Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə55/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   51   52   53   54   55   56   57   58   ...   245

151

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Təqva bir insanın Allahın bütün əmr və qadağalarına tam şə kil-

də riayət edib bu xüsusda həssas davranması, bütün mənliyi ilə Al-

la ha yönələrək özünü Allahdan uzaqlaşdıran hər şeydən çəkinmə si 

de məkdir. İnsanın ən mühüm məsuliyyəti, onu yaradan Allaha qar şı 

olan məsuliyyətidir. Bu mənada, insanlar arasındakı üstünlük də bu 

is tiqamətdəki müvəffəqiyyət dərəcəsi ilə ölçülməlidir. Çünki təq va 

əbə di olan axirət həyatının ən mühüm qidasıdır. Mal, mövqe, soy, 

nə səb kimi insanların üstünlük vəsiləsi olaraq qəbul etdikləri şey lər 

isə qısa dünya həyatı üçündür. Bunlar ilə insanlara qarşı üstün lük 

id dia etmək doğru deyildir.

Bununla yanaşı, irq, sosial vərasət və əsalət kimi xüsuslar da 

bir reallıqdır. İslam bunları tamamən yox sayıb gözardı etmir, an caq 

lü zumu qədər əhəmiyyət verməklə məqul bir nizam altına alır.

Rəsulullahın yanında hər cür insan vardı; Zəncisi, bəyazı, Ərə-

bi, Əcəmi, qəbilə başcısı, xidmətçi, hür, kölə, varlı, kasıb... Hamı sı 

da Həzrət Peyğəmbərin arxasında səf bağlayıb eyni cərgədə na-

maz qılırdılar. Bir-birlərinə böyük məhəbbət və hörmət bəsləyirdi-

lər. Səh vən təqvadan başqa bir üstünlük vəsiləsi axtardıqları zaman 

da, Al lah Rəsulu (s.ə.s) onlara xəbərdarlıq edirdi. Marur bin Sü veyd 

be  lə rəvayət edir:

Rəbəzədə Əbu Zərr ilə qarşılaşdım. Əynində qiymətli bir pal tar 

vardı. Eyni paltardan xidmətçisinin əynində də vardı. Ona bu nun sə-

bə bini soruşduqda, Əbu Zərr (r.a.) belə cavab verdi:

“Rəsulullah (s.ə.s) dövründə (köləlikdən gələn) bir nəfərə, onun 

xo şuna gəlməyəcək sözlər demiş və onu anasına görə qınamış dım. 

Bu nu xəbər alan Allah Rəsulu (s.ə.s) mənə belə buyurdu:

“Ey  Əbu Zərr! Onu anasına görə niyə ayıblayırsan?  Əgər elə 

isə  sən, sən  şəxsində  hələ  də cahiliyyə xarakteri olan birisən miş. 

On lar sizin xidmətçiləriniz, eyni zamanda da qardaşlarınızdır.Al-

lah onları sizin himayənizə vermişdir. Kimi himayəsində bir qar da-

şı varsa, öz yediyindən ona yedirsin, geyindiyindən də geyindir sin. 

On lara öhdəsindən gələ bilməyəcəkləri yüklər yükləməyin.  Əgər 

yük ləyəcək olsanız onda özünüz də onlara yardım edin!” 

(Buxari, İman 

22, Itk 15, Müslim Eyman, 40)



8. Din və Vicdan Azadlığına Sahibdir

İslam alimləri “din”i tərif edərkən, dinin qəbul edilməsi xü su-

sun da insanın iradə  və seçiminə böyük əhəmiyyət verir. On 

la-


İslamin Başlıca Xüsusiyyətləri


152

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

ra görə din; ağıl sahiblərinin gözəl bir şəkildə, öz hür iradələ ri ilə 

birbaşa xeyirlərə sövq edən “vazı-ilahi”, yəni Allah tərəfin dən qo yu-

lan qanunlar toplusudur. Dinin şərti ağıl və istəkdir. Buna gö rə də, 

cansızlar, bitkilər, heyvanlar, ağılsızlar, uşaqlar, ağlını itir miş də rə cə-

si nə çatmış qocalar din baxımından məsul sayılmırlar.

Bu nöqteyi nəzərdən dini mənimsəyib həyatları üçün fər di 

vicdanlara təzyiq edilə bilməz. Əsasən dinin əsas ünsürü nü inanc 

təşkil etdiyinə və inanc da nüfuz edilib hökm tətbiq edil mə si qeyri-

mümkün olduğu və bir qəlb işi olduğuna görə hər han sı bir inancı zorla 

insanın qəlbinə yerləşdirmək mümkün deyil dir. Elə isə xoş niyyətə, 

iradənin seçiminə əsaslanmayan və könül  dən mə   nimsənilməmiş bir 

dindarlıq, din baxımından  inkar ilə bəra bər tu tu lan “nifaq” mənasına 

gəlir və insana mənəvi həyat baxımından heç bir şey qazandırmaz.

116

 

Səmimiyyətsiz ibadət isə, “riyakarlıq” üçün edil diyinə görə şiddətlə 



rədd edilmişdir.

Allah-Təala  şüurlu və hür olaraq yaratdığı insana doğrunu və 

səh vi göstərmiş, ancaq heç bir zaman iradə hürriyyətinə müdaxi lə 

et məmişdir. Hər kəs hür iradəsi ilə seçim etməli və bu seçimi nin nə-

ti cəsinə də özü dözməlidir. Ayeyi-kərimələrdə belə buyurulur:

“Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gə-

tirərdi.  İnsanları iman gətirməyə  sənmi məcbur edə cək sən?!  (Bu 

sənin işin deyildir. Sənin vəzifən ancaq islamı təb liğ et mək dir)”.



 (Yunus, 

99)


“...Kim istəyir inansın, kim də istəyir inanmasın (ka fir ol sun)”. 

(Kəhf, 29)



“Əgər küfr etsəniz  (Allahın nemətlərini dansanız, bu nun zə-

rəri Allaha yox, ancaq sizin özünüzə olar). Çünki Allah si zə (sizin 

ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələri nin küfr etməsi 

Ona xoş getməz. Əgər (Allahın nemətlərinə) şü kür et səniz, sizin 

bu şükrünüz Ona xoş gələr”. 

(Zümər, 7)



“Kim yaxşı bir iş görsə, xeyiri özünə, kim də bir pis lik etsə, 

zərəri özünə olar! Sonra siz öz Rəbbinizə doğ ru qay tarı la caq sı nız”. 

(Casiyə, 15)

Əbu Rafi (r.a) rəvayət edir: Qureyşlilər məni Həzrət Rəsulul-

lah (s.ə.s)-ə elçi olaraq göndərmişdilər. Rəsulullah (s.ə.s)-i görün cə 

kön lümə İslam qəbul etmək arzusu düşdü:

116 


ən-Nisa, 140; əl-Maidə, 41.


153

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

“Ey Allah Rəsulu, vallahi mən qureyşlilərin yanına əs la qa yıt ma-

yacağam” dedim. Rəsulullah:

“Mən  əhdimi pozmaram və  mənə göndərilən elçilə ri sax la ma-

ram. İndi sən qureyşlilərin yanına qayıt! Əgər indi qəlbinə gələn şe yi  

(İs lama girmə arzusunu orada da) hiss etməyə davam etsən bura ya 

ge ri qayıt”, buyurdu. Bu cavabı alıb Məkkəyə getdim, elçilik vəzi fə mi 

qurtardıqdan sonra da   Həzrət Peyğəmbərin yanına gəldim və mü-

səl man oldum”. 

(Əbu Davud, Cihad, 151/2758)

Məkkənin irəli gələn müşriklərindən Safvan, Fəth gü nü qaç mış-

dı. Rəsulullah (s.ə.s) onun dalınca əmisi oğlu Vəhb bin Umey ri gön-

dər di. Aman əlaməti olaraq da öz ridasını verdi. Rəsulullah (s.ə.s) 

onu İslama dəvət edir və yanına gəlməsini istəyirdi. İstəyərsə İsla mı 

dər  hal qəbul edə biləcəyini, istəməzsə də düşünmək üçün ona iki ay 

möh lət verə biləcəyini bildirirdi. Bunu öyrənən Safvan onun ridası nı 

da götürərək Həzrət Peyğəmbərin yanına gəldi və insanlar arasın da 

yük sək səslə nida edərək:

“Ey Muhamməd! Bu da Vəhb bin Umeyr! O sənin ridan ilə bir lik-

də mənim dalımca gəldi və sənin məni dəvət etdiyini, istə səm İs la mı 

qəbul edə biləcəyimi, istəməsəm də iki ay möhlət verəcəyi ni söy-

lədi” dedi. Rəsulullah (s.ə.s):

“En dəvədən ey Əbu Vəhb!” buyurdu. Ancaq o:

“Xeyr! Vallahi bu məsələni mənim üçün aydınlaşdırma san də və-

dən enməyəcəyəm” dedi. Bunun qarşılığında Rəsulullah (s.ə.s):

“Sənə daha artıq, dörd ay möhlət verirəm” buyurdu. Saf van 

da kafir olduğu halda Rəsulullah (s.ə.s) ilə birlikdə  səfərə  çıx dı. 

Huneyn qəzvəsində və Taif mühasirəsində iştirak etdi. Bir ay son ra 

da müsəlman oldu. 

(Muvatta, Nikah, 44-45)

İslam, prinsiplərini insanlara zor gücünə  qəbul etdir 

mək is-


təməmişdir. Bu səbəblə  məcbur etməyin hər formasın dan qa çın-

mış dır. O dərəcədə ki, fikr baxımdan məcbur etməkdən belə uzaq 

dur  muşdur. Məsələn, möcüzə göstərmək  İslamı  təbliğ edər kən 

əsas vasitələrdən biri olmamş və hətta Hz. Peyğəmbərdən mö cü-

zə istəmək belə xoş qarşılanmamışdır. Əvvəlki peyğəmbərlərə əsa

be şikdə danışmaq, ölüləri diriltmək, korlara və  dərdlilərə  şəfa və 

dər man olmaq kimi möcüzələr verilmişdi.  İslam dini bəşər ürfa nı-

nın təkamül etdiyi bir dövrə düşdüyü üçün, onda Quran möcü zə si 

ilə, əqlə və idraka xitab etmişdir. İnsanlara məntiqi qanunlar və qa-

İslamin Başlıca Xüsusiyyətləri




Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə