Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə10/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   6   7   8   9   10   11   12   13   ...   112

 
35
Cənab Prezident! Bu yolun çəkilişi qısa müddətdə başa 
gəlsə  də,  çox keyfiyyətlidir. Allah Sizdən razı olsun! Bu 
yoldan istifadə edən 27 kəndin 16 minə  qədər  əhalisi Sizə 
minnətdardır. On illərlə onlar bu yolun həsrətində olublar. 
Siz onlara bu yol ilə bərabər, yeni həyat bəxş etmisiniz. Ata-
lar deyib ki, yol çəkmək, körpü tikmək dünyada  ən savab 
işdir. Sizə  ağsaqqallarımızın xeyir-duasını, minnətdarlığını, 
eləcə də bu yoldan istifadə edən, Şahdağın ətəklərinə qədər 
səpələnmiş 27 kəndin  əhalisinin minnətdarlığını bildirmək 
istəyirəm. Yolunuz həmişə işıqlı olsun! Ömrünüz uzun olsun! 
Çox sağ olun, cənab Prezident! 
İ l h a m  Ə l i y e v: Xoş sözlərə görə sağ olun, sizə min-
nətdaram. Bunu hər dəfə deyirəm, mən Azərbaycanın inkişafı 
üçün çalışıram. Bölgələrə səfərlərimin məqsədi də məhz ondan 
ibarətdir ki, problemləri aşkar etmək, sizdən o problemləri 
eşitmək, hansı sahədə nə edilməlidir müəyyənləşdirmək, onları 
həll etmək və ondan sonra həllini tapmış məsələləri görmək və 
bərabər sevinməkdir. Məni  ən  çox sevindirən odur ki, Azər-
baycanda hər gün hansısa bölgədə, hansısa rayonda hansısa 
müəssisə açılır, məktəb, xəstəxana tikilir, yol çəkilir. Budur əsas 
məqsədimiz. Görülən işlər bir neçə  məqsədi güdür. Birinci 
növbədə, insanlar daha da yaxşı yaşasınlar, problemləri həll 
olunsun, yol çəkilsin.  
İndi Qusar rayonunda qazlaşdırma prosesi sürətlə gedir. Mə-
nə verilən məlumata görə, bir neçə kəndə yeni qaz xətləri çəkil-
mişdir. Bu proses davam etdirilir və  göstəriş vermişəm ki, Qu-
sarın kəndlərinə qaz təchizatı maksimum dərəcədə təşkil edilsin.  
İnsanların sağlamlığı – Qusarda tikilən 230 çarpayılıq bö-
yük xəstəxana, demək olar ki, burada bütün sağlamlıq prob-
lemlərini həll edəcəkdir, həm diaqnostika, müayinə, щям дя 
əməliyyatlar, müalicə.   
Məktəblər – mən qeyd elədim, 17 məktəb nə deməkdir? Bu 
bizim gələcəyimizdir. Həm uşaqlar yaxşı  məktəblərdə 
oxuyacaqlar, həm də ki, bu, müəllimlərin iş şəraitidir. Ondan 
sonra Qusarda Olimpiya Идман Kompleksi tikilmişdir. Onun 


 
36
açılışında bərabər iştirak etmişdik. Bu da fiziki və  mənəvi 
cəhətdən sağlamlıqdır. Xüsusilə Qusar əhalisi idmana çox 
meyillidir. Qusardan чоx görkəmli idmançılarımız vardır və 
gənc nəsil də yetişməlidir. Onlar həm fiziki cəhətdən, həm 
mənəvi cəhətdən sağlam, vətənpərvər olmalıdırlar. Yəni bu, 
elə vətənpərvərlik tərbiyəsinin bir istiqamətidir.  
Burada dağ turizm mərkəzi tikilir. Qusar dünya miqyaslı 
bir turizm mərkəzinə  çevriləcəkdir. Orada görülən işlər 
dünyanın aparıcı ölkələrində görülən işlərdən zərrə qədər də 
geri qalmır  вя  bəzi hallarda щятта  üstün görülür.  Çünki biz 
artıq onların təcrübəsini bilirik və o təcrübəni burada müasir 
səviyyədə tətbiq edirik. Bir-iki ildən sonra siz həm ölkə da-
xilindən, həm xaricdən buraya turistlərin axınını  görəcək-
siniz. Bu həm inkişafa aparan yoldur, həm də  böyük gəlir 
gətirəcək bir sahədir. Dünyada  ölkələr turistləri cəlb etmək 
üçün bir-biri ilə  rəqabət aparır. Qusarı Azərbaycanın bir 
nömrəli turizm bölgəsinə  çevirmək düşünülmüş  və  məq-
sədyönlü bir addımdır. Yəni, hər bir istiqamətdə  görülən 
işlər cəmləşəndə böyük dəyər təşkil edir.  
Növbəti illərdə Qusar rayonunun problemlərinin həlli 
üçün bütün lazımi tədbirlər görüləcəkdir. Yeni yollar çə-
kiləcək, kənd təsərrüfatının inkişafı, sahibkarların, fermerlə-
rin işinin yüngülləşdirilməsi, sənaye müəssisələrinin tikilməsi 
üçün bütün işlər görüləcəkdir. Artıq görülən bu işlər ki var, 
bir rayonun timsalında onu göstərir ki, biz hər şeyə qadirik. 
Təki güclü iradə olsun, o da var, xalqla iqtidarın birliyi 
olsun, o da var və  düşünülmüş siyasət olsun, o da vardır. 
Beləliklə, ölkəmiz qabağa gedəcək və dünyanın inkişaf etmiş 
ölkələri sırasına daxil ediləcəkdir.  
Bir daha sizi ürəkdən təbrik edirəm və biz hələ tez-tez 
görüşəcəyik. Çünki Qusarda belə gözəl açılışlar hələ çox ola-
caqdır. 
 


 
37
Yuxarı Zeyxur sərhəd zastavası və Heydər Əliyev  
Fondunun təşəbbüsü ilə inşa edilmiş  
Yuxarı Zeyxur kənd orta məktəbi ilə tanışlıq 
 
Avqustun 12-də prezident İlham Əliyev yeni inşa olunan 
Yuxarı Zeyxur sərhəd zastavasında olmuşdur.  
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin 
Quliyev dövlətimizin başçısına raport verdi.  
DSX-nin rəisi sərhəd zastavası və buradakı sərhəd mühən-
dis-texniki qurğular barədə prezident, Ali Baş Komandan 
İlham Əliyevə məlumat verdi. 
 
* * * 
 
Sonra dövlətimizin başçısı  İlham  Əliyev Heydər  Əliyev 
Fondunun təşəbbüsü ilə inşa edilmiş Yuxarı Zeyxur kənd orta 
məktəbində oldu və burada kənd sakinləri ilə görüşdü.  
İ l h a m  Ə l i y e v:  Gözəl məktəbdir, şəraiti də, səviyyəsi 
də yaxşıdır. Bilirsiniz ki, bu yol çox bərbad vəziyyətdə idi. 
Siz hələ nisbətən yaxında yaşayırsınız. Amma uzaqda yaşa-
yanlar gör nə  əziyyət  çəkmişlər.  İndi 23 kilometr yeni yol 
çəkilibdir.  
K ə n d  s a k i n i: Cənab Prezident, uşaqlarımızın sevinci 
щядсиздир. Bizim kənd rayon mərkəzindən uzaqdır. Sizə 
hədsiz dərəcədə  təşəkkürümüzü bildiririk ki, biz bu günü 
gördük, balalarımız artıq bu cür məktəbdə oxuyurlar.  Mə-
nim həyat yoldaşım 15 ildir o yuxarı kəndə səhər-axşam işə 
gedib gəlir, mühasib işləyir.  Özüm də SDK-ya hər səhər-
axşam gedəcəyəm bu yolla. Bir daha təşəkkürümüzü bil-
diririk. Çox sağ olun, var olun 
İ l h a m  Ə l i y e v: Mən sizin üçün işləyirəm, sizin üçün 
çalışıram. Sizin üçün hər şeyi edəcəyik.  
K ə n d  s a k i n i: Allah Sizi qorusun! Siz ulu öndərimizin 
yadigarısınız. Biz inanırdıq ki, belə olacaqdır. O inamı Siz 
doğrultmusunuz.  


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə