Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki slavyan universiteti


I. Azərbaycan dili tədrisi metodikası elm kimi



Yüklə 307,71 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix24.02.2018
ölçüsü307,71 Kb.
#27729
1   2   3   4   5   6   7   8   9   ...   12

I. Azərbaycan dili tədrisi metodikası elm kimi 

 

Azərbaycan dili tədrisi metodikası elminin predmeti və qarşı-

sında duran vəzifələr. Azərbaycan dili tədrisi metodikası  elminin 

keçdiyi inkişaf yolu. Azərbaycan dili tədrisi metodikası elminin nə-

zəri əsasları və başqa elmlərlə əlaqəsi. Azərbaycan dili tədrisi meto-

dikası elminin tədqiqat metodları.  

 

II. Azərbaycan dili təliminin qanunları, prinsipləri, 

metodları, priyom və vasitələri  

 

Ana dili təlimini qanunlarının müəyyənləşdirməyin zəruriliyi 

və bu sahədə aparılan tədqiqatların nəticələri. 

Ana dili təliminin qanunları və metodik prinsipləri. Ana dilinin 

təfəkkürlə dilin vəhdəti və mübarizəsi  əsasında mənimsədilməsi 

qanunu. Bu qanundan doğan metidik prinsiplər. Ana dili dərslərində 

anlayışların uyğunlaşması, qarşılaşdırılması  və qarışması, yaxud 

interferensiyası qanunu. Bu qanundan doğan prinsip və tələblər. 

Azərbaycan dili dərslərində  ən çox istifadə edilən metod və 

priyomlar. Metod sözünün mənası. Elmi tədqiqat və təlim metodları 

anlayışı. Metod və priyomlar, onları səciyyələndirən və fərqləndirən 

əsas əlamətlər. Vasitə, iş növü, yol, üsul və s. anlayışlar haqqında. 

Təlim metodlarını düzgün seçməyin  əsas  şərtləri. Metodik ədəbiy-

yatda təlim metodlarının təsnifi və şərti qrupları. 

a) Dilin nəzəri cəhətdən öyrənilməsinə xidmət edən metod və 

priyomlar (müşahidə, müəllimin sözü, müqayisə, induksiya və de-

duksiya, dərsliklərlə nəzəri iş və s.); b)dili praktiki yolla öyrənməyə 

xidmət edən metod və priyomlar (məktəb və ailədə vahid nitq reji-

mi, nitq qüsurlarının praktik islahi, şagirdlərə şeir, nəsr parçaları əz-

bərlətmək, sinifdənxaric oxunun təşkili və s.); c) Dili nəzəri-praktik 

cəhətdən öyrənməyə xidmət edən tətbiqi və ya yoxlama metod və 

priyomlar (çalışma üzərində  iş, linqvistik təhlil: fonetik, leksik, 

morfoloji, sintaktik, üslubi, orfoqrafik təhlil, dil faktları üzərində 

müşahidə, yoxlama yazılar, linqvistik eksperimentlər, alqoritimlər 

 

19



və s. Azərbaycan dilindən sinifdənxaric və məktəbdənkənar işlərin 

təşkili metodikası. Azərbaycan dilindən metodik işlər. 

 

 

III. Azərbaycan dili dərslərinin quruluşu və təşkilinə 



verilən tələblər 

 

Azərbaycan dili tədrisinin məqsəd və vəzifələri. Təlimin ümu-

mi sistemində Azərbaycan dili təliminin bir tədris fənni kimi möv-

qeyi. Azərbaycan dili təliminin qarşısında duran ümumi və konkret 

didaktik vəzifələr.  Şagirdlərin nitq mədəniyyətini inkişaf etdirmək 

Azərbaycan dili təliminin qarşısında duran əsas məqsəd kimi. Şa-

girdlərin dünyagörüşünün və təfəkkürünün inkişafında Azərbaycan 

dili dərslərinin rolu. Azərbaycan dili dərslərinə verilən müasir tələb-

lər. Azərbaycan dili proqramları və dərslikləri; onların inkişaf yolu 

haqqında qısa tarixi xülasə. Mövcud Azərbaycan dili proqram və 

dərslikləri, onların əsas xüsusiyyətləri haqqında. 

Azərbaycan dili dərslərinin planlaşdırılması  və bunun Azər-

baycan dili dərslərinin təşkilində rolu. İllik, rüblik planlar, icmal və 

konspekt. 

Qarşıya qoyulmuş  əsas məqsədə görə Azərbaycan dili dərs-

lərinin tipləri və formaları. Yeni bilik verən dərslər, bu dərslərin qu-

ruluşu; bilikləri möhkəmləndirən və vərdişləri inkişaf etdirən dərs-

lər; belə dərslərin quruluşu. Təkrar və yoxlama, yaxud tədbiqi dərs-

lərin formaları və quruluşu; bu dərslərdə qarşıya qoyulmuş məqsə-

din həyata keçirilməsi üçün müxtəlif iş növlərindən istifadə (proq-

ramlaşdırılmış yoxlama ilə birləşdirilmiş  dərslər; yoxlama imla 

dərslərinin quruluşu. İfadə, inşa və səhvlər üzərində iş dərsləri). 

 

IV. Orfoqrafiya təlimi 

 

Orfoqrafiya üzrə  məktəb kursunun məzmunu və  təlim vəzi-

fələri. Orfoqrafiya təliminin əsasları; Azərbaycan dili orfoqrafiyası 

tarixinə dair. Azərbaycan dili orfoqrafiyasının təlim prinsipləri: 

 

20



orfoqrafiya ilə orfoepiyanın  əlaqəli tədrisi başlıca metodik prinsip 

kimi. Morfemlərin yazılışı ilə  tələffüzünün qarşılıqlı  mənimsədil-

məsi prinsipi; morfemlərin yazılışı ilə mənasının qarşılıqlı mənim-

sədilməsi prinsipi. Orfoqrafiya təlimində istifadə edilən iş növləri  

və vasitələri.  İmla və onun növləri, öyrədici imlalar: izahlı, xəbər-

darlıqlı, kommentariyalı imlalar, əzbər yazı, seçmə imla, lüğət üzrə 

imla, orfoqrafik çalışmalar. Yazı işindəki səhvlərin hesaba alınması 

və təshihi yolları. 

 

V. Azərbaycan dili dərslərində nitq inkişafı və üslubiyyat 

üzrə görüləcək işlərin  məzmunu və təşkili metodikası 

 

Azərbaycan dili dərslərində nitq inkişafı üzrə görüləcək işlərin 



məzmunu və əsas istiqamətləri, nitq inkişafı üzrə işlərin tədqiqi.  

Azərbaycan dili drəslərində lüğət ehtiyatının zənginləşdiril-

məsi üzrə aparılan işlər. Lüğətin genişləndirilməsi, təmizliyi və fəal-

laşdırılması üzrə işlər. Mənası çətin sözlərlər iş. Şagirdin nitqinə nə-

zarət və leksik çalışmalar. 

Ədəbi tələffüz və ifadəli oxu üzrə görülən işlər. Orfoqrafiya 

və intonasiya normalarının öyrədilməsi. Şagirdin tələffüzü və oxusu 

üzərində  fəal nəzarət. Orfoepik təhlillər və çalışmalar. Orfoepik 

rejim. 

Cümlə qurmaq vərdişlərinin inkişafı üzrə aparılan işlər. Söz 



yaradıcılığı  və qrammatik (morfoloji və sintaktik) normaların mə-

nimsədilməsi üzrə işlər. Fonetika, leksika, söz yaradıcılığı və qram-

matika təlimi zamanı cümlə qurmaq texnikasını öyrətmək və çalış-

malarla möhkəmləndirmək. 

Rabitəli nitq təliminin məzmunu və  vəzifələri. Rabitəli nitq 

anlayışı və ona verilən əsas tələblər. 

Rabitəli nitq təliminin nəzəri əsaslarını təşkil edən anlayışlar. 

1.

 



Nitq üslubları anlayışlarının yaradılması 

2.

 



Nitqin funksional məna tipləri – təsvir, nəqletmə və müha-

kimə haqqında anlayışın yaradılması. 

 

21



Yüklə 307,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə