Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə21/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   17   18   19   20   21   22   23   24   ...   245

62

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Əfvin həqiqi sahibi Allahdır. Bu mənada mömin əfv edə-edə Al-

lahın əfvinə layiq hala gəlməyə çalışmalıdır. Ruhun gerçək zəfəri, 

özü nə qarşı edilən xəta və qüsurları əfv edə bilməkdir. Özündə əfv 

etmə iradəsini göstərə bilməyən iflic olmuş bir ruh, hansı üzlə Al lah-

dan əfv və məğfirət diləyə bilər?

İslam əxlaqı ilə kamilləşən bir möminin könlündə kin və intiqam 

his slərinə yer qalmaz. Əksinə iman məhəbbəti ilə döyünən ürəyindəki 

Al lah-Təalanın sevgisi və Onun vüslət arzusunun şiddəti nisbətində 

Al lahın bəndələrinin qəlbinə daima əfv etmə fəzilətini qoyar.

Belə ki, arif və aşiq könüllərdə müstəsna yeri olan Həllac Mən-

sur daş-qalaq edilərkən:

“Ya Rəbb, Məndən əvvəl məni daşlayanları əfv eylə!” deyə yal-

va raraq, böyük bir könül dərinliyi nümayiş etdirmişdir.

Gözəl  əxlaqı tamamlamaq üçün göndərilmiş olan Rəsulullah 

(s.ə.s),  əshabının  əxlaqi tərbiyəsi xüsusunda son dərəcə  həssas 

dav ranardı. Hz. Aişə anamız Onun bu həssaslığından birini belə 

nəql edir:

“ Həzrət Rəsulullah (s.ə.s) ə yalandan daha pis və çirkin gələn 

bir hərəkət yox idi. Əshabından birisinin hər hansı bir xüsusda aza cıq 

yalan danışdığını eşitsə, onun tövbə etdiyini öyrənincəyə qədər on-

dan uzaq dayanar, onunla çox görüşmək istəməzdi”. 

(İbn Sad, I, 378)

Rəsuli-Əkrəm (s.ə.s) son dərəcə təvazökar idi. Bu halı ilə əsha-

bına çox gözəl bir nümunə idi.

Ənəs (r.a.) buyurur ki:

“Rəsulullah (s.ə.s) xəstələrə baş çəkər, cənazə namazlarını qıl-

dırar, kölələr çağırdığı zaman onlarla gedib görüşər, mərkəbə (uzun-

bəndəyəq) minərdi. Xeybər qalasının fəth edildiyi və Bəni Qu rey zə 

qəbiləsinin üstünə yürüş edildiyi gün, cilovu xurma liflərindən olan 

bir mərkəbə minmişdi. Altında da lifdən düzəldilmiş bir palan var idi”. 

(Tirmizi, Cənaiz, 32/1017; İbn Macə, Zöhd, 16; Hakim, II, 506/3734)

“...Miniyinin tərkinə insanları mindirər, yeməyini yerə qoyub ye-

yər di...” 

(Hakim, IV, 132/7128)

Əbu Musa (r.a) da belə deyir:

“Rəsulullah (s.ə.s) mərkəbə minər, sərt yundan tikilmiş paltarlar 

ge yinər, oturub qoyununun südünü sağar, qonaqları ilə maraqlanar, 

on lara xidmət edər və ikram edərdi”.

 (Hakim, I, 129/205)

Cərir (r.a.) də belə rəvayət edir:



63

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

“Məkkənin fəth edildiyi gün Rəsulullah (s.ə.s) in hüzuruna bir 

nə fər gəlmişdi. Həmin adam Rəsulullahın hüzurunda Onun maddi 

və mənəvi heybətindən dəhşətə qapılıb titrəməyə başladı. Onun bu 

halını görən Rəsulullah (s.ə.s) çox mülayim bir şəkildə və şirin dil lə:

“Rahat ol, Mən hökümdar deyiləm. Mən Qureyş qəbiləsindən, 

qurudulmuş  ət yeyən bir qadının oğluyam!”− deyə buyurdu”. 

(İbn 


Macə, Ətimə, 30; Hakim, III, 50/4366; Beyhəqi, Dəlailun-Nübüvvə, V, 69).

Bunlardan başqa, Rəsulullah (s.ə.s) özlərini Allah yolna həsr et-

miş kasıb səhabələr olan Əshabi-suffəyə böyük əhəmiyyət verərdi. 

Onun, Allah və Rəsuluna səmimiyyətlə bağlanmış olan qara dərili bir 

kö ləyə qarşı göstərdiyi diqqətə, Ənsar və Mühacirlərin qabaqcılları 

be lə qibtə edərdi. Məhz səhabeyi-kiram, Onun bu əxlaqını görörək, 

eşi dərək, qəlblərində hiss edərək yetişdilər.

Bir gün Həzrət Həsən (r.a.) Kəbəni təvaf edib, ardından da Mə-

qa mi-İbrahimdə iki rükət namaz qılmışdı. Sonra da üzünü məqama 

qo yub ağlayaraq belə dua etməyə başlamışdı:

“Ya Rəbb, Sənin kiçik, zəif bəndənin qapına gəldi. Allahım, aciz 

xidmətçin qapına gəldi. Ya Rəbb, dilənçin qapına gəldi. Sənin yox su-

lun qapına gəldi!” Bu duasını dəfələrcə təkrar etdikdən sonra oranı 

tərk etdi. Yolda quru çörək parçası ilə qarınlarını doyurmağa çalışan 

yox sul insanlarla qarşılaşdı və salam verdi. Onlar da Həzrət Həsənı 

o mütəvazi süfrələrinə dəvət etdilər. Həsən (r.a.) də yoxsullar ilə bir-

lik də otrdu. Peyğəmbər nəslinə  sədəqə yeməyə icazə verilmədiyi 

üçün o əziz səhabə:

“Bu çörəyin sədəqə olmadığını bilsəydim, sizinlə birlikdə ye yər-

dim”,−dedi.

İkramlarını qəbul edə bilmədiyi həmin yoxsulların könüllərini al-

maq üçün də, onları evlərinə apardı, yemək yedirdi, paltarlar ge yin-

dirdi və ciblərinə də müəyyən məbləğdə pul qoydu”. 

(Əbşihi, əl-Mus-

tatraf, Beyrut, 1986, I, 31)

Allah Rəsulunun (s.ə.s) mənəvi tərbiyəsi ilə yetişmiş olan Həz rət 

Həsən (r.a.) yenə bir gün Mədinə bağlarından birinə getmiş və ora-

da zənci bir kölə görmüşdü.

Kölə əlindəki çörəkdən bir loxma özü yeyir, bir loxma da qar şı-

sındakı köpəyə verirdi. Həsən (r.a.) köləyə, nə üçün elə etdiyini so-

ru şur. Kölə isə, yüksək ədəb və həyasına görə cavab verməməklə 

ya naşı Həzrət Həsinin üzünə belə baxa bilmədi. Bunun qarşılığında 

Hz. Həsən (r.a.):

Mədhnamə



64

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

“−Cavan oğlan, sən kimsən?”−deyə soruşdu. Kölə də:

“−Əban bin Osmanın xidmətçisiyəm”, dedi. Həsən:

“−Bəs bu bağ kimindir?”−deyə soruşduqda, kölə: “Əban bin Os-

mana aiddir”,−deyə cavab verdi. Həzrət Həsən:

“−Buradan heç bir yerə getmə, məni gözlə, bir azdan bura sə nin 

yanlna qayıdacağam”,−deyərək oradan ayrıldı və bağın sahibi olan 

Əbanın yanına getdi. Həm bağı, həm də zənci köləni satın aldı. son-

ra da yenidən həmin zənci kölənin yanına qayıtdı və:

“−Cavan oğlan, səni artıq satın aldım”, −dedi. Bunu eşidən kölə 

ayağa qalxaraq:

“−Sərəncamında hazıram! İtaət Allaha, Rəsuluna və sənə aid dir”, 

−dedi.

Bu sözləri eşidən Həzrət Həsən (r.a.):



“−Sən artıq Allah üçün azadsan! Bu bağı da sənə hibə/hədiyyə 

edi  rəm!”− dedi.

 (İbn Manzur,  Muxtasru Tarixi Diməşq, VII, 25)

Səhabələrinə  məhz belə gözəl bir əxlaq anlayışı  təlqin etmiş 

olan Allah Rəsulu (s.ə.s) ümmətinin möhtac olanlarını, xəstələrini, 

çə tin vəziyyətdə olanlarını daima düşünər və:

“Mən hər möminə qarşı nəfsindən (özündən) daha yaxınam. Bir 

kim sə ölərkən mal qoyub getsə, o mal öz yaxınlarına aiddir. Ancaq 

borc və ya yetim qoyub getsə, o borc mənə aiddir, yetimlərə baxmaq 

da mənim vəzifəmdir”, deyə buyurardı. ( Müslim, Cumə, 43)

Özü bu dərəcədə fədakar olan Allah Rəsulu (s.ə.s) ə əshabını 

da bu əxlaqla yetişdirdi. Belə ki, bir gün sübh namazını qıldıqdan 

son ra əshabına üzünü çevirib:

“Aranızda bu gün oruc tutan varmı?” deyə soruşdu. Həzrət 

Ömər (r.a.):

“Ya Rəsulallah, dünən axşam oruc tutmaq ağlıma gəlmədi, ona  

görə də indi oruclu deyiləm”,−dedi.

Həzrət Əbu Bəkr (r.a.):

“−Dünən gecə mən oruc tutmağı düşünmüşdüm və sabahı da 

oruc lu olaraq açdım”,−dedi.

Rəsulullah (s.ə.s):

“Aranızda bu gün xəstə ziyarəti etmiş olan varmı?”−deyə so ruş-

du. Həzrət Ömər:



Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə