Азярбайъан республикасынын тящсил назирлийи



Yüklə 3,79 Kb.
Pdf görüntüsü
səhifə78/88
tarix17.09.2017
ölçüsü3,79 Kb.
#529
1   ...   74   75   76   77   78   79   80   81   ...   88

244 
 
vəziyyətlərdə  və  Ģəraitdə  lider  rolunu  əminliklə  öz  üzərinə  götürürlər, 
davranıĢda  emosional  sabitlik  və  təmkinlik  nümayiĢ  olunur,  fəaliyyətin 
müxtəlif növlərinə yaxĢı uyğunlaĢma qabiliyyəti var. 
 
4.  B1  tipinin  davranış  fəallığına  müəyyən  tendensiya  diaqnozu  olan 
şəxslər üçün rasiolnallır səciyyəvidir. 
 
“KOMMUNIKATIV VƏ TƏġKILATÇILIQ MEYLLƏRININ” 
AġKAR EDILMƏSININ METODIKASI 
(KOC – 2) 
 
   Bu metodika Ģəxsiyyətin kommunikativ və təĢkilatçılıq meyllərini 
üzə çıxarılması üçün nəzərdə tutulmuĢdur (insanlarla iĢgüzar və yoldaĢlıq 
münasibətlərini dəqiq və tez qurmaq bacarığı, ünsiyyətin geniĢlənməsinə 
nail  olmaq,  qrup  tədbirlərində  iĢtirak  etmək,  insanlara  təsir  etmək 
bacarığı, təĢəbbüs göstərməyə meyl və s.). 
  Metodika  40  sualdan  ibarətdir  və  müayinə  olunan  hər  bir  suala  
―hə‖ və ya ―yox‖ cavabını verməlidir. TapĢırıq 10 – 15 dəqiqəyə yerinə 
yetirilməlidir.  Bu  zaman  kommunikativ  və  təĢkilatçılıq  meyllərinin 
dərəcəsi ayrıca müəyyən olunur.  
    Suallar: 
1.
 
Sizdə  insanları  öyrənməyə  və  müxtəlif  insanlarla  tanıĢlıq 
münasibətləri qurmağa həvəs varmı? 
2.
 
Ġctimai iĢlə məĢğul olmaq sizin xoĢunuza gəlirmi? 
3.
 
Sizin  yoldaĢlarınızın  birinin  səbəb  olduğu  inciklik  hissiyyatı 
sizi çoxmu narahat edir? 
4.
 
YaranmıĢ  kritik  vəziyyətdən  çıxıĢ  yolu  tapmaq  sizin  üçün 
çətin gəlmir ki? 
5.
 
Sizin  daim    ünsiyyətdə  olduğunuz  dostlarınız  (rəfiqələriniz) 
çoxdurmu? 
6.
 
 Tez-tezmi yoldaĢlarınızın çoxunu sizin fikrinizi qəbul etməyə 
razı salmağı bacarırsınız? 
7.
 
 Doğrudurmu  ki,  insanlarla  vaxt  keçirməkdənsə  kitablarla  və 
ya  hər  hansı  baĢqa  bir  iĢlə  vaxt  keçirmək  sizin  üçün  daha  xoĢ  və 
rahatdır? 
8.
 
Sizin niyyətlərinizin həyata keçirilməsində bəzi maneələr baĢ 
verəndə siz öz niyyətlərinizdən asanlıqla  imtina edirsizmi? 
9.
 
Sizdən  yaĢca  çox  böyük  olan  insanlarla  asanlıqla  ünsiyyət 
qura bilirsinizmi? 
10.
 
Siz  öz  dostlarınızla  birgə  müxtəlif  oyunlar  və  əyləncələr 
fikirləĢməyi və təĢkil etməyi sevirsinizmi? 


245 
 
11.
 
Yeni  kompaniyaya  (  kollektivə)  daxil  olmaq  sizə  çətin 
gəlmir ki? 
12.
 
Bu  gün  görüləcək  iĢlərinizi  baĢqa  günlərə  tez-tezmi  təxirə 
salırsınız? 
13.
 
Sizə tanıĢ olmayan insanlarla kontakta girmək və münasibət 
qurmaq asanmı baĢa gəlir? 
14.
 
Siz  çalıĢırsınızmı  ki,  yoldaĢlarınız  sizin  fikirlərinizə  uyğun 
hərəkət etsinlər? 
15.
 
Yeni kollektivə siz çətin uyğunlaĢırsınız? 
16.
 
Doğrudurmu ki, sizin dostlarınız  öhdəliklərini, vəzifələrini, 
verdikləri  sözləri  yerinə  yetirmədikləri  zaman  onlarla  konfliktiniz 
olmur? 
17.
 
Siz  imkan  olanda  yeni  insanlarla  tanıĢ  olmağa  və  söhbət 
etməyə çalıĢırsınızmı? 
18.
 
Vacib  iĢlərin  yerinə  yetirilməsində  siz  tez-tezmi  bu 
təĢəbbüsü öz üzərinizə götürürsünüz? 
19.
 
Ətrafdakı  insanlar  sizi  qıcıqlandırırmı  və  siz  tək  qalmaq 
istəyirsinizmi? 
20.
 
Doğrudurmu  ki,  sizə  tanıĢ  olmayan  Ģəraitdə  pis  orientasiya 
olunursunuz? 
21.
 
Daima insanlar arasında olmaq sizə xoĢ gəlirmi? 
22.
 
BaĢladığınız iĢi sona çatdıra bilməyəndə əsəbiləĢirsinizmi? 
23.
 
Yeni  insanla  tanıĢ  olmaq  üçün  təĢəbbüs  göstərmək  lazım 
gəlirsə siz çətinlik çəkmirsiniz ki? 
24.
 
Bu  doğrudurmu  ki,  yoldaĢlarınızla  daimi  ünsiyyətdən 
yorulursunuz? 
25.
 
Kollektiv oyunlarda iĢtirak etməyi sevirsinizmi? 
26.
 
Sizin dostlarınızın maraqlarına toxunan məsələlərin həllində 
tez-tezmi təĢəbbüs göstərirsiniz? 
27.
 
Doğrudurmu  ki,  sizə  tanıĢ  olmayan  insanlar  arasında 
özünüzü arxayın hiss etmirsiniz? 
28.
 
Doğrudurmu  ki,  siz  haqlı  olduğunuzu  sübut  etməyə  çox 
nadir hallarda çalıĢırsınız? 
29.
 
DüĢünürsünüzmü  ki,  sizə az tanıĢ olan qrupu canlandırmaq 
sizin üçün çox çətinlik yaratmayacaq? 
30.
 
Məktəbdə (istehsalatda) ictimai iĢlə məĢğul olursunuzmu? 
31.
 
Siz  öz  tanıĢlarınızdan  ibarət  çevrəni  məhdudlaĢdırmağa 
çalıĢırsınızmı? 
32.
 
Doğrudurmu  ki,  sizin  rəyiniz  və  ya  qərarınız  yoldaĢlarınız 
tərəfindən dərhal qəbul olunmayanda  siz onlardan vaz keçirsiniz? 
33.
 
Sizə tanıĢ olmayan kollektivə düĢdükdə özünüzü sərbəst hiss 
edirsinizmi? 


246 
 
34.
 
Siz öz dostlarınız üçün müxtəlif tədbirlərin təĢkil edilməsini 
həvəsləmi iĢtirak edirsiniz? 
35.
 
Doğrudurmu  ki,  siz  böyük  bir  insan  qrupu  qarĢısında  çıxıĢ 
edən zaman özünüzü kifayət qədər arxayın və rahat hiss etmirsiniz? 
36.
 
Siz iĢgüzar və baĢqa görüĢlərə tez-tezmi gecikirsiniz? 
37.
 
Doğrudurmu ki, sizin çoxlu dostlarınız var? 
38.
 
Siz öz dostlarınızın diqqət mərkəzində tez-tezmi olursunuz? 
39.
 
Siz     az tanıĢ  olan  insanlarla  ünsiyyət  zamanı  özünüzü  çox 
vaxt   narahat hiss edirsinizmi? 
40.
 
Doğrudurmu  ki,  siz  öz  yoldaĢlarınızdan  ibarət  böyük  bir 
qrupun əhatəsində özünüzü o qədər də arxayın hiss etmirsiniz? 
 
“KOC – 2” metodikası üzrə məlumatların iĢlənilməsi üçün açar 
 
 Kommunikativ 
 meyllər ( + ) Hə 1, 5, 9, 13, 17, 21, 25, 29, 33, 37 
              ( - )  Yox 3, 7, 11, 15, 19, 23, 27, 31, 35, 39 
 TəĢkilatçılıq 
  meylləri ( + ) Hə 2, 6, 10, 14, 18, 22, 26, 30, 34, 38 
                  ( - ) Yox 4, 8, 12, 16, 20, 24, 28, 32, 36, 40 
 
 
“ĠNSAN – MAġIN – IġARƏLI SISTEM”  SISTEMI IġÇILƏRININ 
ƏHƏMIYYƏTLI PROFESSIONAL XÜSUSIYYƏTLƏRININ 
ÖYRƏNILMƏSI METODIKASI 
 
―Ġnsan  maĢın  –  iĢarəli  sistem‖  sistemində  effektiv  fəaliyyət  üçün  hiss 
edici-  qavrayıcı    (qavrayıĢ  və  diqqət)  və  intellektual  (informasiyanın 
iĢlənilməsi, qərarların qəbulu) fəaliyyət komponentləri vacibdir. 
Bu  xüsusiyyətləri  qiymətləndirmək  üçün  müxtəlif  metodlardan  istifadə 
oluna bilər. Burada ġultenin cədvəlləri təqdim olunur ki, onun köməyi ilə də 
diqqətlilik yoxlanılır. Onların modifikasiyasını F.D.Qorbov təklif etmiĢdir. 
    ġultenin  cədvəlləri  ilə  iĢ  zamanı  sınaqdan  keçirilən  Ģəxs  rəqəmləri 
axtarır və onları artım ardıcıllığı ilə göstərir. Təcrübə 5 müxtəlif cədvəl üzrə 
təkrarlanır. Əsas göstərici – icra olunma müddətidir. Nəticələr üzrə  diqqətin 
dayanıqlığlnı və iĢ qabiliyyətinin  dinamikliyini əks etdirən ― azalan əyrilik‖ 
qurula bilər. 
 
ġultenin cədvəli 
 
 
                                                                                                                                                                       


Yüklə 3,79 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə