E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə83/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   79   80   81   82   83   84   85   86   ...   106

Müqaviləyə 
əsasən 
Türkiyə 
Suriya, 
Livan, 
Fələstin, 
Mesopotamiyadan  və  Ərəbistan  yarımadasındakı  bütün 
ərazilərdən  mərhum  edilmişdir.  Türkiyə  İngiltərənin  Misir 
üzərindəki, Fransanın isə Mərakeş və Tunis üzərindəki protektorat 
hüququnu  tanımalı  olmuşdur.  Türkiyəyə  məxsus  bəzi  ərazilərin 
hesabına İtaliya və Yunanıstan öz ərazilərini genişləndirmişlər. 
Ordunun  50  mindən  artıq  olması  qadağan  edilmişdir. 
Hərbi-dəniz flotunun böyük bir qismi qalib ölkələrə verilmişdir. 
Başqa  müqavilələrdə  olduğu  kimi  1919-1922-ci  illərdə  də 
aparılan  müqavilələr  açıq  göstərirdi  ki,  qərb  dövlətləri  (qalib 
dövlətlər)  öz  hökmranlıqlarını  artırmaq  və  milli  azadlıq 
hərəkatlarını boğmaqdan başqa bir məqsəd daşımamışlar. 
264 


XX
 
Fəsil. 
1920-
 
Cİ İLLƏRİN BİRİNCİ YARISINDA BEYNƏLXALQ 
VƏZİYYƏT VƏ SOVET DÖVLƏTİNİN XARİCİ 
SİYASƏTİ 
Vətəndaş  müharibəsi  illərində  xarici  dövlətlərin 
müdaxiləsinin  artdığı  şəraitdə  gənc  Sovet  hökuməti  qonşu 
dövlətlərə  və  Avropanın  digər  dövlətlərinə  dəfələrlə  sülh 
müqaviləsi bağlamağı təklif edirdi. 
((Antantanın  üç  yürüşü».  1919-1920-ci  illərdə  İngiltərə, 
Fransa  və  ABŞ  Sovet  Rusiyasına  qarşı  üç  dəfə  güclü  yürüş 
hazırlamış  və  hücuma  keçmişlər.  Tarixi  ədəbiyyatlarda  bu 
yürüşlər 
«Antantanın 
üç 
yürüşü» 
kimi 
məlumdur. 
Ağqvardiyaçıların orduları da bu yürüşlərdə fəal iştirak etmişdir. 
İlk  birinci  yürüş  1919-cu  ilin  yazında  və  yayda 
keçirilmişdir.  Qərbin  köməkliyi  ilə  admiral  Kolçak'  Şərq 
cəbhəsindən hücuma başlamışdı. Lakin onun ordusu «Qızıl Ordu» 
tərəfindən dəf edilmişdi. İkinci  yürüş  1919-cu ilin iyul ayından 
1920-ci  ilin  fevral  ayı  arasında  olmuşdur.  Bu  dəfə  Qərbin  əsas 
ümidi  general  Denikinə"  və onun könüllülərdən ibarət  ordusuna 
idi.  Lakin  bu  dəfə  də  «Antanta»nın  rəhbərliyinin  hesablamaları 
özünü doğrultmuş, Denikinçilər darmadağın edilmişdi. 
«Antanta»nın  üçüncü  yürüşü  1920-ci  ilin  aprel-noyabr 
ayları arasında olan müddəti əhatə etmişdir. Bu yürüşdə Polşa və 
general  Vrangelin’  ordusu  da  iştirak  etmişdir.  İngiltərə  və 
Fransanın hakim dairələrinin təkidinə baxmayaraq, 1920-ci üdə 
Estoniya,  Latviya,  Litva  və  Finlandiya  ilə  sülh  müqaviləsi 
bağlanmışdır.  1920-ci  ilin  yanvarına  Antantanın  Ali  Şurasının 
qərarı ilə Rusiyanın üzərindən iqtisadi blokada götürülmüşdür. 
' Kolçak (1873-1920) vətənd.müh.dövr.əks.inql.təşk-sı (1920-ci ddə güllələnibdir) 
- Denikin (1872-1947) vətənd.müh.dövründə əks.inqilab.təşkilatçısı ^ Vrangel 
(1878-1928) vətənd. müh. dövr, əks inqilabçı 
265 


Buna  baxmayaraq  Sovet  dövlətinə  qarşı  mübarizə  davam 
etdirilirdi. 
Sovet  -  Polşa  müharibəsi.  Polşa  ilə  sülh  müqaviləsi 
bağlanması  səyinə  baxmayaraq  bu  iki  ölkə  arasındakı 
münasibətlər  kəskinləşirdi.  Polşanın  öz  rəhbərliyi  də.  Qərb 
ölkələrinin  hakim  dairələri  də  Polşanı  Rusiya  ilə  müharibəyə 
sürükləyirdilər.  1920-ci  il  aprel  ayımn  10-da  Polşa  rəhbərliyi 
Rusiya nümayəndələri  ilə danışıqlar  aparmağa razılıq  vermişdir. 
Damşıqlar Borisov şəhərində gedirdi. Lakin Varşavanın barışmaz 
və ultimatum xarakterli mövqeyi bu danışıqları pozmuşdur. Polşa 
ordusu  sərhəddə  yaxınlaşaraq  aprel  ayının  25-də  Belorusiya 
istiqamətində  hücuma  keçmişdir.  Polşanın  Baş  Naziri 
Y.U.Pilsudsiky  açıq-aşkar  Ukraynanı  zəbt  etmək  istəyini  bəyan 
etmişdir. Elə həmin gün general Vrangel qalan ağqvardiyaçılarla 
Knmdan hücuma keçmişdir. Beləliklə, «Qızıl ordunun» vəziyyəti 
pisləşmişdir. 
Buna  baxmayaraq  Sovet  qoşünları  Polşa  ordusunun 
hücumunu  dəf  edərək  əks  hücuma  keçmiş  və  Varşavaya  tərəf 
irəliləmişlər.  Polşa  İngiltərə  və  Fransadan  köməklik  aldığı  üçün 
sülh  damşıqları  aparmaqdan  imtina  edirdi.  1919-cu  ilin  dekabr 
ayında Böyük Britaniyanın xarici işlər Naziri C. Kerzon Polşa ilə 
Sovet  Rusiyası  arasında  sərhəd  barədə  təklif  dərc  etdirmişdir. 
1920-ci  ilin  iyul  ayında  London  ultimatum  formada  «Qızıl 
ordu»dan hücumu dayandırmağı və sərhəddi müəyyənləşdirməyi 
tələb edirdi. Sovet Rusiyası müharibəni qurtarıb sülh bağlamağa 
və Kerzonun təklif etdiyi xətt üzrə sərhəddi müəyyən etməyə razı 
olduğunu  bildirmişdir.  Lakin  Polşa  tərəfi  açıq  damşıq  aparmağı 
uzadırdı. Nəhayət, Rusiyanın səyi nəticəsində 1920-ci il oktyabr 
ayının  12-də  Polşa  ilə  Sovet  Rusiyası  arasında  banşıq  olmuş, 
1921-ci il mart ayının 18-də isə sülh müqaviləsi imzalandı. 
Vətəndaş  müharibəsinin  son  mərhələsi.  1920-ci  ilin 
sonunda Qızıl Ordu Krımda gözə çarpacaq dərəcədə nailiyyətlər 
əldə etmişdir. Həmin ilin noyabrında Perekonsk- 
266 


Çonqarsk  əməliyyatında  Vrangelin  ordusu  darmadağın  edilərək 
Krım  azad  edilmişdir.  Elə  həmin  vaxtdan  Qərbdə  Sovet 
Rusiyasının 
bütün 
vuruşması 
qurtarmış 
və 
sərhəd 
müəyyənləşmişdir.  1921-1922-ci  illərdə  Zaqafqaziyada,  Orta 
Asiya  və  Uzaq  Şərqdə  ağqvardiyaçıların  son  qüvvələri  məhv 
edilmişdir.  Uzaq  şərq  respublikasının  xalq  -  inqilabi  ordusu 
ağqvardiyaçılar üzərində bir - birinin ardınca qələbə qazanmışlar. 
1922-ci ilin oktyabrında Vladivostoka daxil olmuşlar. Həmin ilin 
noyabr  ayında  Uzaq  Şərq  Respublikası  Sovet  Rusiyasına 
birləşdirilmişdir. 
Hələ vətəndaş müharibəsi qurtarmamışdan V.İ.Lenin 
1920-
 
ci  ilin  noyabr  ayında  bəyan  etmişdir  ki,  biz  kapitalist 
ölkələrinin əhatəsində beynəlxalq miqyasda yaşamaq hüququ əldə 
etmişik. Bu yeni bir dövrdür. 
«Kann‘ konfransı». Vətəndaş müharibəsi qurtardıqdan və 
xaricin  Rusiyaya  qarşı  müdaxiləsi  iflasa  uğradıqdan  sonra 
beynəlxalq vəziyyət əhəmİ
37
^ətli dərəcədə normallaşmışdı. 
1921-
 
ci  ildə  Rusiya  ilə  Böyük  Britaniya  arasında  ticarət 
müqaviləsi  bağlanmışdır.  Qərbdə  artıq  Rusiya  ilə  əlaqələr 
yaradılması  barədə  mülahizələr  artırdı.  Odur  ki,  1922-ci  ilin 
yanvar  ayında  Kann  şəhərində  «Antanta»  dövlətlərinin 
konfransında  qərara  alınmışdır  ki,  1922-ci  ilin  yazında  Genuya 
şəhərində Avropa dövlətlərinin iqtisadi konfransı keçirilsin. 
Yekun aktında iki əsas məsələ qoyulmuşdur: Birinci - heç 
bir  millət  başqasının  mülkiyyətini  mənimsəyə  bilməz.  İkinci  - 
xarici mülkiyyətin tələb edilməsi və keçmiş hakimiyyətdən qalan 
bütün borclann hesaba alınması. 
«Kann  konfransı»nda  qəbul  edilən  plana  əsasən 
Avropada siyasi və iqtisadi vəziyyəti möhkəmlətmək məqsədi ilə 
beynəlxalq forum keçirilməsi nəzərdə tutulurdu: 
«Genuya konfransı». «Antanta» dövlətlərinin birgə qərarı 
ilə  yeni  konfrans  keçirilməsi  nəzərdə  tutulmuşdur.  İtaliyanın 
Genuya şəhərində keçiriləcək bu konfransda nəzərdə 
’ Kann Aral, dənizində C.Fransada Liman şəhəri 
267 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə