayda-

ları. Leksika və frazeologiyanın məktəb kursunun digər bölmələri 

ilə əlaqəsi. Leksika təlimində fənlərarası əlaqə. 



Morfologiya təliminin əsas məsələləri.  Söz yaradıcılığı böl-

məsi üzrə ən əsas məfhumların (kök, şəkilçi, sözdüzəldici və sözdə-

yişdirici şəkilçilər). Sözün başlanğıc forması, eyniköklü sözlər və s. 

Sadə, düzəltmə və mürəkkəb sözlər.  

Morfologiya üzrə məktəb kursunun məzmunu və təlim vəzifə-

ləri. Nitq hissələrinin təlimi. Ən mühüm morfoloji məlumatlar (nitq 

hissəsi, əsas və köməkçi nitq hissələri) və onların mənimsədilməsi 

üzərində  iş. Morfologiya üzrə verilmiş bilik və  vərdişlərin  ədəbi 

nitq normalarının (sintaktik, leksik, orfoqrafik, orfoepik, üslubi nor-

maların) mənimsədilməsində rolu. Məktəb kursunun digər bölmələ-

rinin morfologiya ilə  əlaqəli tədrisi. Morfologiya təlimində  fənlər-

arası əlaqə. 



Sintaksis və durğu işarələri təlimi. 

Sintaksis və durğu işarələri təliminin tədqiqinə dair.  



Sintaksis təlimi. Sintaksis üzrə  məktəb kursunun əsas vəzi-

fələri. Ən mühüm sintaktik məfhumlar (cümlə, söz birləşməsi, sin-

taktik  əlaqələr, cümlə üzvü, baş  və ikinci dərəcəli üzvlər; sadə 

cümlə, mürəkkəb cümlə, tabeli mürəkkəb cümlə - baş  və budaq 

cümlə, həmcins üzv, əlavə, xüsusiləşmə, xutab, ara szölər, vasitəli 

və vasitəsiz nitq və s.) aid mövzuların mənimsədilməsi üzrə  iş. 

Sintaksis üzrə verilmiş bilik və vərdişlərin ədəbi nitq normalarının 

 

23




(morfoloji, leksik, orfoepik, orfoqrafik, durğu işarələri, qrammatik-

üslubi normalar) mənimsədilməsində rolu. Sintaksis bəhsində into-

nasiya üzrə aparılacaq işlərin məzmunu. Məktəb kursunun digər 

bölmələrinin sintaksislə əlaqəli tədrisi. Sintaksisin tədrisində fənlər-

arası əlaqə. 

Durğu işarələri təlimi. Düzgün yazı təlimində durğu işarələ-

rinin rolu, yeri və əhəmiyyəti. Durğu işarələri təliminində sintaktik 

biliklərin rolu. Durğu işarələrinin təliminin prinsipləri: semantik-

qrammatik prinsip durğu işarələri təliminin  əsası kimi; durğu 

işarələrinin ifadəli oxu ilə  əlaqəli tədrisi prinsipi. Durğu işarələri 

təlimində istifadə olunan iş növləri. 



 

VII. Azərbaycan dilinin tədrisi metodikasından praktik-

seminar məşğələlər 

 

Seminar xarakterli məşğələlər: Azərbaycan dili tədrisi metodi-

kası elmi. Bu elmin inkişaf qanunauyğunluqları və tədqiqat metod-

ları. Azərbaycan dili təliminin qanunları, prinsip və tələbləri. Azər-

baycan dili dərslərində istifadə edilən metod, priyom və vasitələr. 

Orfoqrafiya təlimi. Nitq inkişafı  və üslubiyyat üzrə aparılan işlər. 

Sırf praktik məşğələ: mövcud proqram və dərsliklərin təhlili. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



24


Yüklə 307,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə