Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

Biz öz davranış kodeksimizdə yüksək etik standartlara əməl etmək 

öhdəliyimizi müəyyənləşdiririk.

Dəyər və davranışlarımız kodeksimizin 

təməlini təşkil edir. Bunlar BP-nin öz nüfuzunu 

qoruyub saxlamasına və bir şirkət olaraq bizim 

nailiyyət qazanmağımıza təminat yaratmaq 

üçün hər birimizin necə hərəkət etməli 

olduğumuzu müəyyənləşdirir. Kodeksin 

məğzi odur ki, BP əməkdaşlarının düzgün 

qərar verəcəyinə, bir sual və ya onları narahat 

edən məsələ varsa, öz sözlərini deyəcəyinə 

inanır. Məqsədimiz onların gündəlik işimizdə 

məsuliyyətli davranışa çevrilməsini təmin 

etməkdir. Bu dəyərlər bizim öz işçilərimizdən 

nə gözlədiyimizi müəyyən edir, qrup, komanda 

və fərdi səviyyədə necə işlədiyimizlə ayrı-ayrı 

fərdlərin mükafatlandırılmasını əlaqələndirən 

əməkhaqqı sxemi ilə gücləndirilir. 

Nəyə inandığımız, hansı davranışı hədəf 

seçdiyimiz və bir təşkilat olaraq nəyə can 

atdığımız haqqında ortaq anlayışımızı ifadə 

edən beş dəyərimiz var:

Təhlükəsizlik

Hörmət


Mükəmməllik 

Cəsarət


Vahid komanda

Dəyərlərimiz və davranışlarımız 

18

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Davranış kodeksimiz 

Davranış kodeksimiz dəyərlərimizə əsaslanır və 

BP-də necə işləməyimiz barədə prinsip və 

gözləntilərimizi izah edir. Bu, təhlükəsiz

məsuliyyətli və etibarlı işləməyi; öz 

əməkdaşlarımıza hörmətlə yanaşmağı və onlara 

dəyər verməyi; tərəfdaşlarımızla və 

təchizatçılarımızla necə işləməyimizi; BP əmlakının 

qorunmasını; eləcə də hökumətlərlə və icmalarla 

işləməyi əhatə edir. 



Etik normalar və qaydalara uyğunluq 

üzrə təlim 

Əməkdaşlarımız, podratçılarımız və təchizatçılarımız 

üçün davranış kodeksinə, etik normalara və 

qaydalara uyğunluğa aid seminarlar keçiririk. 

2015-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyədə 

təşkil etdiyimiz 136 üz-üzə təlim sessiyasında BP 

işçiləri və podratçıların əməkdaşları daxil olmaqla 

təxminən 2400 nəfər iştirak etdi, daha 3700 

əməkdaş isə elektron təlim modulu üzrə kursu 

başa vurdu. 



Azərbaycanda araşdırılmış intizam 

pozuntuları (davranış kodeksinin fəsli üzrə)

5

10



15

20

25



30

35

Təhlükəsiz, məsuliyyətli və etibarlı iş



İşçilərimiz

Aktivlərimiz və maliyyə sahəsində düzgünlüyümüz

Birgə işlədiyimiz hökumət orqanları və icmalar

2015

30

6

6

2014


20

1

2



19

50

50-dən çox təchizatcı şirkətin 

yüksək vəzifəli rəhbərləri üçün 

etik normalar və qaydalara 

uyğunluq üzrə təlimlər təşkil 

etdik.


Təlim sessiyalarında sözünü azad şəkildə deməyin 

əhəmiyyəti və xoş niyyətlə məlumat verənlərə 

qarşı qisas alınmasına BP-nin sıfır dözümlülük 

siyasəti vurğulandı. Bizim məqsədimiz elə bir 

mühit yaratmaqdır ki, əməkdaşlarımız və 

podratçılarımız qeyri-etik, təhlükəli və potensial 

ziyan vura biləcək davranışlar barədə 

narahatlıqlarını rahat və təhlükəsiz şəkildə qaldıra 

bilsinlər. 

Əməkdaşların etik normalar və qaydalara uyğunluq 

məsələləri ilə bağlı məlumatlandırılması məqsədilə 

rüblük bülletenlər buraxırıq, burada statistika və 

həm pozuntular, həm də müsbət davranışlar 

barədə nümunələr verilir. 

Bütün podratçılarımızdan və onların 

əməkdaşlarından kodeksimizə uyğun işləmələrini 

gözləyirik və onları buna təşviq edirik. İşgüzar 

tərəfdaşlarımızla gözləntilərimiz barədə açıq 

danışmağa çalışırıq, uyğun olduqda müqavilə 

öhdəliklərini razılaşdırırıq və hesab etdikdə ki, onlar 

gözləntilərimizi və ya müqavilə öhdəliklərini 

doğrultmurlar, müvafiq tədbirlər görürük. 

2015-ci ildə gözləntilərimiz haqqında və qeyri-etik 

davranışın nə ilə nəticələnməsi barədə işgüzar 

tərəfdaşlarımızın məlumatlılığının artırılmasına 

diqqət yönəltməyə davam etdik. 50-dən çox 

təchizatçı şirkətin yüksək vəzifəli rəhbərləri üçün 

etik normalar və qaydalara uyğunluq üzrə təlimlər 

təşkil etdik. 

Sözü azad demək mədəniyyəti  

intizam tədbiri 

Əməkdaşları, podratçıları və digər üçüncü tərəfləri 

davranış kodeksimizə əməl olunmaması ilə bağlı 

narahatlıqları və ya sadəcə, hər hansı vəziyyətlə 

bağlı şübhələri varsa, sözlərini açıq deməyə təşviq 

edirik. Kodeksimizin və ya hüquqi tələblərin 

pozulması və ya potensial pozulması barədə 

xəbəri olan əməkdaşlar bu barədə birbaşa 

məlumat verməlidirlər. 

BP-nin “OpenTalk” (açıq söhbət) qlobal yardım 

xətti həm əməkdaşların, həm də üçüncü tərəflərin 

narahatlıq doğuran məsələləri qaldırması üçün 

məxfi vasitədir. Müstəqil bir şirkət tərəfindən idarə 

olunan bu yardım xətti həftənin hər günü, gündüz 

və gecə saatlarında istənilən vaxt işləyir və 75-dən 

artıq dildə zəngləri qəbul edir. “OpenTalk” 

vasitəsilə qaldırılan məsələlər qiymətləndirmə və 

müvafiq tədbirlərin görülməsi üçün təqdim edilir. 

Sözü azad şəkildə demək mədəniyyətimizin 

gücləndirilməsi üçün imkanlar axtarırıq. Məsələn, 

müəyyən etdik ki, Azərbaycanda, Gürcüstanda və 

Türkiyədə işçilərimiz tərəfindən qaldırılan narahatlıq 

doğuran məsələlər gözlədiyimizdən azdır. 

Araşdırma nəticəsində məlum oldu ki, işçilər 

narahatlıq bildirmək üçün mümkün kanallar barədə 

məlumatlı və ya bu kanallardan istifadə etməyə 

həvəsli deyillər.

Bu məsələni həll etmək üçün biz əməkdaşlarımıza, 

podratçılarımıza və təchizatçılarımıza 100-dən artıq 

təlim keçdik. Bu təlim sessiyaları etik davranışın 

əhəmiyyətini gücləndirdi, narahatlıq doğuran 

məsələləri necə qaldırmaq izah edildi və 

qisasçılığa qarşı sıfır dözümlülük siyasətimizin 

mahiyyəti aydınlaşdırıldı. Proqram 2013-cü ildə 

həyata keçirilməyə başlayandan etibarən 

narahatlıqla bağlı qaldırılan məsələlərin sayı 37-dən 

2015-ci ildə 58-ə yüksəldi. 

Azərbaycan, Gürcüstan və Türkiyədə normalara 

əməl etməmə ilə bağlı araşdırmalar nəticəsində 

2015-ci il ərzində intizam tədbiri ilə nəticələnən 42 

hadisə məlum oldu, o cümlədən bir sıra BP 

əməkdaşına yazılı iltizam verildi və bir neçəsi işdən 

azad edildi. Qrup rəhbərləri üçün təlimlər təşkil 

etməyi və Etik Davranış Kodeksimizlə bağlı 

gözləntilərimizə dair məlumatlılıq səviyyəsini 

yüksəltməyi davam etdirməyi planlaşdırırıq. 




Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə