Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə19/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   15   16   17   18   19   20   21   22   ...   245

56

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Bir nəfər Haqq dostlarından birinin yanında zalım Həccaca, et-

di yi zülmə görə həqarət etmişdi. Haqq dostu ona bu nəsihəti verdi:

Onu təhqir etməkdə o qədər də həddi aşma! Çünki Allah-Təala 

ma lına və canına qıydığı kimsələrə görə Həccaca cəza verəcəkdir. 

An caq məsələ bununla bitməz. Daha sonra Allah-Təala Həccacın 

haq qını alaraq onun heysiyyətinə toxunanlara da cəza verər”.

Yəni bir bəndə zülmə düçar olar, daha sonra ona zülm edənə 

sö yər və pis sözlər deyərsə, zalımın günahı səviyyəsinə çıxar, hətta 

da ha da irəli getdiyi üçün zalımın ondan alacağı olar və bu səbəblə 

məz luma qisas tətbiq edilər.

13

Allah-Təala belə buyurur:



“Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın 

(cavab verin).Allahdan qorxun (qədərindən artıq  əvəz çıx ma yın) 



və bilin ki, Allah müttəqilərlədir”. 

(əl-Bəqərə, 194)

(Ey möminlər! İntiqam almaq məqsədilə birinə) cəza ve rə cək 

olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı ve rin. (Artıq 

cəza isə zülm etməkdir ki, bu da günahdır). Əgər (on lar dan intiqam 

almayıb) səbr etsəniz, bu, səbr edənlər üçün da ha xeyirlidir. (Əfv 

etmək, rəhm göstərmək savab qazanmağa çox gözəl vəsilə olduğu 

üçün, sözsüz ki, qisas almaqdan daha üs tün dür)

(ən-Nəhl, 126)

Yəni İslam cəza hüququnda hər şeyə ağırlığı nisbətində bir qar-

şılıq verilər. Bir haqqı və hüququ yerinə yetirərkən ona intiqam və 

ya nifrət duyğusu qarışdıraraq həddi aşmağın bir başqa haqsızlıq  

ol duğu bəyan edilmişdir.

İbraz bir Sariyə (r.a) rəvayət edir:

Rəsulullah (s.ə.s) ilə birlikdə Xeybər qalasına enmişdik. Onun la 

birlikdə əshabından başqa şəxslər də var idi. Xeybərin lideri inad kar 

və hiyləgər bir adam idi. Allah Rəsulunun yanına gələrək:



“−Ey Muhamməd! Miniklərimizi (heyvanlarımızı)  kəsməyə, 

mey vələrimizi yeməyə, qadınlarımızı döyməyə sizin nə haqqnız 

var?!”− dedi.

Həzrət Rəsulullah (s.ə.s) qəzəblənərək:



“−Ey ibn Əvf! Atına min və belə car çək: “Xəbəriniz olsun, cənnət 

yal nız möminlərə halaldır, namaz qılmaq üçün yığışın!””−dedi.

13 


Babanzadə Əhmət Naim, İslam Əxlaqının Əsasları, İstanbul 1963, səh. 86.


57

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Camaat yığışdı, Rəsulullah (s.ə.s) onlara namaz qıldırdı və son-

ra da ayağa qalxıb belə səsləndi:

“Sizdən birisi, taxtında oturub Allahın Qurandakılardan başqa 

ha ramlarının olmadığınımı zənn edir? Xəbəriniz olsun. Vallahi mən 

nə sihət etdim (Quranda olmayan bəzi şeylər əmr etdim, bir çox şey-

lə ri də qadağan etdim). Bunlar Quranın bir misli qədər, hətta bəlkə 

da ha da çoxdur.

Allah-Təala həzrətləri  əhli-kitabın evlərinə iznsiz girməyinizi 

ha lal etməmişdir. Qadınlarını döyməyinizi, borcları (olan cizyəni) 

ver dikdən sonra meyvələrini yeməyinizi də halal etməmişdir”.

 (Əbu 


Davud, Xərac, 31-33/3050)

Xeybər zəfərindən sonra Peyğəmbər (s.ə.s) Abdullah bin Rə-

vahanı cizyələri toplamaq məqsədilə oraya göndərdi. Abdullah bin 

Rəvaha da, alınmalı olan xurma miqdarını həssaslıqla ilə he sab la-

ya raq bunu onlardan topladı.

Xeybər  ərazisində çalışan yəhudilər Abdullah bin Rəhahanın 

gös tərdiyi bu həssaslığa görə narahat oldular. Hətta bəzən öz leh-

lərinə  bəzi  şeylərə göz yumması üçün rüşvət də  təklif etdilər. qa-

dın larının zinət əşyalarından onun üçün müəyyən miqdar cəvahirat 

yığ dılar və:

“− Bunlar sənindir, vergimizi azalt, təqsim edərkən bizim le hi mi-

zə davran və bizə göz yum!”−dedilər.

Abdullah (r.a.) bu təklifə çox qəzəbləndi və onlara:

“−Ey Yəhudi camaatı! Vallahi bir çox mənfilikləriniz səbəbilə Al-

lahın məxluqatı içərisində sizdən daha çox qəzəbləndiyim başqa bir 

varlıq yoxdur! Ancaq bu qəzəbim, məni sizə zülm etməyə təhrik edə 

bilməz! Sizin mənə təklif etdiyiniz rüşvətə gəlincə, o haramdır. Biz 

onu yeyə bilmərik!”,−dedi.

Yəhudilər Abdullah bin Rəvahanı təqdir edib:

“Məhz bu ədalət və doğruluq sayəsində göylər və yer, nizam 

için də durar”,−dedilər. 

(Muvatta, Müsaqat, 2)

İslam düşmənlərinə qarşı olsa belə, son dərəcə həssas bir əda-

lə ti əmr edən dinimiz necə də ucadır. Müsəlman, kafirə belə edilsə, 

et diyi zülmdən mütləq bir gün hesaba çəkiləcəyini düşünərək daima 

əda lətlə  hərəkət etməlidir.

Bu dərəcədə ali prinsiplərlə mömin könülləri yoğuran İslam əx-

laqı; nə gözəl, nə mükəmməl, nə möhtəşəm və nə qədər zəruri və 

Mədhnamə



58

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

həyati  əhəmiyyətlidir!.. Xüsusilə  də islamdankənar  əxlaq an la yış la-

rının insanları zəifliyə uğratdığı və cəmiyyəti fəsada apardığı bu axı-

rzaman dövründə İslam əxlaqının qiymətini daha yaxşı anlamaq, bu-

nun üçün də layiqincə bilmək və yaşamaq əvəzedilməz bir zə ru rət-

dir.


İSLAM ƏXLAQI

Bir çox ayeyi-kərimə və hədisi-şərifdə bəyan edildiyi kimi, İslam 

əx laqını, ədəb, həya, iffət, səbir, şükür, riza, mərhəmət, şəfqət, əfv 

edə bilmək, doğruluq, vəfa, məhəbbət, comərdlik və bunlara bənzər 

qəl bi məziyyətlər təşkil edir.

Əziz Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifdə buyurmuşdur ki:



“Cəbrail mənə Allah-Təalanın belə buyurduğunu dedi:

“Bu din (İslam) Zatım şəxsim üçün seçib razı olduğum bir dindir. 

Ona ancaq comərdlik və gözəl əxlaq yaraşır. Müsəlman olaraq ya-

şa dığınız müddətcə onu bu iki xislət ilə ucaldın!”

  (Heysəmi, VIII, 20; 

əl-Müttəqi, Kenz, VI, 392)

Göründüyü kimi gözəl əxlaq, dini həyatda bu dərəcədə həyati 

bir əhəmiyyətə malikdir.

Digər yandan Allah-Təalanın bizim üçün üsveyi-həsənə, yəni 

gö zəl bir örnək  şəxsiyyət olaraq bəxş etdiyi Həzrət Peyğəmbər 

(s.ə.s):

“Mən yer üzünə başqa bir məqsəd üçün deyil, ancaq gözəl əx-

la qı tamamlamaq üçün göndərildim”,

14

 buyuraraq vəzifəsinin  əsas 



hik mətini ifadə etmiş və gözəl əxlaqın əhəmiyyətini vurğulamışdır. 

Hə qiqətən də Rəsulullah (s.ə.s)in bütün halları hər baxımdan ən gö-

zəl örnəklər, xislətlər və gözəlliklər mənbəyidir. Belə ki, Allah-Tə ala:

(Ey Rəsulum!) Şübhəsiz ki sən uca bir əxlaq üzərindəsən!” 

(əl-Qələm, 4) buyuraraq, bu həqiqəti təsdiqləmişdir.

Peyğəmbər (s.ə.s) Allah-Təalanın bəndələrində təcəlli edən bir 

sənət möcüzəsidir. Çünki O, ən aşağı  təbəqədən  ən yuxarı  tə bə-

qəyə  qədər bütün cəmiyyətə  ən gözəl örnəkdir. 1400 il əvvəldən 

qi yamətə qədər gələcək bütün bəşəriyyət hər cür problemini Onun 

pey ğəmbərlik həyatında həll edərək səadət tapa bilər. 

14 


Muvatta, Husnul-Xulq, 8; Əhməd, II, 381; Beyhəqi, əs-Sünənül-Kübra, X, 192.


Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə