Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə36/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

Şəxs əvəzlikləri:  “mən”, “sən”, “ol”, “biz”, “siz”, “olar”.
Sual  əvəzlikləri:  “kim”,  “nə”,  “kaysı”  (hansı),  “kaçan”  (ha­
çan),  “kanda” (harda), “kandan” (hardan).
Fel hallanmaları:
İndiki  zaman  şəkilçisi /-a/, /-e/, /-i/dir:  “alamən” və ya “alam” 
(alıram), “gələmən” (gəlirəm).
Gələcək zaman /-ir/, /-ar/, /-ər/, /-r/ şəkilçiləri ilə düzəlir:  “alır- 
mən”  (alacağam),  “gələrmən”  (gələcəyəm).  Məsdər isə /-ma/, /-mi- 
ya/,  /-mə/  ilə  düzəlir.  Məsələn,  “kəlmə”  (gəlmək),  “kirmiya”  (kəs­
mək),  “ırlama”  (oxumaq).  Qaqauz  və  Karaçay-Balkar  ləhcələrində 
olduğu kimi məsdər /k/si düşmüşdür.
Bağlayıcı fel, /-p/, /-a/ və /aduqunça/ şəkilçiləri ilə düzəlir.
Sintaksis  və  cümlə  quruluşu  baxımından  slav  dilinin təsiri  ilə 
dəyişikliklər əmələ gəlmiş, tərkiblər və cümlələrin çoxu tərs olmuş­
dur.  Məsələn,  “ayınç  bundan”  (bundan  başqa),  “neçik biliyovliyu” 
(bildiyimiz kimi).
Terakay  ləhcəsi  Litvaniyada  və  Kaliç  ləhcəsi  Ukraynada  da­
nışılır.
Qınm karaimlərinin şivəsinə Qırım şivəsi də deyilir.
123


IV
QARLUQ-UYĞUR 
(VƏ YA ŞƏRQ TÜRKCƏSİ) QRUPU
Qarluqlar  oğuzlarla  birlikdə  Göytürk-Uyğur  imperatorluğuna 
bağlı  olub, bu dövlətin daxilində yaşayırdılar.  Daha sonra uyğurlar, 
oğuzlar  və  qıpçaqlarla  birlikdə  qaraxanlılar  dövlətini  qurdular. 
Onların türkcəsinə “xaqaniyyə türkcəsi” deyilirdi.
Bu qrupda özbəkcə,  san uyğurca,  yeni  uyğurca və  salarca yer 
alır. Bu qrup dillərdə 6-8  səsli vardır.  /ı/ səsi yoxdur və onun yerinə 
/il və ya /e/ işlənir, /o/ səsinə təmayül çoxdur.
/p/, /t/,  /k/ samitləri  səslilər arasında /b/,  /d/,  /ğ/ kimi  cingiltili 
samitlərə dönüşməz.  /g/ və /ğ/ söz  sonunda  qorunur və  bəzən /k/yə 
dönüşür.
Yönlük hal şəkilçisi /qaJ və çıxışlıq hal şəkilçisi /-din/dir.
Bu  qrupa  aid  sözlərin  bir  hissəsi  bunlardır:  “eşik”  (qapı), 
“kol”  (qol  və  əl),  “çapsan”  (tez),  “onaştırm ak”  (nişanlam aq), 
“çokça”  (donuz),  “yalanquç”  (çılpaq),  “tentak”  (dəli),  “kuduk” 
(quyu).
124


Özbək  türkcəsi  haqqında  “Özbəklər  dövründə  Çağatay  türk­
cəsi tarixi” başlığı altında geniş məlumat verilmişdir.
SARI UYĞUR TÜRKCƏSİ
San  uyğur  türkcəsi  Çinin  Qansu  əyaləti  türklərinin  dilidir. 
Əskidən  uyğur dilinin bir ləhcəsi  sayılırdı.  Bu türklər özlərinə “san 
uyğur”  deyirdilər.  San  uyğur  türkləri,  uyğur  dövlətinin  qırğızlar 
tərəfindən yıxılmasından sonra IX əsrin ortalannda bu əyalətə gəlib 
yerləşmişlər.  Burada  çinlilərin,  moğollann  və  tibetlərin  təsiri  altın­
da  qalıb  və  bir  çoxu  çinlilərin  içində  əridilər.  Ancaq dillərini  qoru­
yan  hissə  qonşu millətlərin təsirində qaldı.  San uyğurlann dini  Bu- 
dizmin  Lamaizmidir.  Bu dil haqqında Malov və Tenişevin çox say­
da tədqiqatı vardır.
Bu dildə  8  səsli vardır.  Danışıq dilində mövcud olan /ə/ səsinə 
əlifbada yer verilməmişdir.  Bəzi  samitlərin düşməsi üzündən bəzən 
səslilər uzun tələffüz olunur.  Samitlərin sayı 23-dür.
Ahəng qanunu hər yerdə riayət olunmur.  Ancaq daha çox kəl­
mələrin kökündə ahəng vardır.  Məsələn:  “etək” (ətək), “ezek” (qarın), 
“peseknə”  (tez),  “ağır”,  “yağmır”  (yağış),  “yağı”  (düşmən),  “yastıq”. 
Assimilyasiya, metatez və bəzi səslərin düşməsi nisbətən çoxdur.
Leksika  baxımından  uyğur  türkcəsi  kəlmələri  dilin  təməlini 
təşkil  edirlər.  Ancaq  əski  türkcə  kəlmələri  də  bu  günə  qədər  gəlib 
çatmışdır.  Məsələn,  “ay-”  (demək),  “sı-”  (sındırmaq),  “ten-”  (yan­
dırmaq),  “tis-”  (yuxlamaq),  “tiz-”  (yazmaq),  “pitiğ”  (məktub,  ki­
tab),  “til” (yuxu), “mənək” (pul), “tez-” (qaçmaq), “toz-” (doymaq), 
“araçı” (elçi), “ayak” (10 min).
Bu dildə moğolca, çincə və hətta farsca kəlmələr də gözə çarpır.
Çoxluq və cəmi  bildirmək üçün /-lar,  -lər,  -nar,  -nər,  -tar,  -tər, 
-dar,  -dər/  şəkilçilərindən  istifadə  olunur.  Məsələn,  “attar”  (atlar), 
“ittər” (itlər), “ərəbnər” (ərəblər).
Mənsubiyyət  şəkilçiləri  salar  dili  kimi  mükəmməl  deyil  və 
yalnız  /n/  və  /si/  işlənir.  “Mənin  atan”  (atam),  “sənin  atan”  (atan),
ÖZBƏK TÜRKCƏSİ
125


“kinin  atası”  (onun atası),  “mistərin  atan”  (atamız),  “silərinin  atan” 
(atanız), “kolamın atası” (atalan).
Bu dildə isimlərin 6 halı var.
Adlıq halın şəkilçisi yoxdur.
Yiyəlik  hal  üçün  /-nin,  -tin,  -din,  -kisənin  və  -sonun/  şəkil­
çiləri işlənir.
Yönlük hal  /-ğa,  -qa,  -ka,  -kə,  -yoqə,  -ağısqa,  -kızğa,  -kuyğa/ 
şəkilçiləri ilə ifadə olunur.
Təsirlik  hal  üçün  /-ni,  -ti,  -di,  -suni,  -ani,-uni/  kimi  şəkilçilər 
işlənir.
Yerlik hal /-tə,  -ta,  -da,  -ayta,  -içintə,  -anda,  -üsüntə  /  şəkilçi­
ləri ilə ifadə olunur.
Müqayisə  və  üstünlük  şəkilçiləri  /-rak/  və  /-rək/dir  (üstünlük 
sifəti əlaməti).
Say  sistemi  oğuzlardan  bir  az  fərqli  və  əskidir.  Rəqəm lər 
10-luq sistemə dayanır.  “Üç  on”  (30),  “tört on”  (40),  “peson”  (50), 
“dokus  on”  (90).  21  yerinə  “pir  otıs”,  11  yerinə  “pir  ığırmu”,  25 
yerinə “pes otıs” deyilir.
Şəxs  əvəzlikləri  digər türk  dillərindəki  kimidir.  Yalnız  “o”  və 
“onlar” yerinə “kol” və “kolar”; siz yerinə “silər” işlənir.
Zaman şəkilçiləri baxımmdan da fərqlilik vardır.  İndiki zaman 
üçün 3 növ, gələcək zaman üçün də 4 növ şəkilçi vardır.
Cümlə quruluşu digər türk dillərinə bənzəyir.  Ancaq inversiya 
çoxdur.  Söz  tərkibi  də  bəzən  tərsdir.  Məsələn,  “akın  uş”  (üç 
qardaş).
126


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə