Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə221/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   217   218   219   220   221   222   223   224   ...   245

585

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Rəsulullah (s.ə.s) heyvanların faydasız və səbəbsiz yerə, boş 

yerə öldürülməsini də qadağan etdi. Bir hədisi-şərifində belə bu yur-

du:


“Kim bir sərçəni boş yerə, sırf əylənmək məqsədilə öldürərsə, 

qi yamət günündə o sərçə fəryad edərək Allaha:

“Ya Rəbb! Filan adam məni lüzumsuz yerə öldürdü, hər hansı 

bir fay  da üçün öldürmədi”, deyər. 

(Nəsəi, Dahaya, 42)

Bir dəfə Rəsulullah (s.ə.s) Məkkəyə getmək üçün, ehramlı ola-

raq yola çıxmışdı. Ruveysə ilə Arc arasındakı Üsayə məntəqəsi nə 

gəl dikdə, kölgədə büzüşüb yatmış bir ceyran gördü. Əshabın dan 

bir nəfərə, hər kəs keçənə  qədər ceyranın yanında gözləyib, heç 

ki min heyvanı narahat edib qorxutmaması xüsusunda təlimat verdi. 

(Muvatta, Həcc, 79; Nəsəi, Həcc, 78)

İbn Ömər (r.a.) bir gün bir quşu hədəf alaraq ox atan Qu reyş li 

gənclərə rast gəlmişdi. Hədəfə  dəyməyən hər ox üçün quş sa hi-

binə pul ödəyirdilər. Gənclər İbn Ömərin gəldiyini gördük də ət ra fa 

dağılışdılar.  İbn Ömər həzrətləri arxalarınca səslənərək, Pey ğəm-

bə rin (s.ə.s) canlı bir heyvanı hədəf olaraq qoyub ona atış etmə yi 

şid dət lə qadağan etdiyini dedi. 

(Buxari, Zəbaih, 25; Müslim, Sayd, 59)

Şair Firdosi, Şahnamə adlı əsərində necə də gözəl deyir:



“Bir yem parçası dartan qarışqanı belə incitmə, çünki onun da 

canı vardır. Can isə şirin və xoşdur”.

Nəinki heyvanlar, bitki örtüyü belə, İslamın mərhəmət və həs-

sa siyyətindən nəsibini almışdır. Təbiət örtüsü və meyvəli ağacla ra 

zə rər verilməməsi, Peyğəmbərin (s.ə.s) və ilk xəlifələrin mühari bə 

tə  limat larında yer almışdır. 

(Vakıdi, III, 1117)

İslam, həcc  əsnasında insanlar ilə mübahisə etməyi, heyvan 

ov lamağı, hər hansı bir ot və ya ağac yarpağı qoparmağı, hət ta 

insanın öz  saç və saqqalından bilərək bir tel belə qoparma sı nı qa-

dağan edərək, müsəlmanları tamamən zərərsiz bir həya ta alış dır-

maq dadır.

Belə olan bir halda, bəzi insanlar, əfv, mərhəmət və barış dini olan 

İs lamı günümüzdəki insanlıq faciələrindən biri olan terror kəlməsi 

ilə bir likdə istifadə edir. Hər xüsusda insanı ehya edən (dirildən) İs-

lam ilə qəlbsizlik və vicdansızlıq üzəridnə qurulub, insanlığı pəri şan 

edən və  əxlaq,  şəfqət, mərhəmət kimi ülvi hissləri heç tanıma yan 

ter ror və anarxiyanın adı necə bir yerdə çəkilə bilər?! Bu səhvi edən 

in sanlar  əgər haqq və  həqiət axtarırlarsa,  əllərini vicdanlarına qo-

Müamilət



586

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

yub bir daha düşünməlidirlər. İslamı tam olaraq bilmir, bəndəyəq dan 

dol ma məlumatlar və qərəzli fikirlərlə hərəkət edirlərsə, bunun da ha 

bö yük bir qafillik və xəta olduğunu dərk etməlidirlər.



11. İslamda Ətraf Mühit, Təmizlik və Su

a. Ətraf Mühit

Allah-Təala ətrafımızdakı hər şeyi, insan övladının istifadə et-

mə si üçün yaratdığını xəbər verir. Bunların şükrünü layiqincə ödə yə 

bil mək üçün ətrafımıza əmanət və məsuliyyət şüuru ilə yanaş ma lı-

yıq. Ətraf mühitdən pis istifadə etmək, dağıdılaraq israf edilmə si; zə-

rə ri yenə də özümüzə toxunacaq olan bir nankorluqdur. Allah-Təala 

be lə buyurur:

“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günah lar) üzün-

dən quruda və suda fəsad  (pozuntu)  əmələ  gələr  (bə zi yer-

lərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar ya ğar, zəl  zələ 

baş verər, dənizlərdə  gəmilər batar) ki, Allah (bunun la) on 

la ra 

etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzası nı) dad dır-

sın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar”.

 (ər-Rum, 41)

Halbuki, Allah-Təala daha əvvəl: “Göyü Allah ucaltdı və taraz-

lı ğı (mizanı) da O qoydu, ona görə də tarazlığı pozmayın”,

714


 deyə 

əmr et mişdi. Ancaq insanlar bunu dinləmədilər və indi də  zərərini 

özlə ri çə kirlər.

Müsəlman könlündəki mənəvi rahatlığı və gözəlliyi təbiətə də əks 

et dirərək, insanlara, heyvanlara, bitkilərə və hətta cansız varlıqla ra 

be lə mehriban davranar. Heç bir varlığı incitməməyə diqqət edər. 

Rə sulullah (s.ə.s) Əfəndimizin yanından bir cənazə keçmişdi. Rə-

su lullah (s.ə.s):



“Ya canını qurtarıb, ya da (kimlərsə) ondan canlarını qurtarıb”, 

buyurdu. Səhabələr:

“Ey Allahın Rəsulu, “Ya canını qurtarıb, ya da (kimlərsə) on dan 

canlarını qurtarıb”, deməklə nəyi nəzərdə tutursunuz?” de yə so ruş-

du lar. Rəsulullah (s.ə.s):

“Mömin bir bəndə vəfat etdikdə, dünyanın yorğunluğundan və 

sı xıntılarından xilas olub, Allahın rəhmətinə qovuşar. Günahkar və 

pis birisi öldükdə isə, insanlar, yerlər, ağaclar və heyvanlar on dan 

714 


ər-Rəhman, 7-8.


587

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

xi las olub rahatlayarlar”, buyurdu.

 (Buxari, Riqaq, 42; Nəsəi, Cənaiz, 48; 

Əhməd, V, 296, 302, 304)

İnsan hər yerdə və hər vəziyyətdə, başqalarını narahat edən şey-

lərdən həmişə uzaq durmalıdır. Yaşadığımız şəhər, qəsəbə və kənd 

yerlərini, sularını, havasını və mənzərəsini kirlətmək, zibil və tul lan-

tı larını tökmək insan olmağın şərəf və heysiyyətinə yaraşmayan bir 

dav ranışdır. Həm özümüzü, həm də başqalarını düşünməmək dir. 

Hal buki müsəlmanlar kirlət yerlərdən başqalarının narahat olaca ğı-

nı və təbiətin gözəlliyinin pozulacağını düşünür. Yeyilən tum, fın dıq, 

fıs tıq qabıqlarını;  şüşə, konserva qutularını; kağız, paket tullantısı 

ki mi ətraf mühiti çirkləndirən şeyləri küçələrə, yollara, piknik (isti ra-

hət) yerlərinə atmamaları; insanları, hətta heyvanları belə nara hat 

edə cək davranışlardan çəkinməsi, mömin olmaq və imanın kama la 

çat masının bir şərti olaraq qəbul edərlər. Çünki Peyğəmbər (s.ə.s) 

in sanlara əziyyət verəcək, gəlib keçərkən narahatçlıq törədəcək bir 

ağac budağının, bir tikanın belə yoldan qaldırılmasını, imanın bir 

mər təbəsi olaraq qəbul etmiş,

715187

 insanlara əziyyət edənləri Al la-



hın sevmədiyini xəbər vermişdir. Muaz bin Ənəs (r.a.) belə rəva yət 

edir:


“Mən Rəsulullah (s.ə.s) ilə birlikdə bir qəzvəyə çıxmış dım. Əs-

gər lər düşərgə yerlərini daraltdılar və yolu kəsdilər. Bunu görən Nə bi 

(s.ə.s) bir səhabə göndərib əsgərlərə belə car çəkdirdi:

“Kim bir yeri daraldar və ya bir yolu kəsər (və ya bir möminə 

əziy yət verərsə) onun cihadı yoxdur. (onun cihadı qəbul edilməz)””. 

(Əbu Davud, Cihad, 88/2629; Əhməd, III, 441)

Rəsuli-Zişan (s.ə.s) burada lüzumsuz yerə yerləri və yol la-rı 

daraldaraq və ya hər hansı bir şəkildə Allahın bəndələri nə əziy yət 

etməyin necə böyük bir xəta olduğunu elan etmiş  və be lə dav ra-

nan  ların, savablarını itirəcəklərini bildirmişdir. Bu baxımdan ha ra ya 

gəldi zibil tullamaq, tüpürmək, maşın park etmək, insanla rın gə lib 

keçmələri üçün çətinlik törədəcək əşyalar qoymaq kimi hər cür əziy-

yət verici davranışdan çəkinmək lazımdır. Rəsulullah (s.ə.s) di gər 

hə disi-şəriflərində belə buyurmuşdur:



“...Yol üzərində namaz qılmaqdan və oralarda qonaqla maq -

dan çəkinin! Çünki oralar ilanların və yırtıcı heyvanların keçdi   yi yer-

lər dir. Yol üstünə  dəstəmaz pozmaqdan da çəkinin! Çünki bu cür 

715 


Müslim, İman, 58.

Müamilət



Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə