Dərs vəsaiti. Bakı, 2012, 325 səh. Rəyçilər: iqtisad elmləri doktoru, prof



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə17/68
tarix17.09.2018
ölçüsü2,48 Mb.
#69119
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   68

3.
 
Ehtiyat  kapitalı.  Buraya  ya  fəaliyyətdə  olan 
qanunvericiliyə  uyğun  olaraq,  ya  da  mənfəət  hesabına 
yaradılan  ehtiyat  və  digər  analoji  fondlann  qalıq  məbləği 
daxildir. 
4.
 
İstehlak və yığım fondlan. Buraya müəssisənin təsis 
olunma  sənədlərində  qeyd  olunan  və  uyğun  qaydalara 
müvafiq  olaraq  müəssisənin  sərəncamında  qalan  mənfəət 
hesabına yaradılmış fondlar daxildir. 
5.
 
Məqsədli maliyyələşdirmə və daxilolmalar. Buraya 
büdcədən,  xüsusi  təyinatlı  sahə  və  sahələrarası  fondlardan 
alman  vəsait  qalığı,  habelə  məqsədli  təyinatlı  tədbirlərin 
həyata keçirilməsi üçün fiziki şəxslərdən başqa müəssisə və 
təşkilatlardan alınan vəsait daxildir. 
6.
 
Bölüşdürülməyən 
mənfəət. 
Hesabat 
ilinin 
bölüşdürülməyən mənfəəti müəssisənin ümumi mənfəəti ilə 
vergilərin ödənilməsi və büdcəyə yönəldilən digər ödəmələrə 
istiqamətləndirilən mənfəət arasındakı fərqi xarakterizə edir. 
II. Borc vəsaitləri. 
1.
 
Uzunmüddətli 
passivlər. 
Buraya 
bağlanmış 
müqaviləyə uyğun olaraq ödənilməsi 12 aydan sonra nəzərdə 
tutulan borc vəsaitlərinin ödənilməmiş məbləği daxildir. 
2.
 
Qısamüddətli  passivlər.  Müəssisə  fəaliyyətinin 
maliyyələşdirmə mənbəyi kimi onları 3 qrupa bölmək olar: 
d)
 
Qısamüddətli kreditlər
75 


b)
 
Kreditor bordan; 
c)
 
Digər qısamüddətli passivlər. 
3.
 
Müəssisənin  kreditor  bordan  müxtəlif  səbəblərə 
görə yarandığından onları aşağıdakı kimi qruplaşdırmaq olar: 
ä) Yerinə yetirilən və görülən xidmətlərə, habelə daxil 
olan material qiymətlilərinə görə tədarükçünün borcları; 
b)
 
Balans tərtib olunan günə ödənilməmiş əmək haqqı 
üzrə borclar; 
c)
 
Balans  tərtib  olunan  günə  dövlət  sığorta  fonduna, 
məşğulluq  fonduna  və  pensiya  fonduna  köçürülməyən 
borclar; 
d)
 
Büdcə ilə hesablaşmalar üzrə olan borclar; . 
e)
 
Alıcı  və  sifarişçidən  alman  avans.  Alınmış  avans 
malgöndərməsi həyata keçirilən dövrə qədər müəssisə üçün 
borc hesab olunur. 
k) Diger kreditorlarla hesablaşmalar. Buraya müxtəlif 
növ  sığortalar  üzrə  olan  borclar,  işçilərə  ssuda  formasında 
verilən bank kreditləri üzrə olan borclar və s. daxildir. 
Məlum  olduğu  kimi,  müəssisə  öz  balansında  həm 
istehsal,  həm  də  investisiya  və  maliyyə  fəaliyyətini  həyata 
keçirmək  üçün  müxtəlif  növ  aktivlərə  malik  olur.  İstehsal 
fəaliyyəti  üçün  aktivlərə  qeyri-material  aktivləri,  əsas 
vəsaitlər,  ehtiyatlar  və  satın  alınan  qiymətlilər  üzrə  ƏDV 
daxildir. İnvestisiya fəaliyyətində əks olunan 
76 


aktivlərə  isə  başa  çatmamış  tikinti  daxildir.  Ümumiyyətlə, 
maliyyə qoyuluşuna eyni zamanda həm investisiya, həm də 
maliyyə  fəaliyyəti  kimi  baxmaq  olar.  Debitor  bordan 
xarakterindən  asılı  olaraq  göstərilən  hər  üç  fəaliyyətin 
nəticəsi kimi çıxış edir. 
Müəssisənin 
aktivlərinin 
səmərəli 
istifadəsini 
xarakterizə  edən  göstəricilərdən  biri  rentabellik  göstəricisi 
olub,  mənfəətin  aktivlərin  orta  illik  dəyərinə  nisbəti  kimi 
hesablanır.  Müəssisənin  ümumi  mənfəəti  əsasən  satışdan 
alınan  mənfəət  hesabına  formalaşır.  Lakin  bu  göstəriciyə 
satışdan kənar əməliyyatlardan alınan gəlir də müəyyən təsir 
göstərir.  Digər  əməliyyatlardan  alınan  gəlir  müəssisənin 
əmlakının hərəkəti ilə əlaqədardır. Buraya əsas vəsaitlərin və 
digər  qiymətlilərin  satışından  alınan  gəlir,  icarəyə  verilmiş 
əmlaka görə icarə haqqı, mənəvi cəhətdən köhnəldiyinə görə 
balansdan silinən əsas vəsaitlər və s. daxildir. 
Digər  satışdan  kənar  gəlirlərə  isə  təsərrüfat 
müqavilələrinin  şərtlərinin  pozulmasına  görə  alınan  və 
verilən cərimə və penyalar, hesabat dövründə aşkar edilmiş 
keçmiş dövrün mənfəəti, keçmiş dövrdə ümüdsüz borc kimi 
silinən, lakin debitor borclannm ödənilməsi kimi daxil olan 
vəsaitlər aid edilir. 
Əmlakın rentabellik göstəricisi satışdan kənar və digər 
əməliyyatlardan  ahnan  gəlir  daxil  edilmədən  mənfəət 
əsasında hesablanması müəssisənin aktivlərindən nə dərəcdə 
səmərəli istifadə edilməsini 
77 


daha dəqiq xarakterizə edir. 
Bütövlükdə  aktivlərin  rentabellik  səviyyəsi aşağıdakı 
kimi hesablanır: 
r = ^-100 
A 
burada:  M,  -  müəssisə  üzrə  ümumi  mənfəətin  həcmi;  A  - 
aktivlərin orta illik deyəridir. 
Əsas  fəaliyyətdə  istifadə  edilən  aktivlərin  rentabellik 
səviyyəsini  hesablamaq  üçün  satışdan  alınan  mənfəətin 
hesablaşma məbləğini burada istifadə edilən aktivlərin orta 
dəyərinə  bölüb 100-ə  vurmaq  lazımdır. Bu zaman satışdan 
alınan  mənfəətin  hesablaşma  məbləği  göstəricisi  satışdan 
alınan  mənfəətin  üzərinə  maya  deyəri  hesabına  ödənilən 
vergi və yığımlar əlavə edilməklə müəyyən edilir. 
Müəssisənin 
aktivlərinin 
idarə 
edilməsinin 
səmərəliliyi  maliyyələşdirmə  mənbələrinin  səmərəliliyinin 
idarə  edilməsi  ilə  bilavasitə  əlaqədardır.  Maliyyələşdirmə 
mənbələri müəssisənin öz vəsaitləri və borc kapitaldan ibarət 
olub hər birinin qiymətləndirilməsinə xüsusi yanaşma tələb 
edir.  Müəssisənin  xüsusi  (şəxsi)  kapitalı  onun  aktivlərinin 
məbləğindən bordan çıxılmaqla hesablanır. Buraya səhmdar 
kapitalı,  əlavə  kapital,  bölüşdürülməyən  mənfəət,  müxtəlif 
məqsədlər üçün yaradılan fond və 
78 


Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə