Azərbaycan tarġXĠ ÜZRƏ qaynaqlar


Bu hadisə haqqı nda məl umat, o necə ol muĢ dur



Yüklə 5,76 Mb.
Pdf görüntüsü
səhifə49/175
tarix21.09.2023
ölçüsü5,76 Mb.
#122715
1   ...   45   46   47   48   49   50   51   52   ...   175
kitab20100401055725223

Bu hadisə haqqı nda məl umat, o necə ol muĢ dur
və bunun sə bə bi
 
Deyirlər ki, A fĢin Ka lanrudu tərk edərə k Bə zzə dorğru irə lilə məy i 
qərara alıb, qabaqlar əyləndiy i yerələ rə tərəf yavaĢ-yavaĢ hərəkətə baĢladı, la kin
ilk yürüĢ zamanı keçdiyi yo lla deyil, baĢqa yollara gedirdi. O, 4 fərsəx 
irə rliləyib, Rud ə r-Ruda enən dərədə düĢərgə saldı. O, səngər qazdırmadı, la kin
tikanlı kollar
3
arasında düĢərgə qurdu. Mö`təsim ona yazmıĢdır ki, o, adamların ı 
bölüklərə ayırsın ki, onlar at üstündə, qaravolda gecələr edildiyi kimi, o yerdən 
gündüz də keçib gedə bilsinlər. Əsgərlərin bəziləri düĢərgədə qalmad ı, bəziləri 
isə onu gecə həmlə lərindən qorumaq üçün düĢ ərgədən bir fə rsə x ara lıda gecə-
gündüz at belində qaravol çəkməlidirlər. XoĢagəlməz bir hadisə baĢ vərərsə, 
onda [süvarilər] döyüĢ vəziyyətində, piyadalar isə düĢərgədə olsunlar... 
AfĢin Rud ə r-Ruddan kənarda əyləndi. O, dağlılara ə mr etdi ki, zirvəsi 
təbii istehkam ola dağla ra qalxs ınlar və dağların zirvələ rində piyadala rın
yerləĢməsi üçün yer seçsinlər. Buna uyğun olaraq, onlar [ köhnə] istehka m 
1
Buxaraxudat Mö`təsimin tanınmıĢ sərkərdəsi idi. Mə`mun da xidmət etmiĢdi. 
Transokeaniyadakı qoĢunların baĢçısı olub. Onun adı məlum deyil, yalnız titulu qalmıĢdır. 
―Buxaraxudat‖, yəni ―Buxaranın hakimi‖. 
2
26 avqust 837-ci li bazar günü. 
3
Mö`təsim AfĢinə min xalvar dəmir tikan göndərmiĢdir. (bax: Səid Nəfisi.Babək, s. 109) 


88 
xarabalıqları olan dağ seçdilər. AfĢin on larla tanıĢ idi və Əbu Səid in arxasında
adam göndərdi, o da hə min gün geri qayıtdı. Ġki gündən sonra o özü ilə su 
doldurulmuĢ tuluqlar, həmçin in suxarı
1
ilə təhciz o lunmuĢ iĢçi dəstəsi götürüb, 
öz düĢərgəsindən Rud ər-Ruda endi. Onlar Rud ər-Ruda çatanda o, Əbu Səidin 
arxasınca adam göndərin əmr etdi ki, yenidən irəlidə oldu, belə ki, birinci gün 
necə davranmaq haqqında o, təlimat vermiĢdi. O, hə mç inin iĢçi a layına buyruq 
verdi ki, daĢ daĢıyıb, həmin dağlara gedən yollar istehka m halına düĢ ənədək 
bərkitsinlə r. O, üstəlik ə mrlər verd i ki, hər bir yolda lap yu xa rıya kimi daĢların
araxasında səngərlər qazsın lar və hər dağa yaln ız bir yolu [açıq] saxlasınlar. 
Daha sonra o, Əbu Səidə qayıtmağ ı əmr etdi, əmri yerinə yetirərək o, ö z
düĢərgəsinə qayıtdı. 
Onun yanına Babə k tərə findən çapar gə ldi və özü ilə xiya r, ye miĢ və b. 
tərəvəz gətirib söylədi ki, deyild iyinə görə indi AfĢin yo xsul günlər keç irir, o və 
onun adamalrı yalnız suxarı və savik
2
yeyirlər, ona görə də Babək a licənablıq 
göstərib bu hədiyyələri ona göndərmiĢdir. 
―Mən bilirə m ki, bununla mən im qardaĢım nəyi nə zrdə tutur, deyərə k 
AfĢin çapara cavab verdi, - onun istəyi odur ki, ordunun sayını öyrənsin və mən,
əlbəttə, onun səxavətli d iqqətini razılıq la qəbul edirəm. Mən onun ən güclü
istəyini anlayıra m, o mənim ağ ır günlər keçirdiy imi söyləmə kdə haqlıdır. Sənə
gəldikdə isə, - deyə o, çapara ü z ttutdu, s ən heç bir Ģeydən qorxmaya b ilə rsən. 
Sən yu xarı qalxıb bizim mövqelərimizə ba xa bilərsən. Özü mü zdə o lanları 
səndən artıq görmüsən, indi isə a rxada o lanlara ba xa bilərsən‖. Sonra o, ə mr 
etdi ki, çapara at vərsinlər, onların səngərlərini, həmçin in Kalanrud və 
Bərzənddəki səngərləri görə bilməsi üçün dağa çıxa b isin. O, səngərlərin hər 
üçünə baxıb onları yaxĢıca gözdən keçirdi. Öz ağasına məlu mat verə bilmək 
üçün ondan heç nə gizlədilməmiĢdi. Bu əmrlərin hamısına çapar Bərzəndə 
çatana kimi əməl o lundu, o, AfĢinin yanına qayıtdı, [AfĢin] onu buraxıb dedi: 
―get və Babəkə məndən salamlar yetir‖. 
AfĢin tələsmədən hərə kət edirdi; dağlıla r onu [yeni] xəbər gətird ikdə o, 
bir az aralı dayandı, beləliklə, Rud-ər Rud iıə Bəzz arasındakı 6 fəsəxlik 
məsafəni hava iĢıqlaĢandan günortayadək qət etdi. Ötən il döyüĢ baĢ vermiĢ 
sıldırım qayaylara doğru yollan maq istəyərkən, o, öz yolunu qorumaq və bir
nəfərlə də olsun xü rrə mini xilas olmağa qoyma maq üçün Buara xudatı min nəfə r, 
altı yü z p iyada ilə dağın baĢında saxlad ı.
1
Suxarı (ka`k)-qurudurmuĢ Misir çörəyi, il boyu saxlamaq olurdu.
2
Savik –su və ya siylə qarıĢdırılmıĢ qidalı içki; qayı maye Ģəklindədir., ona görə də onu 
qurtum-qurtum içirdilər. (bax: Буниятов З.Азербаиджан в. VII-IX вв., с.300) 


89 
Babək ordunun yaxınlıqından keçdiyin i öyrəndikdə özünün [piyada] 
ordularından birini dərəyə, zirvəsində Bu xaraxudat dayanan dağın ətəyinə 
göndərdi və xürrəmilər onların yolunu kəsmək istəyənlərdən gizlənə bildilər.
AfĢin Bu xa ra xudatı bu dağ yolunu qormaq üçün sa xladığı halda, Bab ə k 
də öz növbəsində əsgərlərini AfĢinə qarĢı hə min yolu kəs məyə göndərmiĢdi. 
Bu xaraxudatı AĢfin Bəzz sıldırım qalxana kimi o rada dayanmaq tapĢırılmıĢdı. 
AfĢin Bu xaraxudata əmr etdi ki, onunla Bəzz arasındakı səngərə bənzər
dərənin üstündə dayansın. Əbu Səid Məhəmməd ibn Yusifə ə mr etdi ki, ö z 
adamalrından ibarət bölüklə həmin dərəni keçsin. Cəfər əl-Xəyyata əmr etd ki, 
o da ö z adamlarından ibarət bölüklə keçsin və Əh məd ibn əl-Xəlilə baĢqa bir 
bölüklə keçməy i tapĢırdı; beləliklə, dərənin bu hissəsində 3 bölük Bəzz 
tikililərinin ətrafına çatdı. Babək A zin in baĢçılığı a ltında Bə zzdən kənarda, bu 3 
alayın qarĢısındakı təpəyə dəstələr göndərdi ki, AfĢinin hər hansı bir dəstəsini 
Ģəhər qapılarına yaxınlaĢ mağa qoymasınlar. 
AfĢin Bə zz qapılarına ya xınlaĢ maq niyyətində idi və öz qoĢunlarına
əmr etdi ki, [dərəni] keçsinlər, sonra isə xürrəmiləri təkləmək üçün dayansınlar. 
Babək AfĢin qoĢunlarının art ıq s əngərlərdən ona doğru yerdiyini bild ikdə öz 
adamlarını pusquda oturtdu və onun yanında yalnız az sayda [adam] qald ı. 
Bundan AfĢin xəbər tutdu, lakin onların gizləndiyi yerləri bilməd i. Sonra ona
xəbər verd ilə r ki, xürrə milə r [qalanı] tə rk et miĢlə r və Babə klə ço x az ada m 
qalmıĢdır.
AfĢin öz mövqelə rinə qalxd ı və oturt maq üçün dəri döĢənək üzərində
kürsü qoydular və o, Babək qalası qapılarının önündəki təpənin baĢında
əyləĢdi.onun sərəncamında olan süvari alaylar dərənin b ir tərəfindən dayanıb 
gəözləyirdilər; o, ə mr etdi ki, onlar dərənin o biri tayında olan Əbu Səid, Cə fər 
əı Xəyyat və onların adamları kimi atdan ensinlər, ancaq Əhməd ibn Xəlilin
[adamları] düĢmənə ya zxın olduğu üçün özünün p iyada dağlılarını gönd ərib, 
dərəni yo xla mağı ə mr etdi. 
Be lə yo xla mala r [hər gün] günortaya kimi keç irilirdi, eyni za manda
xü rrəmilər Babəklə birlikdə nəbiz
1
içir, zurna ça lır və təbil döyürdülər. Sonra 
AfĢin günorta namazın ı qurtarıb, aĢağıya, özünün Rud ər-Rudakı səngərinə endi. 
Əvvəlcə Əbu Səid, onun ardınca Əh məd ibn Xəlil, axırda Cəfər in Dinar aĢağı 
endilər. Sonra AfĢin yenidən geri qayıtdı və onun gəlib-getməsi Babəkdə elə
qəzəb oyatdı ki, onla r geri qayıdan va xt xürrə milər öz təbillə rin i döyüb, istehza
ilə ucadan danıĢırd ıla r. Bu xra xudata gəldikdə isə o, bütün qoĢun onun yanından 
ötüb keçənədək dağ yolunu əsla tərk etmir, yalnız onların arxasınca geri 
qayıdırdı. Bir dəfə xürrəmilər bu yeknəsəklikdən və onları güdənlərin
axtarıĢından təngə gəldilər, AfĢin öz adəti üzrə geri qayıdarkən süvari layları da 
1
Nəbiz-tez kefləndirilən içki kimi istifadə edilmiĢ palma çaxırı. 


90 
bir-b irinin ardınca qayıt mağa baĢladılar; dərəni əvvəlcə Əbu Səid, sonra Əh məd
ibn Xə lil, hə mçin in Cəfər ə l-Xəyyatın adamlarından bir neçəsi keçdi. Xürrə milər 
öz səngərlərin in qapısını açdı və on nəfər süvarı çıxıb Cəfər əl-Xəyatın orda 
qalmıĢ adamlarına hücum etdi. QoĢun içərisində qıĢqırıq qopdu və Cəfər ö z 
təĢəbbüsü ilə bölüklə rdən biri götürüb geri qayıtd ı, atlıla ra hücum edib onları 
Bə zz qapılarına tərəf geri qovdu. La kin düĢ ərgədə qalmaqal və q ıĢqırtı dava m 
edirdi. AfĢin geri döndü, Cəfər və onun adamları isə o biri tərəfdə döyüĢü 
davam etdirirdi. Onun adamlarının böyük toplusu [ona qoĢulmaq üçün] ü zə çıxd ı.
Sonra Babək sayca ço x olan süvarı ilə irə li ç ıxd ı. Tə rəflərin heç b irində, nə
AfĢinin adamları içərsində, nə də Babəkin adamları arasında piyadalar yo x id i. 
ToqquĢma oldu və hər iki tərəf tələfat verd i. Sonra AfĢin geri qayıtdı, dəri 
döĢənək onun üstünə sərildi və onun üstünə kürsü qoyuldu, öz adəti üzrə o, 
kürsüyə oturdu. Ancaq onda Cəfərə qəzəb alovlandığ ından söylədi: ―O mən im 
qoĢunlarımızın n izamını və mənim planlarımı pozdu‖.
QıĢqırt ıla r daha da güclən məyə baĢladı. Əbu Dulə fin
1
alayında Bəsrə 
və digər yerlə rdə bir neçə fədai var idi, onlar cəfə rin döyüĢdüyünü görüb, 
AfĢinin əmri o lmadan aĢağı endilər və dərinin o biri ü zünə keçib Bəzzin
yaxınlığınadək [irəlilədilər]. Orada onlar ona (Cəfərə) qoĢularaq onun ardınca
getdilər və onlar ha mısı yu xarı qalxdılar; onla r Əl Bə zzə so xulmaq ərə fəsində 
idilər. Sonra Cə fər AfĢinə xəbər göndərib xah iĢ etdi: ―Mənə 500 o xatan göndər, 
allah ın kö məy i ilə mən Bəzzə soxu lmaq ü midindəyəm. Mən sənin ətrafında bu 
gördüyün bölükdən o, Azin in bölüyünü nəzərdə tuturdu, baĢqa ayrı bir 
[düĢmən] görürəm‖. 
AfĢin cavab verdi: ―Sən artıq mənim plan ımı pozdun. Ça lıĢ onlardan 
bir a z ara lan, ada mlarını qoru və geri qayıt‖. 
Fədailə r Bəzzə ya xın laĢdıqda onalrın arasında s əs-küy və qıĢqırtı 
baĢlandı və Babəkin pusquya göndərdiyi adamlar düĢündülər ki, artıq döyüĢ 
qızıĢıb və onlar cəld ü zə çıxaraq Bu xaraxudatın əsgərlərindən aĢağıdakı g izli 
sığınacaqlardan göründülər, eyni zamnada pusquda duran baĢqaları da AfĢini 
dayandığı təpənin yanında irəli atıld ılar. Xü rrəmilər hər tərəfdən irəli cu mdular, 
onlardan yu xarıda dayanan ərəb əsgərləri onları heç b irini dayandırmadı və 
AfĢin dedi: ―Allaha Ģükür o lsun ki, bizim üçün [pusqu] yerini də ü zə çıxardı‖. 
Daha sonra Cə fər ö z ada mları və fədailəri ilə birgə qayıdıb AfĢinin
yanına gəldi və dedi: ―Mən im ağam! Mö min lərin əmiri mən i sən gördüyün 
müharibəyə göndərib. O məni burada oturub gizlən mək üçün göndərmiĢdir. Sən
mən im üçün ən məsul anda maneə oldun- Bə zzə da xil olmaq və onun [Babəkin] 
1
Qasın ibn Ġsa əl-Ġcli (Əbu Duləf adı ilə tanınmıĢdır.) Xəlifə Linin fanatikcəsinə tərəfdarı 
olub; 839—40- ci ildə yaĢamıĢdır. AfĢin ona həsəd apardığı üçün, hətta bir dəfə onu həbs etmiĢdi, 
lakin o, ölümdən yaxa qurtara bildi. 


91 
mövqeyinə soxu lmaq üçün mənim yalnız beĢ yüz p iyadaya ehtiyacım vard ı, 
çünki qarĢımda kim olduğunu mən yaxĢı b ilird im‖. 
AfĢin ona cavab verdi: ―Sən qarĢında dayananlara deyil, səni 
arxandakılara, b ir də Bu xaraxudat və onun adamalrına hücum edənlərə bax‖. 
Sonra Fəzl ibn Ksvus Xəfər ə l-Xəyyata dedi: ― Əgər iĢ təkcə səndən 
asılı o lsa idi, sən dayandıığın həmin bu yerə qalxa bilməzdin və deməzdin : 
―Mən burada belə, orada elə edərəm‖. 
―Bu müharibədir,-deyə Cə fər qıĢqırd ı, -burada iz kənardan kiminsə 
gələcəyini gözləyərə k dayanıb qalmıĢıq‖. 
―Əgər bu, ə mirin məsləhəti olmasa idi, onda mən dərhal sənin dərsini 
verərdim‖ - deyə Fə zl cavab verdi. Lakin AfĢin onla rın hər ikisini niza m-intiza ma
çağırdı və onlar [mübahisəni] kəsdilər. 
Sonra AfĢin Əbu Dulə fə öz fədailə rin i qala divarla rının dibindən geri 
çağırmağı əmr etdi. Ona görə də Əbu Duləf onları səslədi: ―Geri qayıdın. Lakin
onlardan biri ə lində daĢ irə li gəlin dedi: ―Doğrudanmı s ən bizi indi geri 
çağırırsan. Mən bu daĢı qala divarlarından götürmüĢ ən‖. Lakin o, cavabında 
dedi: ―Dərhal geri qayıt, onda baĢa düĢ ərsən ki, sənin yolunu kim kəsib‖. 
Bununla o, a rxada Bu xa ra xudatın üstünə atılmıĢ əsgərləri nə zərdə tuturdu. 
Mənim inandığım adamla rdan biri dedi: iki həftə sonra AfĢin hazırlığ ı 
görüb, gecə yarısı min nəfərə kimi p iyada atıcı çağırtdırd ı, onların hər birinə su 
üçün tuluq və suxarı verdi, bəzilərinə isə qara bayraq və baĢqa əmlak təqdim 
etdi. O, gün batana ya xın onla rı bə lədçiləri ilə b irlikdə irəli göndərdi. On lar
bütün gecəni tanıĢ olmayan, çətin [keçilən], yolsuz dağlarda dolan ıb, Azinin
yerləĢdiyi təpənin arxasına çatana kimi hərə kət etdilə r. Bu, hündür bir dağ idi. 
AfĢin onlara əmr etmiĢdi ki, səhər namazından sonra onun AfĢinin içarəsini 
görənədək öz yerlərin i heç kəsə b ild irməsinlər, toqquĢma görsələr, yalnız o
halda [onun verdiyi] bayraqları nizə lərə keçirsinlər, təbil çalıb, dağda üzü aĢağı 
ensinlər, xü rrə milərin baĢına o x və daĢ atsınlar. Əgər [onun] iĢarəsini görməslər,
onda onun təlimat ının alana kimi yerlə rindən tərpənməsinlə r. Buna əmə l edild i. 
Hava iĢıqlananda onlar dağın baĢına çatdılar. Onlar dərdə tuluqları su ilə 
doldurub, dağın baĢına qalxdılar. Sonra b ir dəfə gecə AfĢin onların baĢçılarının
yanına adam gönədrib, silahları hazırlamağı xəbər verdi, çünki sübh çağı o, 
hücum etmək n iyyətində id i. Eyni zamanda o, gecə türk BəĢiri fərqanəli
1
döyüĢçü baĢçıları ilə birgə göndərin, əmr etdi ki, on lar dərin in su götürülən aĢağı 
hissəsindəki təpənin ətəyinədək getsinlər, bu [yer] A zin in yerləĢdiyi dağ-daĢ 
aĢağıda idi; çünki o, (AfĢin), qoĢunlar gedən vaxt öyrən miĢdi ki, dinsizlər həmin
damın altında gilzən iblər. BəĢir və fərqanəlilə r AfĢinin xəbər ala bid iyi kimi, 
1
―Fərqanəli‖, ―fərqanəlilər‖ dedikdə Mö`təsiminq Fərqanədən topladığı türklərdən ibarət 
qoĢunlar (və baĢçıları nəzərdə tutulur.) 


92 
xü rrəmilərin pusquda qoĢun saxladığ ı yerə yollandılar. On lar gecə yarsı yola
düĢdüklərindən, düĢərgədə adamların ço xu bundan xəbərsiz idi. Sonra o (BəĢir), 
dəstəbaĢçılarına xəbər göndərdi ki, silahla rla döyüĢə hazırlaĢsınlar, çünki, ə mr 
[AfĢin] sübh çağı yola düĢ əcəkdir.
Hava iĢıqlananda AfĢin əvvəllər etdiyi kimi, özü ilə əsgərə, neft 
yağdıranlar, neftatan manacaqlar və məĢ`əllər götürüb həqiqətən də irəli yerid i. 
Sübh çağı o, ibadət elədi. Sonra o, təbilləri çadırıb hə miĢə dayandığı yerə çatana
kimi irə lilədi. Adət üzrə yenə də dəri düĢənək sərildi və kürsü qoyuldu. 
Bu va xtadək Bu xa ra xudatı hər gün dayandığı yerdə-da mın baĢında
gözləyirdi. Lakin həmin fövqaladə gündə o, Əbu Səid, Cəfər əl-Xəyyat və Əhəd 
ibn Xəlillə b irlikdə qoĢunun önündə gedirdi. Be lə hərbi dü zülüĢ qaydası bu dəfə 
adamlara qeyri-adi göründü və o, (AfĢin) onla ra ə mr etdi ki, A zin in olduğu 
təpəyə yaxınlaĢsınlar və onu mühasirəyə alsınla r, ha lbuki bu va xtadək o, bunu 
onlara qadağan edirdi. Adamlar yu xarıda adı çəkilən həmin dörd dəstə baĢçıları 
ilə təpə mühasirəyə alınana kimi irə lilədilər. Cəfə r ə l-Xəyyat Bə zzin g iriĢ 
yolunun yaxınlığında idi, Əbu Səid onun yanında, Bu xaraxudat Əbu Səidin
tərəfində id i. On lar bu cür birgə gə ldilər və təpənin ətrafını dövrələdilər. Dərənin
aĢağı hissəsində səs-küy böyük idi. A zinin yerləĢdiyi təpənin altındakı 
pusquçular artıq türk BəĢir və fərqanəlilərin üzərinə atılıb, bir müddət davam 
edən döyüĢə giriĢ miĢdilər. ToqquĢma böyüyüb qarıĢıqlığa çevrilmiĢdi. 
DüĢərgədə adamlar onların q ıĢqırtılarını eĢidib təĢviĢə düĢümüĢdülər, lakin AfĢin
əmr etdi ki, carçılar çağ ırsınlar: ―Ey adamlar! Onlar türk BəĢir və 
fərqanəlilərd ir. Mən onları [qabağa] göndərmiĢəm,, onlar pusquda duranları 
aĢkara çıxarırılar, buna görə də əbəs yerə narahat olmayın!‖
Ġrə lidə olan p iyada atıc ıla r bunu eĢidib dağın zirvəsinə qalxdılar və
AfĢinin tapĢırdığı kimi iĢarə verd ilər. QoĢunlar b ir fərsəx məsafədə o landa
onlardan aralı o la dağlardan qara bayrağı necə endiyin i gördülər və onlar da
yuxarısında Azin olan dağdan üzü aĢağı enməyə baĢaldılar, çünki verilən iĢarə 
onların qarĢılan ması üçün əsas idi. Adamlar Azinin düĢərgəsində onları 
gördükdə, Azin xürrəmilərin b ir q ismini onlara qarĢı göndərdi, [AfĢin in] 
əsgərləri onları gördükdə ço x qorxdular. Sonra AfĢin onlar xəbər göndərib
bildirdi ki, bu bizim p iyadalardır və Azinə qalib gəlməkdə b izə kö mək edəcəklər.
Ondan Cəfə r ə l-Xəyyat üzbəüz o lduqları Azin və onu məsləkdaĢlarına hə mlə
etdilər, la kin sonuncular (xürrə milə r) onla rın ü zərin atıldılar və onları dərəyə
tərəf geri çə kilməyə məcbur etdilə r. Sonra Əbu Sə idin ya xın ada mlarından və 
onun davamç ıla rından olan Mü`ə z ibn Məhəmməd və ya Məhə mməd ibn Mü`ə z
adlı b irisi bir neçə nəfərlə onlara döyüĢə girdi, lakin birdən onları atlarının
dırnaqları altında çalalar əmələ gəld i və Əbu Səidin isə süvariləri bir-b irinin
ardınca yerə yıxıldılar. Belə o lduqda, AfĢin iĢçi alayına əmr etdi ki, onların
evlərin daĢlarını daĢıyıb bu çala ları doldursunlar. Onlar be lə də etdilər, bundan 


93 
sonra adamlar daha bir hücu m etdilər. A zin dağ baĢında arabalara dağ yığdırıb
saxlamıĢdı və qoĢunlar hücum edən zamanı o həmin arabaları onlara qarĢı 
buraxd ı. Lakin onlar aralandılar və arabalar diy irlənib aĢağı ötdü. Sonra 
adamlar hər iki tərəfdən hücum etdilə r.Babək ö z ada mla rın ın mühasirəyə 
düĢdüyünü gördükdə AfĢinin yaxınlığ ından, onun əyləĢdiyi təpədən bir mil 
aralıda ola qapıdan çıxıb Bəzzi tərk etdi. Babək b ir neçə tərəfdaĢları ilə 
soraqlaĢıb AfĢini soraqladı. Əbu Duləfin tabeliyində ola adamlarından biri 
soruĢdu: ―Bu kimd ir?‖ Onla r cavab verdilər: ― Bu, Babəkd ir o, AfĢini a xtarır‖. 
Əbu Duləf bu bardədə AfĢin əxəbər çatdırdı, o isə təcili olaraq Babəki tanıyan 
adam göndərdi. Həmin adam ona baxandan sonra geri qayıdıb AfĢinə dedi: 
―Bəli, o həqiqətən Babəkdir‖. Onda AfĢin irəliləyərək onunla və onu yoldaĢları 
ilə ü zbəüz danıĢıqlar aparmağa yarıyan məsafəyə kimi qabağa gəldi, A zin olan
yerin ətrafında döyüĢ uzanırdı və Babək AfĢinə dedi: ―Mən mö minlə rin
əmirindən aman istəyirəm‖. 
―Mən bunu sənə artıq tə klif et miĢəm, -deyə AfĢin cavab verdi, və bu, 
nə vaxt istəsən, sənin öz ixtiyarındadır‖
1
- dedi. 
―Mən bunu indi istəyirə m, -deyə Babə k cavab verd i, -bu Ģərtlə ki, sən 
mənə a ilə mi hazırla maq üçün möhlət verəsən‖. 
―Allaha and içirə m!-deyə AfĢin dilləndi, -Mən artıq b ir neçə dəfə sənə 
məsləhət görmüĢdüm, s ən isə mənim məsləhətimi qəbul et mədin. Mən sənə bir 
daha məsləhət bilirə m, sənə əmin-a malıq almaq üçün sabahkı məqamdan bu 
gün daha münasibdir‖. Babək dedi: ―Mən bunu qəbul edirəm, ey əmir. Mən im 
istədiyim də e lə budur‖. 
― Ya xĢı, -deyə Babək cavab verdi, -Filankəsə, filankəsə gəldikdə isə
onlar hazırda [döyüĢ gedən] bu təpələrdədirlər, ona görə də ö z adamlarına əmr 
et, əl sa xlasınlar‖ . 
Ġnandığım ada mla rdan biri mənə dedi ki, AfĢinin e lçisi ada mları 
gətimə k üçün yola düĢdü, ona dedilər ki, fə rqanəlilərin bayrağı artıq Bə zzdədir 
və qalaların üzə rində qald ırılmıĢdır, buna gör də , ada mları [a rxasınca aparmaq
üçün] haylayıb atını irəli çapdı. Sonra o, Ģəhərə daxil oldu, onlar da bunu etdilər 
və bayraq qaldırıb iĢarə verə-verə istehka mlara qa lxd ıla r, Bə zzin küçə və
meydanları adamlarla dolmuĢdu. Sonra həmin pusquda duranlar istehkamların
qaplarını açıdlar və piyadalar [ərəb] qoĢunu ilə döyüĢə girdi. Bu vaxt Babək 
[Ģəhərdən] çıxıb HəĢtadsər yaxınlığında dərəyə gird i. 
AfĢin öz dəstə baĢçıları iə istehka mların qapıları ağ zında döyüĢməkdə
idi xürrəmilər fədakarlıqla vuruĢurdular. Sonra o, neftyağdıranları çağırıb
1
Bu fakt və ondan sonra vərilən yazı göst ərir ki, AfĢinlə Babək arasında əlaqə olmuĢdur. 
(bu barədə ət-Təbəri susur). AfĢinin məhkəməsində xatırladılanların məktub da bunu sübut edir. 
Məktub haqqında bax: ibn əl-Əsir. Əl-Kamil fi-ti-tarix, s. 78. 


94 
[düĢəmini] ü zərinə neft yağdırmağa və onların baĢı ü zərində nə varsa, hamısını 
yandırmağa baĢladı, adalar son[xürrəmi əsgər] ö ldürülənə kimi istehkamları 
uçurub dağıtdılar. AfĢin Babəkin oğulları və Bəzzdə onların yanında qalmıĢ ailə 
üzvlərini ələ keçird i. Nəhayət, axĢam düĢdü və o, geri dönməyi adamlara əmr 
etdi, onlar belə də etdilər, xü rrə milərdən [sala mat qalan] ada mla r [əvvəlki kimi] 
öz ev lərində qaldılar. AfĢin Rud ər-Ruddakı səngərinə qayıtdı. 
Deyirlər ki, Babək və onunla birlikdə dərəyə en miĢ ada mlar AfĢin in ö z 
səngərinə qayıtdığını bildikdə Bə zzə döndülər. Onla r istədikləri və apara
biləcə klə ri qədər ə rzaq və Ģə xsi ə mlaklarını götürüb HəĢtadsərə ya xın olan
dərəyə endilər. Sonrakı günü s əhərisi AfĢin yenidən hərəkət edib, Bə zzə gəld i. O,
Ģəhərdə ayaq saxlayıb istehkamları dağıtmağı əmr etdi və Ģəhərin ətraflarını 
yoxla maq üçün piyada qoĢun göndərdi. Lakin onlar yerli əhalidən heç kəsi 
tapmadılar. Sonra o, iĢçi alayı göndərib istehkamları dağıtdırdı və yandırdı. Bu iĢ 
üç gün, Babəkin bütün xəzinəsi və istehkamları məhv olanadək davam etdirildi.
1
Heç bir ev, heç bir istehlak sala mat bura xılımadı. O, onla rın hər birin i 
ya yandırdı, ya da uçurub dağıtdı. Bundan sonra o, geri qayıdıb öyrəndi ki, 
Babək özünün b ir neçə nəfər tərəfdarı ilə birlikdə aradan ç ıxıb. Buna görə də o, 
erməni çarlarına və knyazlarına aĢağıdakıları ya zdı: ―Babə k b ir neçə ada mla
qaçıb dərəyə yetiĢmiĢ, oradan isə Ərmən iyyəyə tərəf yollan mıĢdır. Sizin
yanınızdan ötüb keçəcəkdir‖. O, onların hər birinə ö z torpaqlarına keĢiĢ çəkməyi 
və yoldan keçən hər bir kəsi saxlayıb Ģ ə xsiyyətini müəyyən etmədən 
buraxmamağı əmr etdi. 
AfĢinin yanına casuslar gəlib, dərədə Babə kin g izləndiy i yerə ona
xəbər verdilər. Bu, sıx ağalıq və koluq, b ir tərə fi Ərməniyyə, baĢqa qurtaracağı 
isə Azərbaycana çıxan və atlıların hərə kətinə imkan vərməyən bir dərə id i. 
Ağacların sıxlığından və bataqlıq olduğundan, orada gizlənən adamı tapmaq
mü kün deyild i. Həqiqətən də ora əsl bataqlıq idi. Bu dərə ―Batalıq‖ adlan ırd ı. 
AfĢin [mü mkün olan] hər tərəfə adam göndərdi ki, həmin bataqlığa imkan verən
yolun, yaxud Babəkin hə min yoldan bataqlıqdan çıxmaq çarəsini olub-
olmadığın ı öyrənə bilsin. Sonra o, hər bir yola və həmin ərazinin hər yerinə 400-
dən 500-ə kimi əsgərlərdən gözətçi dəstələr qoydu. Yo lla rı göstərmə k üçün 
dağlıları da onlara qoĢdu. O, əmr verd i ki, gecələr yolları qorusunlar ki, heç kəs 
onlardan keçə bilməsin. Say ı 15-ə çatan dəsətini hər bir əsgərinə öz
düĢərgəsindən azuqə göndərdi. 
Bu və ziyyət ta mö`min lərin ə miri Mö`təsimdən Babəkə a man verən və
qızıl möhürlə təsdiqlən miĢ məktub gəlincəyə kimi davam etdi. Bundan sonra 
AfĢin ona sığın mıĢ olan Babək tərəfdarlarına və onun onlarla olan böyük 
oğluna xəbər göndərdi. AfĢin [ona] və ələ keçirilən baĢqlarına dedi: ―Mən bunu 
1
Əl-Yə`qubinin (897-ci ildə ölüb), verdiyi məlumata görə, ― Bəzzdə 7600 nəfər əsir alındı‖. 


95 
mö min lərin əmiridən gözləmirdim və mən Ģəxsən onun indiki vəziyyətində aman
vərilməsi haqqında ona yazmaq istəmirə m. Sizlərdən indi kim bu [mə ktubu 
götürüb] ona çatdıra bilər?‖
1
. La kin onla rdan heĢ biri bu iĢi ü zərinə götürməyə 
cəsarət etmədi və onlardan biri dedi: ― Ey ə mir! Bizlərdən heç kəs onunla
üzbəüz dayanmağa razı olmaz‖
―Bəlaya düĢəsən səni!-deyə AfĢin qıĢqırdı, -ġübhəsiz o, buna Ģad
olacaq‖. Lakin bir baĢqası cavab verdi: ―Allahın əmirə rəh mi gəlsin. Biz bunu 
səndən yaxĢı bilirik‖ . 
Bunu eĢitdikdə AfĢin dedi: ―Sizin baĢqa çarəniz yo xdur. Siz ta ma milə
mənə tabesiniz və hökmən bu məktubu ona aparma lısınız‖. Onda iki nəfər ayağa 
qalxıb dedi: ―Təminat vər ki, sən bizim aiəmizi dolandıracaqsan‖. AfĢin bunu 
onlar və`d etdi və onlar mə ktubu götürüb, ona (Babəkə) yetiĢincəyə kimi 
bataqlığın arası ilə yol getdilər. Babəkin oğlu da onlarla məktub yollayaraq, 
yeni yaran mıĢ vəziyyəti ona yazd ı və aman üçün geri qayıtmasını xahiĢ edərək, 
bunun təhlükəsiz və ən ya xĢı çıxıĢ yolu olduğunu bild irdi. Hə min iki nə fər 
oğlunun məktbunun ona çatdırdı. O o xuyandan sonra soruĢdu: ―Siz nə 
etmisiniz?‖ 
Onlar cavab verdilə r: ― Bizim a rvad-uĢaqlarımız bu gecə əsir a lın ıb və
biz sənin yanına qayıtmaq üçün harada olduğunu bilmird ik. Biz elə b ir yerə
düĢdük və gördük ki, bizi əsir ala b ilərlər, ona görə də aman istədik.‖ 
Babək mə ktubu verən adam dedi: ―Mən bu [ada m] barədə heç nə
bilmirə m. Bəs sən, ə xlaqsız fahiĢə oğlu. Sən necə cəsarət edib, ə xlaqsız, fah iĢə 
oğlunun ( burada Babək öz oğlunu nəzərdə tutur.-Red) adından mən i yanıma
gəlmisən. Və [Babək] onun tutub baĢını kəsdi və [Mö`təsimin] mə ktubun bağlı 
halda onun sinəsinə möhkə m yapĢdırdı; o, [hətta] mə ktubun möhrünü də
qoparmadı. Sonra o biri adama dedi: ―Get, o əxlaqsız fah iĢə oğlundan soruĢ ki, 
nə məqsədilə bunu mənə ya zıb?‖ o, hə mç inin oğluna yazırd ı: ―Sən mən im 
yolumla getsəydin və öz sülalən in (xanədanın) varisi o lsaydın, onda vərəsəlik 
sənə keçə bilə rdi, onda bir neçə gün qabaq sən həqiqətən mənim oğlu m 
sayılırd ın. Ġndi isə sənin fahiĢə ananın pozunluğu mənə aydın oldu, ey fah iĢə 
oğlu! Bəkə də mən bu gündən sonra çox yaĢamadım, amma mə hökmdar 
[malik] adını daĢıyıram və mən harada o lsam, yaxud mənim barədə harada nə 
danıĢsalar, yenə də mən hökmdar o laraq qalram. Sən isə elə bir to xu mdansan ki, 
ondan bir nəfə r də olsun ləyaqətli [ada m] törə məyib və mən [açıq ] b ild irirə m ki, 
sən mənim oğlu m deyilsən, çünki qırx il miskin qul kimi ö mü r sürmə kdənsə, bir 
gün ağa kimi yaĢamaq daha yaxĢıd ır‖. Sonra o ö z sığınacağın ı tərk etdi və 
1
Bu parça bir qədər dolaĢıqdır, lakin, görünür, ət-Təbəri onu nəzərdə tutur ki, AfĢin 
Babəkin qaçmasına yol verməsi müqabilində xəlifədən Babək haqında aman kağızı gəlməsini 
gözləmirdi, həmin gözlənilməz kağız onu çaĢdırmıĢdır. 


96 
elçin i müəyyən olunmuĢ yerə aparmaq üçün üç nəfər adam göndərdi. Sonra
onlar onun yanına qayıtdılar. 
Babək ərzağ ı qurtarana kimi bu bataqlıqda qaldı. Sonra o, əsgərlərin
qoruduğu yaxın yola çıxd ı. Bu ra dağda su tapımayan bir yer id i; su baradan
uzaqda olduğundan istər-istəməz qoĢun burada dayanmayaraq oranı tərk etmiĢ 
və su olan yerə getmiĢdi. Bununla be lə, onla r iki nəfə r dağlını iki atla yolda
keĢik çəkməyə qoy muĢdular. Yo l ilə dəsətlərin olduğu yer arasında mil yarıma
kimi məsafə vard ı. Hər gün iki atlı və iki dağlı yola nəzarət edird i. Bir dəfə
günorta üstü yolu yoxladıqdan sonra Babək və onun yoldaĢları çıxıb , heç kəsi- 
nə iki atlını, nə də iki dağlını görmədilər. Buna görə də on lar be lə düĢündükləri 
dəstələr yolda yoxdur. Odur ki, Babək ö zünü iki qardaĢı-Əbdüllah və Müaviyə, 
öz anası, arvadlarından Ġbnət əl-Kalandaniyyə adlı biri ilə yola çıxdı və 
Ərmən iyyə səmtə yollandı. 
Ġki atlı və iki dağlı onla rı gördü, [bu barədə] Əbu Sac ın baĢçılıq etdiy i 
dəstələrə xəbər çatdırdılar: ― Biz yolda atlılar keçdiyini gördük, a mma onla rın
kim olduğunu bilmədik‖. Sonra b ir neçə ada m atlıların keçdiyin i gördük, a mma
onların kim olduğunu bilmədik‖. Sonra bir neçə adam atların ı səyirdib [onları] o
vaxta kimi izlədilər ki, onların bulaq baĢında dayanıb çə rəz yediklə rin i u zaqdan 
gördülər. Lakin onlar adamları gördükdə, o dinsiz [Babək] və yanındakılar vaxt 
itimədən atlarıa sıcrad ıla r və xilas ola bildilər. Lakin, Müaviyə, Babəkin anası 
və onunla birlikdə o lan arvadı ələ keçirdilər. On larla birlikdə [hə mçin in] 
Babəkin qulla rı da əsir a lındı. Əbu Sac Müaviyəni və iki qadın ı geri, düĢ ərgəyə 
göndərdi, Babək isə yoluna davam edərək Ərməniyyə dağlarına gəlib çatdı, 
orada [da] gözə görünmədən hərəkətini dava m etdirdi. O, ərzağa çox ehtiyac
duyurdu, lakin bütün erməni knyazları [batriklər] ö z mü lklərin i və ö z hüdudlarını 
sayıq qoruyurdular. Onlar öz əsgərlərinə əmr etmiĢdi ki, tutub saxlamadan və 
Ģəxsiyyətini ayırdlaĢdırmadan heçkəsin keçməsinə icazə verməsinlər. Bütün 
dəstə baĢçıları sayıq idilər.
Babək ac ımıĢdı. O b iri təpənin belində ikən birdən dərələrin birində ö z
fəddanını
1
Ģumlayan bir nəfə r cütçü gördü. O, öz quluna dedi: ―AĢağı, o 
cütçünün yanına en, özünlə dinarlar və dirhəmlər götür, əgər onun çörəyi varsa, 
pul verib ondan al‖. Cütçünün [Ģərik] yoldaĢı var idi, bu va xt onun yanıdan hara
isə aralan mıĢdı. Qu l cütçüyüə yanaĢan vaxt onun Ģ əriki u zaqdan qulu görüb, 
əcnəbidən qorxaraq gö zləməyə baĢladı ki, onun yoldaĢına yaxınlaĢan yadellinin
nə etdiyini görsün. Qul cütçüyə tərəf nə isə uzatdı, o da ya xın gəlib uzatd ığı 
çörəyi ona verdi. Onun [cütçünün] yoldaĢı isə uzaqda da tamaĢa etdi və öz-
özünə düĢündü: ―ġübhəsiz, bu yad adam onun çörəyini zorla əlindən alır‖, çünki,
öz əvəzində qulun ona nə isə verdiyin i bilməd i. O, əsgərlərə doğru tələsin onlara 
1
Fəddan-orta əsrlərdə sahə ölçüsü olub, 5 min 883,5 kv.m-ə barəbərdir. 


97 
dedi ki, onların yanına, qılınclı, yaraqlı bir ada m gəlib onun dərədəki yoldaĢının 
çörəyini əlindən aldı. Dəstə baĢçısı dərhal atın ı çapdı və bu əhvalat ibn Su mbatın
dağlarında baĢ verdiyindən o, Səh l ibn Sunbata
1
xəbər göndərdi ki, o da bir 
neçə nəfərlə tələsik atını çapıb özünü onlara yetirdi. O, cütçüyə çatanda qul hələ 
də onun yanında idi O soruĢdu: ―Burada nə baĢ verir?‖. 
Cütçü dedi: ― Bu ada m mənim yanımdan keçirdi, məndən çörək xahiĢ
etdi, mən də verdim‖. 
―Sənin ağan hanı?‖- deyə ibn Su mbat quldan soruĢdu.O, cavab verdi: 
―Orada‖ və baĢı ilə həmin səmti göstərdi. Ġbn Sunbat onun ardınca gedib 
[dağdan] enən Babəkə çatdı, üzünə baxan kimi onu tanıdı və atdan düĢərək ona
yaxınlaĢıb əlin i öpdü. Sonra dedi: ―Eyvah mənim ağam! Yolun hayanadır‖. 
Babək cavab verdi: ― Ru m torpağına getmə k istəyirə m‖. 
―Sən elə bir münasib yer və ada m tapa bilmə zsən ki, səni mənim kimi 
baĢa düĢsün, -deyə ibn Sumbat cavab verdi, -baĢqa ibr kəs sənə mənim kimi 
qulluq göstərməyə layiq ola bilərdi ki, sən onun yanında qalasan. Sən mən im 
vəziyyətimi b ilirsən. Mənimlə hökü mət [xə lifə] a rasında heç bir münasibət 
yoxdur. Sən hökmüətə ya xın olan lardan heç birin in yanına ged ə bilmə zsən. Sən 
mə im iĢlərimlə, ö lkə mlə və buradakı bütün batriklərlə tanıĢsan. Həqiqətən də, 
onlar sənə yaxın ada mlard ır, sənun onlardan oğlanların vard ır‖. O, bununla onu 
nəzərəd tuturdu ki, Babək batriklərdən hər hansı birin in gözəl q ızı və ya bacısı 
olduğunu eĢidəndə o, adam göndərib onu istəyirdi. Batrik onun istədiyini 
göndərsəydi, hər Ģey yaxĢı o lurdu, imtina etdirsəydi, onda Babək gecə ikən onun 
üzərinə hücum edib qadını, bütün əmlakın ı zəbt edir və onları zo rla ö z
ma likəsinə aparırd ı. 
―Mənimlə mən im qala gedək‖, -deyə ibn Sumbat ona m mürac iət etdi. 
–Axı, bu sənin öz evindir, mən isə sənin qulunam. Bu qıĢı burada qalarsan, 
sonra nə edəcəyini özün bilə rsən‖. 
Ehtiyac və yorğunluq Babəki əldən salmıĢdır; o, Səhl ibn Sunbatın 
təminatına inanıb dedi: ― Ya xĢı düĢmə z ki, mən və qardaĢım b ir yerdə qalaq, 
əgər kimsə bizim b irimizə iliĢərsə, o birmiz salamat qalsın. Mən özü m səninlə 
qalara, qardaĢım Abdullah isə ibn Ġstifanusun yanına gedər, çünki nə baĢ verə 
biləcəyin i biz bilmirik və bizim süla ləni sonra davam etdirə biləcək varsimiz 
yoxdur‖. 
1
Səhl ibn Sunbat -IX yüzilin birinci yarısında Arranla ərəblərin asılı feodal hökmdarlarından 
biri olan ġəkinin hakimi. M. Kağanqatlıya gör, aran Ģahlardan biri, kökcə alban padĢah sülaləsindən 
olan Zarmixin nəslindəndir.Onun əsas iqamətgahı-ġəki qalası Sünikin Ģimal tərəfindən indiki Sisian 
rayonunda qeydə alınmıĢdır.
Səhl ibn Sunbat Babəkin müt əffiqi olmuĢ, hələ 822-ci ildə Araması qarət edən ərəblərin 
üzərinə qəflətən basqın edərək bir çoxunu qırmıĢ, qalanlara qaçmağa məcbur etmiĢ, minə qədər əsiri 
azad etmiĢdi.(M. Kağanqatlı, s. 164) 


98 
―Sənin oğlanla rın ço xdur ki!‖ –deyə ibn Sunbat iĢarə etdi, la kin Babə k 
cavab verdi ki, onların arasında bir nəfə r də olsun yaralı yo xdur. Ona görə də o
qərara alıb ki, qardaĢını etibar etdiyi ibn Ġstifanusun qalasına gönd ərsin. Bunda
sonra o, ibn Sunbatla onun qalasına yollandı, s əhəri gün isə Abdullah ibn 
Ġstifanusun qalasına getdi. 
Ġbn Sunbat AfĢinə yazdı ki, Babək onun qalasında onunladır. AfĢin
cavab verdi: ― Bu doğrudursa, onda mö`minlərin ə mirin in [A llah ona güc vərsin] 
və mənim sənə etimadımız artacaqdır‖ . O, bunu da yazdı ki, o [ibn Sunbat], 
yaxĢıca mü kafatlandırılacaq. Az sonra o, etibar etdiyi yaxın adamlarından birini 
onun yanına gönədirir ki, Babəki görüb onun Ģəxsiyyətini tanısın və qayıdıb ona
mə lu mat vərsin. 
Ġbn Sunbat Babəkdə Ģübhə oyatmamaq niyyəti ilə hə min ada ma dedi: 
―Sən onu yemək yeyəndən baĢqa vaxt görə bilməzəsən. O mənimlə çörək yeyir. 
Onu səhər yeməy inə çağırdığımız görəndə bizim ada mla ra o xĢa maq üçün
palatarını dəyiĢib bizim aĢpazların paltarından geyərsən. Sonra, sanki yemək 
gətirirsənmiĢ, ya xud nəyisə aparısanmıĢ kimi yanımza gəl, onun baĢı yeməyə 
qarıĢacaq, ona sən onu istədiyin kimi öyrənə biərsən, sonra qayıdıb öz ağana
xəbər aparasan‖. 
Hə min adam səhər yeməyi za manı e lə də etdi, la kin Babə k baĢını 
qaldırıb ona baxd ı və tanımay ıb soruĢdu: ―Bu adam kimdir?‖ Ġbn Sunbat cavab 
verdi: ― Bu ada m xorasanlıd ır, xaçpərəstdir və ço xdan bizdə qalır‖. Bununla o, nə
demə k istədiyini ona an latdı. Sonra Babək hə min adamdan soruĢdu: ―Sən nə 
vaxtdan burdasan? O, cavab verdi: ― Filan qədər ild ir‖. Hə min ada m cavab verdi: 
―Mən burada evlənmiĢən‖. Babək ona: ―Sən düzmü deyirsən?‖, - birisi 
baĢqasından soruĢanda ki, sən haralısan, o cavab vərir ki, arvadım haralıdırsa, 
mən də ordana m‖. 
Hə min adam mə lu matla AfĢini yanına qayıtdı və Babəkədə müĢahidə 
etdiklə rin in ha mısın ı ona danıĢdı. Bundan sonra AfĢin Əbu Səidi və Buzranı 
mə ktubla ibn Sunbatın yanına gönd ərdi. O, ə mr etdi ki, onla r göstərilən yola
çatanda onun məktubunu yerli adam vasitəsilə ibn Su mbata çatdırmalıdır. Daha
sonra mər etdi ki, ibn Sunbat onlaar hər hanıs tə limat verərsə, ona qulaq
asmansınlar. Onlar onun buyurduğu kimi etdilər. Ġbn Sunbat onlar yazdı ki, 
onun elçisi onların yanına gələnə kimi onu bu iki adama təsvir ed ib göstərdiyi 
yerdə qalsınlar. Onla r onun təsvir edib göstərdiyi yerdə dayandılar. O, Babə kin
ova çıxıb onların yanından keçəcəyi vaxta kimi bəs edəcək sursat və azuqəni 
onlara göndərdi. Ġbn Su mbat ona (Babəklə) dedi: ― Burada, dərədə hava çıx 
təmizdir səni isə qala divarları sıxır. Odur ki, gəl mənim Ģahinlə rimi və
qırğılarımı nə lazımd ırsa, hamısın ı ö zü müzlə götürüb buradan çıxaq. Səhər
yeməyin i kimi qayğılarımızı ovda dağıdarıq‖. 
―Sən necə istəyrisən‖, - deyə Babək cavab verdi. 


99 
Səhər qaladan onların birlikdə ç ıxması üçün ibn Sunbat la zımi 
hazırlıq gördü. O, nə etmək qərarına gəld iyini Əbu Səidə və Buzbara yazıb, b iri 
dağın bu üzündə, o biri isə baĢqa üzündə olmaqla, qoĢunların onu necə 
qarĢılması barədə təlimat verd i. O tapĢırdı ki, səhər namazı zamanı g izlicə 
irə liləsinlə r, sonra onun elçisi onla rın yanına gələndə, dərə boyu yuxarı
qalxsınlar və onları (Səhli və Babəki) gördükdə aĢağı en ib onları tutsunlar. 
Ertəsi gün ibn Sunbat və Babək qa ladan çıxarkən ibn Sunbat bir nəgəri çaparı 
Əbu Səidin, baĢqasını isə Buzbarın yanına göndərib çaparların hər birinə dedi: 
―sən filan yerə, sən isə filan yerə gedərsən, sonra bizdən yuxarıya qalxın, b izim 
ikimizdə görəndə qıĢqırın: Budur onlar! Tutun onları!‖ O, [bu yolla] Babəki 
tərəf çapırlar və bizi tutmaq istəyirlər‖. O, bunu belə etməklə Babəki ö z 
qalasında ərəblərin əlinə vermək istəmirdi . 
Hər iki çapar Əbu Sə id və Bu zbarın yanına gəldilər, onla rlıa b irlikdə
yola düĢüb Babəklə ibn Sunbatdan yuxarıdakı yerə çatana kimi [getdilər]. On lar
aĢağı baxıb Babəki gördülər. Sonra onlardan biri bir tərəfdən, baĢqası o biri 
tərəfdən öz ada ma lrı ilə aĢağı endilər, onla rın hər ikisini və qarğıların ı tutdular. 
Babək ağ dürrə, ağ çalma və qısa çəkmə gey miĢdi, onun əlində qırğı vardı. O, 
əsgərlərin onu mühasirəyə aldığı gördükdə dayandı və onlara baxd ı. On lar isə 
dedilər: ―Atdan düĢ!‖
―Siz kimsiniz?‖ -deyə Babək soruĢdu. Onlardan biri cavab verdi: ― mən
Əbu Səidəm‖, baĢqası isə : ―Mən Buzmaram‖, -dedi.
― Ya xĢı, -deyə Babək cavab verdi və ayağın ı qatlayıb atdan düĢdü.Ġbn 
Sunbat ona baxdı, Babək baĢını qaldırdı və ona baxaraq dedi,-Doğrudan mı, sən 
mən i kiç ik bir məbləğdə yəhudilərə (ə rəblərə ) satdın. Əgər sən pul istəyirdinsə, 
mən onla rın sənə verdiyindən daha ço x verərd im!‖ 
Əbu-Səid dedi: ―Atı min və sür‖. O cavab verdi: ― Ya xĢ ı‖
Onlar Babəki AfĢinin yanına apardılar. Onla r düĢ ərgəyə yaxınlaĢan 
vaxt AfĢin Bərzəndə yola düĢmüĢdü. Orada onun çadırı qurulmuĢdu. O, qoĢuna
iki sıraya düzü lməyi əmr etdi. Onlar Babəklə birlikdə gəlib çatanda AfĢin böyük 
çadırında əy ləĢmiĢdi və əmr etdi ki, baĢqa heç kəsi yanına buraxmasınlar. 
Ehtiyat edirdi ki, Babəkin öldürdüyü və xətə r yetird iyi ada mla rın dostlarında
kimsə sıradan çıxıb onu öldürə bilə r. AfĢin in yanına çoxlu qadın və gənc gəlib 
dedilər ki, onlar a zad ada mlardır-ə rəbdirlər və fa rs dehqanlarıd ır, Babək onları 
əsir etmiĢdir. A fĢin onlar barəsində sərəncam verdi. Onların yaĢaması üçün 
hasarlanmıĢ böyük bir yer ayrıldı və hamısına çörək paylandı. Sonra o, göstəriĢ 
verdi ki, mü xtə lif yerlərdə olan ya xın qohumla rına məktub yazsınla r, kim gə lib
arvadını, oğlunu, qızını tanısa və iki nəfə r Ģahid təsdiq etsə ki, onu tanıyır, ya xud
onlar onun evininin qadın larıdır, on ları azad edib h əmin adama verəcəkdir. 
Bu deyinlərdən aydın olur ki, Səhl ibn Sunbat hər iki tərəfə iĢləyirdi. 


100 
KiĢilər gəlib xeyli adam apardılar, lakin bir ço xları is ə qalıb yaxın qohumlarını 
gəlməsini gözlə mə kdə idilər. 
Hə min gün AfĢin döyüĢçülərə ə mr etdi ki, Babəklə özü arasında yarım 
mil məsafədə sıralara düzü lsünlər. Babəki atdan endirib AfĢinə çatanadək onu 
öz dürrə, çalma və çəkməsində sırların arası ilə apardılar. AfĢin onu gözdən 
keçirib onunla birgə aĢağı getdilər. La kin qadınlar və cavanlar hasarlı yerdənə 
onu gördükdə üzlərin i cırmaqlay ıb qıĢqırmağa və elə ağlaĢmağa baĢladı ki, 
səsləri göylərə yüksəldi.
AfĢin dedi: ―dünən a xĢa m siz çağırırdın ız ki, o sizi əsir et miĢdir, bu
gün isə onun üçün ağlayırsınız. A llah ın lənətinə gələsiniz! Lakin onlar dedilər: 
―O bizə yaxĢ ı münasibət bəsləyirdi‖. 
Bundan sonra AfĢin göstəriĢ verib Babəki [xüsusi] evdə yerləĢdird i, onu 
mühafizə ety məyə özünü ya xın ada mlarına tapĢırdı. 
Babək ibn Sunbatla o lduğu vaxt onun qardaĢı Abdullah Ġsa ibn Yusif 
ibn Ġstufanusun [qalasına] yollanmıĢdı. AfĢin Babəki tutub öz düĢərgəsinə 
apararaq dustaq edəndən sonra ona Abdullahın yerinə xəbər verib, ibn 
Ġstifanusun yanıda olduğunu bildirdilər. O, təcili ibn Ġstifanusa yazdı ki, 
Abdullahı onun sərəncamına göndərsin. O belə də etdi. O, AfĢin in əlinə 
keçəndən sonra onun qardaĢı Babəkin qaldığ ı evə salıb dustaq etdi və onları 
mühafizə etməyə adamlar qoydu. O, Babəkin və onun qardaĢı Mö`təsimə məktub 
yazdı. Mö`təsim ə mr cavab verdi ki, onla rın hər ikisini ona çatdırsan. O, Ġraqı 
qayıtmağa hazırlaĢan vaxt Babəki çağıtdırıb dedi: ―Bir halda ki mən səninlə 
birgə yola düĢmək niyyətindəyəm, onda fürs ətdən isitfadə edib, de görü m, 
Azərbaycan torpağında son istəyin nədir?‖ Babək cavab verdi: ―Mən öz
Ģəhərimə baxmaq istərdim‖. 
Bunun ardınca aylı gecədə AfĢin adamları ilə onu Bə zzə göndərdi. O, 
Ģəhərin ətrafına dolanıb səhərə kimi qırılanlara və ev lərə tamaĢa etdi, sonra isə 
AfĢinni yanına qayıtdı. AfĢin onun mühafisəini öz ad mlarından biri tapĢırdı... 
ancaq Babək xahiĢ etdi ki, hə min ada mı ondan uzaqlaĢdırsın. AfĢin soruĢdu: ―Nə
üçün sən ondan uzaq o lmaq istəyirsən?‖ Babək cavab verdi: Sonra da, o mən im 
baĢ tərəfimdə yatır, onun nəfəsindən iyrənirəm. AfĢin həmin adamı götürdü. 
Babək Bə rzəndə AfĢinin yanına Ģ əvval ayının 10-da (15 sentyabr 837-
ci ildə) Buzbarın və Divdadın [Əbu Sac ın] müĢayiətilə gətirilmiĢdi. 

Yüklə 5,76 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə