Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə33/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

Fateh  Əmirxan,  Alimcan  (və  ya  Əlimcan)  İbrahiminin  adını  zikr 
edirik.  Fateh  Əmirxan  qərb  mədəniyyətini  müdafiə  edib,  fanatizmi 
və geriqalmışlığı tənqid edirdi.
İbadullah  Alpar  1912-ci  ildə  “H ərf və  imlamız”  adlı  əsərində 
ərəb əlifbasının islah olması zərurətini irəli sürdü.
Milli  teatr  1905-ci  ildə  Abdullah  Qari  tərəfindən  quruldu  və 
daha sonra digər dramaturqlarla inkişaf etdi.
Tatar nəsr yazıçılarından  Ayaz  İshaqi  (1878-1955)  və  Eynəd- 
din Əhmərovun adlannı çəkə bilərik.
Sovet dövrü
Sovet  rejiminin  qurulmasından  sonra  Qazan  bölgəsi,  Tataris- 
tan,  Başqırdistan və  Çuvaşistan  olaraq üç  respublikaya  ayrıldı.  Hər 
birinin ləhcəsi  oranın rəsmi  dili  oldu.  Tataristanın nüfiısu  5  milyon, 
Başqırdistanınkı  isə  1.300.000  nəfərdir.  1924-cü  ildə  Əli  Rahim  və 
Əziz  Übeydullah  tərəfindən  4  cildlik  “Tataristan  ədəbiyyatı  tarixi” 
kitabı  nəşr  olundu.  1927-ci  ildə  C.Vəlidi  tərəfindən  “Tatar  dilinin 
sözligi”  adlı  lüğət çap  olundu.  Qədim  şair və  yazıçılardan  Əlimcan 
İbrahim,  Aləsgər  Kamal,  Şərif Kamal,  Məcid  Qəfuri,  Fateh  Əmir­
xan və Mir Heydər Faiz yeni rejimlə iş birliyi  aparıb,  Sovet ədəbiy­
yatını  qurdular.  Bundan  əlavə  Hadi  Təktaş,  Mahmud  Məqsudi, 
Şamil  Osman,  Qəvi  Nəcmi  və  İzzət  kimi  gənc  şair  və  yazıçılar  da 
yeni ədəbiyyat cərəyanına daxil oldular.
Əlimcan  İbrahim  (1884-1938)  Başqırdistanlı  idi.  Yeni  dövr 
bədii  nəsrinin  ilk  nümunələrini  tatar  türkcəsi  ilə  yazmışdı.  Hekayə 
yazan  idi.  Onun  oktyabr  inqilabından  öncə  yazdığı  “Gənc  ürəklər” 
və  “Bizim  günlər”,  inqilabdan  sonra  yazdığı  “Yeni  adamlar”, 
“Qazaq qızı” və “Dərin köklər” adlı romanlan çox məşhurdur.
“Qazaq  qızı”  (və  ya  “Səhra  qızı”)  romanında  Qazağistan  xal­
qının  yaşam  tərzi  və  adət-ənənələri;  “Dərin  köklər”  romanında  isə 
Tataristanda müasir dövrün hadisələri əks olunmuşdur.
Musa  Cəlil  (1906-1944):  Bu  gənc  şair  qısa  həyatında  də­
yərli  əsərlər  yadigar  qoymuşdur.  İkinci  Dünya  müharibəsində  iş­
tirak  etmiş  və  2  il  almanların  əsarətində  qalmış  və  onlar  tərəfin­
112


dən  öldürülmüşdür.  Onun  əsirlik  dövründə  yazdığı  “Muabit  dəf­
təri”  adlı  şeir  məcmuəsi  ən  gözəl  qəhrəmanlıq  və  vətənsevərlik 
nümunələrindəndir.  Bu  kitabçanı  şairin  İmran  Tələt  və  Andre 
Timermans  (belçikalı  əsgər)  adlı  iki  silahdaşı  Sovet məqamlarına 
çatdırdıqdan  sonra  nəşr  olundu58.  Musa  Cəlil  öncə  Kiçginə  (ki­
çik)  məxləsi  ilə  yazırdı.  Sonra Musa Cəlil  məxləsini  seçdi.  İkinci 
Dünya  müharibəsinə  qədər  12  əsəri  nəşr  olundu.  Bu  əsərlərdən 
mənzum  romanı  “Poçtalyon”  (Poçtçu)  və  mənzum  tamaşa  əsəri 
“A ltunsaç”dan  bəhs  edilə  bilər.  Musa  Cəlilin  əsərlərinin  qəhrə­
manı  xalqdır.  Onun  şeirlərində  qəhrəmanların mücadiləsi  çox gö­
zəl  və  təsir göstərici  bir şəkildə təsvir olunmuşdur.  Əsarətdə yaz­
dığı  şeirlərinin birində belə deyir:
Bil ey cəllad başı, baş əymərəm mən,
Qul eyləyib satsan, zindana salsan.
Aman istəmədən mərd ölərəm, mərd,
Başımı qəflətə üzsə də baltan59.
Musa Cəlilin əsərləri Sovet respublikalarının dillərinə və digər 
dillərə tərcümə edilmişdir.
Qəvi  Nəcmi:  Güclü bir şair və yazıçıdır.  Şeirlərini öncə “İşbi­
lən  işçi” və “Qızıl  ordu” qəzetlərində nəşr etdirdi.  Eyni zamanda sa­
tira yazan  idi.  Onun “Bahar yelləri” adlı romanı XDC əsrin ikinci ya- 
nsından və XX əsrin əvvəllərindən inqilabaqədərki həyatı təsvir edir.
Ö m ər Bəşirov:  Roman yazıçısıdır.  Onun “Namus” adlı roma­
nı məşhurdur.
Əbu  Salam:  Ədəbiyyatçı,  mücadiləçi,  tənqidçi  və  tərcümə­
çidir.  İkinci  Dünya  müharibəsində  iştirak  etmişdir.  “Qazi  Tur”, 
“Körpə  qartallar”  və  “Əbədi  yanan  işıqlar”  kimi  qəhrəmanlıq  ro- 
manlan vardır.
58 Prof. Pənah Xalilov, SSSR Xalqlan Ədəbiyyatı, cild I, Bakı,  1977.
59 Şeirin mətni Azərbaycan türkcəsinə tərcümə edilmişdir.
113


Qazan (Tatar) türkcəsinin xüsusiyyətləri
Tataristan  Muxtar  Respublikasının  və  eləcə  də  Başqırdistan, 
Çuvaşistan,  Maldovya  tatarlarının  və  Rusiyanın  m üxtəlif bölgələ­
rində  yaşayan  tatarların  rəsmi  dilidir.  6  milyondan  çox  insan  bu 
dildə  danışır.  Tatar  əski  zamanlarda  moğol  qəbilələrindən  birinin 
adı idi.
Tatar  sözü,  “tat”,  “ar”  və  ya  “ər”  kəlmələrindən  meydana  gəl­
mişdir. Türkcədə “tat” sözü yad və özgə mənasında işlənmişdir,  “ar” 
və ya “ər” isə, kişi və insan anlamındadır. Moğollara da Tatar deyilir. 
Ruslar  da  keçmişdə  türklərə  tatar  deyiblər.  Nəzərə  belə  gəlir  ki, 
tatarlar oğuz, qıpçaq və bulğar türklərindən meydana gəlmişlər.
Tatarlar  1927-ci  ilə  qədər  ərəb  əlifbasından  faydalanırdılar. 
Sonra  latın  və  daha  sonra  da  kiril  əlifbasını  işlətməyə  başladılar. 
Sovet  rejimindən  sonra  Qazan  tatarcasında  qram m atika  və  leksi- 
ka  baxımından  köklü  dəyişikliklər  əmələ  gəldi.  Bəzi  ərəbcə  və 
farsca  əski  kəlmələr  çıxardılıb,  beynəlxalq  kəlm ələr  daxil  oldu. 
Ondan  əlavə,  Qazanın  m üxtəlif  ləhcələrindən  bir  sıra  kəlm ələr 
alındı  və  tatar  türkcəsinə  məxsus  sözlərin  kökündən  də  yeni 
kəlmələr  düzəldildi.  Bu  dildə  elmi  və  ədəbi  əsərlər  və  çox  sayda 
qəzet və dərgi nəşr olundu.  Ayrıca dünya klassik əsərləri  də  Tatar 
dilinə tərcümə edildi.
Tatar türkcəsində 9  səsli və 28  səssiz var.  Səslilər qısa (e,  ı,  o, 
ö) və uzundur (ə, a, i, u, ü). Ayrıca “ıi” diftonqu da mövcuddur.
Qalınsəslilər arasında ahəng vardır.  Hecalar həm açıq, həm  də 
qapalıdır.
Kəlmə  baxımından  oğuz-qıpçaq  sözləri  çoxluq  təşkil  edir. 
Oqur-fin, ərəbcə, farsca və rusca kəlmələr də çoxdur.
Ədəbi  dil  Sovet  rejimi  qurulduqdan  sonra  danışıq  dilinə  ya­
xınlaşdı.
İsimlərin  6  halı  var  ki,  oğuz  türkcəsindən  fərqi  çox  azdır. 
Yönlük halda /-ğa, -ğə və -ka/ qorunmuşdur.
İlk  hecada  /ə/  və  /e/  səsləri  /i/  ilə  əvəzlənir.  Ancaq  cəm  şəxs 
əvəzliklərində  “-biz  >  -bez;  -siz  >  -sez”  olur.  Yəni  /i/  səsi  /e/  ilə 
əvəzlənir.
114


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə