Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə18/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   14   15   16   17   18   19   20   21   ...   69

Elbəyi CƏLALOĞLU 
56 
–  deyə  dostlarının  səsinə  səs vermişdi.  Bu  aralıqda  Şəms 
Təbrizi, Mövlana Cəlaləddinə müridlərini bekar qoymama-
sını təkid etsə də, Mövlana buna məhəl qoymadığını və yal-
nız onu dinləmək istədiyini bildirmişdi... 
Aradan  xeyli keçmişdi,  aylar bir-birini  əvəz  edirdi, 
Mövlana  demək  olar  ki,  tamamilə  Şəms Təbrizi havasına 
köklənmişdi. Hər iki dahi qurduqları mükalimələrdən doy-
mur,  fikir mübadiləsi aparırdılar. Lakin  Mövlana  Cəlaləd-
din, Şəms Təbrizinin sehrindən ayrılıb mədrəsəyə gedə bil-
mədiyi  üçün  müridlərin  etirazları  səngimək  əvəzinə  daha 
da  güclənirdi.  Son  vaxtlar gənc müridlərin  valideynləri  də 
bu qalmaqala qoşulmuşdular. Məsələ  get-gedə  qızışıb  o 
həddə çatmışdı ki, onlara imkan verilsəydi Şəms Təbrizinin 
hər tikəsini qulağı boyda edərdilər... 
Son günlərin birində söz-söhbətdən, dedi-qodudan zin-
hara gəlmiş  Şəms Təbrizi  Şama getmək istədiyini  bildirdi. 
Mövlana Cəlaləddin Rumi onun bu təklifinə etiraz edərək, – 
bəs, sizin hikmətli sözlərinizi mən kimdən eşidəcəm? – deyə 
sual dolu gözlərini ona zillədi. Mürşidi-kamil heç düşünmə-
dən, – əgər mənim deməyə bir sözüm olsa və bütün dünya 
ağzımı yumsa ki, o sözü deməyim, həmin söz min il sonra 
da olsa, mən istəyən şəxsə çatacaq! – dedi. Beləliklə, Mövla-
nanın  davamlı  etirazlarına  baxmayaraq  Şəms Təbrizi  Kon-
yaya gəlişindən bir il dörd ay sonra – 1246-cı il martın 11-də 
buradan Şama yola düşdü... 
Ustadından ayrı düşmüş Mövlana Cəlaləddin Rumi bu 
xiffətə  dözə  bilmirdi,  anasından  ayrı  düşmüş  körpə  kimi 
günü-gündən  sozalırdı.  O,  tez-tez özünə  qapanır,  dərdi 
dərd üstünə qalamaqla ürəyini üzürdü. Bəzən də fikirli hal-
da ətrafı gəzib dolaşır, Şəms Təbrizinin kəlamlarını yada sa-
laraq onların dərinliyinə baş vururdu, bir sözlə, onun mənə-
vi  dünyasında  vulkan  püskürürdü.  Belə  bir vəziyyətdə 
dostları  Səlahəddin  Zərkub və  Hüsaməddin  Çələbi  onu 
gözdən qoymurdular, ona təsəlli verməyə çalışırdılar. Lakin 
Mövlana  Cəlaləddin  üzüntülər  fırtınasından  yaxa  qurtara 
bilmirdi. O, son vaxtlar Şəms Təbrizinin xiffətinə dözməyə-


Eşq dənizləri qovuşanda 
 
57 
rək qəm-kədərlə yüklənmiş şeirlər də qoşmağa başlamışdı. 
Onun dediklərini isə Hüsaməddin Çələbi kağıza köçürürdü. 
Bir gün Mövlana yenə hisslərə qapılıb dəlicəsinə şeir söylə-
məyə  başladı.  Hüsaməddin  kağız-qələmi  çıxardaraq mane 
olmamaq məqsədilə  onun  mətərisində  dayanıb  dediklərini 
yazmağa başladı: 
 
Mən bir şam oldum, sən atəş, 
Yanmadım sənsiz, ya Şəms! 
Can canansız edər təlaş, 
Varar bədənsiz, ya Şəms! 
 
Yanar canım yara həsrət, 
Cismim olub gora həsrət. 
Ruhum bir diyara həsrət, 
Getməz imansız, ya Şəms! 
 
Eşq salmısan bu canıma, 
Ehtiras hopmaz qanıma. 
Məni Tanrı ünvanıma 
Al imtahansız, ya Şəms! 
 
Elmim gəlib Aydan duru
Helmim Yaradanın nuru. 
Fitrətimdə vicdan suru, 
Olmaz ərkansız, ya Şəms! 
 
Cəlaləddin gəlib hala, 
İdrakımda qurdum qala. 
Könlüm Meraca mübtəla, 
Qoyma məkansız, ya Şəms! 
 
Mövlana indi bu minvalla özündə qəribə duyğular hiss 
edir, anlamadığı hisslər keçirdirdi. Bunun Şəms Təbrizi həs-
rəti, yoxsa Mürşidi-kamilin təlqin etdiyi müqəddəs varlığa 
olan ilahi sevginin həsrəti olduğunu heç özü də düzəməlli 


Elbəyi CƏLALOĞLU 
58 
kəsdirəmmirdi. 
Günlərin  birində  Mövlana  Cəlaləddin  elə  bu qeyri-adi 
hisslərin  burulğanında  dolaşdığı  zaman  yaxınlıqdakı  də-
mirçinin  zindanından  qopan  aramsız  çəkic səslərini  eşitdi. 
O, bir anlıq yeni bir varlıqla rastlaşırmış kimi gözlərini gö-
yün dərinliklərinə dayayıb eşitdiklərinə qulaq verməyə baş-
ladı. Bu səslər onun qəlbinin dərinliklərində nə isə anlaşıl-
maz,  lakin  olduqca məhrəm  duyğular oyadırdı.  Çəkicin 
vəznli taqqıltıları get-gedə Mövlananın qəm yüklü qəlbinin 
döyüntülərinə  çevrilir,  ruhunun  sonsuzluğundan,  göylərin 
dərinliyindən gələn ilahi bir musiqiyə dönürdü. Çəkiclə zin-
danın  yaratdığı  bu  qeyri-adi  lətafətdən,  möcüzələrlə  dolu 
ahəngdar havadan vəcdə gələn Mövlana Cəlaləddin Rumi, 
birdən yerində dövrə vuraraq rəqs etməyə başladı. Ətrafda-
kılardan kiminin ona baxıb heyrətləndiyini, kiminin güldü-
yünü belə hiss etməyən Mövlana Cəlaləddin rəqs etməyin-
də xeyli davam etdi və bu rəqsi düşüncəsində get-gedə ni-
zamladı. Bir qədər keçdikdən sonra artıq çəkicin səsləri eşi-
dilirmirdi, ətrafdakılar Mövlananı dövrəyə almışdılar, hətta 
dəmirçinin  özü  də  bu mənzərənin  seyrinə  gəlmişdi,  lakin 
Mövlana  bütün  bunlardan  xəbərsizmiş  kimi,  öz aləmində
həmin musiqi altında rəqs etməyində idi... 
Bu,  hal  “Səma rəqsləri”nin  Mövlana  Cəlaləddinin  ru-
hunda və təfəkküründə təzahür edən ilk nümunəsiydi. Elə 
həmin vaxtdan başlayaraq Mövlana Cəlaləddin söhbətlərin, 
elmi mükalimələrin əvəzinə vaxtını ney, yaxud rübab dinlə-
məyə sərf edir və bu həzin musiqi sədaları altında Səma rə-
qsləri edirdi... 
 
 
 
 
 
 
 


Eşq dənizləri qovuşanda 
 
59 
V I   F Ə S İ L  
Cənnət və ölümsüzlük rəqsi 
Mövlana  Cəlaləddin  Rumi  son  vaxtlar gününü  musiqi 
dinləməklə,  rituallarda  keçirməklə  yanaşı,  həm  də  vaxtını 
Şəms Təbrizi düşüncəsinin özəlliklərini daha dərindən anla-
mağa  sərf  edirdi.  Beləliklə,  onun  təfəkkürü  insanlığın 
ümumbəşəri mahiyyətinə  çevrilmişdi  ki,  bu  da  sözün  əsl 
mənasında  iki  nəhəng  dənizin  ruhla bədən  kimi birləşmə-
sindən hüdudları təsəvvürəgəlməz bir ümmanın yaranması 
demək idi. “Əl-Quranul-Kərim”də də adı keçən acı və şirin 
dənizlər  misallı  və  heç bir quru sərhədi  olmamaqla  əsrlər 
boyu ayrı-ayrılıqda öz sirli məziyyətlərini qoruyacaq bu də-
nizlərdən  biri,  Mövlana  Cəlaləddin  Ruminin  mükəmməl 
təhsili,  yüksək səviyyədə  elmi və  dini  biliyi,  ikincisi isə 
onun  şürunda  bərqərar olmuş  Şəms Təbrizinin  qeyri-adi 
düşüncəsi, batini elmi, qapsamlı eşq hikməti idi. Səma rəqs-
ləri də Allahı dərk etmək üçün bu iki möhtəşəmliyin qarşı-
lıqlı təsiri nəticəsində Mövlana Cəlaləddin Ruminin ruhun-
dan doğan mükəmməl bir yenilik idi. 
Bir gün Mövlana rübab çalan musiqiçinin qarşısında da-
yanıb, onun nəfis ifasını dinləyirdi. Rübabın məlahətli səsi 
sanki  onu  öz  ağuşuna  almışdı.  Mövlana  Cəlaləddin  həzin 
musiqi səsindən zövq aldığından sol əli qoynunda, sağ əliy-
lə də çənəsini tutub fikir göylərində qartal kimi süzürdü. Bu 
vaxt Səlahəddin Zərkub ona yaxınlaşıb namaz vaxtının çat-
dığına işarə edərək dedi: 
– Ustad, günorta azanı oxunur! Bu zaman Mövlana Cə-
laləddin  yuxudan  oyanırmış  kimi oldu  və  bir  anlıq  fikirli 
halda, nəyisə götür-qoy edirmiş kimi ona baxdıqdan sonra 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə