Daġ DÖVRÜ alti cġlddə



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə97/106
tarix30.12.2017
ölçüsü2,35 Mb.
#18438
1   ...   93   94   95   96   97   98   99   100   ...   106

391 

 

genişlənir. 



Dövrün 

yaranmağa 

başlayan 

erkən 


əkinçi 

məskənlərinin  xüsusiyyəti  və  miqyası  əhali  artımını  aydın  əks 

etdirir.  

   Istehsaledici təsərrüfata keçid ənənəvi ovçu, balıqçı, yığıcı, 

kollektivləri  cəmiyyətində  müəyyən  yenilik  yaradır,  əməyin 

təşkilində  ciddi  dəyişikliklərə  səbəb  olur.  Yeni  əmək  təşkili 

şəraitinə  uyğun  yeni  istehsal  növləri  (toxuculuq,  dulusçuluq,  yun 

və bitki liflərindən əşyalar hazırlamaq və s.) meydana gəlir.  

   Qobustanın  Mezolit  –  Neolit  dövrü  sakinlərinin  bədii-

estetik  səviyyəsinin  yüksək  olduğunu,  onları  kiçikölçülü  və 

uzunmüddətli  daimi  düşərgələrinin  bir-birinə  çox  yaxın 

yerləşməsini  xüsusi  qeyd  etmək  lazımdır.  Görünür,  Qobustan 

düşərgələrində bir-biriylə sıx  istehsal  və s. əlaqələrdə olan qohum 

qəbilələrin kiçik qrupları yaşamışlar. 

     Qobustanın düşərgə sakinlərinin  vahid (nəsli)  icmalardan 

ibarət olduğunu ehtimal etmək mümkündür. O dövrdə  cəmiyyətin 

əsasını kollektiv  təsərrüfata əsaslanan böyük  ibtidai  icmalar təşkil 

edirdi. 


   Qobustanda  hələ  ibtidai  icma quruluşu  şəraitində  yaşayan 

qəbilə  üzvlərinin  həyatında, təsərrüfatında kollektivçiliyin  hələ də 

saxlanması  qayaüstü  təsvirlərdə  də  öz  əksini  tapmışdır.  Bunlar 

qədim  yallı, kollektiv əmək, qayıq  ilə balıq ovu, kollektiv  heyvan 




392 

 

ovu  və  s.  səhnələrdən  (Böyükdaş  dağı,  yuxarı  səki  sahəsində  39, 



67, 12, 30, 104, 45 və s. daşlar) ibarətdir.  

    Nəslin  davametdiricisi  ananın  qabaqkı  dövründə  olduğu 

kimi mövqeyi yenə də böyük idi. Qobustan qayalarında bəzi qadın 

şəkillərinin  yay-oxla  silahlanmış  təsvir  edilməsi  (Böyükdaş  dağı, 

yuxarı  səki  sahəsində  29,  78,  Kiçikdaş  dağında  48,  49,  50  №-li 

daşlar)  onların  da  çox  vaxt  kişilərlə  bərabər  ovda  iştirak  etdiyini 

göstərir. Qadın  isminin ən dayanıqlı özəyi, ənənələri qoruyan, evi 

quran  və  ona  hərtərəfli  qayğı  göstərən,  ev  işlərindəki  yüksək 

peşəkarlığı  ilə  seçilən  icma  üzvlərindən  biri,  həmçinin  də 

cəmiyyətdə  yüksək  hörmət  sahibidir.  Nəslin  davametdiricisidir. 

Mezolit  –  Neolit  dövründə  qadına,  anaya  pərəstişin  olunduğu 

Qobustan  qayaüstü  təsvirləri  arasında  qadın  şəkilləriylə  yanaşı, 

düşərgələrdən  qadın  heykəlciklərinin  tapılması  da  qadına  olan 

pərəstişin, ehtiramın göstəricisidir.  

     Istelsaledici  təsərrüfat  dövründə  qədim  qobustanlıların 

həyatında  bütün  sahələrində  xeyli  əhəmiyyətli  yenilik  və 

dəyişikliklərin  baş  verməsinə  baxmayaraq,  ibtidai  icma  quruluşu 

dövrünün  kollektiv  münasibətləri  hələ  də  davam  edirdi. 

Qadınların  icma  üzvləri  arasında  hakim  mövqe  tutması, 

təsərrüfatda  əsas  rol  oynaması  bir  çox  əkinçi  qəbilələrdə  ana 

nəslin saxlanmasına gətirib çıxarır.  

 



393 

 

 



 

 

 



XIV FƏSĠL 

 

QOBUSTANIN QAYAÜSTÜ  TƏSVĠRLƏRĠ 

VƏ MƏNƏVĠ MƏDƏNĠYYƏTĠ 

 

Qədim  qayaüstü  təsvirlər  arxeoloji-tarixi  abidələrin  ən 

maraqlı  və  ən  sirlilərindəndir.    O,  bəşər  tarixini  öyrənmək  üçün 

obrazlı  “dilə”  malik  qiymətli  maddi  mədəniyyət  qalıqları, 

keçmişin  qaranlıq  səhifələrini  işıqlandıran,  ibtidai  cəmiyyətdə 

insan  əməyi  və  fəaliyyətini,  onun  həyatını  və  dünyagörüşünü 

rəngarəng  və  əyani  şəkildə  əks  etdirən  tarixi  sənəd  –  “canlı” 

salnamədir. 

     Qayaüstü təsvirlər qədim  insanların  həyat  tərzi  haqqında 

biliklərimizin 

qiymətli 

mənbələrindən, 

ibtidai  yaradıcılıq 

yollarının inkişafını təsəvvür etməyə imkan verən qədim incəsənət 

əsərləri, qədim  nəsillərin özləri  və onu əhatə edən  mühit  haqqında 

canlı mənbədir (şəkil 187-211). 

   Qədim təsvirlər qaya və daşlar üzərində əsasən iki üsulla – 

Petroqlif  (petros  -  daş,  qlyphe  -  naxışaçma  üsulu)  və  palitra 




394 

 

(rənglə şəkilçəkmə  üsulu)  ilə çəkilmişdir. O nlardan petroqlif  tipli 



qayaüstü  təsvirləri  ilk  dəfə  160  il  bundan  qabaq  1848-ci  ildə 

Oneqa gölü sahilində K.Qrenvink görmüşdür. 

   Palitra tipli qayaüstü təsvirlərin  varlığı  isə XIX əsrin 70-ci 

illərində  ilk  dəfə  İspaniyada  Altamiro  mağarasında,  sonralar  isə 

bir sıra Fransa mağaralarında aşkar edilmişdir. 

    XX  əsrin  30-cu  illərindən  etibarən  qədim  qayaüstü 

təsvirlərə  ibtidai  mədəniyyət  sahəsinin  tədqiqi  ilə  məşğul  olan 

alimlərin  marağı  artır.  Onların  axtarıb  tapılması,  qeydə  alınıb 

öyrənilməsi  işi  xeyli  genişlənir.  Hazırdav  demək  olar  ki,  bütün 

qitələr  və  ölkələrdə  Ukraynada,  Dağıstanda,  Kareliyada,  Uralda, 

Sibirdə,  Orta  Asiyada,  Gürcüstanda,  Monqolustand a,  İtaliyada, 

Skandinaviyada, Afrikada və s. qədim qayaüstü təsvirlərin olduğu 

müəyyənləşdirilmiş 

və 


öyrənilməsi 

davam 


etdirilmişdir 

(Savvateyev,  1983;  Kotoviç,  1976;  Okladnikov,  1981;  Anati, 

1976). 

   Azərbaycanda  qədim  qayaüstü  təsvirlərin  varlığı  ilk  dəfə 



1939-cu  ildə  Qobustan  qayaüstü  təsvirlərinin  ilk  tədqiqatçısı, 

əməkdar  elm  xadimi,  arxeoloq  İ.M.Cəfərzadə  tərəfindən  qeydə 

alınmışdır (Cəfərzadə, 1973).  

   Qobustanda  qayaüstü  təsvirlər  1939-cu  ildən  məlum  olsa 

da,  1941-1945-ci  illər  müharibəsi  onların  öyrənilmməsini  xeyli 

ləngitdi.    1947-ci  ildən  1965-ci  ilə  qədər  İ.M.Cəfərzadənin 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə