Azərbaycan respublikasi



Yüklə 284,44 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix06.05.2018
ölçüsü284,44 Kb.
#42283
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin 



istismarı, narkotik maddələrin inkişafı kimi məsələlər əhatə edir. 

İştirak hüququ 

– bu hüquqlar uşaqlara yaşadıqları  cəmiyyətdə fəal iştirak 

etməyə imkan yaradır. Bunlar azad fikir söyləmək, onların həyatlarına təsir 

göstərən hallarda öz sözlərini demək, birləşmək və assosasiyalar əmələ 

gətirməkdir. Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal 

iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli  vətəndaş 

kimi yetişməkdə onlara yardım edəcək. 



Yaşamaq hüququ –  

bunlara uşaqların yaşamaq  və bunun üçün lazımi 

təlabatları təmin etmək hüquqları aiddir. Həmçinin qrup qida ,tibbi xidmətə 

malik olmaq kimi hüquqları əhatə edir. 



                       

Keçiriləcək tədbirlər.    

Artıq bir neçə ildir ki, Azərbaycanda Uşaq hüquqları aylığı keçirilir. Bu ildə 

ölkəmizdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü 

ərəfəsində 20 oktyabr - 20 noyabr tarixlərində "Hər bir uşağın qayğısına qalaq!" devizi 

ilə Uşaq hüquqları aylığı  keçiriləcək. Aylıq çərçivəsində Azərbaycanın şəhər və 

rayonlarında uşaq hüquqlarının təbliğinə xidmət edən " dəyirmi masa" lar, treninq-

seminarlar keçiriləcək, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində 

maarifləndirmə tədbirləri, müsabiqələr və sərgilər təşkil olunacaq. 

Uşaq hüquqlarının pozulması bu gün aktual bir mövzu olduğundan uşaqlara öz 

hüquqlarını necə qorumağı təbliğ etmək lazımdır. Kitabxanamızda da bu işlə əlaqədar 

bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Kitabxanada “uşaq hüquqları 

həftəsi”  keçirilməsi məqsədəuyğundur. Həftə ərzində uşaqları konvensiyada nəzərdə 

tutulmuş hüquq və vəzifələr ilə tanış etməklə, bu sahədə onları daha çox 

məlumatlandırmış olarıq. Oxuculara hüquqlarından   bəhs edən bukletlər hazırlayıb, 

paylanması isə əyani vəsait kimi təbliğat işində yardımçı olar. Həmçinin uşaqların 

ədəbiyyata, mütaliəyə marağını artırmaq üçün ədəbiyyatımızda hüquqları pozulmuş 

uşaqların həyatından bəhs edən əsərlərin icmalını keçirə bilərik. Belə əsərlərə 

Süleyman Sani Axundovun “Qaraca qız”, Tağı Şahbazi Simurqun “Qayçı” hekayələri, 

müasir yazıçılardan Sevinc Nuruqızının  “Qisas” kitabı Reyhan Yusifqızının “Yaşıl 

gözlü qız kitabı, Viktor Hüqonun “Səfillər” əsərlərinin icmalını verə bilərik. Bu əsərlər 

müxtəlif dövrlərdə yazılmışdır. Qayçı hekayəsində atası tərəfindən kobud rəftar olunan 

Məmməd obrazı, “Qaraca Qız” dakı Qaraca qızın acı taleyi uşaqların ailədə hüquq 

pozuntularına mükəmməl nümunədir. Küçə həyatı yaşayan Qavroşun həyat tərzi 

ümubəşəri fəlakət sayılan müharibənin acısının tərənnümüdür. 

Onlara ayrı-ayrı hüquqların bir-biri ilə əlaqələrindən misallar göstərə bilərik. 

Məs: Əgər öz tibbi hüquququnuzdan düzgün istifadə etməsəniz, lazimi tibbi xidmət 

almasanız, təhsil imkanlarınızdan da istifadə edə bilməzsiniz. Çünki, sağlamlığını 



 

 

itirmiş bir şəxs sabah təhsilə də yararsız olacaq. Bununla  uşaq yaşlarından ağır işlərdə 



işləməyə məcbur olaraq istismara məruz qalacaqdır. Bu da uşaq yaşlarınızdan  

hüquqlarınızın pozulmasına, zorakılığa gətirib çıxaracaqdır. 

 

Bundan başqa uşaqlara “ Hüquqlarımızı öyrənək ” adlı slayd da  təqdim etmək 



olar. 

                             

Hüquqlarınızı  bilirsinizmi?                

                                            



 

 

 



 

 

 



 

 

 



 


 

 

 



 

                                                 

 

 

 



 

Həmçinin yuxarı sinif şagirdləri ilə “ Uşaqlarin hüquq pozuntuları nə ilə 



əlaqədardır”, Dövlətin uşaq hüquqlarının qorunması və müdafiəsi sahəsində 

gördüyü işlər”, “ Uşaq hüquqlarının təbliği”, “ Uşağın maraqlarının daha yaxşı 

təmin edilməsi”  sualları ətrafında söhbətlər  keçirə bilərik. Keçirilən söhbətlərin 

düzgün qurulması isə onların öz hüquqlarını yaxşı bilmələri  üçün daha real vasitə olar. 

Bunun üçün burada kitabxanaçı əməyi əsas təşkil edir. Mövzuya dair materiallar, daha 

sadə dildə seçilməli, onların hüquqlarını necə qorumaları üçün misallar , gündəlik 

həyatda qarşılaşa biləcək hadisələrdən verilməlidir. Bu halda söhbət daha effektli 

alınar.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 

 Uşaqların hüquqları haqqında anlayışlarını daha da artırmaq üçün anket-sorğusu 

keçirmək məqsədəuyğundur.Sorğunun suallarını sizə təqdim edirik. 



1)

 

Hüquq dedikdə nə başa düşürsünüz? 

 

 _____________________________________________ 



     2) Uşaq hüquqları Konvensiyası tərəfindən hansı hüquqlar qorunur? 


Yüklə 284,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə