Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə60/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   56   57   58   59   60   61   62   63   ...   245

163

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Ayeyi-kərimələrdə belə buyurulur:



“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə 

mükəlləf edər)...” 

(əl-Bəqərə, 286)

“...Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər...” 

(əl-Bəqərə, 

185)

“O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çə-

tinlik yeri qoymadı...”

 (əl-Həcc, 78)



“Allah istər ki, üzərinizdə olanı  (ağırlığı) yüngülləşdir sin, 

çün ki insan (şəhvətini cilovlamaq və itaətin çətinliyinə döz  mək ba-

xımından) zəif yaradılmışdır”. 

(ən-Nisa, 28)

İnşirah surəsi nazil olduqda Allah Rəsulu (s.ə.s) Allah-Təa la nın bir 

çətinliyə qarşılıq iki asanlıq təqdir etməsinə çox sevin miş, son də rə-

cə məsrur və gülər üzlə:

ًار ْسُي ِر ْسُعْلا َعَمِٕا َّنِٕا ًار ْسُي ِر ْسُعْلا َعَم َّنِٕا : ِنْيَر ْسُي ٌر ْسُع  َبِلْغَي  ْنَل

“−Bir çətinlik iki asanlığa  əsla qalib gələ bilməz, çün ki 

Şüb-

hə  siz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yal nız 

çə tin liklə hasil olar!) Həqiqətən, hər çətinlikdən sonra bir asan lıq 



gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!) 

133


 bu -

yuraraq əshabının qarşısına çıxmışdır.

134

 

(Hakim, II, 575)



Allah-Təala bəndələri üçün hər çətinlikdən sonra dərhal bir 

asan lıq gətirəcəyini vəd edir. 

(Talaq, 7)

Allah-Təala bizlərə Hz. Musanın dilindən; “Rəbbim işi mi asan-



laşdır” deyə dua etməyi öyrədir. 

(Taha, 25-28)

Allah-Təala Quranı Həzrət Peyğəmbər və insanlar çətin lik çək-

sinlər deyə nazil etmədiyini ifadə edir.

135

 Həzrət Peyğəm bər va si   tə-



si  lə bəşəriyyətə bəxş etdiyi asanlıqlardan da belə bəhs edir:

“O kəslər ki, əllərindəki Tövratda və  İncildə  (adını, vəs fi ni 

və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kə sin ya-

133 

əl-İnşirah, 5-6.



134 

Usr (çətinlik) və yusr (asanlıq) kəlmələri bu ayələrdə təkrar edilmişdir. An caq 

usr,  Əlif-lam artikli ilə müəyyənlik halda verilərək, yusr isə qeyri mü

 

əy yən lik 



hal da verilmişdir.  Ərəbcə dil qaydalarına görə müəyyənlik halda olan şe yin 

təkrar edilməsi eyni şeyi etdiyi halda, qeyri müəyyənlikdə verilmiş bir şe yin 

təkrarlanması fərqli bir şeyi ifadə edir. Bu səbəblə usr iki dəfə tək rar edil mə-

si nə baxmayaraq tək bir çətinlik olaraq qalmış, yusr isə, iki ayrı asanlığı ifa də 

et mişdir. (Bax. Buxari Təfsir, 94)

135 


Taha, 1-3

İslamin Başlıca Xüsusiyyətləri




164

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

nında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbə rə ta be 



olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi bu yu rar, pis 

işləri qadağan edər, təmiz (pak) nemətləri halal, mur  dar (na pak) 

şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üst-

lə rin dəki buxovları açar (şəriətin çətin hökmlərini götürər) (Da ha 

əv vəl mövcud olan, “Xəta ilə adam öldürənə qarşı qisas hökmü mün 

tət  biq edilməsi”, “Günah işləyən əzaların və nəcasət dəyən palta rın 

hə min hissəsinin kəsilməsi” kimi ağır mükəlləfiyyətləri ləğv edir) . 



Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onun  la 

(Qu ranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!” 

(əl-

Əraf, 157)



Rəsulullah (s.ə.s) İslamın asanlıq prinsiplərindən birini be lə xə -

bər verir:



“Allah-Təala mələklərinə belə əmr edər: “Bəndəm pis bir əməl 

et mək istəyərsə, onu etmədiyi müddətcə yazmayın. Etdikdə də onun 

əley hinə bir günah olaraq yazın! Əgər mənim razılığımı düşünə rək 

tərk edərsə, bunu onun lehinə bir savab olaraq qeyd edin! Bən dəm 

yax şı bir iş görməyi arzu edərsə, etməsə də onu ona bir savab ola-

raq ya zın. Əgər onu edərsə, ən azı on misli olmaqla, yeddi yüz misli-

nə qə dər savab yazın!” 

(Buxari, Təvhid, 35; Müslim, İman, 203, 205)

Həzrət Peyğəmbər:

“Allah məni çətinləşdirici və çaşdırıcı olaraq deyil, öyrədici və 

asan laşdırıcı olaraq göndərdi!” buyurmuşdur. 

(Müslim, Talaq, 29)

Bu sbəblə insanlar gələrək bütün əmrlərini canla-başla din lə-

yib, hamısına itaət etmək üzrə söz vermək (beyət etmək) istədiklə ri 

vaxt, Rəsulullah (s.ə.s): “Gücünüz çatdığı qədər” şərtini əlavə edir, 

be ləcə onların işlərini asanlaşdırırdı. 

(Buxari, Ahkam 43; Müslim İmare, 90; 

Muvatta, Beyat, 1)

Bunun gözəl bir misalını Umeymə binti Ruqeyqə (r.a) belə rə-

va yət edir:

Ənsardan olan bir dəstə qadın ilə Hz. Peyğəmbərin yanı na gə lib 

İslama beyət etdik. Onlar:

“Ya Rəsulallah! Allaha heç bir şeyi ortaq qoşmamaq, oğur luq et-

məmək, zina etməmək, uşaqlarımızı öldürməmək, heç bir za man if-

tira/böhtan atmamaq, etdiyin əmrlərinə üsyan etməmək şərti lə sə nə 

beyət edirik”, deyincə, Rəsulullah (s.ə.s) dərhal:

“Gücünüz çatdığı qədər və taqətiniz olduğu xüsuslarda!” bu yur du.



Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə