Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti



Yüklə 307,71 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix24.02.2018
ölçüsü307,71 Kb.
#27729
1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

 

 

 

 

 

 

 

 

 “AKADEMİK YAZI VƏ OXU”   

fənni üzrə 

 

P R O Q R A M 

(Bakalavr hazırlığı üçün) 



 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



                                                                       

 

 



 

25



 

Tərtibçi: 

p.e.n., dos. S. H.Məmmədli 



 

Rəyçilər: 

p.e.n., b.m. A.G.Məmmədov 

p.e.n., dos.  A.İ.Məmmədova 

 

Redaktor:     f.e.d., prof.  S.Ə.Abdullayeva 

 

 

          

 

 



 

 

                                               



  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

26




 

İzahat vərəqəsi  

 

Milli müstəqillik yolunda inamla irəliləyən xalqımız bütün 



sferalarda olduğu kimi, mədəni həyatda da müəyyən irəliləyişlər 

əldə etməkdədir. Xüsusilə millətin “mənəvi diriliyi” olan ana dili 

Azərbaycan Respublikasının dövlət dili kimi öz inkişafının yüksək 

mərhələsinə qədəm qoyub. Ana dilinin inkişafı öz növbəsində onun 

ifadə formalarından biri kimi oxunun və bəşər tarixinin ən mühüm 

kəşflərindən biri olan yazının da getdicə təkmilləşməsinə və inkişa-

fına təkan verir. Dünya dövlətlərinin qarşılıqlı inteqrasiyası, qlobal-

laşma, təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması siyasəti 

“qanadlı sözlər”i əsir etmiş yazının və onun ifadə vasitəsi olan oxu-

nun beynəlxalq statusunu getdikcə artırır.Bunun nəticəsidir ki, aka-

demik yazı və oxu anlayışları daha çox aktuallıq kəsb etməyə başla-

yıb və müəyyən ali məktəblərdə öyrədilməsi vacib olan tədris fən-

ninə çevrilib.  

Məsələnin vacibliyini nəzərə alan Bakı Slavyan Universiteti 

müəyyən fakültələrdə “Akademik yazı  və oxu» fənnini tədris pla-

nına daxil edib. “Akademik yazı və oxu “ fənni özünəməxsus dili və 

forması olan  inteqrativ bir fəndir. Bu fənn tələbələrin dil sahəsində 

əldə etdikləri bilik,bacarıq və  vərdişlər sisteminə söykənən yeni 

praktik iş sistemidir. Kursun tədrisinin yekunu olaraq tələbər bey-

nəlxalq tələblərə cavab verən müxtəlif üslublu yazı və oxu vərdiş-

lərinə yiyələnirlər.  

Akademik yazı  və oxu proqramının məzmununu üç başlıca 

komponent təşkil edir: akademik yazı, akademik oxu və akademik 

yazı və oxuda üslub problemi. 

Mövcud proqram faktiki ayrılmış  dərs saatlarının miqdarına 

nəzərən tərtib edilmişdir.Proqramda BSU tələbələri üçün proqram 

materiallarının 120 saatlıq nümunəvi planlaşdırılması da öz əksini 

tapır. 


        

 

 



27


Proqramın məzmunu 

 

1.Akademik yazı. 

 “Akademik yazı və oxu “ praktik fənn kimi . 

Akademik yazı və oxu praktik  fənn olaraq tələbələrdə nümu-

nəvi yazı, oxu bacarıq və  vərdişlərinin formalaşdırmağın yüksək 

mərhələsidir. 



 

Orfoqrafiya təlimində savadlı yazı problemi 

 

Sözün səs tərkibinin hərflərlə ifadə olunması, hərfburaxma,  

hərfartırma, hərfdəyişmə, sözün sətirdən sətirə keçirilməsi.Yazıda    

böyük və kiçik hərflər.Sözlərin ayrı, bitişik və defislə yazılması. Bə-

zi alınma sözlərin müxtəlif hallara və mənsubiyyətə görə dəyişilmə-

sinin yazıda nəzərə alınması.Yazıda söz, söz birləşməsi və cümlə 

məsələsi. Cümlədə sözlərin sıralanması. Yazı qaydalarında durğu 

işarələrinin yeri,onlardan düzgün istifadə edilməsi. 

                             

Azərbaycan dili orfoqrafiyasının prinsipləri 

Fonetik prinsip. Bəzi sözlərin yazılışının tələffüzə əsaslan-

ması, sözün deyildiyi kimi yazılması. 



Morfoloji prinsip. Sözün tələffüz olunduğu kimi deyil, vahid 

yazılış qaydasına əməl edilərək yazılması. 



Tarixi -ənənəvi prinsip.Tələffüzdən asılı olmayaraq sözün 

ənənəvi qaydada yazılması. Yazılışı çətin sözlər üzərində iş. 

 

Sadə yazı vərdişlərini formalaşdıran  

iş növləri 

Əzbər yazılar.Çətin orfoqramlı müxtəlif şeirlərin, nəsr parçala-

rının, monoloqların yaddaş üzrə yazılması.  

Müxtəlif xarakterli imla yazılarının aparılması. Öyrədici imla-

lar: xəbərdarlıqlı, izahlı, kommentarili, seçmə, lüğət üzrə imlalar. 

Düzgün yazı vərdişlərinin yoxlanması, yoxlama imla. 

 

 

28




Fikrin sərbəst yazılı ifadəsinin mərhələləri 

 

Yazıya hazırlıq, planlaşdırma: giriş, əsas hissə və nəticə. Girişin 

hazırlanması, ilk cümlə problemi. Əsas mərhələyə keçidə hazırlıq. 

Yazının əsas mərhələsi, abzasda fikrin ifadəsinə verilən tələb-

lər: ardıcıllıq, məntiqilik. Abzasda ilk cümlə, nəticəyə keçidə hazır-

lıq.  


Yazının yekun mərhələsi, nəticə. Fikri ümumiləşdirmənin apa-

rılması. Yazının bütövlüyünün, tamlığının təmini, son abzasda ilk 

cümlə, yazıya yekun vurulması. 

 

Yaradıcı yazılar.Yaradıcı yazıda janrlar 



      

Nəqletmə yazı növü. Şəxsi təcrübələrin, iştirakçısı olduğu 

hadisələrin, oxuduğu və öyrəndiyinin nəqletmə yolu ilə yazısı. Bu 

zaman yazı  mərhələlərinin nəzərə alınması. 

Praktik iş.Səhvlərin təshihi. 



Təsviri yazı növü. Təkəşyalı və seriya şəkillər, kinofilmlər və 

tamaşalar üzrə fikrin təsviri yazısı. Bu zaman yazının mərhələlərinin 

nəzərə alınması. 

Praktik iş.Səhvlərin təshihi. 



İnformativ yazı növü. Təqdim olunmuş informasiyaların ya-

zılı şərhi, fakt və sübutlardan istifadə. Yazı prosesində informasiya-

ya uyğun mühakimə. Yazı mərhələlərinin nəzərə alınması. 

Praktik iş.Səhvlərin təshihi. 



Sərbəst mövzulu yazı növü- esselər (Müəyyən mövzudakı 

fərdi təəssüratları, mülahizələri şərh edən sərbəst kompozisiyalı 

kiçik nəsr əsəri). Belə yazı fikrin   sərbəst  ifadəsinin yüksək mər-

hələsi kimi. 

Esse yazıda mərhələlərin nəzərə alınması. Yazıdan  əvvəlki 

mərhələ, planın tərtibi. Giriş hissə. Girişdə ilk cümlə, abzasın ta-

mamlanması. 

Essenin əsas hissəsi, mövzunun əhatələnməsi. Yazıda ardıcıl-

lıq və məntiqiliyin  gözlənilməsi. 

 

29




Yüklə 307,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə