Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə56/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   52   53   54   55   56   57   58   59   ...   245

154

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

needici dəlillər göstərilmişdir. Məhz bu səbəblə İslamda mad di zor-

la ma (məcburiyyət) bir vasitə olaraq qəbul edilməmişdir.

117


İslamda din və vicdan hürriyyətini müəyyən edən ən açıq ifa də 

Bə qərə surəsinin 256-cı ayəsində yer alır.



“Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğru luq (iman) 

azğınlıqdan (küfrdən) ayırd edildi”.

 (əl-Bəqərə, 256)

Buna görə ilk növbədə zor istifadə etməklə dini mənimsətmə yə 

ça lışmağın İslami bir davranış olmadığı aydın olur. Dinin bir bilgi, şüur 

və hür qərar ilə təsdiq sahəsi olması ilə yanaşı İslam düşüncəsiniə 

gö rə dünya da bir imtahan və seçimlər meydanıdır. Yaradan və ya 

ya radılmışlar tərəfindən təzyiq edildiyi təqdirdə seçmə hürriyyəti nin 

yö nələcəyi alternativlər də ortadan qalxacaq cə belə olan bir hal da 

dün ya, imtahan meydanı olma xüsusiyyətini itirmiş olacaqdır.

118


Bu ayənin nüzul səbəbi ilə bağlı verilən məlumatlar diq qət çə-

kicidir: Cahiliyyə dövründə övladları yaşamayan qadınlar; “Əgər öv-

la dım yaşayarsa onu yəhudi edəcəyəm” deyə niyyət edərlərmiş. Bu 

sə  bəblə, Rəsulullah (s.ə.s)

 

ilə bağladıqları bir müqaviləyə uyma yan 



Na diroğulları sürgün edilərkən aralarında Mədinəli müsəl man la-

rın da övladlarından (daha əvvəl yəhudi olmuş) bəziləri var idi. Bu 

uşaq ların ailələri:

“Uşaqlarımızı qoymarıq. (Onları zorla alıb müsəlman edə  rik)” 

de  dilər. Bunun ardınca da Allah-Təala “Dində məcburiyyət yox dur” 

ayə  sini nazil etdi”. 

(Əbu Davud, Cihad, 116/2682; Vahidi, səh., 85-87)

Dində məcburiyyətin olmamasının bir səbəbi də, haqq ilə ba ti lin 

insanlara aşkar şəkildə göstərilmiş və ağıllarda bununla bağlı heç 

bir şübhəyə yer qoyulmamış olmasıdır. Çünki isla çox açıq və qə ti 

də lillər ilə o dərəcədə parlaq və qüvvətli olan bir dindir.

Cihad

“Cihad” kəlməsi, “Allahın birliyini və  Rəulullahın peyğəm bər ol-

duğunu yaymaq məqsədilə cəhd göstərmək” mənasına gəlir və nor-

mal  şərtlərdə bu cür fəaliyyətlər müharibədə başqa üsullarla ic ra 

edi lir. Buna görə cihad, İslamı zor güc tətbiq edərək mənimsət mə 

yo lu olmayıb onun təbliğ edilməsinə və öyrədilməsinə mane olan ən-

gəl lərin aradan qaldırılması üçün çalışmaqdan ibarətdir. Rəsu lul lah 

117 


Prof. Dr. Seyyid Qütb, İslamın Dünya Görüşü, səh., 32-33.

118 


Prof. Dr. Bəkir Topaloğlu, “Din” mad., DİA, IX, 322.


155

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

(s.ə.s) dövründəki döyüşlər, qarşı  tərəfin silahlı hücumlarına və ya 

hücum etmə təşəbbüslərinə qarşı müdafiə olunma mahiyyətin də idi.

119


Quran və sünnənin məlumatlarına görə, mütləq məna da 

şirk və küfr müharibə etməyə  səbəb təşkil etmir. 



Başlıca prin sip 

təbliğdir. Müharibə müsəlman olmayan cəbhənin təcavüz və düş-

mən lik edəcəyi və  təbliğ  vəzifəsinə mane olacağı  təqdirdə caiz dir 

(Di ni baxımdan icazə verilir). Deməli cihad edən müsəlmanla  rın 

məq sədi, bir kimsəni zor gücünə dinlərinə  çəkmək deyildir. Bəl kə 

bütün cəhdləri insanlar üzərindən zülmü, haqsızlığı və təzyi qi ara-

dan qaldırıb onlara seçmə haqqı qazandırmaq və onları se çim et-

mək də sərbəst buraxmaqdır. Müsəlmanların öhdəsinə düşən və zi-

fə, insanlar öz dinlərində  sərbəst qalsalar belə, onlardan hər cür 

zül  mü uzaqlaşdırmaq və hər növ fəsaddan insanları qorumaq dır.

120


 

Aye yi-kərimədə belə buyurulur:



“Zülmə  məruz qaldıqlarına görə vuruşanlara  (kafir lə rə 

qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah on la ra 



kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız ye rə, an-

caq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdların  dan (Mək-

kədən) çıxarıldılar. Əgə



r Allah insanların bir qismini di gər qismi 

ilə  (müşrikləri möminlərlə)  dəf etməsəydi, sözsüz ki, içə risində 

Allahın adı çox zikr olunan soməələr (rahiblə rin ya şa dığı mo nas-

tır lar), kilsələr, məbədlər  (yəhudi məbədləri)  və  məs cidlər da  ğı-



lıb gedərdi  (darmadağın edilərdi). Allah Ona (öz di ninə) yar dım 

edən lərə, şübhəsiz ki, yardım edər. Həqiqə tən, Al lah yenil məz 

qüv vət, qüdrət sahibidir!”

 (Həcc, 39-40)

Bu ayələrin başlanğıcında müsəlmanların müharibə etməsi nə 

nə şəkildə izn verildiyi bildirilirsə də, son hissəsində hərb etmə yin 

ca iz olmasının ümumi hökmü və Allahın müzəffər olanlara nə üçün 

yar dım etdiyi bəyan edilmişdir. O hökm: 

İstər möminlərin, istər sə 

də müsəlman olmayanların inanclarını təminat altına almaq və 

yer üzündə xeyiri və sülhü təmin etməkdir.  Diqqət edilərsə Al lah-

Tə ala ayədə monastr, kilsə yəhudi məbədi məsciddən əvvəl  qeyd 

olu nur. Onların da zülmdən xilas edilməsi istənilir. Elə isə  İsla mın 

hə dəfi, inancları və ibadətxanaları mühafizə etməkdir. İslam iba dət 

hür riyyətini sadəcə ona inananlara deyil, digər din mənsublarına 

119 


Prof. Dr. Bəkir Topaloğlu, “Din” mad.,  DİA, IX, 323. Bu mövzu daha sonra 

“İs lam və Cihad” və “İslam Terroru Aradan Qaldırmaq üçün Gəlmişdir” bö-

lüm lərində təfsilatı ilə ələ alınacaqdır.

120 


Prof. Dr. Seyyid Kutup, İslamın Dünya Görüşü, səh., 32-33.

İslamin Başlıca Xüsusiyyətləri




Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə