Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   87   88   89   90   91   92   93   94   ...   149

181 
 
edilir.  Mərcangilədən  hazırlanan  preparatlar  mədə-bağırsaq  pozuntularında  (ishal,  xüsusən 
uĢaqlarda)  ağrıkəsici,  anemiyada  (qanazlığında)  gözün  görmə  qabiliyətinin  artırılmasında 
(ekstrakolit)  və  s.  xəstəliklərin müalicəsində  iĢlədilir.  Yarpaqların tərkibində  neomirtilin  qlükozidi 
olduğuna  görə  qanda  Ģəkərin  miqdarının  azalmasında,  babasil  zamanı  və  sidik  kisəsində  olan 
daĢların ərdilməsində tətbiq edilir. M.A.Nosal (1959) qeyd edir ki, mərcangilə meyvəsi ilə çiyələk 
meyvəsinin  qarıĢığının  dəmləmə  və  cövhəri  böyrək  daĢlarının  tökülməsində  və  eləcə  də  kəskin 
ağrıların  qarĢısının  alınmasında  daxilə  qəbul  edilir.  Tibbi  ədəbiyyatlarda  qeyd  edilir  ki,  elmi-
tədqiqat  tibb  institutlarında  və  klinikalarda  aparılan  təcrübələr  zamanı  müəyyən  olunmuĢdur    ki, 
mərcangilənin  meyvələrindən  hazırlanan  preparatların  köməyi  ilə  Ģəkərli  diabetin  qarĢısının 
alınmasında  və  onun  əmələ  gəlmə  müddətinin  azaldılmasında,  yuxarı  tənəffüs  yolları 
xəstəliklərində  müsbət  rol  oynayır.  M.A.Nosal  və  Ġ.M.Nosal  qeyd  edirlər  ki,  mərcangilənin 
giləmeyvələrini həm təzə halda, həm də isladılmıĢ formada qəbul etdikdə mədə-bağrsaq sistemində 
baĢ  verən  həzm  pozuntularını  aradan  qaldırmaq  olar.  Mərcangilənin  meyvəsinin,  eləcə  də 
yarpaqlarının  tərkibində  A,  P,  C,  A  vitaminləri,  pektin,  makro  və  mikroelementlərin  olması  onun 
müalicəvi və qida keyfiyyətləri artırır. 
Xalq  təbabətində  onun  giləmeyvələrindən  hazırlanan  dəmləmə,  cövhər  və  Ģirələrdən 
bakterisid, sidikqovucu, daĢsalıcı, mədə turĢularında və s. xəstəliklərin müalicəsində geniĢ istifadə 
edilir.  
Belarus  tədqiqatçısı  D.K.ġapiro  və  N.Ġ.Mansevoda  mərcangilə  giləmeyvəsinin  Ģirəsinin 
tərkibinə Ģəkər qatmadan konservləĢdirilmiĢ məhsulunun hazırlanma texnologiyasını elmi əsaslara 
iĢləyib  hazırlamıĢlar.  Həmin  qiymətli  müalicəvi  təsirə  malik  yeni  məhslun  Rusiya  Tibb  EA  Qida 
Ġnstitutunda «müalicəvi qida» kimi istifadə olunmasını təklif etmiĢlər.  
Mərcangilədən müalicə preparatının hazırlanması. 
Artrit, duz yığılmalarının kəskinləşməsi zamanı. 1 stəkan qaynar suya stəkanın yarısı qədər 
xırdalanmıĢ və yaxud isladılmıĢ mərcangilə meyvəsi töküb 10 dəqiqə qaynadın. Alınan kütləni iki 
yerə bölüb səhər və axĢam yeməkdən sonra yeyin. 
Revmatizm  zamanı.  1  stəkan  təzə  və  ya  isladılmıĢ  qaragilə  giləmeyvəsini  əzib  3  stəkan 
qaynar suya töküb qaynama dərəcəsinə gətirin. 20 dəqiqə dəmləyib süzün.  Sonra 4 hissəyə bölüb 
üzərinə azca bal əlavə edib bütün günü yeməkdən sonra qəbul edin. Müalicə kursunun ildə 2 dəfə, 
hər dəfə 2 ay aparılması məsləhət görülür.  
Böyrək  və  sidik  kisəsi  soyuqdəymələrində.  4  xörək  qaĢığı  əzilmiĢ  giləmeyvələrdən 
qaynadılmıĢ suya töküb 10 dəqiqə ağzını bağlayıb dəmləyin və süzün, alınan cövhəri daxilə qəbul 
edin. Müalicə kursu xəstəliyin dərəcəsindən asılı olaraq, 2 həftədən 2 aya qədərdir. 
Qastrit və turşuluğun azalması zamanı. Bunun üçün gün ərzində stəkanın 1/2 hissəsi qədər 
təzə  və  ya  1  stəkan  isladılmıĢ  qaragilə  giləmeyvəsi  yemək  məsləhətdir.  Bundan  baĢqa  qaragilə  
mürəbbəsindən istifadə etmək olar. 
Hipertoniya zamanı qan təzyiqini nizama salmaq üçün. 2 xörək qaĢığı təzə giləmeyvəsini  
0,5  litr  arağın  üzərinə  töküb,  1  stəkan  Ģəkər  tozu  əlavə  edib  3  həftə  qaranlıq  yerdə  tez-tez 
çalxalamaqla saxlayın. Aldığınız cövhərdən gündə 1 dəfə yeməkqabağı 4 xörək qaĢığı qəbul edin. 
İshal  zamanı.  1  stəkan  qaynadılmıĢ  suya  1  xörək  qaĢığı  giləmeyvə  və  ya  qurudulmuĢ 
yarpağından tökün və 5 dəqiqə qaynadıb 1 saat dəmləyib süzün. Aldığınız ekstraktdan gündə 3 dəfə 
stəkanın 1/2 hissəsi qədər qəbul edin. Müalicəni vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin. 
Dəm  qazı  ilə  zəhərlənmə  zamanı.  2  stəkan  qaragilə  giləmeyvəsi  və  1  stəkan  quĢüzümü 
götürüb  əzin,  2,5  stəkan  suya  töküb  2  saat  dəmləyib  süzün.  Sonra  aldığınız  ekstraktdan  gündə  6 
dəfə stakının 1/4 hissəsi qədər qəbul edin. Müalicəni vəziyyətiniz normal hala düĢənə qədər davam 
etdirin.  
Qaragilə  meyvəsinin  yarpağından  müalicəvi  preparatın  hazırlanması.  Qaragilə 
meyvəsinin  yarpaqları  da  qiymətli  müalicəvi  təsirə  malik  hesab  edilir.  Yarpağından  hazırlanan 
dəmləmə  və  çaylarından  sistit,  sidik  kisəsi  xəstəliklərində,  podaqra,  ostexondroz,  ödqovucu  və 
büzüĢdürücü vasitə kimi istifadə edilir.  
Revmatizm,  böyrək  və  sidik  kisəsi  soyuqdəymələrində.  Yarpaqlarından  3-4  çay  qaĢığı 
götürün  və  1/2  stəkan  qaynar  suya  töküb  su  hamamında  20  dəqiqə  saxladıqdan  sonra  süzün. 


182 
 
Aldığınız ekstraktı bərabər hissələrə bölüb, gün ərzində qəbul edin. 
Gecələr  sidiyin  saxlanmaması  zamanı.  1  xörək  qaĢığı  qaragilə  giləmeyvəsi  iləyarpağının 
qarıĢığından, 2 xörək qaĢığı darı otundan götürüb qarıĢdırın. QarıĢığın üzərinə 3 stəkan qaynadılmıĢ 
isti su tökün və odun üzərinə qoyub 10 dəqiqə qaynadıb süzün. Sonra aldığınız ekstraktı 3 bərabər 
hissəyə bölüb gündə 3 dəfə qəbul edin.  
Mədədə  xərçəng  xəstəliyi  ağrılarının  sakitləşdirilməsində.  1  xörək  qaĢığı  narın  hissəyə 
salınmıĢ quru yarpağını 2 stəkan həcmində qaynar suya tökün, su hamamında 15 dəqiqə qaynadın. 
Sonra götürüb 1 saat dəmləyin və süzüb, gündə 3 dəfə yeməkqabağı qəbul edin. 
Diqqət!  Mədə  və  onikibarmaq  bağırsaqda  olan  yaraların  yüksək  turĢuluğunun  qarĢısının 
alınmasında, eləcə də böyrək və sidik kisəsində olan daĢların əridilib orqanizmdən kənar edilməsi 
zamanı mərcangilənin təzə və isladılmıĢ meyvəsindən yemək məsləhətdir. 
Mərcangilənin  giləmeyvəsi  yetiĢən  dövrdə,  gündə  1  stəkan  normal  qatılıqda  olan  meyvə 
ekstraktından yesəniz, sizin qıĢ boyu zökəm, qrip və digər xəstəliklərdən Ģikayətiniz olmaz. 
Mərcangilənin  mürəbbəsinə    bal  qatıb  uzun  müddət  yesəniz,  heç  vaxt  vərəm  xəstəlyinə 
tutulmazsınız.  
ġəkər  xəstəliyindən  qorunmaq  üçün  mütəmadi  olaraq,  mərcangilə  giləmeyvəsi  yeməklə 
yanaĢı  onun  Ģirəsindən  də  istifadə  edin.  Giləmeyvəsinin  tərkibində  kifayət  qədər  antosian, 
flavanoid, Ģəkər, pektin, vitamin kompleksi, makro-  və mikroelementlərin olması onun  yeyinti  və 
yüngül sənayenin müxtəlif sahələrində istifadə olunma imkanlarını artırır. Mərcangilənin  yetiĢmiĢ 
meyvəsindən  yeyinti sənayesində  – kisel, Ģərbət, müxtəlif sərinləĢdirici içkilər, dondurma növləri, 
mürəbbə, müxtəlif Ģərablar, likör, cem, Ģirniyyat, təbii boyaq və s. hazırlanır. 
Biz  laboratoriya  Ģəraitində  mərcangilənin  meyvəsindən  və  yarpaqlarından  boyaq  ekstraktı 
alıb,  ipək  və  kağız  məmulatlarını  açıq-çəhrayı,  çəhrayı-qırmızı,  açıq-qırmızı,  bozumtul,  zeytunu, 
tütünü, yaĢılımtıl, bənövĢəyi, açıq-bənövĢəyi, açıq-göyümtül, qəhvəyi, qonur, firuzəyi və s. rəng və 
çalara boyamağa nail olduq.  
 
NOVRUZÇĠÇƏYĠ – Primulaceae Vent. fəsiləsi 
 Novruzçiçəyi və yaxud «paraliç» otu – Primula woronowii L. 
 
Dünya florasının tərkibində novruzçiçəyi fəsiləsinin 25 cinsi, 500-ə qədər növü yayılmıĢdır. 
Bu növlərə ən çox Ģimal yarımkürəsinin mülayim iqlim qurĢaqlarında təsadüf edilir.  
Sarı  rəngyaradan,  təbiətin  gücü,  əzəmətli  günəĢi, 
torpağın  istisi,  yazın  ilk  çiçəyiolan  sarı  novruzçiçəyi. 
Çiçəyin  gövdəsi  sanki  qızıl  suyuna  çəkilmiĢ  açara 
bənzəyir. Novruzçiçəyi bütün xalqların sevimli çiçəyidir. 
Ġngilislərin  qədim  ədəbiyyatlarında  qeyd  edilir  ki,  onun 
çiçəkləri insanları Ģeytan, cin və s.-dən qoruyur. Aylı yaz 
gecəsində  çəmənliyə 
gəzməyə  çıxsan,  hökmən 
novruzçiçəyinin  yarpaqları  üzərində  saysız-hesabsız  Ģeh 
damcılarının  ele  bil  ki,  səsini  eĢidəcəksən.  Deyilənlərə 
görə  bıı  vaxt  siz  çiçəkdən  nə  xahiĢ  etsəniz  o  dəqiqə  ona  nail  olacaqsınız.  Qədim  yunanlar 
novruzçiçəyi ilə bir sıra  təhlükəli xəstəlikləri müalicə edirmiĢlər. Ona görə də bitkiyə  «12 allahın 
çiçəyi»  adı  verilmiĢdir.  Qədim  dövrün  təbibləri  bir  çox  xəstəlikləri,  o  cümlədən  paraliç  vurmuĢ 
insanları  bitkidən  hazırladıqları  preparatlarla  məharətlə  müalicə  etdiklərinə  görə  novruzçiçəyini 
«paraliç  otu»  da  adlandırırlar.  Uzaq  səyahətə  çıxanlar  həmiĢə  yanlarında  novruzçiçəyi 
gəzdirərmiĢlər. Ġnsanlar novruzçiçəyini o qədər sevirmiĢlər ki, hətta onlardan gül dəstələri düzəldib 
sevdikləri qızlara və yaxın qohumlarına hədiyyə edərmiĢlər. Müxtəlif  xalqlar novruzçiçəyini  yaz, 
bahar  çiçəyi,  dağ  çiçəyi  və  s.  adlarla  adlandırmıĢlar.  Novruzçiçəyinin  dünya  florasının  tərkibində 
600-ə  qədər  növü  yayılmıĢdır.  Bu  növlərdən  60-a  qədərinə  Rusiya  ərazisində,  23-nə  Qafqazda,  o 
cümlədən  8-nə  Azərbaycanda  rast  gəlinir.  Novruzçiçəyi  növləri  çox  gözəl  görünüĢə  malik 
olduğundan  insanlar  onu  yaĢadıqları  binaların  ətrafında,  bağ  və  bağçalarında  sevə-sevə  əkib 
becərirlər. Novruzçiçəyi iri, parlaq, sarı, narıncı ləçəklərdən ibarət olub insana xoĢ təsir bağıĢlayr. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə