Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə8/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   4   5   6   7   8   9   10   11   ...   112

 
28
İ l h a m  Ə l i y e v: Sizi körpünün açılışı münasibətilə təbrik 
edirəm. Gözəl, nadir körpüdür. Bu, Azərbaycanda son illər 
ərzində tikilən körpülərin içərisində ən uzun körpüdür. Bu onu 
göstərir ki, Azərbaycan  şirkətləri belə  böyük layihələri icra 
etməyə qadirdir. Çox  şadam ki, yerli şirkət bu işi böyük 
keyfiyyətlə görübdür. İndi yol həm rahatlıq gətirəcək, həm də 
bunun təhlükəsizlik baxımından böyük  əhəmiyyəti vardır. 
Artıq Şabranın içindən yol keçməyəcək.  
Инди bütün istiqamətlərdə yollar tikilir – kənd yolları, şə-
hərlərarası yollar, magistral yollar. Azərbaycanın inkişafına 
bunun çox böyük dəstəyi, köməyi vardır. Bunlar çox böyük 
maliyyə  vəsaiti tələb edən layihələrdir. Yola qoyulan in-
vestisiyalar iqtisadi səmərəsini bəlkə 10 ildən, 15 ildən sonra 
verəcəkdir. Ancaq yol tikintisi hər bir bölgənin iqtisadi 
inkişafını  şərtləndirən amillərdən biridir. Əminəm ki, bu 
yolun istismarı  nəticəsində  bütün  şimal bölgəsində iqtisadi 
inkişaf, sənaye müəssisələrinin yaradılması, turizmin inkişafı 
daha da sürətlə gedəcəkdir. Quba–Qusar bölgəsində turizm 
potensialımız çox böyükdür, Azərbaycanda ən böyük turizm 
mərkəzi yaradılır – bu yolun yüksək səviyyədə olması,  əl-
bəttə ki, turizmin inkişafına da kömək едəcəkdir.  
Son illər Azərbaycanda  yol tikintisinə  çox böyük diqqət 
göstərilir və bu işlərlə  məşğul olan bütün qurumlar – dövlət 
qurumları,  özəl  şirkətlər bütün işləri  çox yüksək peşəkarlıqla 
görürlər. Bütün bu işlərə görə mən sizə minnətdarlığımı bildir-
mək istəyirəm, uğurlar arzulayıram.  Əminəm ki, gələcəkdə 
Azərbaycanda yol tikintisi sahəsində  hələ  çox işlər görülə-
cəkdir. Bizdə  bütün proqramlar, planlar, maliyyə resursları 
vardır. Bir şey qalır ki, bütün bu işlər yüksək keyfiyyətlə və qısa 
müddətdə  görülsün. Bir daha demək istəyirəm, məni  ən  çox 
sevindirən odur ki, bütün işləri yerli şirkətlər, yerli fəhlələr, 
mühəndislər, işçilər görüblər. Əminəm ki, siz bundan sonra da 
bütün işləri yüksək keyfiyyətlə görəcəksiniz. Sağ olun. 
 
 


 
29
Bakı–Quba–Rusiya Federasiyası dövlət sərhədi  
avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmuş   
34 kilometrlik hissəsinin açılışı мярасими 
  
Prezident  İlham  Əliyev avqustun 12-də Bakı–Quba–
Rusiya Federasiyası  dövlət sərhədi avtomobil yolunun əsaslı 
şəkildə yenidən qurulan 131–165-ci kilometrlik hissəsinin 
açılışında iştirak etmişdir.  
Prezident  İlham  Əliyevə  qədim  Şabran  şəhərinin maketi 
nümayiş etdirildi və aparılan arxeoloji qazıntılar, həmçinin 
Çıraqqala tarix və memarlıq abidəsinin maketi əsasında bu-
rada həyata keçiriləcək tədbirlər barədə məlumat verildi.  
Nəqliyyat naziri Ziya Məmmədov Bakı–Quba–Rusiya Fe-
derasiyası  dövlət sərhədi avtomobil yolunun 131–165-ci kilo-
metrliyində görülən işlər və yeni layihələr barədə dövlətimizin 
başçısına ətraflı məlumat verdi.  
Bildirildi ki, 34 kilometrlik bu yolun inşasına 2009-cu ilin 
iyulunda başlanıлыb və tikinti 2 mərhələdə aparılıb. Nəqliyyat 
Nazirliyinin sifarişi ilə yenidən qurulan bu yolun torpaq ya-
tağının eni 15 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. 
Yolun 2 hərəkət zolağı vardır və örtüyü asfalt-betondur.  
Bakı–Quba–Rusiya Federasiyası  sərhədi avtomobil yolu-
nun yenidən qurulan 34 kilometrlik bu hissəsindəki 7 körpüdə 
təmir işləri aparılıb.  
Prezident  İlham  Əliyev yolun müasir standartlara uyğun 
yenidən qurulmuş 34 kilometrlik hissəsinin açılışını bildirən 
lenti kəsdi.  
Dövlətimizin başçısı inşaatçıları  təbrik etdi, tapşırıq və 
tövsiyələrini verdi. 
 
 


 
30
Qusar şəhərində ulu öndərin abidəsini ziyarət    
 
Avqustun 12-də Azərbaycan prezidenti İlham  Əliyev 
Qusar rayonuna gəlmişdir.  
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Qusar 
rayonunda da hərtərəfli inkişafa təkan vermişdir.  İstər rayon 
mərkəzi, istər kənd və  qəsəbələr müasir görkəm alır.  Ölkə-
mizin iqtisadi gücü artdıqca yenidənqurma və abadlıq işləri də 
sürətlənir. Yenidənqurma tədbirləri zamanı beynəlxalq təc-
rübə ilə milli üslubun  üzvi  şəkildə uzlaşdırılması diqqətdə 
saxlanılır. Füsunkar təbiətin qoynunda yerləşən Qusar rayo-
nundakı müasir tikililər, sosial obyektlər, istirahət ocaqları və 
yaşıllıqlar birlikdə  bənzərsiz mənzərə yaradır. Bütün bunlar 
ölkəmizdə  həyata keçirilən kompleks yenidənqurma tədbir-
lərinin səviyyəsini dolğun əks etdirir.  
Dövlətimizin başçısı əvvəlcə Qusar şəhərinin mərkəzindəki 
Heydər bağında ulu öndərin abidəsini ziyarət edərək,  önünə 
gül dəstəsi qoydu.  
Prezident  İlham  Əliyevə  məlumat verildi ki, ulu öndərin 
abidəsinin yerləşdiyi Heydər bağında geniş yenidənqurma və 
abadlıq işləri aparılmışdır. Burada müasir işıqlandırma sistemi 
və yeni oturacaqlar quraşdırılmışdır. Bağdakı yaşıllıq zolağı 
xeyli genişləndirilmişdir. Bu istirahət məkanında əhalinin asu-
də vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. 
 
Samur–Həzrə yolunun əsaslı yenidənqurmadan 
sonra açılışı мярасими 
 
Azərbaycan prezidenti İlham  Əliyev avqustun 12-də 
Samur–Həzrə yolunun açılışında iştirak etmişdir.  
Qusar rayon ictimaiyyətinin nümayəndələri prezident 
İlham Əliyevi hərarətlə qarşıladılar.  
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.  
Məlumat verildi ki, prezident İlham  Əliyevin 2009-cu il 27 
avqust tarixli Sərəncamı ilə yolun yenidən qurulmasına dövlət 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə