AzTarix Metodik+ Layout 1



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix14.03.2018
ölçüsü3,74 Kb.
#31403
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

– Verilmiş lal xəritə üzərində Man na, onun ərazisi, paytaxtı və qonşu döv lət ləri
təsvir edin.
Tədqiqat sualı: Hansı səbəbdən Manna dövləti süqut etmişdi?
Tədqiqatın aparılması:
Qruplarla («Tuqdamme», «Ahşe ri», «Ualli», «Aşşurbanipal») iş. Müəy yən
edilmiş za man ərzində aşağıdakı tapşırıqlar yerinə yetirilir.
I qrup: Bir dövlətin süqut etməsi sə bəbləri nələr ola bilər? Mannaya on ları aid
etmək olarmı? – izah edin.
II qrup: Müstəqil siyasət yeridən Ah şeri kimlərə arxalandı və onun aqibəti necə
oldu? – izah edin.
III qrup: Manna–Assur  müna si bət  lə rini  təsvir  edin.
IV qrup: Manna dövlətinin zəifləməsi səbəblərini araşdırın və təqdimat edin.
Məlumatın mübadiləsi: Qruplar cavabları hazırlayır və təqdim edir. 
Məlumatın müzakirəsi: Müzakirələr başlanır. Əlavələr edilir. Qiymətləndirmə
apa rılır.
Qrupların qiymətləndirmə meyarları:
Kollektiv iş:
Müzakirə üçün suallar qoyula bilər:
– Biz Manna dövləti haqqında
məlumatları hansı yolla əldə etmişik?
– Xəritədə Manna dövlətinin ərazisi,
paytaxt şəhəri, vilayətlərini müəyyən
edin.
– Manna dövlətinin yaranmasında
və inkişafında hansı tarixi şəxsiyyətlərin
rolu olmuşdur?
– Kimmer, iskit və sak tayfalarının
Mannaya gəlişini necə qiymət lən dirir si -
niz?
– Hansı Manna hökmdarının yerit-
diyi daxili və xarici siyasət sənin xoşuna
gəldi. Nə üçün?   
Qruplar
Mənbələrdən
düzgün
istifadə
Təqdim -
etmə
Tapşırıq 
vaxtında
yerinə 
yetirilib
Əmək -
daşlıq
Ümumi
nəticə
I
II
III
IV
62
 Çap üçün deyil


Ümumiləşdirmə və nəticə: Şagirdlər belə nəticəyə gəlirlər: Manna mərkəzləş -
diril miş dövlət idi. Mannada kiçik vilayət hakimləri hökmdara tabe idi. Hakimiyyət
irsi idi. Qonşularla dostluq münasibəti qurmaqda məqsəd torpaqlarını qorumaq və
itirilmiş vilayətləri geri qaytarmaq idi.
Yaradıcı tapşırıq: «Sən Manna hökmdarı Ahşeri olsaydın, Mannanı necə idarə
edərdin?» – hekayə qurun.
Ev tapşırığı: «Mannanın təsərrüfat həyatı onun mədəniyyətinə necə təsir göstər -
mişdi?» – bu barədə mənbələrdən məlumat toplayın.
Refleksiya və qiymətləndirmə:
Qiymətləndirmə meyarı:
1) təqdimat hazırlama.  
Formativ qiymətləndirmə:
I səviyyə 
II səviyyə  
III səviyyə  
IV səviyyə 
Manna dövləti haq -
qında məlumat
toplayır, təqdimat
apara bilmir
Manna dövləti
haq  qın da  təq di mat
hazır la maq da  çə -
tin    lik  çəkir
Manna dövləti
haq qın da  təq di -
mat ha zırlayır
İllüstrasiyalar,  xə  ritə
əsasında Man na döv -
ləti haq qında asan -
lıq la təqdimat ha zır-
layır
«Manna mədəniyyəti haqqında» elektron vəsaitə baxılır. Şagirdlərə müraciət olu -
nur. 
– Mannanın təsərrüfat həyatı və mədəniyyəti sizdə necə təəssürat oyatdı? Təsvir
olunmuş illüstrasiyalar haqqında nə deyə bilərsiniz?
Standartlar: 3.1.1.; 5.1.1.
Məqsəd:
1. Mannada sosial-iqtisadi münasibətləri təsvir edir;
2. E.ə. I minillikdə (e.ə IX–VI əsrlərdə) Manna mədəniyyətinin inki şafını
izah edir.
Təlim forması: qruplarla iş, kollektiv iş
Təlim üsulu: əqli hücum, müzakirə 
İnteqrasiya: Ü-t. 3.1.1.; 5.1.1.; C. 3.2.1.; H-b. 2.1.2.; Az-d. 1.2.4.
Resurslar: İKT, xəritə, iş vərəqi, illüstrasiya, marker
13. MANNANIN ŞƏHƏRLƏRİ. 
MƏDƏNİYYƏT
Motivasiya:
63
 Çap üçün deyil


64
Tədqiqat sualı: Mannanın təsərrüfat həyatı mədəniyyətində necə əks olun muşdu?
Mövzudakı illüstrasiyalar tətbiq olunur.
Tədqiqatın aparılması:
Qruplarla («Həsənli», «Ziviyə», «Manna», «İzirtu») iş aparılır. Aşağıdakı
tapşırıqlar yerinə yetirilir. 
I qrup: Mannada memarlığın və incəsənətin inkişafını faktlarla əsaslandırın.
II qrup: Mannalılarda din necə formalaşmışdı? İzah edin.
III qrup: Mannalıların yazısı və dilini müəyyənləşdirin.
IV qrup: Mədəniyyətin inkişafında sənətkarlığın rolunu aşkar edin.
Məlumatın mübadiləsi: Cavablar müəyyən olunmuş zaman ərzində hazırlanır və
qrup liderləri tərəfindən təqdim olunur. Oxunur.
Məlumatın müzakirəsi: Cavablar müzakirə olunur. Əlavələr olunur. Qiymət lən -
dirmə aparılır.
Qrupların qiymətləndirmə meyarları:
Ümumiləşdirmə və nəticə: Şagirdlər əldə olunmuş maddi mənbələr – Zivi -
yə–Həsənli ar xeoloji tapıntıları əsasında mannalıların təsərrüfat həyatını təsvir edə
bilir. Manna mədəniyyətinin (incəsənət, memarlıq), dini dünyagörüşünün inkişafını
asanlıqla izah edə bilirlər. 
Yaradıcı tətbiqetmə: «Mannada metalişləmə sənəti və incəsənət» – mətn qurun.
Ev tapşırığı: İnternet materiallarından və əlavə ədəbiyyatdan istifadə edərək «Man -
nanın müstəqil dövlətçiliyinə necə son qoyulmuşdur» mövzusunda material toplayın.
Refleksiya və qiymətləndirmə:
Qiymətləndirmə meyarları:
1) təsviretmə; 
2) izahetmə. 
Qruplar
Mənbələrdən
düzgün
istifadə
Təqdim -
etmə
Tapşırıq 
vaxtında
yerinə 
yetirilib
Əmək -
daşlıq
Ümumi
nəticə
I
II
III
IV
 Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə