Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə205/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   201   202   203   204   205   206   207   208   ...   245

543

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

yıb, hər kəsin müsəlman olması deyildir. Qurani-Kərimin müxtə lif 

ayə lərində hər cür din və inancın mövcud olacağı, bütün bunla  rın 

Al la hın bilgisi və iradəsi daxilində olduğu, Allah istəyərsə yer üzün-

də  hər kəsin iman edəcəyi,

648


 ancaq mühüm olan şeyin haqq və 

hə qiqəti axtarmaq, tapmaq, bütün insanlara İslamı izah edib təb liğ 

et mək olduğu ifadə edilir.

İslamda təkbaşına küfr, savaş və ölüm səbəbi olaraq qəbul edil-

mə miş dir. Çünki ölüm gələn ana qədər hər insana iman və tövbə qapı-

sı açıq dır. Bir insan sırf kafir olduğu üçün öldürüldükdə, onun mü səl-

man olma imkanı əlindən alınmış olar. İslam alimlərində hakim olan 

qə naətə görə, müharibənin səbəbi, inanmayanların müsəlmanla ra 

qar şı hücumu, zülm və azğınlıq etmələri, İslamın təbliğ edilməsi nə 

ma ne olmaları və zor tətbiq etmələridir. Buna görə də müharibə də 

iş tirak etməyən kimsələrin müharibə  şərtləri çərçivəsindən kə nar-

da tutulması istənilmiş, sırf İslamı mənimsəmədiyi üçün bir in sa nın 

öldürülməsi caiz görülməmişdir. Başda Hənəfilər olnaqla İs lam hü-

quq çularının əksəriyyəti bu görüşü mənimsəmişdir.

649

Digər yandan İslam, insanların təzyiq yolu ilə dini mənimsə mə-



si ni qəbul etmir. Hətta zor və təzyiq altında edilən imanı və küf rü (Al-

la hı inkarı) da etibarlı saymır. Belə olduqda haqq və həqiqətin açıq-

aş kar və son təmsilçisi olan İslam dininin müharibəni təbliğ vasitə si 

ola raq gördüyü və təməl prinsip olaraq qəbul etdiyi deyilə bil məz. 

Bu nun tarixi örnəklərindən biri Monqollardır. Onlar hicri 656-cı il də 

Ab  basiləri yıxmış, müsəlman dünyasını darmadağın edərək tari xin 

ən böyük vəhşiliklərindən birini etmişdirlər. Ancaq bir müddət son ra 

öz lüyündə müsəlmanlığı  qəbul etdilər. Bunu qılınc zoru ilə  İsla mı 

qə bul etmək şəklində anlamaq mümkün deyidir.

650


Bundan başqa, əsrlər boyunca İslam hakimiyyəti altında qa lan 

bölgələrdə, digər dinlərə mənsub olan xalqların bu günə qə dər din-

lərini və mövcudiyyətlərini mühafizə etmələri də bir reallıq dır. Bu-

nun müqabilində başda  İspaniya (Əndəlüs) və Bosniya ör nək lə ri 

olmaqla, qeyri-müslimlər öz bölgələrində müsəlman əhali nin var lı ğı-

na təhəmmül edə bilməmişdirlər.

648 

Yunus, 99.



649 

Prof. Dr. M. S. R. el-Buti, el-Cihad  fi’l-İslam, Beyrut 1997, səh. 94 vd.; Mu-

ham məd Əbu Zehra, İslam’da Savaş Kavramı, trc. Cemal Karaağaçtı, İstanbul 

1985, səh. 40-41.

650 

M. Hüseyin Fadlallah, İslam ve Qüvvetin Mantığı, trc. Vəhdəttin İncə, İstanbul, 



1997, səh., 216.

Müamilət



544

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Bu baxımdan da İslamda cihadı, müsəlmanların mal və can 

təh lükəsizliyini təmin edən və İslama və İslam ölkəsinə yönəl miş hü-

cumların qarşısını alan, müsəlmanların hüquqlarını qoruyan və nə-

ticədə İslamın ağıllara və qəlblərə nüfuz etməsinə dolaylı yol ilə şə-

ra it təşkil edən bir vasitə olaraq səciyyələndirmək daha doğru olar.

1950-ci illərə  qədər Fransanın Afrikadakı müstəmləkə valili yi 

və zifəsini icra edən xristian yazıçı Hubier Deshan, Zənci Afrika da 



Din lər adlı əsərində belə deyir:

“İslamın  əksər yerlərdə yayılması  məcbur etmə  əsasında de-

yil dir. Tam əksinə müxtəlif xüsusiyyətlərə sahib olan dəvətçilə rin tə-

kid li qabiliyyətləri ilə baş vermişdir. Bu dəvətçilərin  fitnə-fə sad dan 

xəbərləri yox idi. Maddi gücləri də mövcud deyildi. İslam da ha çox 

qövmdən-qövmə sülhpərvər nüfuzetmələr şəklində yayılır dı. Uzaq-

görənlərdən birisi müsəlman olanda −ki, dəvətçinin də  hədə fi bu-

dur−, dərhal onun arxasınca bütün qəbilə də onunla birlikdə İsla mı 

qə bul edirdi. İslamın yayılmasını asanlaşdıran bir digər ünsür də 

onun fitri bir din olmasıdır. Onu qavramaq asandır. Əsaslarında və 

qay dalarında bir mürəkkəblik və qarışıqlıq yoxdur. Fərqli mühitlə rə 

ayaq uydura bilməsi və girməsi asandır. Bir insanın İslamı qə

 

bul et-


məsi çox asandır. Kəlimeyi-şəhadəti söyləməsi kifayətdir. Bu nu de-

yən kimi o artıq müsəlman olur”.

 (M. Hüseyin Fəzlullah, İslam ve Qüvvətin 

Məntiqi, səh., 217)

Rəhmət və şəfqət qəhrəmanı olan Rəsulullah (s.ə.s) Mək kə ni 

fəth etdiyi zaman, əlinə imkan keçən kimi hamısını qılıncdan ke çi-

rə biləcəyi insanlara “İnanarsanız, sizi əfv edərəm”, de mək ki mi 

bir təzyiq və fürsətçiliyi belə düşünməmişdi. Hətta müşriklə rin ta nın-

mışlarından bir çoxuna uzun müddət möhlət vermiş, onla  ra “mü əl lə-

fe yi-qulub”, statusunda zəkatdan böyük paylar ayırmışdı.



b. İlk Seçim: Sülh

İslam hər şeydən əvvəl barışı üstün tutur. Həzrət Peyğəmbə rin 

iyir mi üç illik təbliğ həyatının ilk on dörd ilində müharibəyə qətiy yən 

ica zə verilməmişdir. Müsəlmanların məsələlərini danışıb razılı ğa 

gə lərək həll etmələri istənilmişdir. Ayeyi-kərimədə belə buyurulur:

“Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gə lin! 

Şey tanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!” 

(əl-Bəqərə, 208)



“...Sülh daima xeyirlidir...”, 

(ən-Nisa, 128)




Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə