Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə148/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   177
Adil Babayev

DĠLLƏRĠN GENEALOJĠ TƏSNĠFĠ 
Dünya dillərinin qohumluğa görə qruplaĢdırılması 
tarixi baĢqa təsnifat növlərinə nisbətən daha qədimdir. 
Çünki 
baĢqa 
təsnifatın 
elementar 
cəhətlərini 
ümumiloĢdirənə qədər dilçilər müxtəlif dillər arasındakı 
oxĢar cəhətləri daha tez müĢahidə 
1
B. Çobanzadə. 
«Tiirk-ıaıar lisaniyyəlinə nrodxəl», Bakı 1924, səh. 49 – 
50. 
454 
elmiĢdilər. Doğrudur, belə müĢahidələr antik 
dövrlərdə ola bilməzdi. Antik dövr alimləri bu vo ya 
digər dıl arasındakı ümumi cəhətlər görsələr də, bunu 
təsadüfi hesab edərək əhəmiyyət verməmiĢlər. 


Doğrudur, Aristotel homer diiı ilə əvvəlki dil faktlarının 
bəzi oxĢar cəhətlərini qeyd etmiĢdi, amma belə bir qorara 
gəlmiĢdi ki, dil dəyiĢməzdir, əgər dildə hər hansı dəyi-
Ģiklik nəzərə çarparsa, bu, Ģairlərin özbaĢınalığıdır, 
sərbəstliyidir. Beləliklə, qəti demək olar ki, antik dövrdə 
dillərin qohumluq münasibətlərini göstərən bir elmi əsər 
yoxdur. 
Yeni eradan əvvəl IV əsrdə yaĢamıĢ lıind alimi 
Paninı Veda vo sanskriti səthi Ģəkildə müqayisə etsə də, 
o, qohumluq məsələsini üzə çıxarmaq ideyasından uzaq 
olmuĢdur. 
Dillər arasındakı qohumluğu müəyyənləĢdirmök 
üçün mütləq onların tarixi inkiĢaf prosesi nəzərə 
alınmaqla müqayisə edilməlidir. On birinci əsrdə 
Mahmud KaĢqari türk dillərini müqayisə etmiĢdir. Bu da 
eyni sistemə daxıl olan dillər idi və onun müqayisəsi hələ 
lazımınca öyrənilməmiĢdir. Bəlkə də gələcəkdə M. 
KaĢqarinin türk qəbilələrinin dilləri üzərində apardığı 
müqayisələr lazımi dərəcədə tədqiq edildikdən sonra o, 
müqayisəli-tarixi dilçiliyin banisi olacaqdır. 
Orta əsrlərdə yaĢamıĢ Yozef Yustus Skaliger 
(1540 – 1609) də Avropa dilləri üzərində müĢahidələr 
apararaq yalnız həmin dillərin (on bir dil) sözlərini 
müqayisə etmiĢdir. 
Dillər arasındakı ümumi cəhətlər XVIII əsrin sonu, 
XIX əsrin əvvəllərində alimlərin diqqətini birdən-birə 
cəlb etməyə baĢladı. Bu ona görə mümkün oldu ki, baĢqa 
elmlərdə do belə bir müqayisə metodu meydana gəldi. 
Məs.: «Müqayisəli anatomiya»nm yaranması dilçiləri də 
dil üzərində belə müqayisələr aparmağa sövq etdi. 
Xristian Yakob K. r a u s (1753 – 1807) iddia 


edirdi ki, bütün dillərin əsas əlamətləri; quruluĢu, leksik 
tərkibi, morfem sistemi, müəyyənləĢdirilsin. O, eyni 
zamanda söz sırasına, təsdiqlik və inkarlıq elementlərinə 
də böyiik əhəmiyyət verirdi. 
Krausun ardınca Ġohan Kristof Adelunq (1732 – 
1806) 1876-cı ildə (Krausdan beĢ il sonra) dillər 
arasındakı qohumluq münasibətlərinin dəqiq meyarını 
müəyyənləĢdirdi. 
Müqayisoli-tarixi dilçiliyo hazırlıq olan bu 
addımlar səmərəsiz qalmadı. Müqayisəli-tarixi dilçiliyin 
yaranmasında qədim hind dili olan sanskritin 
öyrənilməsi dönüĢ nöqtəsi oldu. Sanskritin öyrənilməsi 
müasir dilçiliyin yaranmasına da çox kömək etdi. 
Doğrudur, sanskrit haqqında çoxlu mülahizələr deyilmiĢ, 
onun müəyyən cəhətləri qeyd edilmiĢdi. Amma 
Benqalda ali məhkəmənin sədri iĢləyən Vilyam Cons 
(1746 – 1794) 1786-cı ildə sanskrit haqqında öz 
fundamental fikirləri ilə diqqəti cəlb etdi. 1788-ci ildə o, 
sanskrit dili haqqında yeni konsepsiya irəli sürdü. Həmin 
məruzədə V. Cons göstərirdi. «Sanskrit, onun yaĢı neçə 
olursa-olsun, çox heyrətamiz quruluĢa malikdir: o, 
yunan dilindən mükəmməl, latın dilindən zəngin olub 
hər iki dildən öz dəqiqliyi ilə üstündür. Onların fel 
köklərində və qrammatik formalarında nəzərə çarpacaq 
uyğunluq vardır ki, bu təsadüfi hesab edilə bilməz. Bu 
uyğunluq- oxĢarlıq o qədər güclüdür ki, bir dilçi bu iiç 
dili tədqiq edərkən belə bir nəticəyə gəlməyə bilməz ki, 
onlar bir kökdən, bır mənbədən əmələ gəlmiĢdir. Ola 
bilər ki, həmin kök – mənbə indi mövcud olmasın. 
Analoji olaraq, hələ bu qəti olmasa da, belə bir əsas 
vardır ki, qot (alman) vo kelt dilləri ki, baĢqa dillərlə 


qaynayıb-qarıĢmıĢdırsa da, onların da bir kökdən əmələ 
gəldiyini mülahizə etmək olar. Bu dillərin, hələ buraya 
qədim fars dilini də əlavə etmək olar, hamısı sanskrit 
əsasında meydana gəlmiĢlər».' 
V. Consun bu fikrini alman alimi Fridrix fon 
ġlegel 1808-ci ildə daha dəqiqləĢdirdi və dərinləĢdirdi. 
F. ġlegel V. Consun dediklərinə bunu da əlavə etdi ki, 
sanskrit yunan, habelə alman və fars dilləri ilə «yaxın və 
qohumdur». Bu qohumluq terminini ilk dəfə F. ġlegel 
iĢlətməklə yanaĢı, «müqayisəli qrammatika» sözünü də 
bir termin kimi iĢlətmiĢdir. 
Göründüyü kimi, dünya dilləri (ilk növbədə 
hind-Avropa) 
arasındakı qohumluq münasibətləri 
haqqındakı mülahizələr fərziyyolikdən çıxaraq təməlli 
bir nəzəriyyəyə çevrilməkdə idi ki, bu da sonralar 
dillərin qohumluq münasibətləri əsasında qruplaĢdırılıb 
təsnif edilməsi üçün elmi-nəzəri baza yaradırdı. 
1
CeMcpeııuft O. «BocacıiHC 
B
cpauıiHTejıwıoe 
HUiKoaııaımc» M.1980.crp. 19 
456 
Frans Bopp özündon ovvol dillorarası uyğunluğu 
görmüĢ,
K.Y.Krausun, Ġ.K.Adelunqun, V. Consun və 
F.ġlcgelin müddəalarını ümumiləĢdirmiĢdi. O, 1816-cı 
ildə sanskrit dilinin təsrif sistemini alman, yunan, fars, 
latın dilləri ilə müqayisə edərək müqayisəli-tarixi 
dilçiliyin əsil bünövrəsini qoydu'. F.Boppun fikirlərini 
mənimsəyən Y а к o b Qrimm (1785 – 1863) özünün 
dördcildlik «Alman dilinin qrammatikası» adlı əsəri ilə 
ümumalman dilinin mükəmməl tarixini yaratdı. 
Y.Qrimm özündən əvvəlki müəlliflərdən daha irəli 


gedərək 
bugünkii 
mənada, 
«ınüqayisoli-tarıxi 
qrammatıka»dan tələb olunan səviyyədə elmi əsər 
yaratdı. 
Göründüyü kimi, müqayisəli-tarixi dilçilik ilk 
növbədə ana dil, kök dil (праязык) axtarıĢı əsasında 
yaranmıĢdır Müqayisəli-tarixi dilçilik sübut etdi ki, 
qohum dillər bır mənbədən meydana gəlmiĢdir ki, buna 
ana dil deyilir. Müqayisəli-tarixi dilçilik elə sürətlə 
inkiĢaf edirdi ki, əvvəlki fəsillərdə dediyimiz kimi, dilçi 
olmayanları da cəlb edirdi. 
Beləliklə, dillərin qohumluq münasibətləri 
əsasında qruplaĢdın Ġması üçün elmi zəmin yaranır. Hələ 
Ġ. Y. Skaliger 1610-cu ildə etdiyi ilk təĢəbbüsü ilə dünya 
dillərini on bir ana dildə qruplaĢdırmıĢdı. Amma bu 
qruplaĢdırma o qədər də dəqiq deyildi. Skaligero 
nisbətən daha dəqiq bölgünü alman filosofu və dilçisi Q 
o t o r i d-Vilhelm Leybnis (1646 – 1716) təklif etdi: 
1.
Arami dillər (sami dillər); 
2.
Yafəs dilləri; 
3.
Skif dilləri (fın, türk, monqol və slavyan 
dilləri); 
4.
Kelt dilləri (baĢqa Avropa dilləri). 
Bu bölgüdəki kiçik qeyri-dəqiqliyi aradan 
qaldırmaq üçün slavyan dillərini kelt qrupuna keçirsək 
və skif sözünü Ural-Altay sözləri ilə əvəz etsək XIX 
əsrdə müqayisəli-tarixi metod nətiçəsində alimlərin 
gəldiyi nəticədən o qədər do fərqlənməyən bir mənzərə 
almar. 
Genealoji 
cəhətdən 
dünya 
dillərini 
ümumiləĢdirmək və qruplara bölmək istiqamətində 


çoxlu təĢəbbüslər olmuĢdur. Alimlərin səyi nəticəsində 
bütün dünya 
1
dilləri 23 dil ailəsinə bölünmüĢdür. Hər bir dil 
ailəsi özü do qruplara, qruplar iso yarımqruplara 
bölünür. Dil ailəlorindo birləĢən dillər arasında ümumi 
qrammatik, leksik və fonetik eynilik vardır. Amma bu 
yaxınlıq qruplarda ailələrə nisbətən, yanmqruplarda isə 
qruplara nisbətən daha çoxdur. Yeri gəlmiĢ- kən, 
göstərmək lazımdır ki, dünya dillərinin genealoji cəhət-
dən təsnifinə «nöqtə qoyulmuĢdur» demək olmaz. Hələ 
da öyrənilməmiĢ dillər vardır. Bundan əlavə, hər bir dil 
daha dərin öyrənildikdən sonra onun məhz hansı qrupda 
olması müəyyənləĢir. Hələlik dünya dillərinin ən əsas 
ailələri bunlardır': 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə