Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə12/75
tarix11.03.2023
ölçüsü0,83 Mb.
#102338
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   75
Ssenari yaradiciligi 1

alternativ amil
adlanır. «Əgər qəhrəman proble
-
min öhdəsindən gəlməsə, nə olacaq?» 
«Romeo Cülletta» filmindəki dramatik vəziyyətlərə nəzər 
salaq: 
Romeo dəlisov bir gəncdir və onun Kapulettilərin təşkil 
etdi
yi bala getməsi bir çılğınlıqdır. O, yaxşı bilir ki, orada onu 
təhlükə gözləyir. Əgər onu tanısalar, iki düşmən qəbilə arasın
-
da münasibətlər daha da gərginləşəcək. O, Cülletta ilə tanış 
olub, ona aşiq olana qədər vəziyyəti o qədər də təhlükəli deyil
-
di. Onu üzündəki maskaya görə tanımaya bilərdilər. Cüllettanın 


- 23 - 
düşmənlərinin qızı olduğunu öyrənəndən sonra isə təhlükə 
daha da artır. Gecə Cüllettanın bağına girən Romeonu daha 
böyük təhlükə gözləyir. İki sevgilinin görüşdüyü anlar, onların 
həyəcanları tamaşaçını stress yaşamağa məcbur edir. Tibaltın 
ölümü isə vəziyyəti daha da gərginləşdirir. Film boyu perso
naj-
lar bir dramatik vəziyyətdən çıxan kimi digərinə 

daha təhlü
-
kəli vəziyyətə düşürlər. 
Hər bir vəziyyətdə onlar:
1.
Çarəsizdirlər.
2.
Çıxış yolu tapmalıdırlar.
3.
Antaqonistlə konfliktdədirlər.
Təhlükə hər zaman açıq formada görünməsə də, 
ġekspir 
əsə
r boyu get - 
gedə təhlükənin səviyyəsini yüksəldir. 
Alter-
na
tiv amil artır

Şekspir sanki rejissora əlavə tapşırıq verir: 
mizan
ları elə qur ki, tamaşaçının həyəcandan
nəfəsi kəsilsin. 
Balda 
təhlükənin qaynağı Tibaltdır. Gecə bağda isə təhlükə 
at
mosferdə gizlədilib. Bunu tamaşaçılara düzgün
çatdırmaq 
rejis
sorun işidir. Musiqi, əlavə səs effektləri həyəcanın artma
-
sına kömək edir. Dramatik vəziyyət olmasa və ya zəif qurulsa, 
tama
şaçı bütün marağını itirəcək. 
Tamaşaçını ekrana cəlb edən

qəhrəmanın bir

birindən 
daha təhlükəli olan dramatik vəziyyətlərə düşməsidir. Bir 
maneəni dəf edən qəhrəman daha böyük maneə ilə qarşılaşır və 
bu, 
bütün film boyu davam edir.
Dramatik vəziyyət qəhrəmanın xarakterinin açılmasına 
yardım edir. Tamaşaçı «maska»nın arxasında nəyin gizlə
dildi-
yini öyrənir. Dərin və mürəkkəb xarakterlər maska altında giz
-
lədilir. Maskalı olmaq, əslində, yalan deyil, hər şəxsiyyətin mə
-
nəvi və sosial geyimidir. Dramatik vəziyyət onu hərəkət etmə
-
yə vadar etmədikcə, insan maska ilə reallıq arasındakı sərhəddi 
qarışdıra bilir. Xəyanətlə fədakarlıq, alışılmış yalan və acı həqi
-
qət, qoruyucu qorxaqlıq və təhlükəli cəsarət arasında seçim 
edərkən insanın həqiqi siması ortaya çıxır. 


- 24 - 
Real həyatda biz güzəştə gedir və münaqişələrdən qaçmağa 
üstünlük veririk. Dram isə personaj qarşısında dəqiq həll tələb 
edən məsələ qoyur. Onlar özlərinin, yaxınlarının həyatlarını və 
ideyalarını qorumağa məcburdurlar, aclıqdan, soyuqdan və 
ölümdən xilas
olmalı, bütün maneələri aşıb hədəfə varmalıdır
-
lar. 
Bütün bunlar bizim problemlərimizə bənzə
yir. Lakin biz bir 
qayda olaraq, öz problemlərimizi arxa plana atır, onları həll et
-
məyə tələsmirik. Dram isə bizə ən çətin vəziyyətdə belə, iradə
-
sini itirməyən, bütün imkanlarını səfərbər edib, problemlərini 
həll edən qəhrəmanları göstərir. Onlar bizi insan iradəsinin 
güclü olduğuna, bütün problemlərin həllinin mümkünlüyünə
inan
dırır. Biz məhz insan iradəsinin nələrə qadir olduğunu gör
-
mək üçün kinoya (teatra) gedirik. 
Dramatik vəziyyət personajın maskasını 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə