Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə64/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   60   61   62   63   64   65   66   67   ...   245

174

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

“Müsəlman olan özünə kifayət qədər ruzi verilən və Allahın lütf 

et diyi bu nemətlərə qənaət edən kəs, xilas olmuşdur”. 

(Müslim, Zəkat, 

125; Tirmizi, Zöhd, 35/2348)

Məhz  İslam insanların dünya və axirət həyatına bu şəkildə 

ümid lə baxmasını  təmin edir. Onlara Allahın dininə tabe olduqları 

təqdir də həm fiziki olaraq həm də ruhən (psixoloji) xoşbəxt bir həyat 

yaşa yıb, nə hayət dünya və axirət səadətinə qovuşacaqlarını xəbər 

verir.


12. İctimailiyə və Dinamizmə Əhəmiyyət verir

İnsan, yaradılışı etibarilə ictimai/sosial bir varlıqdır. Tək baş-

ına ya şaya bilməz. Ünsiyyət qura biləcəyi başqa insanlara möh tac-

dır. Bununla yanaşı bir də  zəif yaradılmış olub, bütün ehtiyacları nı 

özü tək başına ödəyə biləcək gücdə deyildir. Bu baxımdan in san lar 

cəmiyyətlər halında yaşamalı və bir-birləri ilə yardımlaşma lı və Allaha 

qarşı olan bəndəliklərini birlikdə etməlidirlər. Allah-Tə ala Qu 

rani-


Kərimdə insanları birlik və bərabərliyə təşviq edərək be lə bu yu rur:

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və 

(fir qələrə bölünüb bir-birinizdən) ayrılmayın!” 

(Ali-İmran, 103)

Həzrət Peyğəmbər də  həm ibadətlərdə, həm də icti mai mü na-

sibətlərdə bir yerdə olmağın əhəmiyyətini vurğulayaraq be lə bu yu rur:

“Camaatla qılınan namaz, tək başına qılınan namazdan iyir mi 

yed di dəfə daha fəzilətlidir”. 

(Buxari, Əzan, 30; Müslim, Məsacid, 249)

“Allahın əli (yardımı) camaat ilə birlikdədir. Camaatdan ayrı lan, 

cə hənnəm yoluna ayrılmış olar”. 

(Tirmizi, Fitən, 7/2167)

“Camaat rəhmətdir, təfriqə isə əzabdır”.

 (Əhməd, IV, 278)

“İslamın  əmr etdiyi camaatla namaz, cümə namazı, bay ram 

na ma zı, həcc, zəkat, infaq (sədəqə), qurban kimi ibadətlər; cə na-

zə  mərasimləri, toylar, xəstə ziyarətləri, qohumlarla münasibət lə ri 

sağlam saxlama, ehtiyac sahibi olanlara əl tutmaq kimi bəşə ri mü-

na sibətlər, insanları ictimailiyə təşviq edir.

Təbii ki, insanlarla hərəkət etməyin gətirdiyi bəlli məşəqqət lər 

də vardır. Onlara təhəmmül etmək fədakarlıq tələb edir. İnsanları 

bu fə dakarlığa təşviq edəcək ünsürlərin olması  zəruridir. Bu sə-

bəb lə  İslam cəmiyyət içində yaşayıb, insanların yüklərini öhdə lə-

ri nə götürən müsəlmanlara böyük mükafatlar vəd edir. Rəsulul lah 



175

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

(s.ə.s) bu xüsusda bir çox bəyanlar vermiş və özü də bu yön də ör-

nək olmuşdur:

Böyük bir ədəb və nəzakət sahibi olan Əziz Peyğəmbəri miz ko-

bud və anlayışsız insanların sıxıntıları ilə üzləşdiyi halda heç birini 

in citmir, hamısına qarşı gözəlliklə müamilə edirdi. Əmisi Abbas (r.a.) 

Al lah Rəsulunun bu halına yazığı gələrək Ona:

“Ya Rəsulallah! Baxıram ki, insanlar sizə əziyyət edirlər. To za-

naq qaldırmaqla sizi narahat edirlər. Bəlkə özünüz üçün xüsusi bir 

köl gəlik seçib, insanlara oradan xitab edəsiniz?!”−dedi. aləmlə rə 

rəh mət olaraq gəndərilən Peyğəmbər (s.ə.s) isə:

“Xeyr! Allah məni aralarından alıb rahatlığa qovuşdurana qə dər 

ara larında olmağa davam edəcəyəm. Qoy ayağımı tapdalasın lar, 

pal tarımı dartışdırsınlar, qaldırdıqları tozanaqlar məni narahat et-

sin”, bu yurdu. 

(Bax. Darimi, Müqəddimə, 14; İbn Əbi Şeybə, Musannəf, VII, 90; 

İbn Sad, II, 193)

Rəsulullah (s.ə.s) ümmətinə də eyni şeyi tövsiyə edərək:

“İnsanlar arasına qarışıb onların cəfalarına qatlanan müsəl man, 

on lara qarışmayıb, çətinliklərinə qatlanmayanlardan daha xeyirli dir”, 

bu yurmuşdur. 

(Tirmizi, Qiyamət, 55/2507)



İnsanların Dərdləri ilə Həmdərd Olmaq

Müsəlmanlar bir tərəfdən insanların verdiyi məşəqqətlə rə qat-

la narkən, digər tərəfdən də heç kimə  sıxıntı  və  zərər ver mə mə yə 

çalışmalıdırlar. Xoşrəftar olmalı  və insanlarla daima gö zəl mü na-

si bətlər içində olmalıdırlar. Hər kəsin dərdi ilə maralanıb, yarası na 

məl həm olmağa çalışmalıdırlar. Nəbi (s.ə.s) belə buyurur:



“Möminlər bir-birilərini sevməkdə, bir-birilərinə  mərhə mət et-

mək də və bir-birilərini qorumaqda bir vücud kimidirlər. Vücudun bir 

əza sı xəs tə olduğu zaman digər üzvlər də bu səbəblə yuxusuz qalar 

və qız dırmalı bir xəstəliyə tutular”. 

(Buxari, Ədeb 27; Müslim, Birr, 66)



“Möminin möminə qarşı vəziyyəti bir hissəsi digər hissəsi nə bir-

lə şib onu möhkəmcə dəstəkləyib saxlayan bir bina kimidir”. Al lah Rə-

sulu (s.ə.s) bunu izah etmək üçün iki əlinin barmaqlarını bir-bi ri nə 

keçirərək sıxmışdır.

Rəsulullah (s.ə.s) belə olmayan möminlərə xəbərdarlıq et miş dir:

“Mömin başqaları ilə xoş rəftar edər/gözəl ünsiyyət qurar və onun-

la da hamı yaxşı keçinər. Heç kimlə xoş ünsiyyət qurma yan və özü ilə 

də ünsiyyət qurulmayan insanda xeyir yoxdur”. 

(Əhməd, II, 400, V, 335)

İslamin Başlıca Xüsusiyyətləri



176

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

“Müsəlmanların dərdləri ilə  dərdlənməyən onlardan deyildir”. 

(Tə bərani, Sağir, II, 137/907; Beyhəqi, Şuab, VII, 361)

“Şeytan insanın qurdudur. Eynilə sürüdən ayrılan qoyunu qa-

pan qurd kimi... Əsla qruplara bölünməyin! Camaatdan, cəmiyyətə-

dən və məscidlərdən ayrılmayın!” 

(Əhməd, V, 232-233)

Buradan da anlaşılır ki, İslamın ictimailiyi əmr etməsin də ki 

məqsəd, insanların bir-birləri ilə yardımlaşmaları, pis adamla rın zə-

rər lərinə qarşı özlərini qorumalarıdır. Məhz elə buna görə də, Əziz 

Pey ğəmbərimiz (s.ə.s) müsəlmanları bir-birlərinin hər cür sıxıntı və 

dərd ləri ilə maraqlanmağa təşviq edərdi. Bir gün səhabələrinə:



“Bu gün kim oruc tutub?”

“Bu gün kim bir cənazə namazında işitrak edib?”

“Bu gün kim bir yoxsulu doyurub?”

“Bu gün kim bir xəstəyə baş çəkib?” deyə soruşur və bütün sual-

la ra Hz. Əbu Bəkr (r.a.):

“Mən”−deyə cavab verir. Bunun qarşılığında Peyğəmbər (s.ə.s):

“Bütün bu saleh əməlləri bir yerdə cəm edən (hamısını edən) 

in san mütləq cənnətə girər”,−buyurur. 

(Müslim, Fəzailus-səhabə, 12)

Abdullah bin Ömər (r.a.) rəvayət edir:

Şiddətli bir qıtlıq ili olmuşdu. Həmin ilə “Qıtıq ili” adı verildi. Atam 

Hz. Ömər dəvələrlə ətraf bölgələrin münbit ərazilərindən əldə etdi yi 

buğ da və zeytun yağı ilə  bədəvilərə yardım etmək üçün çalışır dı. 

Çün ki bütün münbit ərazilər qurumuşdu. Ömər duaya çıxıb:

“Allahım, bədəvilərin ruzilərini dağ başlarında ver!” deyə dua 

et di. Allah-Təala, onun və müsəlmanların dualarına qarşılıq ver di. 

Bu dualar səbəbilə yağış yağdıqda Hz. Ömər belə dedi:

“Allaha  şükürlər olsun! Vallah Allah-Təala bu sıxıntını ara dan 

qal dır masaydı, imkanı olan bütün möminlərin evlərinə, ailə üzvləri-

nin sa yı qədər digər kasıb möminlədən verərdim və bir nəfərin ye-

mə yi ilə iki nəfəri idarə edərək onlar həlak olmaqdan xilas olardı lar”. 

(Buxari, Ədəbül-müfrəd, 562)

O günlərdə insanlar arasında: “Allah-Təala, qıtlıq ilinin sıxıntı sı-

nı aradan qaldırmasaydı, Hz. Ömər müsəlmanların bu vəziyyətlə ri 

qar şısında çəkdiyi sıxıntıdan mütləq ölərdi” deyə danışırlarmış. 

(İbn 

Sad, III, 315)




Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə