Azərbaycan respublikasi



Yüklə 284,44 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix06.05.2018
ölçüsü284,44 Kb.
#42283
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

 



 ______________________________________________ 

     3)  Sizcə aşağıdakı hüquqlardan hansı daha vacibdir? 

a) İnkişaf  hüququ ( təhsil almaq, oynamaq, istirahət etmək, azad fikir, və s.) 

b) Müdafiə hüququ ( uşaqları müxtəlif növ zorakılıq hallarından – narkomaniya, hərbi 

zorakılıq. qoruyur.) 



c) İştirak hüququ ( azad fikir söyləmək, müəyyən lazimi vaxtda öz sözlərini demək və 

s.) 


d) Yaşamaq hüququ (qida, tibbi xidmət və s.) 

4) Uşaq qəhrəmanlarının hüquqlarının pozulmasından bəhs edən hansı əsərləri 

oxumusunuz? 

 Qaraca qız ; Səfillər ; Ə.Məmmədxanlı Qayçı və s. 

5) Hansı hüquqların konvensiyaya əlavə olunmasını istərdiniz? 

   ________________________________________________ 



6)  Hüquq pozuntusu deyəndə nə başa düşürsünüz? 

    


___________________________________________ 

7)  Uşaqların inkişafına aşağıdakı hadisələrdən hansı daha mənfi təsir edir? 

 -


  Hərbi münaqişələr 

 - Ailə zorakılığı 



 - Təhsildə hüquq pozuntuları 

 - Öz fikirləriniz 



Keçirilən həftə ərəfəsində uşaqlara hüquqlardan hər hansı biri haqda müzakirə 

apara bilərik.  



Təhsil hüququ 

Təhsil hüququ – təhsil və tərbiyənin humanistləşdirilməsi, insani münasibətlərin 

əsas prinsiplərini, hər bir uşağın ləyaqətinə hörmətlə yanaşmağı, onun şəxsiyyətini 

alçaltmamaq, hüquqlarını qorumaq, ona xeyirxah münasibət göstərmək deməkdir. 

Təhsil haqqında qanuna görə təhsil geniş dünyagörüşə malik, şəxsiyyət 

formalaşdırılması, milli, mənəvi, əxlaqi, humanist, mədəni, ümumbəşəri dəyərlərə 




 

 

dərindən yiyələnən, insan hüquqları və azadlıqlarına hörmət edən vətəndaşlar 



yetişdirməkdən ibarətdir. Ölkəmizin təhsil sisteminin dünya təhsil sistemi ilə bir sırada 

addımlaması ilk öncə təhsilin humanistləşdirilməsi ilə bağlıdır. Təhsil sisteminin 

humanistləşdirilməsi – hər bir uşağın ləyaqətinə hörmətlə yanaşmağı, onun 

şəxsiyyətini alçaltmamaq, hüquqlarını qorumaq, ona xeyirxah münasibətlər 

göstərməkdən ibarətdir. “ Uşaq hüquqları haqqında Qanunun ” hər bir maddəsi xüsusi 

ilə 11-ci ( Uşağın tərbiyə almaq hüquq ), 16-cı ( Uşağın əsas vəzifələri ), 22-ci           

  ( Uşağın təhsil almaq hüququ ), 27-ci ( Uşağın şərəf və ləyaqətinin müdafiəsi 

hüququ) və s. uşaq hüquqlarına hörmət olunması, müəllim-şağird münasibətlərinin 

düzgün qurulması, deməkdir. Bu sahədə məktəbin də xüsusi vəzifələri vardır:  

İlk öncə məktəb də öz növbəsində şagirdlərə başqalarının duyğu və hisslərinə hörmətlə 

yanaşmağı öyrətməli, onlara məsuliyyət hissi aşılamalıdır. Bəli mədəniyyət və təhsil 

müəssisələrimiz uşaqlara öyrətməlidir ki, həyat şəraitindən asılı olmayaraq onların 

həyatda tutacaqları mövqe başqalarına qoyacaqları hörmətdən asılı olacaqdır. Uşaqlar 

bilməlidir ki, insanlar bir-birinə qəddar münasibətlərdən uzaq olmalı, şəxsiyyəti 

alçaldan hallarda müdafiə olunmalıdırlar. Müəllim şagird şəxsiyyətində kamil insanı 

görməli, ona hörmətlə yanaşmalı və bu yöndə onu istiqamətləndirməlidir. Uşaqların 

formalaşmasında hazırda əsas diqqət məktəb həyatına yönəldilir. Burada əsasən ailə də 

bu işlərə cəlb olunur . Müəllim şagird münasibətlərinin formalaşmasında isə aşağıdakı 

xüsusiyyətlər nəzərə alınmalıdır. 

a)

 

Müəllim şagird bir birinə qayğı ilə yanaşmalıdır 



b) Müəllim də şagird də öz mənliyinə hörmət etməlidir 

     c) Həm müəllim həm də şagird özünə qarşı  tələbkar olmalıdır 

     d) Burada hörmət və tələbkarlıq qarşılıqlı olmalıdır. 

     e) Təhsildə şagirdin azadlığı dedikdə isə aşağıdakılar nəzərdə tutulur. 

Şagird öz müəllim və şagird yoldaşları ilə birlikdə öz fikirlərini bölüşmək 

imkanına malikdir. Həmçinin gələcək taleyini müəyyən etmək, məktəbi, müəllimi, 

sinfi, dərsliyi  seçmək hüququna malikdir. Uşaq hüquqlarının qorunması uşaq təbiətinə 

yad olan yanaşma və münasibətin, zor işlətməyin əleyhinə çıxır. 

Konvensiyanın əsas prinsiplərindən biri uşağın iştirakının təmin edilməsidir. Onların 

fikrlərini dinləmək və onlara hörmət etmək isə bu prinsipin əsasıdır.                           

Həmçinin uşaqlar öz hüquqlarının pozulması və ya təmin edilməsi barədə müxtəlif  

hekayələr yaza bilər. Bu böyüklərin onlarla necə rəftar etmək istədiklərini, onların 

necə yaşamaq istədiklərini öyrənmək üçün maraqlı olar və bu yazıların ətrafında  

səhnəciklər təşkil edə bilərik.Qəzet və jurnal məqalələrindən toplanmış uşaq  



 

 

hüquqlrının pozuntularına aid məqalələr ətrafında mövzu müzakirələri keçirə bilərik. 



Onlara belə pozuntuların necə qarşısını almaq haqqında məlumat verə bilərik. 

Kitabxanada keçirilən səhnəciklərin uşaqların dünyagörüşünün formalaşmasında 

xüsusi rolu vardır. Bunun üçün biz  Konvensiyanın müxtəlif bəndlərindən istifadə 

edərək uşaqlarla müxtəlif səhnəciklər  hazırlaya bilərik.Uşaq hüquqlarının müdafiəsiilə 

bağlı ölkəmizdə azyaşlı, körpə və yeniyetmələrin zəngin daxili potensialının və 

dünyagörüşünün formalaşmasına imkan verən tədbirlər həyata keçirilir. 1993-cü ildən 

bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi 

məqsədiilə ardıcıl islahatlar həyata keçirilir. Respublikamız Uşaq hüquqlarının 

təminatı ilə əlaqədar bir sıra sazişlərə , o cümlədən 1994-cü ildə “ BMT-nin 

Beynəlxalq Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur.” 

Uşaqların hüquqları haqqında fikir və düşüncələrini öyrənmək üçün kiçik və böyük yaş 

qrup uşaqlar arasında “ Mənim hüquqlarım ”  mövzusunda inşa  yazı müsabiqəsi 

keçirmək müsbət nəticə verər. Mövzunu işləyərkən uşaqların müxtəlif informasiya 

vasitələrindən istifadə etmələri  onların  bu mövzuda məlumatlanmasına kömək 

edəcək. İnşalar yoxlanıldıqdan sonra  I, II, III  yerin sahibləri mükafatlandırılır

 



Gah yıxılırlar, gah dururlar, 

Hətta yamanca yorulurlar. 

Amma oynamaqdan əsla doymurlar 

Qoy oynasın uşaqlar! 

Xoşbəxt olsun uşaqlar. 

Belə azad belə şən, 

Belə diyar harda var?! 

Körpələrin beşiyində  

                                   qığıltılar qoy var olsun! 

Üzlərində, gözlərində 

                                       qoy əbədi bahar olsun! 

Uşaqların xoşbəxtliyi keşiyində 

Mərd, mətin duran adamlara 

Uşaqlardan süd qoxulu salamlar olsun! 

 

“ Uşaq hüquqları və sağlam həyat “ adlı sərgidə cəmiyyətdə, ailədə uşaqlara 



qarşı zorakılıq faktlarından misallar göstərmək olar . Bu iş  uşaqların dünyagörüşlə-

rinin artmasına, bu sahədə  fikirlərinin  formalaşmasına əyani şəkildə kömək edəcək. 

Bu mövzuda uşaqların dünyagörüşünü öyrənmək üçün rəsm müsabiqələrinin 

keçirilməsi də məqsədəuyğundur. 

Kitabxanada mövzu ətrafında  hazırlanan sərgilərin də xüsusi əhəmiyyəti var. 

Beynəlxalaq Uşaq Hüquqları günü münasibətilə sərgidə Uşaq hüquqlarına dair 

vəsaitlər, Qanundan bəzi maddələri izahı ilə veririk.  



Yüklə 284,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə