AzTarix Metodik+ Layout 1


Şagirdlərin fikirləri dinlənilir. Tədqiqat sualı



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix14.03.2018
ölçüsü3,74 Kb.
#31403
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

71
Şagirdlərin fikirləri dinlənilir.
Tədqiqat sualı:  Atropatena  mədəniyyəti  Azərbaycana  hansı töhfələr vermiş -
dir?
Tədqiqatın aparılması: Qruplarla («Qazaka», «Fraaspa», «Fanaaspa», «Aqnazana»)
iş aparmaq üçün aşağıdakı suallar əks olunmuş iş vərəqləri qruplar arasında paylanır.
I qrup: «Atropatena mədəniyyətinin inkişafı» – izah edin.
II qrup: Atropatenada memarlığın inkişafını dəyərləndirin.
III qrup: «Ellin mədəniyyəti və  Atropatena» – izah edin.
IV qrup: «Zərdüştilik Avropada yayıldı» – izah edin.
Məlumatın mübadiləsi: Müəyyən olunmuş zaman ərzində iş vərəqindəki suallara
cavab hazırlanır və təqdim olunur. 
Məlumatın müzakirəsi: Cavablar dinlənilir, müzakirə olunur və əlavələr edilir.
Qiymətləndirilir.
Qrupların qiymətləndirmə meyarları:
Kollektiv iş: 
1. Ellin mədəniyyətinin Atropatena mədəniyyətinə təsirinə dair cədvəli tamam -
layın.
Qruplar
Mənbələrdən
düzgün
istifadə
Təqdim -
etmə
Tapşırıq 
vaxtında
yerinə 
yetirilib
Əmək -
daşlıq
Ümumi
nəticə
I
II
III
IV
Atropatena
Ellin-yunan
mədəniyyəti
 Çap üçün deyil


72
2. Zərdüştiliyin yarandığı dövrü zaman oxu üzərində qeyd edin.
3. Zərdüştiliyin baş məbədinin harada yerləşdiyini xəritədə göstərin.
Auksion keçirilir: Müəllim Atropatena mədəniyyətinə dair auksion keçirilməsi
qaydası haqqında şagirdləri təlimatlandırır. Atropatena mədəniyyətinə aid biliklər
ardıcıl olaraq adlandırılır, sadalanır. Şagirdlər növbə ilə fikir söyləyirlər. Hər bir
fikir dən sonra sayır: «1,2,3». Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı
bir-birini dinləyir. Oyunda axırıncı mümkün fikri, cavabı verən şagird «Auksionun»
qalibi olur.
Ümumiləşdirmə və nəticə: Şagirdlər izah etdilər ki, Atropatenanın təbii-coğrafi
mövqeyi, ticarət yolları üzərində yerləşməsi, münbit torpağı, faydalı qazıntıları əha -
li  nin həyat tərzinə, onların təsərrüfat həyatına təsir göstərmiş, sənətkarlığın müxtəlif
sa hələri inkişaf etmiş, şəhərlər yaranmış, memarlıq inkişaf etmişdir. Tədqiqatlar za -
manı Ellin mədəniyyətinin təsiri dəyərləndirilmişdir.
Yaradıcı tətbiqetmə: «Atropatenada şəhərlər» mövzusunda hekayə qurun.
Ev tapşırığı: İnternet materiallarından və digər mənbələrdən istifadə edərək «At-
ropatena dövlətinin əhəmiyyəti» haqqında təqdimat hazırlayın.
Refleksiya və qiymətləndirmə:
Refleksiya: 
– Atropatena mədəniyyətini necə öyrəndik?
– Hansı mənbələr bizə kömək etdi?
– Ellin mədəniyyəti ilə əlaqələri hansı yolla əldə etdik?
Гядим дювр
Я с р л я р
Я с р л я р
24 23 22 21 20 19 18 17 16 15 14 13 12 11 10 9 8 7 6 5 4 3 2 1 1 2 3 4 5 6
Eрадан яввял (е.я.)
Бизим ера
(b.e.)
Qeyd: 
Əziz müəllimlər! 
Perspektiv planlaşdırmada növbəti dərs saatında «Atropatena dövlətinin
əhə miy yəti» mövzusunda təqdimat nəzərdə tutulmuşdur. Təqdimatın mövzusuna
dair ma terial lar dərsliyin 114–116-cı səhifələrində verilmişdir. Mövzunu elan
edərək növbəti dərsdə şa gird  lərin müstəqil araşdırmalarının nəticələrini təqdim
edəcəklərini onların nəzə rinə çatdırın. Bu təqdimat şagirdlərin mövzu ilə bağlı
əsas mə 
qamları müəyyən etmək bacarığını dəyərləndirməyinizə imkan
yaradacaqdır.
 Çap üçün deyil


73
Qiymətləndirmə meyarları:
1) təsviretmə; 2) izahetmə.
Formativ qiymətləndirmə:
I səviyyə 
II səviyyə 
III səviyyə 
IV səviyyə 
Atropatena  mə də -
niy yəti  haqqında
məlumat toplayır,
izah edə bilmir
Atropatena  mə də -
niyyətini çətinliklə
təsvir edir, inkişaf
dövrlərini izah edə
bilmir
Atropatena mədə -
niy yətini  təsvir
edir, inkişaf döv rü -
nü izah edir
Atropatena mədə -
niy yətinin  inkişaf
döv rünü  zaman 
oxun  da  qeyd  edir,
onu təsvir edir və
inkişaf dövrlərini
izah edir
Atropatena və yu -
nan  mədəniy yə tinə
dair məlumat top -
layır, əlaqələri də -
yərləndirə bilmir
Çətinliklə Atropa -
te na–yunan  əla qə -
lə rini  seçir
Atropatena–Ellin
əlaqələrini əsasən
izah edir
Atropatena–Ellin
əlaqələrini izah
edir
Atropatena–Ellin
mədəniyyətinə dair
məlumat toplayır,
sərbəst cədvəl tər -
tib edə bilmir
Ellin  mədəniy yə ti -
nin  Atro pa  tena  mə -
dəniy yətinə  tə si rini
söylə yir,  müəlli -
min  kö   məyi  ilə
cədvəl tərtib edir
Ellin  mədəniy yə ti -
nin Atro patena
mədəniyyətinə tə -
si rinə dair cədvəli
tam tərtib edə bil -
mir
Ellin  mədəniy yəti -
nin  Atro patena  me -
marlığına,  ədə biy -
 yatına, yazısına tə -
sirinə dair asan lıq -
la cədvəl tərtib edir
18. ALBANİYA DÖVLƏTİNİN YARANMASI
Standartlar: 1.1.1.; 2.1.2.; 3.1.1.
Məqsəd:
1. Albaniyada baş vermiş hadisələrin xronoloji çərçivələrini müəyyənləşdirir;
2. Xəritədə Albaniya ərazisini müəyyənləşdirir;
3.  Albaniyada dövlətlərin yaranmasını, idarə olunmasını, sosial-iqtisadi mü na -
sibət ləri təsvir edir.
Təlim forması: kollektiv və qruplarla iş, fərdi iş
Təlim üsulu: beyin həmləsi, müzakirə, Venn diaqramı 
İnteqrasiya: Ü-t. 1.1.3.; 2.1.2.; 3.1.2.; C. 3.1.2.; Az-d. 2.2.3.
Resurslar: dərslik, xəritə, İKT, marker
Motivasiya:
Albaniya haqqında elektron vəsaitə baxılır:
Sualla sinfə müraciət olu nur:
– Xəritədə Albaniyanın coğrafi mövqeyini necə təsəvvür edirsiniz?
– Zaman oxunda Albani ya nın yaranması tarixini qeyd edin.
 Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə