Əhməd Ağaoğlu Sərbəst İnsanlar Ölkəsində



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə11/21
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63891
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

Amma məhz başqası üçün özünü fəda etmək keyfiyyətinə təkcə insanlarda rast gəlinir. Bu dəyərli özəllik insanı üstün 

bir varlığa çevirib. Məhz bu özəlliyin inkişafı fərd və cəmiyyətlər arasındakı fərqləri ölçməyə imkan verir! Ayrıca bir 

fərd və ayrıca bir cəmiyyət yüksəldikcə, həmin özəllik də artır. Və tərsinə, fərdlər və cəmiyyətlər alçaldıqca, fədakarlıq 

da azalır.

Natiq fikrini tarixdən götürülən misallarla möhkəmləndirib sözünə davam etdi:

- Bu səbəbdən xeyrə doğru gedən xarakterin inkişafı ictimai bir ehtiyacdır. Gələcəyini düşünən cəmiyyət öz üzvləri 

arasında fədakarlığın yayılıb qüvvətlənməsinə çalışmağa borcludur. O yerdə ki insanlar hamının xeyiri üçün özlərini 

qurban verməyə hazırdırlar, həmin yerdə həm fərdlərin, həm də cəmiyyətin xoşbəxtliyi təmin edilib. Ancaq insanları 

mühitə qarşı biganə və vecsiz olan yerlərdə, istər fərdlər, istərsə cəmiyyət aciz və ümidsizdir.

Natiq bu fikrini də tarixdən gətirdiyi misallarla açıqlayıb, sonra cəmiyyət üzvlərinə fədakarlığın hansı yollarla inkişaf 

etdirildiyini anladaraq dedi:

- Məktəbdə müəllimlər, ailədə ata-analar, ədəbiyyatda ədiblər, şair və mütəfəkkirlər mənfəətbazlıq kimi ruhi 

çatışmazlığa qarşı güclü mübarizə aparmağa borcludurlar. Bu baxımdan müəllim və yazıçıların rolu daha böyükdür. 

Müəllimlər uşaqlarda gözə çarpan özünəvurğunluq meyllərinin dərhal qarşısını almalı, bu meyllərin iyrənc olduğunu 

şagirdlərə anlatmalı, yeri gələndə cəza verməkdən çəkinməməlidirlər. Yazıçılar isə öz əsərlərində fədakarlığı 

alqışlamalı, fədakar qəhrəmanları örnək göstərməlidirlər. Bir teatr səhnəsində fədakar bir qəhrəmanın haqq və cəmiyyət 

yolunda özünü fəda etməsinin ruhumuzda necə dərin təsir buraxdığını yəqin hər kəs müşahidə edib. Müəllim və

yazıçıların beləcə aşıladıqları fədakarlıq qabiliyyətini cəmiyyət həyatda gerçəkləşdirib daha da qüvvətləndirməlidir. 

Özünəvurğunluğa qarşı nifrət aşılamaq, onun iyrənc bir keyfiyyət olduğunu göstərmək, fədakarlığı isə istədib 

bəyəndirmək, yaymaq ağlı başında olan cəmiyyətin ən önəmli vəzifəsidir. Fədakarlıqla özünəvurğunluq arasında fərq 

görməyən bir cəmiyyət, özünə qarşı da biganə və vecsiz qalır. Aydın məsələdir ki, belə cəmiyyət xoşbəxt ola bilməz!

AZADLIQ VƏ XARAKTER

Natiq bundan sonra əsl mövzuya keçərək azadlıqla xarakter arasındakı bağlılığı anlatmağa başladı və dedi:

- Bu ön sözdən sonra məqsədimin izahı çox asandır. Siz də razılaşdınız ki, azadlıq yalnız fədakar xarakterə söykənir. 

Doğrudan da azadlığa qarşı təhlükələrin qaynaqlarını təyin etmək çətin deyil. Bunlar bütövlükdə bəzi vətəndaşların 

basqı və zorakılığa meyl etmələrindən, o biri yandansa cəmiyyətin biganəliyindən ibarətdir. Fədakar xarakterin hakim 

olduğu yerdə nə həmin meyl, nə də biganəlik qalır. Fərdlərdə basqı və zorakılıq arzusu qalmadığı kimi, mühitdə də

biganəlik bəlası aradan qalxır və bu üzdən hər hansı bir fərddə zorakılıq arzusu olsa belə, mühitin həssaslığından və

fərdlərin fədakarlığından irəli gələn müqavimət qarşısında aciz qalır. Ancaq vəziyyət əksinə olanda, yəni cəmiyyət 

biganəlik göstərəndə və adamlar fədakarlıq keyfiyyətindən məhrum olanda, aydın məsələdir ki, azadlıq daim təhlükə ilə

üzləşəcək.

Natiq bu fikrini də bir çox misallarla əsaslandırıb konfransı bitirdi.

Qəribədir ki, natiq burada da nə kürsüyə çıxarkən, nə də çıxışını bitirib gedərkən alqışlandı. Axırda anladım ki, belə

hərəkətlər sərbəst şəhərdə yasaq imiş! Amma onu da deyim ki, çıxış başdan sonadək dərin bir sükut içində dinlənildi və

natiq getdikdən sonra dinləyicilər qruplara bölünüb çıxışın bəzi yerlərini uzun-uzadı çək-çevir etdilər.

Mənə gəlincə, çıxış məni dərindən sarsıtmışdı. İndiyədək heç bir konfransdan bu qədər təsirlənməmişdim. Anladım ki, 

indiyədək dinlədiyim çıxışların çoxu içiboş sabun köpüyündən başqa bir şey deyilmiş. Sərbəst insanlar şəhərindəki 

natiqin üslubu sadə, sözləri açıq-aydın, cümlələri qısa idi. O çıxış edərkən mürəkkəb bənzətmələrdən, qanadlı 

kəlmələrdən, uzun və seçmə cümlələrdən çəkinir, bütün diqqətini ifadə etmək istədiyi fikrin ətrafında toplayırdı. Bu 

fikirlər o qədər yuvarlaq, tutumlu və anlaşıqlı idi ki, dinləyənlərin beyninə işləyirdi. Bir daha anladım ki, bu şəhərin 

başında duran insanlar gecə-gündüz yaşadıqları yerə və qurduqları azadlıq ocaqlarına inam və sevgi saçmaqla və

özlərindən sonra şəhəri və bu ocaqları yaşatdıracaq nəsillər yetirməklə məşğuldurlar.

Bu müşahidələr və natiqin açıqladığı fikirlər məndə çox acı xatirələr oyatdı. Bir vaxtlar azad ikən niyə yenidən əsir 

olduğumun səbəblərini axır ki, öyrəndim. Vicdanım ağrımağa başladı. Aman Tanrım, bizlər necə də bacarıqsızıq! Bir 




işi öyrənmirik, axıra çatdırmırıq! Əlimizə asanlıqla keçən azadlığın öz-özünə, öz mənliyi sayəsində yaşayacağını 

güman etdik. Tənbəl və boş dayanıb, olub-keçənləri seyr etdik! Halbuki azadlığı qorumaq nə qədər çətin imiş! 

Çalışmaq, gecə-gündüz bilmədən çalışmaq və bir inanca çevirərək yeni nəslə danışıb açıqlamaq lazım imiş! Yazıqlar 

ki, anlamadıq!!!

SƏRBƏST İNSANLARIN ŞƏRTLƏRİ

İki gündən sonra ustadlar yenə gəldilər. Onlardan birinə üz tutub dedim:

- Ustad, məni bağışlayın, Sizi çox yoruram. Ancaq bir az da ümumi əsaslar haqqında izahat vermənizi xahiş edirəm. 

Qala qapısındakı keşikçilər mənə bir neçə sual verdilər. Hamısına "bəli" cavabını verdim. Düzü, boynuma alıram ki, 

cavablarım şüurlu deyildi, yalnız Qalaya girişimi asanlaşdırmaq məqsədi daşıyırdı. İndi bunları da aydınlaşdırmanızı 

xahiş edirəm.

- Xatırlayıram. O keşikçilər şəhərin çox hörmətli vətəndaşlarıdır. Onlar kənar adamları Qalaya buraxmamaq üçün 

keşikçi təyin olunublar. Suallardan biri - "Tamahınıza hakimsinizmi?" idi, deyilmi?

- Bəli, ustad!

- Bu çox mühüm sualdır. Ölkəmizin ayrıca önəm verdiyi bir nöqtəyə toxunur. Azadlığın ruhu və ürəyi bu nöqtədədir. 

Başqalarına qarşı azad ola bilməkdən ötrü öncə insan öz tamahından qurtulmalıdır. Öz tamahının əsiri olan adam azad 

ola bilməz.

- Anlamadım, ustad. Bunu daha aydın söyləyərsinizmi?

- Əlbəttə, insan azad ola bilmək üçün öncə öz tamahına yiyə durmalıdır. Azad insanlar ölkəsinin Nizamnaməsində

xatırladılan və ciddi yasaq sayılan sifətlərin hamısı tamah ucbatından baş verir. Tutalım, yalan, ikiüzlülük, yaltaqlıq, 

çuğulçuluq, aravurma, haqqa və vətəndaşlara qarşı biganəlik və başqa belə sifətlər...

Bilməlisən ki, insanı canlandırıb hərəkətə gətirən amil - içində daşıdığı arzulardır. Bu arzular güclü və sürəkli olduğu 

zaman onlara tükənməz istək deyirik. Ancaq heç bir istək, özü-özlüyündə yaxşı, ya da pis adlana bilməz. Bunları yaxşı 

və pis göstərən hansı yolla gerçəkləşmələri, hansı vasitələrdən istifadə etmələridir. Misal kimi, ən çox yayılmış və ən 

güclü istəklərdən sayılan vəzifə, sərvət, nüfuz və şöhrət istəklərini gözdən keçirək.

Bu istəklər yaxşı da ola bilər, pis də. Hər şey məqsədə çatmaq üçün hansı yol və vasitələrin seçilməsindən asılıdır. 

Tutalım, vəzifə istəyən bir adamın önündə iki yol var: biri - çalışmaq, vətəndaşlara və vətənə xeyirli və faydalı olmaq, 

yüksək keyfiyyətlərlə xalqın inamını qazanmaqdır; ikincisi də - güc və vəzifə sahiblərinə yaltaqlanmaq, hiylə işlətmək, 

ara qızışdırmaq və sairdir.

Elə sərvət toplamaq istəyən adamın da önündə iki yol var: biri - çalışmaq, yaratmaq, yığımcıl olmaq, doğru-dürüst 

davranmaqla hamının inamını qazanmaq və sair bu kimi özəlliklərdir. İkincisi də - güclü adamlara çatmaq, onların 

sayəsində bir iş görmədən pul qazanmaq, rüşvət, yalan, ikiüzlülük, hiylə və sair kimi üsullara qurşanmaqdır! Şöhrət və

nüfuz istəkləri də eynən bunlara bənzəyir.

Aydındır ki, həmin istəklər birinci yol və vasitələr hesabına gerçəkləşirsə, həm fərd, həm də cəmiyyət üçün xeyirli olur. 

İkinci yolu seçənlər zərər qaynağına çevrilirlər.

- Ustad, elə isə nədən insanların hamısı birinci yola üstünlük vermir?

- Bax, əsl məsələ də budur! İstək sahibi olan insan hədəfinə yetməkdən ötrü önündə açılan iki yol arasında çırpınır. 

Onun ruhunda birinci yolu üstün saydıracaq keyfiyyətlər tapılmırsa, ikinci yolu tutur!

- Ustad! Hansı keyfiyyətlərdən söhbət gedir?

- Doğruçuluqdan, şərəfdən, çalışqanlıqdan, üzügülərlikdən, təvazökarlıqdan və sairədən. Vətəndaşın ruhunda bu 

keyfiyyətlər gəlişibsə, dərhal yalana, ikiüzlülüyə, hay-küyçülüyə, yaltaqlığa və sair bu kimi iyrənc özəlliklərə qarşı 

çıxar və onları zərərsizləşdirər. Zəif və xaraktersiz insanlarda isə mübarizə o pis keyfiyyətlərin qələbəsi ilə bitər. Ancaq 

saydığımız yaxşı keyfiyyətlərə yiyələnmək çətin olduğu və zəhmət tələb elədiyi halda, pis keyfiyyətlərin əldə edilməsi 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə