Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə13/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

(6.19) “De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!”
Qoy doğru yolun və haqq Təlimatın izah edildiyi kafirlər onlara təqdim olunmuş əzəmətli meyardan istifadə etsinlər və qoy söyləsinlər görək, kimin şahidliyi ən mühümdür? Şübhəsiz ki, ən vacib olan Allahın şəhadətidir, çünki heç kimin şahidliyi Onun şahidliyindən üstün olmağa qadir ola bilməz. O, Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun!) doğruçuluğunu artıq təsdiq etmiş və onun (ona Allahın salavatı və salamı olsun!) söylədiklərini və əməllərini bəyənmişdir. Fövqəluca Allah belə buyurur: “Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurar­dıq)! Sonra onun şah damarını qopardar­dıq! Heç biriniz (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz” (Haqqə, 69/44-47).

Allah – Müdrik və Əzəmətli Rəbdir. Onun ilahi müdrikliyi və hüdudsuz qüdrəti Ona yol vermir ki, Ona böhtan atan yalançıların sözlərini təsdiq etsin. Əgər insan yalandan: “Allah onu elçi göndərmişdir, ona insanlar arasında təbliğ etməyi tapşırmışdır və onun hökmünə tabe olmayanları öldürməyə, onların mal-mülkünü mənimsəməyə və qadınlarını kölə götürməyə icazə vermişdir” – deyə, bəyan edərsə, onda Allah heç vaxt onun bəyanatlarını qəribə möcüzələr və aydın ayələr vasitəsilə təsdiq etməz. O, ona kömək etməz və onun düşmənlərini və əleyhdarlarını Öz yardımından məhrum etməz. Bundan da inandırıcı sübut nə ola bilər?!

Sonra Allah bildirir ki, Müqəddəs Quran bəşəriyyətə onun rifahı üçün nazil edil­mişdir ki, onun vasitəsilə insanlar əzabverici cəzadan çəkindirilsin. İstənilən çəkindirmə, çəkinilməsi lazım gələn şey barədə xatırlatmaqdan, azdırılmaqdan və bu xəbərdarlıqla qorxudulmaqdan və insanın bu xəbərdarlıqdan istifadə edə bilməsi üçün qəlb və bədənlə yerinə yetirilməsi zəruri olan sözlərin və əməllərin izah edilməsindən ibarətdir. Quran insanları Qiyamət gününün başlanmasınadək xəbərdar edir və onu öyrənmək istəyən hər kəs onda olan və bilməsinə ehtiyac duyduğu ilahi həqiqətlərinin izahını hökmən tapacaqdır.

Allah, Özünün Tək Allah olması haqqındakı şəhadətini – bütün şəhadətlərdən ən əzəmətli şəhadəti izah etdikdən sonra, Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, Vəhyi inkar edən və Onun elçilərini yalançı sayan kafirlərə belə desin: “Doğrudanmı siz Allahla bərabər digər allahların mövcudluğuna şəhadət verməyə hazırsınız? Siz buna hətta şahidlik etsəniz də mən onu etmərəm!”

Beləliklə, sözü ən doğru olan aləmlərin Rəbbi və məxluqların ən alicənabı, doğruçuluğu inandırıcı və təkzibedilməz dəlillərlə təsdiq edilən şahidlik edir ki, Allaha şərik qoşmadan təkcə Ona ibadət etmək lazımdır. Qoy indi hər kəs bu şahidliyi, ağılları bulanıq, qarma-qarışıq etiqadlı, sağlam təfəkkürlü insanlarda gülüş doğuran qüsurlu baxışlara malik və yaramaz xasiyyətli müşriklərin şahidliyi ilə müqayisə etsin. Onların şahidliyi nöqsansız təhtəlşüura31 əksdir, onların Allahla bərabər digər allahların mövcud­lu­ğu haqqındakı bəyanatları isə ziddiyyətlidir. Onların gətirdikləri “sübutlarına” nəinki tamamilə inandırıcı deyil deməyə, onları hətta şübhəli adlandırmağa belə ehtiyac yoxdur.

Qoy ağıllı qərar qəbul etməyə qadir olan hər kəs bu şahid­liklərdən birinə üstünlük versin. Biz isə üstünlüyü Allahın üstün tutduğu Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) veririk ki, bizə onun yolu ilə getmək əmr olunmuşdur. Biz, bir Allahın varlığını qəbul edirik ki, Ondan başqa ibadətə və sitayişə layiq olan yoxdur və Ondan başqa digər yaradanlar və hökmdarlar da yoxdur. Biz, Allaha şərik qoşulan hər hansı bütü, heykəli və digər uydurulmuş tanrıçaları inkar edirik. Bu etiraf – Tək Allahın ilahiliyinin etirafı və qalan bütün yaradılmışların ilahiliyinin inkarı – həqiqi tövhidin mahiyyətidir.
             
(6.20) “Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını ta­nı­dıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!”
Tövhidin gerçəkliyi haqqında Öz şəhadətini və Elçisinin (ona Allahın salavatı və salamı olsun!) şəhadətini və həmçinin heç bir elmi olmadan tövhidi inkar edən müşriklərin şəhadətini açıqla­dıqdan sonra, Fövqəluca Allah bildirir ki, Kitab əhli – yəhudilər və xristianlar – təkcə Ona ibadətin haqq olduğundan, öz doğma oğullarını tanıdıqları kimi, agahdırlar. Onlar tək Ona ibadət etməyin zəruriliyinə, öz doğma övladlarına, xüsusilə, bir qayda olaraq, ataları ilə birlikdə olan oğullarına şübhə etmədikləri kimi, şübhə etmirlər.

Başqa bir şərhə görə isə, bu ayədəki əvəzlik32 Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) aiddir. Ondan aydın olur ki, Kitab əhli onun (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin həqiqiliyinə şübhə etmirlər, çünki sonuncu peyğəmbərin xüsusiyyətləri haqqında öncə vəhy edilən çoxsaylı xəbərlər33 onlara məlumdur və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məziyyətlərinə tamamilə uyğundur və başqa heç kimə uyğun gəlmir. Şübhəsiz ki, hər iki şərh bir-biri ilə qarşılıqlı bağlıdır.

Sonra Allah xəbər verir ki, əgər insanlar imanı və tövhidi unudurlarsa, halbuki insanlar məhz onlara görə xəlq ediliblər, onda Şan-şöhrətli Hökmdarın mərhəmətindən məhrum edilirlər. Onlar – islahedilməz kafirlərdir və əgər insan imandan məhrum­dursa, onda onu gözləyən təsəvvür olunmayan dərəcədə böyük zərər və uğursuzluq haqqında hətta heç soruşmaya da dəyməz.
              
(6.21) “Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”
Burada sadalanan keyfiyyətlərdən birinə malik olanlardan daha zalım insan yoxdur. Onda eyni zamanda Allaha həm böhtan atan və həm də Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) gətirdiyi ayələri yalanlayan kəslər haqqında nə demək ola? Belə adam ən qəddar zalımdır və heç vaxt uğur qazana bilməz. Bu, Allaha yalan istinad etməyə çalışanların və Onun şəriklərinin və ya köməkçilərinin olduğunu iddia edənlərin, başqa ilahlara ibadəti zəruri sayanların, Allahın zövcəsi və ya oğlu olduğuna inananların, Allahın elçilərinin (Allahın onlara salamı olsun) gətirdiyi və onlardan sonra onların dini varislərinin təbliğ etdikləri haqqı dananların hamısına aiddir.
            
(6.22) “O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?!”
Ayədə Fövqəluca Allah müşrikləri Qiyamət günü gözləyən aqibət haqqında xəbər verir. Onları qınayacaq və Allaha qoşduqları şərikləri haqqında onlardan soruşacaqlar. Şübhəsiz ki, Onun şəriki yoxdur, lakin müşriklərdən bu barədə soruşacaqlar, çünki onlar böyük bir yalan uyduraraq şəriklərin olduğunu söyləyirdilər.

            
(6.23) “Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” de­m­ək­dən başqa heç bir çarələri qalmayacaq”.
Onları sınayacaq və ibadət etdikləri “ilahlar” haqqında soruşacaqlar, lakin onlar Allaha şərik qoşduqlarını inkar edəcəklər. Onlar and içəcəklər ki, heç vaxt bütpərəst və müşrik olmayıblar.
          
(6.24) “Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!”
Gör onların davranışı necə də biabırçıdır! Allaha and olsun ki, onlar yalan uydururlar və bu yalan onları böyük ziyana uğradacaq və onlara nəhəng zərər vuracaq, çünki onların Allahla bərabər ibadət etdikləri onlardan üz döndərəcək və onları tərk edəcəklər. Həqiqətən, Allah onların uydurduqlarından sonsuzluğa qədər uzaqdır!

                                

(6.25) “(Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlman­lara qarşı düşmən hərəkətlərinə görə) onu (Quranı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcət­lə­şərlər. Kafir olanlar: ”Bu, qədimlərin əfsanələrin­dən (nağıllardan) başqa bir şey de­yildir!” - deyərlər”.
Müşriklərin arasında elələri də var ki, onlar bir sıra hallarda sənin xütbələrini dinləməyə gəlirlər. Lakin onlar bunu həqiqəti öyrənməyə və ona itaət etməyə can atdıqları və xoş niyyətdə olduqları üçün etmirlər və elə ona görə də xütbələri dinləmək onlara fayda vermir. Onların ürəkləri pərdə ilə örtülmüşdür və o, onlara Allahın sözlərini başa düşməyə imkan vermir və Allahın sözlərini belə günahkarlardan qoruyur, onların qulaqları isə kar edilmişdir ki, onlara xeyir gətirən sözləri eşitməsinlər.

Gördükləri istənilən möcüzə onları onsuz da möminlərə çevirməyəcək, çünki onların zalımlığı və inadkarlığı son həddə çatmışdır. Onlar haqqa dəlalət edən açıq-aydın ayələrə tabe olmaq istəmirlər və onların həqiqiliyini qəbul etmirlər. Əksinə, müşriklər öz yalançı baxışlarını qorumaqda davam edərək, həqiqəti təkzib edə biləcəklərinə ümid bəsləyirlər. Onlar bəyan edirlər ki, göydən nazil edilən vəhylər qədim xalqların, insanlar tərəfindən yazılmış nağıllarından götürülmüşdür. Onlar vəhyləri, Rəbbin elçiləri tərəfindən gətirilmiş Allahın sözü hesab etmirlər və bunun səbəbi onların kafirliyindədir. Məgər keçmişdən və gələcəkdən verilən xəbərlərdən ibarət olan, peyğəmbərlərin və elçilərin gətirdiklərini və təbliğ etdikləri həqiqəti, qərəzsizliyi və mütləq ədaləti izah edən Kitab qədim xalqların nağılları ola bilərmi?!
           
(6.26) “(Müşriklər özlərinə uyanları Quranı) dinləməyi qadağan edər, özləri də onlardan uzaq durarlar. Onlar (başqalarını deyil), yalnız özlərini həlak edər, lakin (bunun) fərqinə varmazlar”.
Allaha şərik qoşan və Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) yalançı sayan müşriklər, nəinki azğınlıq zülməti içində özləri dolaşır, həm də başqalarını azğınlığa salırlar. Onlar insanları həqiqi Təlimdən istifadə etməyə mane olur, xəbərdar edir və hətta ondan uzaqlaşdırırlar. Lakin onlar öz əməlləri ilə nə Allaha və nə də Onun mömin bəndələrinə ziyan vura bilmirlər. Müşriklər ancaq özlərini məhv edir, lakin bunu başa düşmürlər.
ﰔ ﰕ ﰖ ﰗ ﰘ ﰙ ﰚ ﰛ ﰜ ﰝ ﰞ ﰟ ﰠ ﰡ ﰢ ﰣ ﰤ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ
(6.27) “(Ey Elçi!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin!”

(6.28) “Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsay­dılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!”
Fövqəluca Allah bu ayələrdə Qiyamət günü özlərinin Odpüskürən Cəhənnəm qarşısına düşdüklərini görəcək müşrik­lərin vəziyyəti barədə xəbər verir. Onları Cəhənnəm qarşısında saxlayacaqlar ki, tənə və danlaqlara qulaq assınlar. Bu, dəhşətli bir səhnə və ürəkparçalayan bir tamaşa olacaq. Onlar kafirliyə etiqad etdiklərini və Allaha itaət etməkdən yayındıqlarını boyunlarına alacaq və onları yenidən Yer üzünə qaytarmağı diləyəcəklər. Onlar bir daha heç vaxt Allahın ayələrini inkar etməyəcəklərinə və əsil mömin olacaqlarına söz verəcəklər, lakin onlar bunu ona görə edəcəklər ki, əvvəllər gizli saxladıqları artıq onlara bəyan olacaq.

Onlar çox vaxt başa düşürdülər ki, yalançılıq edirlər, lakin onlar bunu öz ürəklərində gizlədirdilər. Yaramaz niyyətli olmaları onlara yalandan əl çəkməyə imkan vermir və onların qəlbini xeyirxahlıq etməkdən döndərirdi və buna görə hətta Axirət günü onların vədləri yalan olacaqdır. Müşriklər ancaq onlara doğru yönəlmiş cəzanı özlərindən uzaqlaşdırmaq üçün vədə verəcəklər və əgər onları geri döndərsəydilər, yenə də qadağan olunmuş əməllərə yol verərdilər, çünki onlar – yalançıdırlar.
          ﭺﭻ ﭿﮀﮁ
(6.29) “(Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər”.

(6.30) “Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: “Bu, (öləndən sonra dirilmək) haqq deyilmi? Onlar: ”Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)” – deyə cavab verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz kafirliyə görə dadın əzabı!”.
Onlar dirildiləcəklərini inkar edir və deyirdilər: “Təkcə dünya həyatı vardır və biz yaradılmışıq ki, bu dünyada yaşayaq. Biz heç vaxt dirildilməyəcəyik!” Lakin, sən onları Rəbbi qarşısında saxlandıqları zaman görsəydin, qarşında dəhşətli bir mənzərə açılardı. Onları danlayacaq və məzəmmət edəcəklər: “Məgər gördüyünüz bu cəza həqiqi deyilmi?” Ancaq belə olduqda, onlar gerçəkliyi etiraf edəcəklər. Lakin bu, onlara fayda verməyəcək və onlar kafir olduqları üçün cəzanı dadmalı olacaqlar.
                          
(6.31) “Allahın hüzurunda duracaqlarını inkar edən kimsə­lər, həqiqətən, zi­ya­na uğra­mış­lar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günah­larını dalla­rında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlə­ri­mi­zə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!”
Allahla görüşəcəklərini yalan hesab edən insanlar mütləq böyük zərərə uğraya­caq və hər cür yaxşılıqlardan məhrum ediləcəklər. Kafirlik onları əxlaqsız cinayətlər və ağır günahlar törətmə­yə vadar edir və buna görə cəza anı onları ən pis vəziyyətdə, ən yaramaz əməllər törətdikləri şəraitdə, qəflətən yaxalayır. Bu zaman kafirlər təəssüflənir və törətdikləri haqqında deyirlər: “Dünyada əlimizdən çıxanlara görə vay bizim halımıza!” Lakin bu barədə peşmançılıq çəkmək artıq çox gecdir və onlar öz murdar yüklərini çiyinlərində daşımalıdırlar. Bu yük onlara ağır gəlsə də, ondan xilas ola bilməyəcəklər. Onlar Cəhənnəmə əbədi qalmaq üçün düşəcək və Qüdrətli Hökmdarın tükənməz qəzə­binə uğrayacaqlar.
             
(6.32) “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?”
Dünya həyatı, mahiyyət etibarı ilə, oyun və kefdir: bədən üçün – oyun, qəlb üçün isə kefdir. O, insanları başlarını itirməyə məcbur edir, onların qəlbi kefə-işrətə bəslə­dik­ləri məhəbbətdən dolub daşır və onların bütün fikirləri təkcə onun haqqında düşünməklə məşğul olur. Balaca uşaqları oyuncaqlar əyləndirdiyi kimi, insanları da kef çəkmək cəlb edir. Əgər insan təqvalıdırsa, Axirət həyatı onun üçün bu dünya həyatından öz keyfiy­yət­lərinə və uzunmüddətliliyinə görə daha gözəl olacaqdır. Sonuncuda insanın qəlbinin arzuladığı bütün mümkün nemətlər bir yerə toplanacaqdır ki, insan onları gördükdə heyran olacaq və onlar insana hədsiz sevinc və ləzzət bəxş edəcəkdir. Amma bu nemətlər heç də hamıya nəsib olmayacaqdır – o nemətlər təkcə Allahın hökmlərini yerinə yetirən və Onun haramlarından çəkinən təqvalı möminlərə nəsib olacaqdır. Doğrudanmı insanlar bu iki həyatdan hansına üstünlük vermək lazım olduğu haqqında düşünmək və onu anlamaq qabiliyyətinə malik deyillər?
              
(6.33) “Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədər­lən­dirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.
Ey Muhəmməd! Bizə məlumdur ki, kafirlərin sənin haqqında dedikləri səni kədərləndirir və incidir. Biz sənə layiqincə səbir etməyi tapşırmışıq və bunu ona görə etmişik ki, sən uca yüksəkliklərə nail olasan və böyük uğur qazanasan. Elə düşünmə ki, imansızlar belə dəhşətli sözləri sənə sənin peyğəmbərliyinin haqq olmasına şübhə etdikləri üçün deyirlər. Onlar səni yalançı saymırlar. Əksinə, onlar sənin haqlı olduğuna inanırlar, sənin əməllərin və rəftarın haqqında bilirlər. Sənə peyğəmbərlik verilənə qədər onlar səni əbəs yerə “əmin” və “etibara layiq olan” adı ilə adlandırmırdılar. Onların sözləri sənin vasitənlə Allahın onlara göstərdiyi ayələrini inkar etmələri izah olunur.
                      

(6.34) “Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət veril­dikləri şeylərə dözdülər. Nəhayət, Bizim kömə­yimiz onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi vədləri) dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bəzisi sənə gəlib çatdı”.
Sənə qədər də kafirlər Allahın elçilərini yalançı adlandırar­dılar, onlar isə kafirlərin etdikləri haqsızlığa və təhqirlərə səbirlə dözürdülər. Sən də onlar kimi səbirli ol və sən hökmən, onlar kimi, qələbə çalarsan. Sənə elçilərimiz haqqında hekayətlər artıq məlumdur, onlar sənin qəlbini möhkəmlətməli və sənə inam verməlidir.

                            
(6.35) “Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən) bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə verdiyimizdən daha yaxşı) bir möcüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir, hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru yola salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmələrini istədiyini) bilməyənlərdən olma!”
Sən onları düz yola gətirməyə səy göstərir və onları haqq dinə döndərmək istə­yirsən, lakin onların dinə qarşı nifrəti səni çətinliyə salmaqda davam edirsə, onda sən bütün imkanlarından istifadə et ki, Allahın düz yola gətirmək istəmədiklərini düz yola gətirəsən. Əgər sən yerdə bir lağım tapıb və ya göyə nərdivanla çıxıb onlara möcüzə gətirə bilsən, gətir, hətta bu da onlara fayda verməz. İnadkarlıq edən allahsızları doğru yola gətirə biləcəyinə ümid bəsləmə. Allah istəsəydi, onları düz cığıra salardı, lakin Allahın hikməti tələb edir ki, onlar azğın halda qalsınlar. Sənə isə, bunun mahiyyətini anlamayan və hər şeyi öz yerində qoymayan cahillər arasında olmaq yaraşmır.
           
(6.36) “(Sənin dəvətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar”.
Ey Peyğəmbər! Təkcə o şəxslər sənin çağırışına cavab verə, sənin peyğəmbərliyini qəbul edə, hökmlərinə və qadağalarına itaətkarlıq göstərə bilər ki, onlara fayda verən şeylərə bütün qəlbi ilə diqqət yetirə bilsinlər. Belə insanlar dərrakəli və dinləmək qabiliyyətinə malik olanlardır.

Burada dinləmək qabiliyyəti adı altında, möminlərin də, kafirlərin də bacardığı sadəcə qulaqları ilə eşitmək deyil, ürəkdən qulaq asmaq və çağırışa cavab vermək qabiliyyəti nəzərdə tutulur. Fövqəluca Allah həqiqəti, öz işlərinə görə məsuliyyət daşıyan bütün məxluqlarının nəzərinə çatdırmışdır. Onların hamısı Onun ayələrini eşitmişlər və əgər onlar ayələri qəbul etməkdən boyun qaçırmışlarsa, öz hərəkətlərinə bəraət qazandıra bilməyəcəklər.

Sonra Allah bildirir ki, ölülər dirildiləcək və Onun hüzuruna qaytarılacaqlar. Bir şərhə görə, bu sözlərin mənası bundan əvvəlki ifadənin mənası ilə müqayisə edilməlidir, yəni peyğəmbər çağırışına ancaq canlı qəlbə malik olan insanlar cavab verə bilərlər, çünki qəlbi artıq ölmüş kəslər onlara xoşbəxtlik və xilas gətirə bilən şeyləri başa düş­mürlər. Onlar peyğəmbər çağırışına diqqət yetir­mirlər və onun hökmlərinə itaət etmirlər, Qiyamət günü başlandıqda isə Allah onları dirildəcək və Öz dərgahında toplayacaq.

Ayənin açıq-aydın mənasına istinad edən başqa bir şərhə görə isə Fövqəluca Allah ayədə diril­dilmənin gerçəkliyini təsdiq edir və Qiyamət günü ölüləri dirildəcəyini və sonra da onlara etdikləri əməllər barədə xəbər verəcəyini vəd edir. Bu halda, şərh etdiyimiz ayə qulları Allahın və Onun Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun!) çağırışına cavab verməyə ruhlandırır və onları itaətsizlik göstərməkdən çəkindirir.
                   
(6.37) “(Məkkə müşrikləri) dedilər: “Məgər ona (Peyğəmbərə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Allah möcüzə endirməyə qadirdir. Lakin onla­rın çoxu (belə bir möcüzə göndərildikdə, onu inkar edəcəkləri təqdirdə başla­rına gələcək müsibət və fəlakəti) bilməz!”
Ey Muhəmməd! Sənin gətirdiyin dinə iman gətirməkdən inadkarcasına boyun qa­çıran kafirlər, öz fərasətsiz ağıllarına və pozğun istəklərinə əsaslanaraq, görmək istədik­ləri möcüzəni Allahın nazil etməməsindən hiddət­lənmişlər.

(Quranın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər) belə dedilər: “Bizə yerdən (Məkkədən) bir bulaq çıxar­ma­yınca sənə iman gətirmə­yəcəyik. Yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (Ey Elçim!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxlu­qata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)” (İsra, 17/90-93).



Allah insanlara istənilən möcüzə göstərməyə qadirdir, axı Onun qüdrətinin həddi-hüdudu yoxdur. Məgər ola bilər ki, bütün yaradılmışların Onun qarşısında itaət etdikləri və Onun hökmranlığının bütün varlıqlara aid olduğu bir halda, başqa cür mümkündürmü?! Lakin insanların əksəriyyəti biliyə malik deyil. Onlar öz nadanlıqları üzündən, onlara bədbəxtlik gətirə bilən möcüzələr göstərilməsini tələb edirlər. Axı əgər onlar bu möcüzələri gördükdən sonra da iman gətirməkdən boyun qaçırsalar, onlar elə o saat cəzalandırılacaqlar. Allahın müəyyən etdiyi dəyişməz qaydaları belədir!

Əgər onlar haqqı tanımalarına və doğru yolu aydınlaşdı­racaqlarına imkan verəcək möcüzələr görmək istəyirlərsə, onda Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) artıq onlara öz təliminin gerçəkliyini təsdiq edən təkzibolunmaz möcüzələr göstərmiş və inandırıcı dəlillər gətirmişdir. Bunun sayəsində Allahın qulları hər hansı bir dini məsələ ilə əlaqədar, onların qəlbində şübhəyə yer qoymayan çoxsaylı məntiqi sübutlar və inandırıcı mətnlər tapa bilərlər.

Şan-şöhrəti mübarək Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) ən gerçək təlim və haqq dinlə göndərmiş və onun həqiqi peyğəmbərliyini aydın ayələrlə təsdiq etmişdir ki, həlak olanlar tam aydınlıq içində həlak olsunlar, həyatda qalanlar da tam aydınlıq içində yaşasınlar! Eşidən və Bilən Rəbbin Şanı Ucadır.
                      
(6.38) “Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləş­dirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniy­yətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir”.
Yerdə məskunlaşan və göydə uçan bütün canlı varlıqlar, ev heyvanları, vəhşi heyvanlar və quşlar cəm halındadırlar və insan cəmiyyətinə bənzərlər. Axı Allah onları Öz qüdrəti və Öz yenilməz iradəsi sayəsində onları xəlq etmişdir və bu, həmçinin bütün bəşəriyyətə münasibətdə də qeyd-şərtsiz şamil və icra edilir. O, Öz Kitabında heç nəyi unutmamışdır. O, Qorunan Lövhəsində34 bütün mühüm və ya azəhəmiyyətli hadisələri yazmışdır və onların hər biri, Qorunan Lövhədə Qələmin yazdığına tam uyğun olaraq baş verir.

Bu ayə ilk Kitabın Kainatda baş verən hər şey haqqında məlumatı özündə əks etdirdiyinə dəlalət edir. Buna iman isə Allahın qədərinə və taleyə imanın ibarət olduğu dörd tərkib hissədən birini təşkil edir. Allahın bütün varlığı əhatə edən biliyinə iman; Allahın bütün məxluqlara aid yazısı; Onun iradəsinin bütün baş verənlərə qeyd-şərtsiz şamil olması; və Onun bütün məxluqları və onların əməllərini yaratması bu tərkib hissələrə aiddir.

Digər bir şərhə görə isə, bu ayədə Kitab adı altında Müqəddəs Quran nəzərdə tutulur. Belə olduqda, onun mənası aşağıdakı ayənin mənasına oxşayır: “...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (Nəhl, 16/89).

Sonra Allah xəbər verir ki, bütün xalqlar nəhəng və qorxunc bir meydanda Onun qarşı­sında toplanacaqlar və o zaman Allah Öz mərhəməti və ədalətinə müvafiq olaraq hər bir insana layiq olduğunun əvəzini verəcək. Onun çıxardığı hökmə görə məxluq­ların birinci və sonrakı nəsilləri, göylərin və yerin bütün sakinləri Onu tərifləyəcəklər.
                 
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə