Azərbaycan respublikasi



Yüklə 284,44 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix06.05.2018
ölçüsü284,44 Kb.
#42283
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

orqan vasitəsilə, milli qanun-vericiliyin prosessual normalarında nəzərdə 



tutulan qaydada dinlənilmək imkanı verilir.  

Maddə 13 1. Uşağın öz fikrini sərbəst ifadə etmək hüququ vardır, bu hüquqa 

sərhədlərdən asılı olmayaraq, hər cür informasiyanı və ideyaları şifahi, yazılı 

və ya çap edilmiş formada, incəsənət əsərləri formasında və ya istədiyi digər 

vasitələrin köməyi ilə axtarmaq, almaq və ötürmək azadlığı daxildir.  

2. Bu hüququn həyata keçirilməsinə bəzi məhdudiyyətlər qoyula bilər, lakin 

həmin məhdudiyyətlər yalnız qanunda nəzərdə tutulan və aşağıdakılar üçün 

zəruri məhdudiyyətlər ola bilər:  

a) digər şəxslərin hüquqlarına və nüfuzuna hörmət üçün; və ya  

b) dövlət təhlükəsizliyinin və ya ictimai qaydanın (ordre public) və ya əhalinin 

sağlamlığının və ya mənəviyyatının qorunması üçün.  



Maddə 14 1. İştirakçı dövlətlər uşağın fikir, vicdan və din azadlığına hörmət 

bəsləyirlər.  

2. İştirakçı dövlətlər valideynlərin və müvafiq hallarda qanuni qəyyumların 

uşağın hüququnun həyata keçirilməsində uşağa onun inkişaf etməkdə olan 

qabiliyyəti ilə uzlaşan metodlarla rəhbərlik etmək hüquqlarına və vəzifələrinə 

hörmət bəsləyirlər.  

3. Öz dininə və ya məzhəbinə etiqad etmək azadlığına yalnız elə 

məhdudiyyətlər qoyula bilər ki, onlar qanunla müəyyən edilmişdir və dövlət 

təhlükəsizliyinin, ictimai qaydanın, əhalinin mənə-viyyatının və sağlamlığının 

qorunması və ya digər şəxslərin əsas hüquq və azadlıqlarının müdafiəsi üçün 

zəruridir.  

Maddə 15  1. İştirakı dövlətlər uşağın birləşmək azadlığını və dinc toplaşmaq 

azadlığını tanıyırlar.  

2. Bu hüququn həyata keçirilməsi üçün qanuna uyğun tətbiq edilən və 

demokratik cəmiyyətdə dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik

ictimai qayda, əhalinin sağlamlığının və ya mənəviyyatının qorunması və ya 

digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan 

məhdudiyyətlərdən başqa, hər hansı məhdudiyyət tətbiq edilə bilməz.  

Maddə 16  1. Heç bir uşaq onun şəxsi həyat, ailə həyatı, mənzil 

toxunulmazlığı və ya yazışma sirri hüqu-qunun həyata keçirilməsinə özbaşına 

və ya qanunsuz müdaxilə və ya şərəf və nüfuzuna qanunsuz qəsd obyekti ola 

bilməz.  

2. Uşağın belə müdaxilədən və ya qəsddən qanunla müdafiə olunmaq hüququ 

vardır.  



Maddə 17  İştirakçı dövlətlər kütləvi informasiya vasitələrinin vacib rolunu 

təsdiq edərək təmin edirlər ki, uşaq müxtəlif milli və beynəlxalq mənbələrdən 

informasiya və materiallar, xüsusən uşağın sosial, ruhi və əxlaqi rifahına, 



 

 

habelə sağlam fiziki və psixi inkişafına köməyə yönəldilmiş informasiya və 



materialları ala bilsin. Bu məqsədlə iştirakçı dövlətlər:  

a) kütləvi informasiya vasitələrini uşaq üçün sosial və mədəni baxımdan 

faydalı olan və 29-cu maddənin ruhuna uyğun gələn informasiya və materiallar 

yaymağa həvəsləndirirlər;  

b) müxtəlif mədəni, milli və beynəlxalq mənbələrdən alınan bu cür informasiya 

və materialların hazırlanması, mübadiləsi və yayılması sahəsində beynəlxalq 

əməkdaşlığı həvəsləndirirlər;  

c) uşaq ədəbiyyatının buraxılmasını və yayılmasını həvəsləndirirlər;  

d) kütləvi informasiya vasitələrini azlıq təşkil edən hər hansı qrupa və ya yerli 

əhaliyə mənsub uşağın dil tələbatına xüsusi diqqət yetirməyə həvəsləndirirlər;  

e) 13-cü və 18-ci maddələrin müddəalarını nəzərə alaraq, uşağı onun rifahına 

ziyan vuran in-formasiya və materiallardan qorumağın lazımi prinsiplərinin 

hazırlanmasını həvəsləndirirlər.  

Maddə 18 1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki 

valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin 

etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və 

inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni 

qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.  

2. Bu Konvensiyada şərh olunmuş hüquqlara təminat verilməsi və həyata 

keçirilməsinə yardım göstərilməsi məqsədilə iştirakçı dövlətlər valideynlərə və 

qanuni qəyyumlara uşaqların tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməkdə 

lazımi kömək edir və uşaq tərbiyə müəssisələri şəbəkəsinin inkişafını təmin 

edirlər.  

3. İştirakçı dövlətlər bütün lazımi tədbirləri görürlər ki, valideynləri işləyən 

uşaqların onlara baxmaq üçün nəzərdə tutulan xidmətlərdən və müəssisələrdən 

istifadə etmək hüququna malik olması təmin edilsin.  

Maddə 19  1. İştirakçı dövlətlər uşağı valideynlər, qanuni qəyyumlar və ya 

uşağa qayğı göstərən hər hansı digər şəxs tərəfindən fiziki və ya psixoloji 

zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız 

münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual sui-

istifadənin hər cür formalarından müdafiə etmək məqsədilə bütün lazımi 

qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görürlər.  

2. Lazım gələrsə, bu cür müdafiə tədbirlərinə uşağa və onun qayğısına qalan 

şəxslərə zəruri kömək göstərilməsi məqsədilə sosial proqramlar hazırlamaq 

üçün, habelə uşaqla yuxarıda sadalan-mış kobud rəftar hallarının qarşısının 

alınmasının və aşkara çıxarılmasının, bu hallar barəsində mə-lumat 

verilməsinin, onların baxılmağa göndərilməsinin, təhqiq edilməsinin, uşağın 

müalicəsinin və sonrakı tədbirlərin digər formalarını həyata keçirmək, habelə, 




 

 

lazım gələrsə, məhkəmə prosesinə başlamaq üçün səmərəli prosedurlar daxil 



edilir.  

Maddə 20  

1. Öz ailə mühitindən müvəqqəti və ya daimi məhrum olan və ya özünün ən 

yaxşı mənafeyi üçün belə mühitdə qala bilməyən uşaq dövlət tərəfindən xüsusi 

müdafiə edilmək və kömək almaq hüququna malikdir.  

2. İştirakçı dövlətlər öz milli qanunlarına uyğun olaraq belə uşağa qulluğun 

dəyişdirilməsini təmin edirlər.  

3. Bu cür qulluq uşağın tərbiyəyə, islam hüququna görə «kəfalət»ə 

verilməsindən, habelə öv-ladlığa götürülməsindən, lazım gəldikdə isə, uşaqlara 

qulluq üzrə müvafiq müəssisəyə qoyulmasın-dan ibarət ola bilər. 

Dəyişdirmənin variantlarına baxılarkən uşağın tərbiyəsində varisliyin arzu 

olunması və onun etnik mənşəyi, dini və mədəni mənsubiyyəti və ana dili 

lazımi dərəcədə nəzərə alınmalıdır.  



Maddə 21 Övladlığa götürmə sistemini qəbul edən və/və ya onun 

mövcudluğuna icazə verən iştirakçı dövlətlər uşağın ən yaxşı mənafeyinin ilk 

növbədə nəzərə alınmasını təmin edirlər və onlar:  

a) təmin edirlər ki, uşağın övladlığa götürülməsinə ancaq səlahiyyətli orqanlar 

icazə versinlər. Bu orqanlar tətbiq edilən qanuna və prosedurlara uyğun olaraq 

və işə aid bütün səhih məlumat əsa-sında uşağın valideynlər, qohumlar və 

qanuni qəyyumlar barəsində statusuna görə övladlığa götürülməsinin 

mümkünlüyünü və əgər tələb olunarsa, əlaqədar şəxslərin zəruri ola biləcək 

məsləhətləşmə əsasında uşağı övladlığa götürməyə öz şüurlu razılığını 

verməsini müəyyən edirlər;  

b) təsdiq edirlər ki, uşaq onun tərbiyə olunmasını və ya övladlığa götürülməsini 

təmin edə biləcək ailəyə tərbiyə olunmağa və ya saxlanmağa verilə bilməzsə və 

uşağa doğulduğu ölkədə münasib qulluğun təmin edilməsi mümkün olmazsa, 

onun başqa ölkədə övladlığa götürülməsi uşağa qulluğun alternativ üsulu hesab 

oluna bilər;  

c) təmin edirlər ki, uşaq başqa ölkədə övladlığa götürüldükdə ölkənin daxilində 

övladlığa götürmə barəsində tətbiq edilən eyni təminat və normalar tətbiq 

olunsun;  

d) başqa ölkədə övladlığa götürmə təqdirində uşağın yerbəyer edilməsi 

nəticəsində bununla bağlı şəxslərin əsassız maliyyə mənfəəti götürməməsini 

təmin etmək məqsədilə bütün lazımi tədbirləri görürlər;  

e) zəruri hallarda ikitərəfli və çoxtərəfli razılaşmalar və ya sazişlər bağlanması 

yolu ilə bu maddənin məqsədlərinə nail olmağa kömək edir və bunun əsasında 

uşağın başqa ölkədə yerbəyer edilməsinin səlahiyyətli hakim dairələr və ya 

orqanlar tərəfindən həyata keçirilməsini təmin edirlər.  



Yüklə 284,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə