Çap üçün deyil



Yüklə 60,47 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix26.08.2018
ölçüsü60,47 Mb.
#64701
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

1

Faylın parametrləri

Adı

Tipi (uzantısı)



Yerləşmə yeri

Yerləşdiyi qovluq

Ölçüsü

Dəyişdirilmə tarixi



1. Fayl nədir və hansı parametrlərlə xarakterizə olunur?

2. Faylın uzantısı nədir və nəyə lazımdır?

3. İki eyniadlı fayl bir qovluğa yazıldıqda sonradan yazılan fayl əvvəlkinin 

üzərinə yazılacaq. Sizcə, bu problemi necə həll etmək olar?

Öyrändiklärinizi yoxlayın

Öyrändiklärinizi yoxlayın

6. 

FAYL VƏ QOVLUQLARLA İŞ



Hər bir obyekt kimi, qovluğun da parametrləri 

vardır. Onlardan ən başlıcası qovluğun adıdır

Qovluğa adın verilməsi qaydası fayldakı kimidir. 

Yeganə fərq ondadır ki, qovluğun adının uzan-

tısı,  bir qayda olaraq, olmur. 

Qovluğun parametrlərindən biri də onun öl-

çüsüdür. Qovluğun ölçüsü onun içərisində olan 

bütün  faylların  və  qovluqların  ölçülərinə  görə 

müəyyən olunur. Qovluq yaradılarkən əməliyyat 

23

22



Fayl haqqında informasiyaya baxış.

1. Siçanın göstəricisini hər hansı faylın 

simgəsinin üzərinə aparın və sağ 

düyməni çıqqıldadın.

2. Açılan kontekst menyusunda 

Properties bəndini seçin.



3. Açılan pəncərədə faylın xassələrini 

gözdən keçirin. Faylın tipini (Type of 

file), yerini (Location), ölçüsünü 

(Size), yaranma tarixini (Created) 

və başqa parametrlərini göstərən 

sahələrə diqqət edin.



4. Aşağıdakı cədvəli doldurun.

Araådıraq – öyränäk

Araådıraq – öyränäk

Nəticəni müzakirə edək:

- Qovluqda neçə tip fayl var?

- “Yaşca” hansı fayl daha böyükdür? Bəs həcmcə? 

Qovluqda olan fayllara baxış.

1. Fayllarınızı saxladığınız qovluğu açın. Orada olan fayllar haqqında əks 

olunan  informasiyanı gözdən keçirin.

2. View menyusunu açın, yaxud alətlər zolağındakı                  düyməsi-

nin oxunu çıqqıldadın. Açılan siyahıdan List bəndini seçin. Faylların 

necə əks olunmasına diqqət edin.

3.  Siyahının  başqa  bəndlərini  (məsələn,  Tiles,  Content,  Small  Icons, 

Details) seçin və əks olunan informasiyanın necə dəyişməsini izləyin. 

Nəticələri müqayisə edin.  

Fäaliyy t – 1

ä

Fäaliyy t – 1



ä

Sözlük


Sözlük

Qovluğun  parametrləri

Qovluğun adı

Qovluğun ölçüsü

Yerini dəyişmə

Adını dəyişmə

Kopiyalama

Uzaqlaşdırma

prinsipi sənədlər olan şkafı çox xatırladır. Kağız vərəqləri kimi fayllar da qov-

luqlara tikilməlidir ki, şkafda (yəni diskdə) nizamlı və əlverişli qaydada saxla-

nılsın.


sistemi onun yaranma tarixi və zamanını qeydiyyata alır. 

Çap üçün deyil


1

Araådıraq – öyränäk

Öyrändiklärinizi yoxlayın

Araådıraq – öyränäk

Öyrändiklärinizi yoxlayın

Siçanın göstəricisini fayllarınızı saxladığınız qovluğun üzərinə aparıb azacıq 

gözləyin. Açılan çərçivədən qovluğun ölçüsünü öyrənib qeyd edin. 

Sonra qovluğa daxil olub oradakı obyektlərin ölçülərini cəmləyin. Nəticələri mü-

qayisə edin. Alınan fərqin səbəbinin nə ilə bağlı olduğunu öyrənməyə çalışın. 

1. Qovluqdakı fayllara baxış rejimlərinin hansında onlar haqqında daha çox 

məlumat əks olunur?



2. Faylın yerini dəyişmə və kopiyalama əməliyyatları arasında hansı fərq var?

3. Bir qovluqda faylın neçə kopiyasını yaratmaq olar?

4. Əməliyyat sistemi uzaqlaşdırılmış faylları harada saxlayır? 

Fayllar və qovluqlar üzərində müxtəlif əməliyyatlar aparmaq – onları   ya-

ratmaq, saxlamaq, açmaq, adını dəyişdirmək, üzünü köçürmək, yerini dəyiş-

dirmək, uzaqlaşdırmaq, qapatmaq olar. 

25

24

Faylın yerinin və adının dəyişdirilməsi, kopiyasının yaradılması və 



uzaqlaşdırılması.

View рMedium Icons menyu komandasını seçin. Qovluqdakı fayllar simgələr 

şəklində əks olunacaq. 

1. Hər hansı faylın yerini dəyişdirmək üçün:

· siçanın göstəricisini həmin faylın simgəsinin üzərinə aparın;

· siçanın sol düyməsini basın;

· düyməni basılı saxlayaraq siçanı hərəkət etdirin (bu zaman faylın simgəsinin 

də hərəkət etdiyini görəcəksiniz);

· siçanın düyməsini buraxın – faylın simgəsi yeni yerdə əks olunacaq.  



2. Hər hansı faylın kopiyasını yaratmaq üçün:

· siçanın göstəricisini həmin faylın simgəsinin üzərinə aparın;

· siçanın sol düyməsini və klaviaturada Ctrl klavişini basın;

· hər iki düyməni basılı saxlayaraq faylın simgəsinin yerini dəyişin;

· öncə siçanın düyməsini, sonra isə Ctrl klavişini buraxın – qovluqda faylın 

kopiyası yaranacaq.

Eyni qayda ilə faylın daha bir neçə kopiyasını yaradın. 

3. Faylın kopiyalarının adını dəyişmək üçün:

· siçanın göstəricisini adını dəyişmək istədiyiniz faylın üzərinə aparın;

· siçanın sağ düyməsini çıqqıldadın;

· açılan kontekst menyusunda Rename bəndini seçin – faylın adı düzbucaqlı 

çərçivə ilə seçdiriləcək;

· fayl üçün yeni adı daxil edin;

· Enter klavişini basın.

Eyni qayda ilə qalan kopiya fayllarının da adını dəyişdirin.



4. Faylın kopiyalarını uzaqlaşdırmaq üçün:

· siçanın göstəricisini uzaqlaşdırmaq istədiyiniz faylın üzərinə aparın;

· siçanın sağ düyməsini çıqqıldadın;

· açılan kontekst menyusunda Delete bəndini seçin;

· açılan pəncərədə Yes düyməsini çıqqıldadın (əgər faylı uzaqlaşdırmaq 

istəmirsinizsə, No düyməsini çıqqıldadın).

Eyni qayda ilə qalan kopiya fayllarını da uzaqlaşdırın.

Fäaliyy t – 2

ä

Fäaliyy t – 2



ä

onları təkrarlamadan, qovluqlarla bağlı tez-tez istifadə olunan başqa bir əmə-

liyyatla – iç-içə qovluqların yaradılması ilə tanış olaq. 

İç-içə qovluqların yaradılması.

1.  Yeni  qovluq  yaratmaq  istədiyiniz  yerə  (məsələn,  iş  masasına  və  ya  öz 

qovluğunuza) keçin.



2. Siçanın sağ düyməsini iş masasının boş yerində, yaxud qovluq pəncərəsin-

də çıqqıldadın. Açılan kontekst menyusunda New, sonra isə Folder ko-

mandasını  seçin.  Siçanın  sağ  düyməsini  çıqqıldatdığınız  yerdə  New 

Folder adlı yeni qovluq yaranacaq.



3. Qovluğun yeni adını (məsələn, Test) daxil edin və  Enter  klavişini basın.

4. İndicə yaratdığınız qovluğun (Test qovluğunun) simgəsini qoşa çıqqılda-

dıb onu açın.



5. 2-ci addımda göstərilmiş qaydada Test1 və Test2 qovluqlarını yaradın.

Fäaliyy t – 3

ä

Fäaliyy t – 3



ä

Diqqät ! 

Diqqät ! 

Diskdə istənilən sayda qovluq yaratmaq, eləcə də bir qovluğun 

içərisində başqa qovluqlar saxlamaq olar. 

Yerini dəyişmə, adını dəyişmə, kopiyasını yaratma və uzaqlaşdırma əmə-

liyyatlarını eyni qayda ilə qovluqlar üzərində də aparmaq olar. Ona görə də 

Çap üçün deyil



Yüklə 60,47 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə