Azerbaycanda tolerantliq enenesi indd



Yüklə 79,54 Kb.
Pdf görüntüsü
səhifə30/41
tarix08.03.2018
ölçüsü79,54 Kb.
#30985
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

108
gələn bir qonağın təəssüratını belə qeyd edir: “Siz əsl İsveçrədə 
yaşayırsınız”. Qonaqlar buradakı tolerant mühiti gördüklərində 
heyrətlərini gizlətmirlər. 
Nisim Nisimova “Əhalisinin böyük əksəriyyətinin mü səl man 
olan bir mühitdə rahat və mehribancasına yaşamalarına necə nail 
ola bilmisiniz?”, – deyə sual verdikdə maraqlı cavab verdi: 
“Bunun birinci səbəbi ölkə  rəhbərliyinin burada yaşayan 
bütün xalqlara, o cümlədən də  yəhudilərə olan qayğısıdır. 
Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyu-
lan bu qayğı Prezident İlham Əliyevin hakimiyyəti dövründə 
də davam etməkdədir. Cənab  İlham  Əliyevin Quba rayonu-
na elə bir səfəri olmayıb ki, o, bura gələndə Qırmızı qəsəbəni 
ziyarət etməsin. Prezident hər səfərində qəsəbəyə gəlir və bu-
radakı insanların problemləri ilə yaxından tanış olur və lazı-
mi köməklik göstərir. Bunun bariz nümunəsi Qəsəbə ilə Quba 
şəhərini bir-birindən ayıran Qudyalçayın üzərindəki körpüdür. 
Prezident İlham Əliyev qəsəbəyə gələrkən sakinlər ona 150 il 
bundan  əvvəl salınmış körpünün qəzalı  vəziyyətə düşdüyü-
nü və  təmirə ehtiyacı olduğunu dedikdə, ölkə başçısı  dərhal 
mütəxəssislər göndərir, onlar vəziyyəti yerində araşdırdıqdan 
sonra körpünün təmirinə start verilir. Qısa müddətdə körpü 
restavrasiya edilərək əhalinin istifadəsinə verilir”.
Sinaqoqlar, dini rituallar və bayramlar.
Son illərdə inşa edilmiş mikva ilə üzbəüz yerləşən bina 
əvvəllər vəfat edən yəhudilərin son mənzilə götürüldüyü 
vida evi olmuşdur. Qəsəbədə üç yəhudi qəbiristanlığı vardır. 
Bunlardan biri digər qəbiristanlıqlara nisbətən daha öncələr 
insanların dəfn edildiyi yer olaraq qəsəbənin yuxarı tərəfində 
– Quba-Qusar şosesinin aşağı hissəsindəki məzarlıqdır. Digər 
iki qəbiristanlıq isə şosenin yuxarı hissəsindədir. Son dövrlər 
qəbiristanlıqlarda bahalı qiymətə mərmərdən hazırlanmış baş-


109
Azərbaycanda tolerantlıq ənənəsi
daşlara rast gəlinməkdədir. Yəhudilərin başdaşları üzərində 
Davud peyğəmbərin iki üçbucaqdan formalaşmış olan möhü-
rünün simvolu sayılan altıgüşəli ulduz və menora şəkillərini 
(yeddigözlü şamdan) görürük.
Qırmızı qəsəbə yəhudi qəbiristanlığı
Dağ  yəhudilərinin həyatında dini rituallar və bayram-
lar xüsusi yer tutur.
1
 Azərbaycanda dini motiv daşımasa da, 
müsəlmanlar vəfat edən şəxs üçün yas tutarkən saqqal saxla-
dıqları kimi, yəhudilər də dünyasını dəyişənə yas saxlayırlar. 
Hüzrü düşənlər baş örtüsü və geyim formaları ilə başqaların-
dan fərqlənməyə çalışırlar. 
Yeni ilin gəlişini bildirən Roş-Ha-Şana bayramı yəhudilərin 
xüsusi olaraq qeyd etdiyi bayramlardandır. Yəhudilərin digər 
bir önəmli bayramı bağışlanma (Tövbə) bayramı - Yom Kip-
purdur. Yəhudilər insanların günah işləyə biləcəyinə inanırlar. 
Yom Kippur Allahdan bağışlanma diləmək, tövbə etmək üçün 
qeyd olunan bayramdır. Bayram ərəfəsində 25-26 saat oruc 
1
 
  Критика  иудейской  религии,  Праздники  синагогальном  и  домашнем 
культе Н. М. Никольский, s. 336, Moskva, 1964, Издательство «Наука».


110
tutulur. Axşamüstü başlayan oruc növbəti axşam ilk ulduzun 
görünməsinədək davam edir. 
Yəhudilərin tarixinə nəzər salsaq görərik ki, onlar e.ə. 586-
cı ildə Babilistan əsarətinə düşdükdən sonra yarım  əsrlik bir 
müddət ərzində ən məşəqqətli dövrlərini yaşamışlar. Onların 
Misir əsarətindən Tanrının lütfü olaraq azad olmaları da bay-
ram kimi qeyd edilmişdir. Tövratda iki yerdə qeyd olunan və 
Həzrət Musaya Turi-Sinada iki daş lövhə üzərində verilən on 
əmrin birincisi məhz belədir:  “Səni Misir zülmündən xilas 
edən Rəbb mənəm”.
1
 Lakin onlar Misirdən çıxdıqdan sonra 
həmin dövrdə  Fələstinə  gələ bilməmiş  və  qırx il boyu çöl və 
səhra mühitində yaşamaq məcburiyyətində qalmışlar. Məhz 
bu sıxıntılı günləri xatırlamaq üçün Qırmızı qəsəbədə yaşayan 
dağ  yəhudiləri də digər yəhudilər kimi sinaqoqların yaxınlı-
ğında çadırlar qururlar. Həmin çadırların üstü ağac budaqları 
ilə örtülür. Özləri də on günə yaxın bir müddət ərzində həmin 
çadırlarda vaxtlarını keçirir və orada qalaraq gecələyirlər. 
Beləliklə, yağış yağdıqda ağac budaqları qoyulmuş çadırın ta-
vanından daman su çadıra tökülür. Soyuq və yağışlı havalarda 
çadırda qalanlar əcdadlarının Misir zülmündən xilas olduqdan 
sonra səhrada keçirdiyi o ağır günləri praktiki olaraq yaşamaq-
la o dövrdəki insanlarının nələr çəkdiyini xatırlayırlar. Sonda 
isə bunu bayram ab-havası içərisində qeyd edirlər. Bu bayram 
məhz Sukot
2
 (Gül bayramı, Çadır bayramı) adlanır. Sukot bay-
ramında dörd ünsür diqqəti cəlb edir.
Bunlar: adas, palma budağı, etrak və aravadır.
1. Adas gözəl qoxusu olub, dadı olmayan bir meyvədir;
2. Palmanın, finik ağacının budağından hasil olan meyvənin 
isə gözəl dadı olsa da, qoxusu yoxdur;
1
 
  Müqəddəs Kitab, Müqəddəs kitab şirkəti, Bakı, 2009. Xüruc XX/1-17; Təsniyə 
(Qanunun təkrarı) V/6-21.
2
 
 Paul Johnson, Yahudi Tarihi, s. 678. Pozitiv yayınları, 2000, çeviri Filiz Orman.


111
Azərbaycanda tolerantlıq ənənəsi
3. Limona  bənzər meyvə olan etrakı  həm gözəl qoxusu, 
həm meyvə kimi ləzzətli dadı vardır; 
4. Aravaya gəldikdə isə bu, üzərində yarpaqları olan söyüd 
ağacının budaqlarıdır. Bunun nə meyvəsi, nə də qoxusu vardır. 
Qırmızı qəsəbə dağ yəhudilərinin ravvini Elezar Nisimov 
Sukot bayramında Tevada müqəddəs Tövrat qarşısında dua edərkən
Sukot bayramında bir yerdə bağlanaraq dua edilən bu iki 
bitki və iki meyvə  cəmiyyətdəki dörd cür xarakterə  mənsub 
insanları simvollaşdırır. Quba rayonu Qırmızı  qəsəbə Dağ 
Yəhudiləri dini icmasının ravvini Elezar Nisimov bunu bu for-
mada şərh edir:
“İnsan var fikirləri müsbətdir, danışarkən gözəl danışır, 
amma  əməlləri isə yaxşı deyil. Adas cəmiyyətdəki bu cür in-
sanların simvoludur.
İnsan var ki, xeyirli əməllər görsə də, yaxşı fikirləri və gözəl 
danışıq qabiliyyəti yoxdur. Palma bu insanları simvoludur. 
İnsan var ki, həm niyyəti, həm  fikirləri, həm də  əməlləri 
yaxşıdır. Etrok bitkisi isə bu insanların simvoludur.


Yüklə 79,54 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə