Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə18/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   14   15   16   17   18   19   20   21   ...   245

53

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

etməklə başlayır. Paylaşmaq və xüsusən də ehtiyacı olanlara fay da-

lı olmaq şərtdir, fərzdir.

İstər kapitalist, istərsə də sosialist sistemlərinin quruluşunda isə 

qəlbi məziyyətlərə və vicdani fəzilətlərə yer yoxdur. Birində mülk cə-

miyyətindir, birində isə fərdindir. Hər ikisində də mənfəətpərəst və 

istismarçı bir anlayış hakimdir. Fərdlər çarxın dişləri olaraq qəbul 

edi lirlər.

İslam isə hər məsələdə olduğu kimi, sərvət qarşısında da bən-

də ni Allaha qarşı  məsul tutar. Çünki Allah-Təala insana hər  şeyi 

əma nət olaraq vermişdir. Ayeyi-kərimədə:

“Sonra da həmin gün (Allahın dünyada sizə  əta etdiyi) ne-

mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” 

(ət-Təkasür, 8)

 

de yə buyurulur.



Məhz sərvət bu hesab və məsuliyyət prinsipləri daxilində əl də 

edilməlidir. Heç bir yanlış (səhv) addımın doğru bir bəhanəsi və 

niyyəti olmaz. Üstəlik də; “Mən gələcəkdə daha çox xeyirxahlıq et-

mək üçün qazanıram”,−deyərək halal-haram ölçülərini tapdalamaq 

ən xeyirsiz bir istiqamətdir və nəfsin aldatmasıdır. Çünki İslam; “İs-

tə diyin kimi qazan, istədiyin kimi xərclə!” şəklindəki bir anlayışı əsla 

qə bul etməz. Kapitalizmin təməlini təşkil edən; “Qoyun etsin, qoyun 

ge t sin” məntiqini də İslam qəti bir şəkildə rədd edir.

Mömin pulun məhkumu deyil, hakimi olmalıdır. Bu da Hakimlər 

Ha kiminin əmrinə itaət etməklə mümkündür. Tənbəlliyə çevrilməyən 

bir qənaətkarlıqla olar. Yəni israf iqtisadiyyatına meyilli ticarətdən də 

uzaqlaşmaqla mümkündür. Çünki israf və təmtərağın artması fərd-

lə ri də, cəmiyyəti də pis vəziyyətə salır.

Cəmiyyətə bir nəzər salın:

Necə insanlar vardır ki, maddi baxımdan mümkün qədər çox 

im kanlar əldə etmiş, ancaq hələ də xoşbəxt deyildirlər. Kimisi dəli 

olur. Keçmişə  nəzərən zənginlik və rifah səviyyəsi bir xeyli artdı, 

an caq böhranlar, hərislik və azğınlıq daha da artdı. Ailə  həyatları 

tar mar oldu və boşanma halları artdı. Övladlar pərişan hala düşdü. 

Bir nəsil ailə hərarətindən məhrum qaldığı üçün səadəti küçələrdə 

ax tarıacaq hala gəldi və küçələrin insafına tərk edildi. Yəni halal-ha-

ram tanımayan, eqoist, kapitalist sistem cəmiyyətimizə səadət gə-

tir mədi.

Bu səbəblə insanların maddiyyata ram olduğu günümüzdə mö-

minlərin hər zamankından daha çox yüksək bir əxlaqa sahib ol ma sı, 

Mədhnamə



54

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Allah qorxusu ilə  hərəkət etməsi, bir gün ilahi məhkəmədə he sab 

verəcəyi  şüuru ilə qul haqqına son dərəcə riayət etməsi və  mə-

suliyyət hissi içində olması son dərəcə zəruridir.

Çünki İslam istər fərdi, istərsə də ictimai baxımdan haqq və əda-

lət ölçülərini çox yüksək həssaslıqla tənzimləmişdir.



Haqq və Ədalət

Ədalət İslamda o qədər əhəmiyyətlidir ki, hər xüsusda ona ria-

yət etmək əmr edilmişdir. İnsanlar ədaləti hakim etdikləri zaman Al-

la hın razı olduğu xoşbəxt və ruhani bir bəndəlik həyatı yaşayarlar. 

Əda lət ortadan qalxdıqda isə dünya üzərində haqq, hüquq, insaf və 

ni zamdan bəhs etmək mümkün olmaz.

Ədalət dövlətləri yaşadan başlıca prinsipdi. Belə ki, “Küfr ilə abad 

ol maq olar, ancaq zülm  ilə olmaz”, sözü bir məsəl halına gəlmişdir. 

Bü tün idarənin ədalət ilə yaşadığını ifadə etmək mahiyyətində də; 

“Əda lət mülkün təməlidir”, deyilmişdir.

Allah-Təala peyğəmbərlərini də, insanları Allahdan uzaq laş-

dı ran, mənfəət və haqsızlıq üzərində qurulmuş, zülm sistemlərinə 

son vermək və yer üzündə haqqı, ədaləti hakim etmək üçün gön-

də rilmişdir. 

Ayeyi-kərimədə buyurlmuşdur:

“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yax-

şılıq etməyi, qohumlara (haqqını) verməyi  (kasıb qohum-əq-

rəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina et mə-



yi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) 

si zə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” 

(ən-Nəhl, 90)



“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və in san-

lar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr 

edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə ver diyi 

öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, gö-

rəndir!” 

(ən-Nisa, 58)

Mömin yalnız hökm verərkən deyil, ölçüdə  də, çəkidə  də,  şa-

hid lik edərkən də, qısacası hər zaman və hər xüsusda ədalətili ol-

malıdır. Qəzəbli halında da, sakit halında da ədalətdən uzaq ol ma-

ma lıdır.

11

Ayeyi-kərimələrədə belə buyurulur:



11 

Bax. Heysəmi, I, 90.




55

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

“Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ana-

nızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möh-

kəm yapışan Allah şahidi olun! (Əleyhinə  şahidlik edəcəyiniz 

şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər 



iki sinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan 

üz çevirməyin!” 

(ən-Nisa, 135)

Bir nəfər Rəsulullah (s.ə.s) in qarşısında oturub belə dedi:

“−Ey Allahın Rəsulu! Mənim kölələrim var. Mütəmadi olaraq 

mə nə yalan danışır, xəyanət edir və baş qaldırırlar. Mən də onları 

dan layır və döyürəm. Onların üzündən mənim halım necə olacaq?”

Allah Rəsulu (s.ə.s) belə buyurdu:

“−Onların sənə qarşı etdikləri xəyanət, üsyan və yalanlar, sənin 

isə onlara verdiyin cəzalar hesablanacaq. Əgər sənin verdiyin cəza 

on ların günahlarına bərabər olarasa, sənin lehinə ya da əleyhinə bir 

şey olmaz. Əgər sənin verdiyin cəza onların günahından az isə, bu 

sə nin lehinə fəzilət olacaqdır. Əgər verdiyin cəza onların işlədikləri 

et dik ləri keçərsə, həmin artıq olanı ödəmək məcburiyyətində qa la-

caq san ki, bu səndən qisas yolu ilə alınacaqdır”.

Həmin adam da bir kənara çəkilərək hönkür-hönkür ağlamağa 

baş ladı. Bunu görən Rəsulullah (s.ə.s) belə buyurdu:

“−Allah-Təalanın; 

Biz qiyamət günü üçün ədalət tərəzisi qu-

rarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağır lı-

ğın da olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-

he sab çəkməyə Biz kifayətik”,

12

 sözünü heç oxumamısanmı?”

O da bunun cavabında belə dedi:

“−Vallah Ya Rəsulallah, həm özüm həm də onlar üçün bir-bi ri-

mizdən ayrılmaqdan daha xeyirli bir yol qalmadı. Şahid olun ki, on-

la rın hamısı da azaddır”.

 (Tirmizi, Təfsir, 21/3165)

Açıq-aydın göründüyü kimi kölə də bir insan olduğu üçün İslami 

qay dalara görə sahibi ona yediyindən yedirməli, geyindiyindən ge-

yin dirməli, ağır yük yükləməməli, zülmə gəldikdə isə heç vaxt zülm 

ver məməlidir. Belə ki, İslamın gətirdiyi bu yüksək haqq və ədalət hissi 

sa yəsində kölə sahibi olmaq demək olar ki, kölə olmaq mənasına 

gəl di və, keçmişdən bəri davam edən köləlik müəssisəsi tədricən və 

özü-özlüyündən aradan qalxdı.

12 

əl-Ənbiya, 47.



Mədhnamə


Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə