ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə24/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

kəsici  alətlər,  bizlər  və  bıçaq  tipli  alətlər  qeydə  alınmışdır. 
Maraqlıdır  ki,  alətlərin  əksəriyyəti  çaxmaq  və  də-  vəgözü 
daşlarından  hazırlanmışdır.  Damcılı  düşərgəsinin  maddi 
mədəniyyət nümunələri qarışıq haldadır. Ona görə də ancaq 
tipoloji metod əsasında əmək alətləri tədqiq olunmuşdur. 
Ümumiyyətlə,  Azərbaycanda  hələlik  üst  Paleolit 
mədəniyyəti  olduqca  zəif  öyrənilmişdir.  Ona  görə  də 
respublikamızın  ərazisində  bu  mədəniyyətin  xarakterik 
xüsusiyyətlərini geniş tədqiq etmək üçün arxeoloji material 
olduqca  azdır.  Bunun  üçün  arxeoloji  kəşfiyyat  işləri 
aparılması məqsədəuyğundur. 
Maraqlıdır  ki,  üst  Paleolit  mədəniyyətinə  aid  əmək 
alətləri  Masallı  rayonu  Hişkədərə  kəndi  ərazisində, 
Kəlbəcərin  Zar  və  Qobustan  yaşayış  düşərgələrindən  də 
tapılmışdır. Hişkədərədən tapılmış bu alətlər olduqca nəcim 
işlənmiş və hər ikisi çaxmaq daşından hazırlanmışdır. 
Gələcəkdə  Azərbaycan  ərazisində  aparılacaq  arxeoloji 
tədqiqat işləri üst Paleolit mədəniyyətinə aid yeni abidələrin 
tapılmasına şərait yaradacaqdır. 
78 


MEZOLİT VƏ NEOLİT MƏDƏNİYYƏTLƏRİ 
Arxeoloji tədqiqatlar zamanı aydın olmuşdur ki, 12 min 
il  bundan  əvvəl  üst  Paleolit  Mezolit  mədəniyyəti  ilə  əvəz 
olunmuşdur.  Mezolit  yunan  sözünün  birləşməsindən  əmələ 
gəlib orta Daş dövrü deməkdir. 
Avropada aparılan arxeoloji tədqiqatlar zamanı Mezolit 
dövrünə aid bir neçə mədəniyyət qeydə alınmışdır. Mezolit 
dövrünə aid  abidələrdə aparılan arxeoloji  qazıntılar zamanı 
zəngin  maddi  mədəniyyət  nümunələri  aşkar  olunmuşdur. 
Artıq  Mezolit  dövründə  ox  və  yay  geniş  yayılmışdır.  Bu 
dövrdə  daş  alətlər  olduqca  təkmilləşmiş  və  daha  nəcim 
alətlər  hazırlanmağa  başlanmışdı.  Mezolit  dövründə  at, 
donuz və s. heyvanlar əhliləşdirilmişdi. 
Azərbaycan  respublikası  ərazisində  aparılan  arxeoloji 
tədqiqatlar  nəticəsində  Mezolit  dövrünə  aid  maddi 
mədəniyyət  nümunələri  Qazax  rayonu  ərazisində  yerləşən 
Damcıh  mağarasında  və  Qobustanda  aşkar  olunmuşdur. 
Damcıh  mağarasında  aparılan  arxeoloji  qazıntılar  zamanı 
əsasən hazırlanmış itiuclular, üçbucaq, seqment, trapes kimi 
həndəsi  formalı  alətlər,  bıçaqlar,  kəsici  alətlər,  bizlər  və  s. 
tipli əmək alətləri tapılmışdır. 
Azərbaycan  ərazisində  Mezolit  dövrünə  aid  ən zəngin 
arxeoloji tapıntılar Qobustandan əldə olunmuşdur. Qobustan 
Bakı şəhərindən 65 km  cənubda, Xəzər dənizinin sahilində 
yerləşir.  Burada  ən  mühüm  arxeoloji  tapıntılar  Böyükdaş, 
Kiçikdaş  və  Çingirdağ  sahələrindən  aşkar  olunmuşdur.  Bu 
abidələrdən  Azərbaycan  xalqının  Mezolit  dövründə 
başlanmış  tarixi  mədəniyyəti  və  incəsənəti  ilə  bağlı  çoxlu 
yaşayış  düşərgələri,  kurqanlar,  qayaüstü  təsvirlər  qeydə 
alınıb tədqiq olunmuşdur. 
Qobustanda ilk dəfə arxeoloji tədqiqat işlərini mərhum, 
arxeoloq, etnoqraf və tarixçi alim İ.Cəfərzadə 
79 


1939-cu  ildə  aparmışdır.  Bu  ilin  elmi  tədqiqatları  olduqca 
uğurlu  olmuşdur.  Ona  görə  də  İ.Cəfərzadə  burada  uzun 
müddət  1940-1965-ci  illərdə  arxeoloji  tədqiqat  işləri 
aparmışdır.  İ.Cəfərzadə  ilə  birlikdə  onun  həyat  yoldaşı 
rəssam  Sofiya  xanım  Cəfərzadənin  Qobustan  qayaüstü 
rəsmlərinin  tədqiq  və  təbliğ  olunmasında  böyük  zəhməti 
olmuşdur.  Məhz  onların  apardıqları  elmi  tədqiqat  işləri 
nəticəsində 1973-cü ildə «Qobustan qayaüstü təsvirləri» adlı 
mühüm  elmi  əsər  çapdan  çıxmış  və  tez  bir  zamanda  geniş 
elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. 
Qobustan  ərazisində  İ.Cəfərzadənin  apardığı  elmi 
tədqiqat  işləri  nəticəsində  750  daş  üzərində  3500-dən  artıq 
qayaüstü təsvir qeydə alınıb tədqiq olunmuşdur. 
1966-cı  ildən  bu  günə  qədər  Qobustan  ərazisində 
arxeoloji qazıntı işləri 
C.N.Rüstəmov 
və 
F.M.Muradova  tərəfindən  aparılır.  Onların  Qobustanda 
apardıqları  arxeoloji  tədqiqatlar  nəticəsində  «Ana  zağa», 
«Ovçular  zağası»,  «Firuz»,  «Sonqar»,  «Ceyranlar», 
«Böyükdaş»,  «Dairə»,  «Çapmalı»  yaşayış  yerlərində  və 
30-dan artıq kurqanlarda arxeoloji qazıntı işləri aparılmışdır. 
Qeyd  olunan  abidələrdə  tədqiqat  işləri  aparılmışdır. 
Tədqiqatlar  zamanı  55  mindən  artıq  maddi  mədəniyyət 
nümunələrinin  qalıqları  tapılmışdır.  Bunlar  çaxmaqdaşı, 
çaydaşı və sümük məmulatından hazırlanmış əmək alətləri, 
ox  ucları,  tunc  silahlar,  gil  qab  nümunələri,  müxtəlif 
materialdan bəzək əşyaları və başqa predmetlərdən ibarətdir. 
Çaxmaqdaşından  hazırlanmış  əmək  alətləri  sırasına  əsasən 
mikroölçülü  iti  udular,  üçbucaq,  seqment,  trapes  kimi 
həndəsi  formalı  yığma  alət  dişləri,  bıçaqlar,  qaşovcuqlar, 
bizlər, kəsərlər, isgənə tipli alətlər və s. daxildir. Maraqlıdır 
ki,  daş  məmulatı  içərisində  kiçik  nukleuslardan  qoparılmış 
bı- çaqvarı lövhələr xüsusilə diqqəti cəlb edir. 
Qobustanda aparılmış arxeoloji tədqiqatlar nəticəsində 
aşkar olunmuş qayaüstü rəsmlərin sayı 6 mindən 
80 


artıqdır.  Tədqiqatçıların  fikrinə  görə  yumşaq  əhəng  daşları 
üzərində  qazılmış  bu  şəkillər  heç  də  o  dövr  rəssamlarının 
bizim üçün yadigar qoyduğu qədim həyat dastanı - daş kitab 
vərəqələrinin hamısı deyil. Onların demək olar ki, cəmi 5-10 
faizi  qalmış,  qalanları  minilliklər  boyu  yağış  sularının 
yuması, külək və tufanların təsiri nəticəsində əhəng daşı ilə 
birlikdə ərimiş, aşınmış, lay-lay qopub düşmüş və bizə gəlib 
çatmamışdır.  Qayaüstü  rəsmlərin  bir  hissəsi  isə  qədim 
düşərgə  və  yaşayış  yerlərində  əmələ  gəlmiş  mədəni  torpaq 
təbəqələrinin altında qalmışdır. 
Qobustan  qədim  yaşayış  düşərgəsində  aparılan 
arxeoloji  qazıntılar  nəticəsində  məlum  olmuşdur  ki,  Me- 
zolit və Neolit mədəniyyətləri dövründə Qobustan sakinləri 
əsasən daş alətlərdən istifadə etmiş, ovçuluq və balıqçılıqla 
məşğul olmuşlar. 
Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində ən 
mühüm  tapıntılardan  biri  Mezolit  dövrünə  aid  qəbir 
abidəsinin aşkara çıxarılmışdır. Burdan 12 insan skeleti aşkar 
olunmuşdur. Firuz düşərgəsində  açılmış son Mezolit  dövrü 
qəbrindəki  insanların  kəllə  sümüklərinin  antropoloji 
quruluşu, onların elmi tədqiqi zamanı müəyyən olunmuşdur 
ki, onlar müasir azərbaycanlıların ulu babalarıdır. Məhz bu 
insanlar Qobustanın maddi mədəniyyət abidələrini yaratmış 
və burada uzun müddət məskunlaşmışlar. 
Azərbaycan  ərazisində  Mezolit  dövrünə  aid  aşkar 
olunmuş maddi mədəniyyət nümunələrinn bir-biri ilə oxşar 
və fərqli cəhətləri vardır. Xüsusilə Damcıh mağarasının daş 
məmulatı  ilə  Qobustanın  əmək  alətləri  içərisində  oxşar  və 
fərqləndirici xüsusiyyətlər müəyyən olunmuşdur. Maraqlıdır 
ki.  Qobustanda  çaydaşı,  əhəngdaşı  alətləri,  zəngin  olduğu 
halda  Damcılmm  daş  məmulatı  içərisində  isə  belə  alətlər 
qeydə alınmamışdır. 
Maraqlıdır ki. Qobustanda aparılan arxeoloji qazıntılar 
zamanı çoxlu heyvan sümükləri də tapılmışdır. 
81 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə