Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə17/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   13   14   15   16   17   18   19   20   ...   245

50

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Uşaq da yanında dayanan atasına icazə istəyən nəzərlərlə bax-

dı. Atası da illərdir xeyirxahlıq və yaxşılıqdan başqa bir mü na sibət 

görmədiyi Allah Rəsulunu nəzərdə tutaraq:

“Oğlum  Əbul-Qasıma itaət et!”−dedi. Bunun ardınca uşaq da 

müsəlman oldu.

Rəsulullah (s.ə.s) xəstənin yanından çıxarkən:

“Onu atəşdən qurtaran Allaha həmd olsun” deyərək duy du ğu 

nəhayətsiz sevincini ifadə etdi. 

(Buxari, Cənaiz, 80)

Həzrət Peyğəmbər (s.ə.s)in xəstə ziyarətindəki  ədəbi də çox 

nəzakətli idi. Xəstənin yanında ümidvar danışmaq və gözəl şey lər 

deyərək ona mənəvi dəstək vermək lazım olduğuna diq qət çəkərək 

belə buyurmuşdur:



“Bir xəstənin yanında girdiyiniz zaman onun əcəli haqqında (tə-

səl liedici və rahatladıcı) gözəl  şeylər danışın. Bu sözlər xəs tə nin 

başına gəlməsi müqəddər olan bir şeyi geri çevirməz, ancaq onun 

qəlbinə xoş təsir edər”. 

(Tirmizi, Tıb, 35/2087)

Digər bir hədisi-şərifində Peyğəmbərimiz (s.ə.s) belə bu yur-

muşdur:


“Xəstə  və ya ölünün başında olduğunuz zaman gözəl söz lər 

danlşın. Çünki mələklər sizin dualarınıza “amin” deyərlər”. 

(Müslim, 

Cənaiz, 6)

Hədisi-şərifdən də aydın olduğu kimi, İslam insanı daima fə-

dakarlıq edib, başqalarını da düşünməyə sövq edir. İnsanın  şəx-

sən özünün xilas olması, onun başqalarının qurtuluşlarına xid mət 

etməsindən keçdiyini təlqin edir.

İslam cəmiyyətində  fərdlər bir-birindən maddi və  mənəvi bax-

ımdan məsuldurlar. Mömin möminə  cəmiyyətin  əsası belə uca bir 

məsuliyyət və mərhəmət bağları ilə hörülmüşdür.

İmanın ən böyük meyvəsi olan mərhəmət də, əldə müvcud ola-

nı, möhtac olanlarla paylaşmağı, onların məhrumiyyətini ara dan 

qaldırmaq üçün çalışmağı tələb edir.

Belə ki, İslamın bu gözəlliklərinin kamil mənada yaşandığı Xə-

lifə Ömər bin Əbdüləziz dövründə, cəmiyyətdəki bu mərhəmət duy-

ğusunun həssasiyyət, dərinlik və sağlamlığı səbəbilə varlılar zə  kat 

verə biləcəkləri kasıb bir adam tapa bilməyəcək hala gəl miş dilər.

Müsəlmanın din qardaşına təbəssüm etməsi, salam ver məsi, 

yoldakı daşı  kənarlaşdırması, nabələd adama yol gös 

tər mə si, 




51

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

yükünü daşımağa kömək etməsi, bilməyənə öyrətməsi, ha lal ruzi 

qazanaraq ailəsini dolandırması, hüzürü düşənlərin ya nında olub 

onlara təsəlli verməsi, infaq etməsi (sədəqə) və bu na bənzər xeyirxah 

işlər, mömin üçün hər biri qiymətli bir ic ti mai ibadət və xidmətdir.

Lütf və  rəhmətinin böyüklüyü səbəbilədir ki, Allah-Təala bən-

dələrinə xeyir yollarını asanlaşdırmış və bu xidmətlərin qar şı lığında 

böyük mükafatlar vəd etmişdir. Bu baxımdan kamil mö 

minlər, 

cənnətə girənə qədər heç bir xeyirdən doymazlar.

Əcdadımız Osmanlı da, ictimai xidmətlərin  əhəmiyyətini çox 

yaxşı idrak etmişdir. Bu səbəbdən də  şəxsi ehtiyaclarını ara dan 

qaldırmaq üçün göstərdikləri səydən daha çox xalqın is tifadə edə 

biləcəyi binalar inşa etmək üçün səy götərmişdirlər. 26 mindən çox 

vəqflər qurmaqla insanlara edilən müstəsna xid 

mətlərlə yanaşı, 

bitkilərə və dağlardakı vəhşi heyvanlara be lə şəfqət və mərhəmət 

əlini uzatmışdırlar. Lüzumsuz yerə yaş bir ağacın kəsilməsini 

qadağan etmiş, bir qarışqanı belə öl dürməkdən çəkindirən könül 

tərbiyəsi vermiş, beləcə dağın-da şın, qurdun-quşun belə rahatlıq 

içində yaşadığı bir cəmiyyət mey dana gətirmişdir.

Necə  də  dərin bir könül həssasiyyətidir ki, kölə  və ca ri yələrin 

sındırdıqları  əşyalara görə danlanıb incidilməməsi üçün, insan 

heysiyətini qoruyan, qəlbləri ehya edən vəqflər qu 

rul muş dur. 

Necə müəzzəm bir quruluşdur ki, Şamdakı  şirin suyu Hə rəm-

eyndəki hacılara çatdıra bilmək üçün vəqflər qurulmuşdur. Müa sir 

dövrümüzün mənfəətpərəst və eqoist zehniyyətlərinin qə tiyyən dərk 

edə bilməyəcəyi, daha nə qədər nəzakət və zə rafət timsalı davranış 

gözəllikləriylə fəzilətlər mədəniyyəti mey da na gətirlimişdir.

Bir sözlə,  kamil bir imanın ilk meyvəsi Yaradandan öt rü ya-

ra dılana göstərilən  şəfqət və  mərhəmətdir.  Şəfqət və  mər hə mə-

tin  ən gözəl təzahürü də  məxluqata xidmətdir. Bu səbəblə ic timai 

xid mətlər Allahın məxluqatına  şəfqət və  mərhəmət  əsa sı üzərinə 

bi na edilmişdir. Bu əsaslara görə də edilən bütün xid mətlər ümumi 

mə nada Haqqa ibadət mahiyyətindədir. Ona gö rə  də  İslam, ticari 

və iqtisadi həyatı da xidmət və  fədakarlıq tə məl lə ri üzərində bina 

etmişdir.



Ticari və İqtisadi Həyat

İslamda mülk Allahındır. Haqsız mənfəət, faiz, istismar, in hisar, 

qəbni-fahiş (aldatmaq surətilə bir malı dəyərindən çox ar tıq qiymətə 

satış etmək) və cəmiyyətin zərərinə olan satışlar qa dağandır.

Mədhnamə



52

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Peyğəmbər Əfəndimiz (s.ə.s) buğda satan bir adamla rast laşır 

və ona:

“(Malını) necə satırsan?” deyə soruşdu. O da, özünə görə bir 

cavab verərkən həmin vaxtda Rəsulullah (s.ə.s) ə:



“Əlini o buğdanın içinə sal!” deyə vəhy edildi.

Allah Rəsulu (s.ə.s) də əlini saldı və buğdanın nəm ol du ğu nu 

gördü və bunun ardınca:

“(İnsanların görməsi üçün nəm olanı üst tərəfə  nə üçün qoy-

mursan)?”Aldadan bizdən deyildir”, −buyurdu. 

(Əbu Davud, Bü 

 yü, 

50/3452; Əhməd, II, 242; Müslim, İman, 164)



Bir başqa hədisi-şərifdə Rəsulullah (s.ə.s) belə bu yur muş dur:

“Ən təmiz qazanc, bu vəsflərə sahib olan ticarətçilərin qa zanc-

ıdır:

−Danışdıqları zaman yalan danışmazlar,

−Onlara etimad edildikdə, xəyanət etməzlər,

−Söz verdikləri zaman sözlərindən dönməzlər,

−Bir şey satın alarkən, o malı pisləməzlər,

−Bir şey satarkən, onu ifrat bir şəkildə öyməzlər,

−Borclu olduqları zaman borclarını gecikdirməzlər və

−Alacaqları olduqda da çətin vəziyyətdə olan borclunu da sı -

xışdırmazlar”.

 

(Beyhəqi, Şuab, IV, 221)



Səhabələrdən Cərir bin Abdullah əl-Bəcəli (r.a.) bir at sa tın almaq 

istəmişdi. Bəyəndiyi bir at üçün satan adam beş yüz dirhəm təklif 

etdi. Cərir (r.a.) bu ata altı yüz dirhəm verə bi ləcəyini, hətta səkkiz 

yüz dirhəmə qədər qiyməti yüksəldə bi lə cə yini ifadə etdi. Çünki atın 

dəyəri yüksək idi və satan adam da bu nun fərqində deyildi. Ona:

“−Atı beş yüz dirhəmə almağın mümkün ikən nə üçün qiy mə ti 

səkkiz yüz dirhəmə qədər yüksəltdin?”−deyə soruşdu. Cə rir (r.a.) bu 

ibrətli cavabı verir:

“−Biz alış-verişdə hiylə etməyəcəyimiz xüsusunda Allah Rə-

suluna söz verdik”.

10

Göründüyü kimi İslam iqtisadi sistemi, ticarətin təməlini doğ ru-



luq və dürüstlüklə fərd və cəmiyyətə xidmət anlayışı üzərində qur-

muşdur. Həqiqətən də  İslam iqtisadiyyatı insanın problemini həll 

10 

İbn Hazm, el-Muhalla, Misir, 1389, IX, səh. 454 və b.




Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə