Azərbaycan respublikasi



Yüklə 284,44 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix06.05.2018
ölçüsü284,44 Kb.
#42283
  1   2   3   4   5   6   7   8   9   10   11


 

 

                                                   



AZƏRBAYCAN RESPUBLİKASI 

                                  MƏDƏNİYYƏT VƏ TURİZM  NAZİRLİYİ 

                   F. KÖÇƏRLİ  ADINA RESPUBLİKA UŞAQ  KİTABXANASI 

                                            ELMİ-METODİKA ŞÖBƏSİ 

 

 

                             

 

                                 

           Beynəlxalq Uşaq Hüquqlarının müdafiəsi günü

 

                (20 noyabr-BMT-nin Uşaq Hüquqları Konvensiyası qəbul  edilmişdir ) 

                                                  metodik vəsait 

 

 

 

 

                          

            

                                                                                                                                                                                                                                                                                                                                  

 

 

 

                                                

 

 

                                                       

Bakı – 2013

 


 

 

                                               



Tərtibçidən.

 

   1980-cı illərin sonu 90-cı illərin əvvəllərində xalqımızın başına gətirilən 

müsibətlər  cəmiyyətdə sabitliyin pozulması, ciddi çətinliklərlə üzləşməyimiz, 

səksəkə və təşviş içində yaşamağımız uşaqların da həyatında öz mənfi təsirini 

göstərmişdir. Baş verən müharibələr onların da həyatından şən qayğısız uşaqlıq 

illərini almışdır. Axıdılan qanlar, o cümlədən uşaqların  gözü qabağında 

həmyaşıdlarının amansızcasına həlak olmaları uşaqların psixologiyasına öz 

təsirini göstərmişdir. Bu dövrdə müharibə şəraitində yaşayan bir ölkədə 

uşaqların qayğısına qalmaq üçün  onların müəyyən problemlərinin həllini təşkil 

etmək üçün dövlətin köməyə ehtiyacı var idi. Bu dövrdə məktəblər, tibb 

ocaqları, uşaqların tərbiyəsində rol oynayan mədəniyyət ocaqlarınınn – 

kitabxanaların, teatrların muzeylərin dağıdılması nəticəsində uşaq hüquqlarının 

pozulmasına gətirib çıxartmışdı. Bu kimi problemlərin həlli üçün dövlətin 

müəyyən köməyə ehtiyacı var idi. Bu işdə BMT-nin Uşaq Hüquqlarının 

qorunması haqqında qəbul edilmiş Konvensiyaya əsasən  fəaliyyət göstərən  bir 

sıra təşkilatlar yaxından iştirak etdilər. Bunlar Azərbaycan Uşaq Fondu (1988), 

Uşaq Hüquqlarının Müdafiə Liqası (1991), Müharibə Uşaqları Beynəlxalq Qeyri 

Dövlət Xeyriyyə Fondu və s. təşkilatlar olmuşlar. Hər bir şəraitdə uşaqların öz 

hüquqlarını müdafiəsini bilməsi cəmiyyətin həm fiziki həm də zehni cəhətdən 

sağlam olması üçün əsas şərtdir.Uşaqlar hansı hüquqlara malik olduqlarını 

bilmələri üçün, onlar  gərək bu hüquqları dərk etməyi və onlardan istifadə 

etməyi öyrənsinlər. Bunları öyrənməklə onlar gələcəkdə demokratik 

cəmiyyətdə, məlumatlı və fəal bir vətəndaş kimi iştirak etməyə, öz hüquqlarını 

necə qorumağa (istər məktəbdə, istərsə də sərbəst həyatda iştirak etməyə) 

hazırlanırlar. Buna nail olmaq üçün uşaq hüquqlarının  öyrədilməsində 

məktəblərlə yanaşı kitabxanaların da üzərinə böyük vəzifələr düşür. 

Hazırladığımız vəsait inanırıq ki, öz hüquqlarını öyrənməkdə uşaqlara yaxından 

kömək edəcəkdir. Giriş hissədə Konvensiyanın yaranma tarixi və fəaliyyəti, II 

hissədə isə  kitabxanada bu münasibətlə keçirilməsi nəzərdə tutulan tədbirlər 

haqqında məlumat verilib. 

                           

BMT-nin Uşaq Hüquqları Konvensiyası

:

 

1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilən Uşaq hüquqları 



Konvensiyası uşaqların hüquqlarının qorunması sahəsində hazırlanmış ən mükəmməl 

beynəlxalq sənəddir. Hazırda Demokratik ölkə olan Azərbaycan da 1992-ci ildən bu 

Konvensiyaya qoşulmuş 189 olkənin sırasındadır. Ümumiyyətlə Uşaq hüququnu 

qorumaq üçün ilk təşəbbüs 1924-cü ildə Millətlər Cəmiyyətinin hazırladığı “ Cenevrə 

” bəyənnaməsi ilə yaranmışdır. 1959-cu ildə isə BMT Baş Məclisi “ Uşaq Hüquqları 

Bəyənnaməsini qəbul etmişdir. Lakin bəyannamənin hüquqi qüvvəsi olmadığından 




 

 

1979-cu ildən təşkilat bu işin həlli ilə bağlı xüsusi işçi qrupu yaradaraq,1989-cu il 



noyabrın 20-də rəsmi şəkildə BMT-nin Uşaq Hüquqları Konvensiyasını qəbul 

etmişdir. Sənəd 1990-cı ildə 20 dövlətin razılığı ilə qüvvəyə minmişdir. Sonrakı 

mərhələdə isə bütün dövlətlər konvensiyaya qoşuluraq, onun prinsip və öhdəliklərini 

dəstəkləmişlər.  

Konvensiyanın prinsipi əsasən uşaq şəxsiyyətidir. Konvensiya bu işə  qoşulmuş 

ölkələri uşaqlara, öz vətəninin sosial-iqtisadi həyatında daha yaxından iştirak etmək 

üçün şərait yaratmağa çağırır. Burada əsas məqsəd uşaqların xoşbəxt böyümələri, 

həmçinin onların rifahı naminə göstərilən hüquq və azadlıqlardan istifadəni təmin 

etmək, uşaqlar arasında ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dinindən, 

dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətlərindən asılı olmayaraq 

öz hüquqlarından istifadə etməlidirlər. Konvensiyada bu hüquqlar müəyyən formada 

qruplaşdırılmayıb. Lakin şərti olaraq bu hüquqları dörd qrupa bölmək olar. Bunlar – 



yaşamaq hüququ qrupu, inkişaf hüququ qrupu, müdafiə hüququ qrupu, və 

iştirak hüququ qrupudur. Bu hüquqlar qrupu dövlətləri uşaqlara gücləri çatdığı 

qədər cəmiyyətin həyatında yaxından iştirak etmək üçün şərait yaratmağa, onların 

şəxsiyyət olaraq yetişməsini təmin etməyə çağırır. 

  

Konvensiyanın bu qədər mühüm  əhəmiyyət kəsb etməsi bir də onunla izah 



olunur ki, o, özündə gələcəyi əks etdirir. Uşaqlara məhəbbətlə yanaşan cəmiyyət 

onların qabiliyyətlərini tam aça bilməyə şərait yaratmaqla onların azadlıqlarının təmin 

edilməsini dəstəkləyir. İntelektual, mədəni, əxlaqi və mənəvi qabiliyyətlərini inkişaf 

etdirmək üçün uşağa hər bir şərait yaradılır. Burada da hər bir ölkənin gələcək taleyi 

indiki uşaqların əlindədir prinsipinə əsaslanır.  

Ölkəmiz isə bu konvensiyaya 1992-ci il iyulun 21-də üzv olmuşdur. Sonralar isə 

həmin sənədin müvafiq protokollarına qoşulub və bu konvensiyadan irəli gələn hər bir 

məsələnin həllinə çalışılır. 

Məlumdur ki, uşaq hüquqları konvensiyasının yerinə yetirilməsinə beynəlxalq 

miqyasda Birləşmiş Millətlər Təşkilatının Uşaq fondları – YUNİCEF nəzarəti yerinə 

yetirir. Bu təşkilatın respublikadakı nümayəndəliyi təhsil, səhiyyə, sahəsində aparılan 

islahatların təşkilində yardım edir. Onların nəşr etdikləri küçə uşaqları problemlərinin   

kömək etmişdir.  .  

54 maddədən ibarət Konvensiyada bütün hüquqlar 4 qrupa ayrılır. 

            

İnkişaf hüququ  

-  bu qrupda olan hüquqlar uşaqların öz potensiallarının tam 

inkişafına olan ehtiyaclarını təmin edir. Bura, məsələn, təhsil almaq, oynamaq, 

istirahət etmək, tədbirlərə cəlb edilmə, iştirak etmə, azad fikir və din hüquqları 

aiddir. 

Müdafiə hüququ

 – bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan 

qorumalıdır. Bu hüquqlar , məsələn , qaçqın  uşaqlara qayğının göstərilməsi, 




Yüklə 284,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə