Dərs vəsaiti. Bakı, 2012, 325 səh. Rəyçilər: iqtisad elmləri doktoru, prof



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə16/68
tarix17.09.2018
ölçüsü2,48 Mb.
#69119
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   68

IV.
 
MÜƏSSISƏNIN 
ƏMLAKI
 

 
KAPİTALINDAN
 
İSTİFADƏNİN
 
SƏMƏRƏLİLİYİ 
4.1.
 
Mövzunun nəzəri-metodoloji əsasları 
Müəssisənin  əmlakının  dəyəri  və  tərkibi  onun 
balansının  aktivində  əks  olunur.  Müəssisənin  balansının 
aktivinin əsas elementləri aşağıdakılardan ibarətdir: 
1.
 
Qeyri-material  aktivləri.  Bunlar  müəssisə  üçün 
müəyyən  qiymətlilər  hesab  olunur.  Bunlara  torpaq,  patent, 
«Nou-hau»dan  istifadəyə  hüquq,  işgüzar  əlaqələrin  şərti 
dəyəri və s. daxildir. Onlar müəssisə üzrə müəyyən olunmuş 
normalar  üzrə  köhnəlmə  kimi  hesablanır  və  balansda  qalıq 
dəyərinə görə əks olunur. 
2.
 
Əsas  vəsaitlər  (əsas  kapital).  Bunlara  həm 
fəaliyyətdə  olan,  həm  də  ehtiyatda  olan  bina,  maşın, 
avadanlıq  və  digər  əsas  fondların  qalıq  dəyəri  üzrə 
hesablanmış  dəyəri  daxildir.  Əsas  vəsaitlərin  tərkibinə 
həmçinin  toıpağın  münbitləşməsinə  sərf  edilən  kapital 
qoyuluşu, icarəyə verilən əsas fondlar da daxildir. 
3.
 
Başa  çatmamış tikinti. Buraya  həm təsərrüfat, həm 
də podrat üsulu ilə həyata keçirilən başa çatmamış tikintinin 
dəyəri  daxil  edilir,  quraşdıniması  nəzərdə  tutulan 
avadanlıqlann dəyəri də buraya daxildir. 
4.
 
Uzunmüddətli  maliyyə  qoyuluşları.  Bunlara  bir 
ildən  yuxan  müddətə  qoyulan  müəssisənin  investisiyaları, 
başqa müəssisələrin nizamnamə kapitalı, dövlət qiymətli 
71 


kağızları  daxildir.  Buraya  həmçinin  müəssisənin  digər 
müəssisə  və  təşkilatlara  qoyduqlan  səhm  və  başqa  qiymətli 
kağızlann məbləği də daxil edilir. Ona görə də uzunmüddətli 
maliyyə  qoyuluşlan  müəyyən  faiz,  dividend  və  başqa 
formalarda gəlir eldə edilməsi ilə xarakterizə olunur. 
5.
 
Başqa 
dövriyyədənkənar 
aktivlər. 
Bunlara 
dövriyyedənkənar  aktivlərin  diger  elementlərində  əks 
olunmayan diger vəsait və qoyuluşlann dəyəri daxildir. 
6.
 
Ehtiyatlar.  Buraya  xammal,  əsas  və  köməkçi 
materiallar,  satın  alınmış  yanmfabrikatlar,  ehtiyat  hissələri, 
tara və digər material qiymətlilərinin ehtiyat qalığının dəyəri 
daxil edilir. 
7.
 
Bitməmiş istehsal xərcləri. Buraya bitməmiş istehsal 
və başa çatmamış işlərə çəkilən xərclər daxildir. 
8.
 
Alınıb-satılmaq üçün hazır məhsul və əmtəə. Bunlara 
texniki  şərtlərə  və  standartlara  uyğun  olan  sifarişçi  ilə 
bağlanan müqaviləyə cavab verən, sınaqdan keçmiş və qəbul 
edilmiş  hazır  məhsul  qalığının  faktiki  istehsal  maya  dəyəri 
daxildir.  Gösterilən  tələblərə  cavağ  verməyən  və  təhvil 
verilməyən  məhsullar  başa  çatmamış  sayılır  və  bitməmiş 
istehsalın tərkibində göstərilir. 
9.
 
Yüklənmiş əmtəə. Buraya müqaviləyə görə əmtəəyə 
sahiblik,  istifadə  olunma  və  sərəncam  vermək  hüququ 
istehsalçıdan  alıcıya  və  yaxud  sifarişçiyə  keçən  əmtəələrin 
deyəri daxildir. 
10.
 
Gələcək dövrün xərcləri. Buraya hesabat 
72 


dövründə  istehsal  edən,  lakin  növbəti  hesabat  dövründə 
istehsal xərclərinə daxil olan xərclər aid edilir. 
11.
 
Satın  alınan  qiymətlilər  üzrə  ƏDV.  Buraya  satın 
alınan material resursları, azqiymətli və tezxarab olan əşyalar, 
əsas  vəsaitlər,  qeyri-material  aktivləri  və  digər  qiymətli 
əşyalar üzrə ƏDV məbləği daxildir. 
12.
 
Debitor borcları. Bu borclar dövrİ50'ə aktivlərinin 
balans dəyərinə görə iki bölmədə əks olunur. Birincisi 12 ay 
keçdikdən sonra ödənilməsi gözlənilən borclar. İkincisi 12 ay 
müddətində  ödənilən  borclar.  Alıcı  və  sifarişçinin  debitor 
borclanna  müəssisənin hesablaşma  hesabına  ödəmələr  daxil 
olan  ana  kimi  yüklənmiş  əmtəənin,  təhvil  verilmiş  iş  və 
xidmətlərin smeta və yaxud müqavilə dəyəri daxildir. Digər 
debitorlara  maliyyə  və  vergi  orqanlannm  müəssisəyə  olan 
bordandır. Buraya həmçinin müəssisənin vəsaitləri hesabına 
ssuda  kimi  işçilərə  verilən  vəsaitlərə  görə  olan  borclar  da 
daxildir. Bu məbləğə eyni zamanda cərimə, peniya və s. kimi 
alınmalı olan borclar da daxildir. 
13.
 
Qısamüddətli  maliyyə  qoyuluşları.  Buraya  12 
aydan çox olmayan müddətə qoyulan investisiyalar daxildir. 
Bu  məbləğə  həmçinin  səhmdarlardan  satın  alman  şəxsi 
səhmlər,  digər  müəssisələrin  qiymətli  kağızlan,  dövlət 
qiymətli kağızları və s. daxil edilir. 
14.
 
Pul  vəsaitləri.  Buraya  müəssisənin  hesablaşma, 
valyuta  və  digər  hesablannda,  habelə  kassada  olan  pul 
vəsaitləri qalığı daxildir. 
73 


15.
 
Sair dövriyyə aktivləri. Buraya dövriyyə aktivinin 
digər elementlərinə daxil olmayan, lakin öz mahiyyətinə görə 
dövriyyə aktivinə aid edilən vəsaitlər daxildir. 
16.
 
Zərər  (ziyan).  Balansın  aktivinin  bu  bölməsinə 
hesabat və keçmiş illərin zərərlərinin ödənilməməsi məbləği 
daxildir.  Keçmiş  işlərin  zərəri  müə)o^ən  olunmuş  qaydada 
müəssisənin  mənfəəti  hesabına  ödənilməlidir.  Bu  kimi 
zərərlər həmçinin kapital qo3oıluşu üçün istifadə edilməyən 
yığım fondunun sərbəst vəsaitləri hesabına da şilinə bilər. 
Müəssisənin 
fəaliyyətinin 
maliyyələşdirmə 
mənbəyinin  tərkibi  və  həcmi  onun  balansının  passiv 
hissəsində  əks  olunur.  Passivin  əsas  elementləri 
aşağıdakılardan ibarətdir: 
I.
 
Şəxsi  (xüsusi)  maliyyələşmə  mənbələri  (kapital  və 
ehtiyatlar). 
1.
 
Nizamnamə  kapitalı.  Bu  vəsait  müəssisəni  təsis 
edənlərin  qoyuluşu  hesabına  formalaşır.  Dövlət  müəssisəsi 
üzrə  bu  vəsait  nizamnamə  fondu  adlanır.  Nizamnamə 
kapitalının  artınlıb  və  yaxud  azaldılmasına  müəssisənin 
fəaliyyətinə yekun vurduqda baxılır. 
2.
 
Əlavə kapital. Buraya büdcədən ayırmalar, dövriyyə 
vəsaitlərinin  tamamlanmasına  istiqamətləndirilən  vəsaitlər, 
səhmlərin  nominal  dəyərindən  artıq  yerləşdirilməsindən 
alınan emission gəlir və s. daxildir. 
74 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə