Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə25/190
tarix29.09.2017
ölçüsü5,13 Mb.
#2399
1   ...   21   22   23   24   25   26   27   28   ...   190

Pulun  

diktaturası 

 

 



68 

2.

 



Böyük yeddilik (Beşlik qrupu üstəlik Kanada və İtaliya) 

Rusiya il

ə  birlikdə  Böyük səkkizlik, lakin iqtisadi problemlər 

Böyük s


əkkizliyin ixtiyarında (sərəncamında) qalır. 

3.

 



Onluq qrupu (kreditl

ər haqqında Ümumi Sazişləri imzala-

yan ölk

ələr  –  Böyük yeddilik, Belçika, Niderland və  İsveç, 



h

əmçinin İsveçrə. Deməli, real olaraq, on yox, on bir). 

4.

 

İşçi qrupu 3 (WP3) (İƏİT-in İqtisadi Əməkdaşlıq və İnki-



şaf  Təşkilatının  iqtisadi  siyasətinin bir hissəsi), onun tərkibi 

Onluq qrupunun t

ərkibi ilə üst-üstə düşür. 

Avropa  Şurasının  qərarlarının  qəbul edildiyi ən mühüm 

m

ərkəzlərin bu siyahıya əlavə edilməsi lazımdır, lakin öz ma-



hiyy

ətinə və funksiyalarına görə o, hökumətlərarası instansiya-

larla 

əlaqədar xüsusi yer tutur və onlarla dəqiq müqayisəyə mə-



ruz qalmır

1



Son ill

ər dünya iqtisadiyyatında sənaye cəhətdən inkişaf et-

miş 20 ən böyük dövlət mühüm rol oynayır. Vikipediya – azad 

ensiklopediya  materiallarına  görə  “Böyük 20-lər”in (G20), yəni 

iyirmil

ər qrupu (rəsmi adı: ingiliscə Group of Twenty Finance Mi-



nisters and Central Bank Governors) -  20 dövl

ətin (Avstraliya, 

Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Avro

pa İttifaqı, 

Hindistan,  İndoneziya,  İtaliya,  Kanada, Çin, Meksika, Rusiya, 

S

əudiyyə  Ərəbistanı,  ABŞ,  Türkiyə, Fransa, CAR, Cənubi 



Koreya, Yaponiya) iqtisadiyyatını: 19 ən iri milli iqtisadiyyatı və 

Av

ropa İttifaqını (Aİ) təmsil edən Maliyyə nazirlərinin və Mərkə-



zi bankların başçılarının beynəlxalq  müşavirələrinin formatıdır. 

M

əcmu şəkildə “Böyük 20-lər”in (G20) dünya ÜDM-nin 



90%-i, dünya ticar

ətinin 80%-i  (Aİ  daxilində  ticarət daxil ol-

maqla) v

ə dünya əhalisinin üçdə iki hissəsi deməkdir. 

2008-ci il

ə qədər G20 ən yüksək səviyyədə sammitlər ke-

çirmirdi, onun 

əsas forması Maliyyə nazirləri və Mərkəzi bank-

la

rın rəhbərləri səviyyəsində illik görüşlər idi. 



                                                 

1

 Bax: 



Каррон де ла Каррьер Г. Экономическая дипломатия. Дипломат и рынок  / Пер. с 

фр. – М.: «Российская политическая энциклопедия» (РОССПЭН),  2003, с. 233. 




Pulun  

diktaturası 

 

 



69 

G20 1990-

cı illərin sonunda maliyyə böhranlarına cavab 

olaraq v


ə dünya iqtisadiyyatında inkişaf etməkdə olan ölkələrin 

adekvat çıxış etməsini nəzərə alaraq yaranmışdı. 

İyirmilər qrupunun təsis  konfransı  1999-cu  il  dekabrın 

15-16-da Berlind

ə keçirilmişdir. Qrup iqtisadi və maliyyə siya-

s

ətinin mühüm məsələləri üzrə  inkişaf  etməkdə  olan ölkələrlə 



dialoqun  aparılması  üçün  dünyanın  sənaye cəhətdən  inkişaf 

etmiş yeddi dövlətinin – ABŞ, Kanada, Böyük Britaniya, İtali-

ya, Fransa, Almaniya v

ə Yaponiyanın maliyyə nazirlərinin tə-

şəbbüsü ilə yaradılmışdır.  

Göründüyü kimi, dünya siyas

ətinin əsasında müəyyən 

maraqlar durur. Müasir dünya siyas

ətinin əsasını isə enerji 

m

ənbələri və  kommunikasiyalar təşkil  edir.  Məhz dövlətin 

t

əhlükəsizlik  konsepsiyasının  təməlini də  iqtisadiyyatın  artan 



sür

ətinə uyğun stabil və fasiləsiz enerji təşkil etmişdir. 

ABŞ İraq və Birləşmiş Ərəb Əmirliklərinin neftinə nəza-

r

ət edir. Əgər gələcəkdə ABŞ İranın neft ehtiyatlarına nəzarəti 



ələ keçirərsə, bununla dünyanın bir çox ölkələrinə,  xüsusən də 

Rusiyaya böyük z

ərbə vurmuş olacaq. 

1929-cu ild

ə başlamış dünya iqtisadi böhranı ABŞ-ın da iq-

tisadiyyatına zərbə vurdu. 1932-ci ildə prezident seçilmiş Franklin  

Delano Ruzvelt (1882-

1945) amerikalıların qəlbində ümid yarat-

mağa  çalışır:  qorxmalı  olduğumuz  bir  şey  varsa  o  da  qorxudur. 

Ruzvelt  çıxış  yolu  kimi  o  vaxtlar  ölkədə  dəbdə  olan sosialist 

metodunu  –  v

əhşi  kapitalizmdən  əl götürmək və  yeni iqtisadi 

kursu q

əbul etmək təklifini irəli sürür. Bu gündən etibarən dövlət 



iqtisadiyyatı  planlaşdırmalı  və  fərdi  biznesin  işlərinə  daha fəal 

müdaxil


ə  etməli idi. Sonralar Ruzvelt etiraf edərək  demişdir: 

“M

ən bunu inqilabdan qurtulmaq üçün elədim”. 



Yeni kurs (b

əzən iqtisadi ədəbiyyatda buna “Yeni xətt”də 

deyirl

ər) iqtisadiyyata elə bir uğur gətirmir, bununla belə, ame-



ri

kalıların son ümid yeri olan Ruzvelt 1936-cı ildə ikinci, 1940-

cı ildə isə üçüncü müddətə prezident seçilir. Ölkə yalnız İkinci 



Pulun  

diktaturası 

 

 



70 

Dünya müharib

əsinin başlanması ilə bir vaxtda böhrandan çıx-

ma

ğa başlayır – hərbi sifarişlər ölkə istehsalını canlandırır.



1

     


İqtisadi ədəbiyyatlarda tarixi planda dünya təsərrüfatının 

inkişafında bir neçə mərhələni bir-birindən ayırırlar:  



Birinci m

ərhələ: XIX əsrin sonundan – 1939-cu ilə qə-

d

ər olan dövrü əhatə edir. Dünya təsərrüfatı müstəmləkə süqutu 



il

ə xarakterizə olunur. Bir neçə inkişaf etmiş ölkə dünya qayda-

sını müəyyən edir və nəzarət edir. 

İkinci mərhələ: 1945-1975-ci illərdir. Müstəmləkə ölkə-

l

ərinin milli-azadlıq mübarizəsi müstəmləkə sisteminin sükutu-



na g

ətirib çıxardı. Siyasi müstəqillik əldə edərək inkişaf etmək-

d

ə olan ölkələrin əksəriyyəti xarici mülkiyyəti milliləşdirib iqti-



sa

diyyatın dövlət sektorunu yaratdı.  



Üçüncü m

ərhələ: 1976-cı ildən XX əsrin 90-cı illərinin 

orta


larına qədər olan dövrdür. Bu mərhələdə inkişaf etmiş ölkə-

l

ər və  transmilli  korporasiyalar  (TMK)  kapital  qoyuluşunun 



strukturunu t

əkmilləşdirməyə və regional iqtisadi inteqrasiyanın 

üstünlükl

ərindən istifadə etməyə, əlavə texnoloji, təşkilati və ya 

bazar  imkanlarını  əldə  etməyə  cəhd göstərirlər. TMK-ların 

k

əmiyyət artımı qeyd olunur. 



Dördüncü m

ərhələ: 90-cı illərin sonundan hazırkı dövrə 

q

ədər davam edir. Bu mərhələ qloballaşma prosesinin intensiv-



liyi v

ə dərinləşməsi ilə xarakterizə olunur. Əqli, elmi-texniki və 

maliyy

ə potensialını təmərküzləşdirən dünya iqtisadi sisteminin 



öz

əyini TMK-lar formalaşdırır. 

Bu inkişaf mərhələləri tədricən ölkələrin siyasi və iqtisadi 

h

əyatında mühüm dəyişikliklərin baş verməsinə gətirib çıxardı 



ki, dünyada güc strukturları, dövlətləri əmələ gəldi. 

Birinci qrupu inkişaf etmiş ölkələr təşkil edir. Bu ölkələr-

d

ə  təxminən  1  milyard  insan  yaşayır.  Onların  payına  dünya 



ümumi daxili m

əhsulunun (ÜDM-nin) 51%-i, dünya əmtəə ix-

                                                 

1

 



Bax: Demokratiya: Gedişi uzun bir yol. Demokratiya və Antidemokratiya Antologiyası (e.ə. 

430- 


b.e. 1998). Bakı, 2002, s. 40. 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə