ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə32/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   28   29   30   31   32   33   34   35   ...   66

rabərdir.  S.Zamyatnin  Axştır  paleolit  düşərgəsinin 
çöküntülərində  7  təbəqə  qeydə  alaraq  tədqiq  etmişdir.  Üst 
təbəqələrdən orta əsrlər, neolit dövrlərinə aid, III təbəqədən 
üst paleolit, aşağı təbəqələrdən isə mustye mədəniyyətinə aid 
maddi  mədəniyyət  nümunələri  tapılmışdır.  Sonralar 
düşərgədə arxeoloji qazıntılar aparan E.A.Vəkilova buranın 
çöküntülərindən  eneolit,  me-  zolit,  üst  paleolit  və  mustye 
mədəniyyətinə aid 5 təbəqə qeydə almışdır. 
Axştır  mağara  düşərgəsində  aparılan  bütün  qazıntılar 
müddətində  düşərgənin  çöküntülərindən  6  mindən  artıq 
fauna qalıqları aşkar olunmuşdur. Fauna qalıqlarının 92,4%-i 
mağara  ayılarının  sümük  məmulatı  təşkil  edir.  Bu  düşərgə 
sakinlərinin  ovçuluq  təsərrüfatında  mağara  ayılarına 
üstünlük verdiklərini göstərir. 
Arxeoloji 
qazıntılar 
zamanı 
Axştır 
paleolit 
düşərgəsindən  3598  ədəd  daş  məmulatı  tapılmışdır. 
Düşərgənin  daş  məmulatının  əksəriyyəti  çaxmaq  daşından 
hazırlanmışlar.  Daş  məmulatının  əksəriyyəti  əmək 
alətlərindən ibarətdir. Maraqlıdır ki, düşərgənin daş alətləri 
içərisində 4 ədəd əl çapacağı qeydə alınmışdır. Düşərgənin 
əmək  alətlərinin  əksəriyyəti  dişli  və  gəzli  alətlərdən 
ibarətdir. 
Düşərgədən 
əsasən 
müstye 
və 
aşel 
mədəniyyətlərinə  aid  maddi  mədəniyyət  nümunələri 
tapılmışdır. 
1991-2002-ci  illərdə  Dmanisi  paleolit  düşərgəsində 
aparılan  arxeoloji  qazıntılar  nəticəsində  daha  zəngin 
arxeoloji tapıntılar əldə olunmuşdur. 
Dmanisi  paleolit  düşərgəsi  Tbilisi  şəhərindən  90  km 
aralıda  olub,  Cavaxeti  dağları  ərazisində  yerləşir.  Burada 
paleolit  dövrü  üzrə  arxeoloji  qazıntı  işləri  1980-ci  ildən 
aparılır.  Aparılan  arxeoloji  qazıntılar  zamanı  düşərgənin 
çöküntülərində 6 təbəqə qeydə alınmışdır. Dmanisi paleolit 
düşərgəsində  çöküntünün  ümumi  qalınlığı  4  metrə 
bərabərdir.  Düşərgədə  aparılan  kompleks  arxeoloji 
tədqiqatlar zamanı çaydaşlarından hazırlanmış əmək alətləri 
ilə birlikdə ovlanmış heyvan 
106 


sümükləri  aşkar  olunmuşdur.  Heyvan  sümükləri  içərisində 
əsas yeri at, etrus kərkədanı və cənub filinin sümük qalıqları 
təşkil edir. 
Dmanisi paleolit düşərgəsində arxeoloji qazıntı işlərini 
professor David  Lordkipanidze başda olmaqla Gürcüstanın 
arxeoloji  tədqiqat  mərkəzi  ilə  birlikdə  Almaniya  alimləri 
aparmışlar.  Düşərgənin  ən  aşağı  təbəqəsi  olan  VI  təbəqə 
vulkan  külündən  iabərtdir.  Düşərgədə  aparılan  arxeoloji 
qazıntılar zamanı II, III və V təbəqələrdən zəngin arxeoloji 
və  paleontoloji  maddi  mədəniyyət  nümunələri  tapılmışdır. 
Düşərgədən  aşkar  olunmuş  maddi  mədəniyyət  qalıqları 
içərisində  əsas  yeri  çay  daşlarından  hazırlanmış  kobud 
çapma  alətləri  təşkil  edir.  Düşərgənin  daş  məmulatı 
içərisində  nüvələr,  dişəklənmiş  qəlpələr  və  istehsal 
tullantıları da qeydə alınmışdır. 
Dmanisi  paleolit  düşərgəsində  1991-2002-ci  illərdə 
aparılan  arxeoloji  tədqiqatlar  zamanı  qədim  insanlara 
məxsus  paleoantropoloji  tapıntılar  da  əldə  edilmişdir.  Bu 
günə qədər Dmanisi paleolit düşərgəsindən qədim insanlara 
aid 4 kəllə qapağı və 4 çənə tapılmışdır. Düşərgədən tapılmış 
paleoantropoloji  tapıntılar  üzərində  gürcü  antropoloqu 
D.K.Qabunya  elmi  tədqiqat  işləri  aparmışdır.  Onun  elmi 
tədqiqinə  görə  Dmanisidən  tapılmış  paleoantropoloji 
tapıntılar  analoji  cəhətcə  Şərqi  Afrikanın  Olduvay  (Homo 
habilis)  və  Asiyanın  (Yava)  pitikantrop  tipli  qədim  insan 
qalıqlarına  yaxınlıq  təşkil  edir.  Eyni  zamanda  antropoloq 
Qabuniyaya  görə  Dmanisidən  tapılmış  paleoantropoloji 
tapıntılar  Ho-  mo-habilisdən  -  Homo  erektusa  keçid 
mərhələsindədir. 
Dmanisidən  aşkar  olunmuş  maddi  mədəniyyət 
qalıqlarının  dövrü  paleomaqnit  yolu  ilə  təyin  olunmuş  və 
düşərgədə  qədim  insanların  1,7-1,8  milyon  il  bundan 
əvvəllərdən 
məskunlaşması 
müəyyən 
edilmişdir. 
Dmanisidən  tapılmış  paleoantropoloji  qalıqlara  şərti  olaraq 
Homo Dmanisi adı verilmişdir (Şəkil 128). 
107 


ARXEOLOJİ DÜŞƏRGƏLƏRDƏN TAPILMIŞ 
QƏDİM İNSAN QALIQLARI 
Son  150  ildə,  yəni  1856-cı  ildən  dünyanın  müxtəlif 
ölkələri  ərazilərində  aparılan  arxeoloji  qazıntıları  zamanı 
paleolit düşərgələrindən arxeoloji materiallarla yanaşı zəngin 
paleoantropoloji  tapıntılar  aşkar  olunmuşdur.  Həmin 
paleoantropoloji  materiallar  dünyanın  müxtəlif  ölkələrinin 
arxeoloq  və  antropoloları  tərəfindən  elmi  əsaslarla  tədqiq 
edilmişdir. 
1856-cı  ildə  Almaniyanın  Düşeldorf  yaxınlığında 
Neandertal  kəndi  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar 
zamanı daş məmulatı ilə birlikdə qədim insana məxsus çənə 
tapılmış və ona Neandertal tipli insan adı verilmişdir. Elmi 
tədqiqatlar  zamanı  alimlər  müəyyən  etmişlər  ki,  neandertal 
tipli  insanların  boyu  160  sm,  beyin  tutumu  isə  1700  sm^ 
olmuşdur. 
1856-cı ildən başlayaraq arxeoloqların apardıqları elmi 
tədqiqatlar  zamanı  dünyanın  156  paleolit  düşərgəsindən 
neandertal  tipli  insana  məxsus  paleoantropoloji  tapıntılar 
aşkar olunmuşdur. 
1951-1960-cı 
illərdə 
İraqın 
Şanidar 
mustye 
düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  əmək 
alətləri ilə birlikdə 9 neandertal tipli insanın sümük qalıqları, 
kəllə  qapaqları  və  skeletləri  tapılmışdır.  Elmi  araşdırmalar 
zamanı müəyyən edilmişdir ki, Şanidar düşərgəsinin mağara 
tavanının uçması nəticəsində neandertal tipli insanlar burada 
həlak olmuşlar. 
1891-ci  ildə  Hollandiyalı  həkim  Dyuba  İndoneziyanın 
Yava  adasında  pitikantrop  tipli  insan  qalığı  aşkar  etmişdir. 
Sonralar  arxeoloqların  apardıqları  tədqiqatlar  zamanı 
dünyanın  müxtəlif  paleolit  düşərgələrindən  pitikantrop  tipli 
insanlara  məxsus  olan  paleoantropoloji  qalıqlar  tapılmışdır. 
Elmi  araşdırmalar  nəticəsində  an-  tropoloqlar  müəyyən 
etmişlər ki, pitikantrop tipli in 
108 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə