Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   48   49   50   51   52   53   54   55   ...   81

110 
ümdə  ağırlaşmalardan  biri  olan  öd  kisəsi  xərçəngini  göstərmək  olar.  Ağırlaşmalar  ilk  müraciətlər 
zamanı  nadirən  rast  gəlirlər.  Öd  daşı  xəstəliyinin  kəskinləşməsi  zamanı  daha  çox  rast  gələn 
əlamətlər əsasən ağrının olması, inadlı yüngüllük gətirməyən qusmalar, ağrıların kürək nahiyəsinə 
irradiasiyası,  bəzi  hallarda  yüksək  temperaturanın  olması,  Mədə  nahiyəsinə  ağrı  irradiasiyası, 
ağrıların  dözülməz  xarakterdə  olması  əlamətləri  təşkil  etmişdir.  Daxil  olan  xəstələrin  əksəriyyəti 
uzun  müddət  keçdikdən  sonra  stasionara  müraciət  edirlər.  Bəzi  hallarda  isə  mexaniki  sarılıq 
əlamətləri  baladıqdan  sonra  xəstəxanaya  müraciət  edirlər.  Adətən  biliar  əlamətləri  olmayan  öd 
daşları təsadüfən USM, BT, qarnın ümumi rentgenoskopiyası və  ya laparotomiyalar zamanı aşkar 
olurlar. Biliar sancıların və ciddi ağırlaşmaların tezliyini araşdıran çox saylı tədqiqatlar aparılmışdır. 
Asimptomatok xəstələrin orta hesabla hər il 3% -i simptomatik hala gəlirlər. Simptomatik vəziyyətə 
gəlmiş xəstələrin hər il 3-5 % ağırlaşmalarla nəticələnir. 20 il müddətində xəstələrin ⅔  simptomsuz 
qalmaqda  davam  edirlər.  Simptomsuz  öd  daşları  ağırlaşma  vermədikləri  üçün  nadir  hallarda 
profilaktik xolesistektomiya əməliyyatına məruz qalırlar. Bununla yanaşı diabetik xəstələr, xərçəng 
xəstəliyinə  meyillik  olan  pasiyentlərdə  profilaktik  xolesistektomiya  məsləhət  görülür.  Öd  kisəsi 
divarının  kalsinatlaşması  və  yaxud  çiniyəbənzər  öd  kisəsinə  malik  xəstələrdə  xolesistektomiya 
mütləq icra olunmalıdır.  

 
Daşlar növlərinə görə çöx müxtəlif olurlar. Daşlar kisədə bir neçə əddədən  yüzlərlə ədədə 
çata  bilirlər.  Formaları  dairəvi,  boçkayabənzər,  siqarabənzər,  tut  meyvələrinə  oxşar  ola  bilirlər, 
ölçüləri  isə  qum  dənələrindən  toyuq  yumurtasıböyüklüyünə  qədər  çata  bilirlər.  Kimyəvi  tərkibinə 
görə daşlar piqment və qarışıq formalara ayrılırlar.  Xolesterin daşları öd kisəsində iltihabsız əmələ 
gəlirlər,  solğun  sarı  rəngdə  olurlar,  suda  üzürlər,  göy  alaovla  yanırlar,  mişarla  kəsdikdə  şüalı 
quruluşa  malik  olurlar,xolesterin  kristalları  aydın  görünür.  Xarici  görkəminə  görə  tut  meyvəsini 
xatırladır,  səthi  kiçikdanəli  görünür,  ancaq  hamarsətli,  tək  və  çoxsaylı  da  ola  bilərlər, 
rentgenokontrast olmurlar.  

 
Bilrubin  daşları  da  aseptik  mühitdə  bilverdindən  əmələ  gəlirlər.  Tünd  çəhrayı  yaxud  tam 
qara  rəngli  olurlar.  Bu  cür  daşlar  eritrositlərin  parçalanmasından  (hemolitik),  qanda  qeyri-düz 
bilrubinin  çoxluğundan  (sərbəst)  əmələ  gəlirlər.  Kiçik  və  böyükölçülü  ola  bilirlər.  Piqment 
daşlarının mikrostrukturunda 80% hallarda bakterial mikroflora aşkar edilir.  

 
Kalsium-  əhəng  qarışığı  daşları  ağ-boz  rəngli  olur,səthi  qeyri-düzgün  nahamar  formasız 
təsadüf  edir,  belə  daşlar  adətən  iltihab  şəraitində  əmələ  gəlirlər.  Xüsusi  müayinələrlə  aşkar 
olmuşdur ki, istənilən öd daşlarının tərkibində əhəng qarışığı tapmaq olar. Deməli öd daşları adətən 
qarışıq quruluşlu olurlar.  
Xolelitogenezdə müasir baxışlar:  Uzun müddətdir ki, öd daşları xəstəliyinin əmələ gəlməsi 
üçün üç faktorun öd kisəsi divarında iltihabi dəyişikliyin, öd durğunluğunun və lipidlərin metabolik 
pozğunluğunun  əhəmiyyəti  böyükdür.  Daşın  əmələ  gəlməsi  üçün  öd  tərkibinin  dəyişilməsi- 
disxoliyanın baş verməsi vacib şərtlərdəndir. Ödün bufer sisteminin, onun elektrolit sahəsinin, pH , 
lipid  tərkibinin  dəyişilməsi  də  əhəmiyyətli  dərəcədə  rol  oynayır.  Disxoliyanın  əsas  səbəbi  yağlı 
qidalardan,  endokrin  təsirdən  (hipotireoz)  və  estrogenin  artıq  ifraz  olunmasından  asılıdır.  İkincili 
disxoliya  xolesterozlar  zamanı  43,7-  77,4%  hallarda  öd  daşları  təsadef  edir.  Uzun  müddətdir  ki, 
tədqiqatçılar  öd  daşlarının  mayası  ilə  maraqlanırlar.  Öd  daşlarının  da  ilk  əmələgəlmə  nüvəsi  olur, 
sonradan  onun  ətrafindakristalizasiya  inkişaf  edərək  daşlara  çevrilirlər.  Son  illərdə  daşların 
nüvələrini  aşkar  etmək  üçün  spektral  analiz,  histokimyəvi  üsul,  Rentgenoloji  müayinə,  elektron 
mikroskopiyadan istifadə edirlər. 
Öd daşları məhlulun içərisindəki çöküntülərin çökməsi nəticəsində baş verir. Ödün daxilində 
həll  olan  orqanik  maddələr  bilrubin,  öd  duzları,  fosfolipidlər  və  xolesreroldan  ibarətdir.  Qərb 
öıkələrində  öd  daşlarının  əksəriyyəti  80%  xolesterol,  15-20%  piqment  daşları  təşkil  edir.Piqment 
daşları ən çox Asiya ölkələrində rast gəlinir.  
İşin  məqsədi:    Naxçıvan  MR-da  öd  daşı  xəstəliyinin  rastgəlmə  tezliyinin,  müayinə  və  
diaqnostika  metodikaları,  cərrahi  müalicəsi  üsullarının  praktiki  tətbiqinin  öyrəlilməsi  təşkil 
etmişdir.  
 


111 
Material  və  metodlar:  Tədqiqat  işi  2008-  2015  ci  illər  müddətində  Naxçıvan    MR-nın 
müxtəlif müalicə müəssisələrinin cərrahi şöbələrində: Naxçıvan Respublika xəstəxanası, Naxçıvan 
Diaqnostika  mərkəzi,  ‹‹Şəfa››  özəl  tibb  mərkəzində  öd  daşı  xəstəliyinin  kəskinləşməsi  və  xroniki 
daşlı  xolesistit  diaqnozları  ilə  xəstəxanalara  daxil  olmuş  xəstələrin  sayı,  müayinə  və  diaqnostika 
üsullarını eyni zamanda cərrahi müalicə üsullarını praktiki yerinə yetirilməsini əhatə etmişdir. Cəmi 
xəstəxanalara 1063 nəfər öd daşı xəstəliyi diaqnozu ilə  daxil olmuşdur. Daxil olan xəstələrin 128 
nəfəri kəskin əlamətlərlə, 935 nəfəri isə xroniki daşlı xolesistit diaqnozuna görə müraciət etmişlər. 
Xəstələrin  624  nəfəri  kənd  əhalisi,  439  nəfərini  isə  şəhər  əhalisi  təşkil  etmişdir.  Xəstələrin  886 
nəfəri  qadıllardan,  177  nəfəri  isə  kişılərdən  ibarət  olmuşdur  yəni  qadınların  kişilərə  nisbəti  6:1 
bərabər  olmuşdur.  2008-ci  ildə  142  nəfər  xəstə  xəstəxanalara  daxil  olmuşdursa,  2015–ci  ildə  bu 
rəqəm 245 nəfərə bərabər olmuşdur.  Operasiyalar açıq və qapalı üsullarla yerinə yetirilmişdir. Açıq 
üsulla 745 nəfər, qapalı üsulla isə 318 nəfər xəstə üzərində operasiya icra edilmişdir. Xəstələrin yaşı 
7-81  arasında  dəyişilmişdir.  Daxil  olan  xəstələr  anamnestik  müayinə  olunmuş,  şikayətləri 
dinlənilmişdir.  Daxil  olarkən  xəstələr  kəskin  dözülməz  ağrılardan,  inadlı  qusmalardan,  ağrıların 
kürək  nahiyəsinə  irradiasiyasından,  köpün  olmasından,  ağızda  acılıq  hissinin  olmasından, 
sarılığınolmasından,  dəri  qaşınmalarından,  yuxusuzluqdan  şikayət  etmişlər.  Aparılan  sorğulardan 
müəyyən  edilmişdir  ki,  xəstələr  uzun  müddət  daş  daşıyıcıları  olmuşlar.  Daxil  olarkən  bir  qayda 
olaraq  qanın  biokimyəvi  analizi,  şəkərin  təyini,  ümumi  bilrubin  və  onun  fraksiyaları,  zülalların 
miqdarı, qanda qalıq azot, kreatinin təyini, hepatitlər və başqa virus xəstəliklərinin müayinəsi təyin  
edilmişdir.    EKQ,    qarın  boşluğu  orqanlarının  USM,  ehtiyac  olduğu  vaxt  isə  KT-dan  istifadə 
olunmuşdur.  Diaqnoz  təsdiq  edildikdən  sonra  xəstələrdə  operasiya  riskləri  nəzərə  alınaraq 
operasiyaönü  hazırlıq  lazım  olduqda  aparılmışdır.  Hazırlığa  ehtiyac  olmadıqda  isə  anestezioloqla 
məsləhətləşilərək  anesteziyanın  növü  təyin  edilmişdir.  Xəstələr  açıq  və  qapalı  üsullarla  icra 
olunmuşlar.  Uzun  illərin  təcrübəsi  göstərir  ki,  hepatoduodelal  zonada  icra  edilən  operasiyalar 
zamanı braximorf  tipli insanlarda sağqabırğaltı kəsik, astenik tip xəstələrdə isə yuxarı orta kəsiyin 
aparılası  əməliyyatın  yerinə  yetirilməsinə  yaxşı  şərait  yaradır.  10  nəfər  xəstədə  yuxarı  orta  kəsik, 
qalmış  xəstələrdə  isə  sağ  qabırğaltı  kəsik  tətbiq  edilmişdir.  Bu  gün  əməliyyatın  ‹‹qızıl  standartı›› 
laparoskopik  xolesistektomiya  sayılır  və  xəstələr  daha  çox  bu  əməliyyata  meyillidirlər.  Prosesin 
kəskinləşməsi  dövründə  laparoskopik  xolesistektomiya  əməliyyatına  əks  göstərilər  artır  və  belə 
vəziyyət  müalicə  taktikası  seçimini  çətinləşdirir.  Xroniki  daşlı  xolesistitin  kəskinləşməsinin 
diaqnozunu vaxtında və düzgün qiymətləndirmədikdə əməliyyatın davam etmə müddəti uzanır, baş 
verə biləcək fəsadların  riski artır.  Öd daşı xəstəliyi zamanı cərrahi taktikanın seçilməsi (əməliyyat 
növünün)  əsasən  qaraciyər  altında    iltihabi  dəyişikliklərin  dərəcəsi  və  yayılmış,  yanaşı  gedən 
xəstəliklərin ağırlığı, eləcə də əvvəllər keçirdiyi müdaxilənin xarakteri ilə müəyyən edilməlidir. Ona 
görə  də  son  zamanlar  belə  hallarda  və  eləcə  də  digər  hallarda  görüntülü  endoskopik  yolla 
minilaparoskopiyadan  geniş  istifadə  edilir.  Bu  əməliyyatda  xəstənin  psixoloji  durumu  az 
dəyişir,toxumanın strukturu az zədələnir,öd kisəsi çıxarılması əməliyyatının gedişi qısa olur, kəsik 
isə 4-5 sm ölçüdə olur.  Xəstələrdən 100 nəfərində xolesistektomiya retroqrad, qalan xəstələrdə isə 
anteqrad  üsul  tətbiq  olunmuşdur.  30  nəfər  xəstədə  supraduodenal  xoledoxoduodenoanastomoz 
yerinə  yetirilərək  bağırsağa  öd  axımı  təmin  edilmişdir.  5  nəfər  xəstədə  daşın  öd  axarının  terminal 
hissəsinə  pərçim  olması  aşkar  edilmiş  və  onun  çıxarılması  mümkün  olmadığı  üçün  transduodenal 
papillosfikterotomiya  edilərək  daş  çıxarılmış  və  sonra  sfinkteroplastika  yerinə  yetirilmişdir. 
Xəstələr tam sağalma ilə  evə  yazılmışdır. 60 nəfər xəstədə  öd daşlarına  görə  xoledoxotomiya icra 
edilmiş  və  operasiyanın  sonunda  T-  varı  drenajla  xoledox  drenaj  olunmuşdur.  T-varı  drenajlar 
adətən  20-24  gündən  sonra  çıxarılmış  və  heç  bir  ağırlaşma  olmamışdır.  48  nəfər  xəstədə  öd 
yollarının zədələnmələri baş vermişdir və onlar vaxtında aşkar edilərək relaparotomiya edilmiş və 
aradan götürülmüşdür. 12 nəfər xəstədə damar zədələnmələri baş vermişdir, bu xəstələdə damarlar 
əldə olunaraq tikilmiş, mükəmməl hemostaz yaradılmışdır ağırlaşmalar olmamışdır. 6 nəfər xəstədə 
ekstrahepatik  öd  yollarında  zədələnmə  hesabına  öd  sızaqları  əmələ  gəlmişdir  bu  xəstələrdə  öd 
yolları ilə nazik  bağırsaq arasında RU üsulu ilə anastomoz  yaradılmış xəstələrdə ağırlaşmalar baş 
verməmişdir.  Xəstələrdən  200  nəfərində  yanaşı  olaraq  hipertoniya,  60  nəfər  xəstədə  isə  şəkərli 
diabet aşkar edilək operasiyadan əvvəl korreksiya edildikdən  sonra əməliyyat yerinə yetirilmışdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə