69
Reaktiv hərəkət
. İmpulsun saxlanma qanunundan alınır ki,
əgər
sükunətdə olan cismin bir hissəsi ondan qopub ayrılırsa, geridə qalan hissəsi əks
istiqamətdə hərəkətə başlamalıdır. Bu hərəkət geriyətəpmə və ya reaktiv
hərəkət
adlanır. Reaktiv mərmilərin, reaktiv təyyarələrin, kosmik gəmilərin hərəkəti
reaktiv hərəkətə misaldır.
AĞIRLIQ QÜVVƏSİNİN TƏSİRİ ALTINDA HƏRƏKƏT.
Ağırlıq qüvvəsinin təsiri altında dörd hərəkət növü mümkündür. Bu
hərəkətlərlə ayrı-ayrılıqda tanış olmamışdan əvvəl yalnız ağırlıq qüvvəsinin təsiri
altında baş verən hərəkətlərin xüsusiyyətləri ilə tanış olaq.
Məlum olduğu kimi,
havada hərəkət edən cismə ağırlıq qüvvəsi
ilə yanaşı, həm havanın müqavimət qüvvəsi,
həm də Arximed qüvvəsi təsir edir. Havada
yerləşmiş və ya
havada hərəkət edən cismə
təsir edən Arximed qüvvəsi çox kiçik olduğu
üçün əksər hallarda bu qüvvə nəzərə
alınmır (şəkil 84).
Havada hərəkət edən axıcı formada
(damcı formasında) olan bərk cisim üçün isə
Havanın müqavimət qüvvəsi də çox kiçik
olduğundan, onu da nəzərə almamaq
Şəkil 84.
mümkündür. Ona görə də axıcı formada olan bərk cismin havada hərəkətini
havasız mühitdə hərəkət kimi, yəni yalnız ağırlıq qüvvəsinin təsiri altında hərəkət
kimi qəbul etmək olar.
1. Cisim şaquli istiqamətdə aşağı hərəkət edir (sərbəst düşür).
Yuxarıda deyilənləri nəzərə alsaq, bu hərəkəti ağırlıq qüvvəsinin təsiri
altında
« » təcili ilə aşağıya doğru bərabəryeyinləşən hərəkət kimi qəbul etmək
olar. Onda bu hərəkətə aid olan düsturları çıxarmaq üçün bərabəryeyinləşən
hərəkətin düsturlarında « » -nı « » ilə, « » -i isə « »
ilə əvəz etmək
lazımdır.
Bu halda sürət üçün
və ya
(
olduqda),