ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə34/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

dən tapılmış paleoantropoloji tapıntılar analoji cəhətcə Şərqi 
Afrikanın  (Java  -  pitikantrop)  qədim  insan  tapıntıları  ilə 
yaxınlıq  təşkil  edir.  Eyni  zamanda  Qabunyanm  elmi 
tədqiqinə  görə  Dmanisidən  aşkar  olunmuş  paleoantropoloji 
tapıntılar  Homo  habilisdən  -  Homo  erek-  tusa  keçid 
mərhələsinə  aid  olunur.  Dmanisi  paleolit  düşərgəsindən 
aşkar  olunmuş  qədim  insan  qalıqların  şərti  olaraq  Homo 
Dmanisi adlandırmışlar (Şəkil 127- 128). 
Dmanisi paleolit  düşərgəsində aparılan kompleks elmi 
tədqiqatlar zamanı burada qədim insanların 1,7- 1,8 milyon il 
bundan əvvəllərdə məskunlaşması müəyyən edilmişdir. 
1992-2003-cü  illərdə  Şərqi  Afrika  ərazisində  aparılan 
arxeoloji  tədqiqatlar  nəticəsində  qədim  insanın  meydana 
gəlməsinə  aid  yeni  arxeoloji  və  paleoantropoloji  tapıntılar 
əldə olunmuşdur. 
1992-ci  ildə  Efiopiyanın  Aramis  adlı  paleolit 
düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  yaşı  4,4 
milyon  ilə  bərabər  olan  «Ardipikekus  ramidus»  adlı  qədim 
insan kəlləsi və primitiv hazırlanmış daş alətlər tapılmışdır. 
1994-2002-ci  illərdə  Keniyanın  Türkanə  gölü  yaxınlığında 
aparılan  arxeoloji'tədqiqatlar  zamanı  qədim  insana  məxsus 
bir  neçə  çənə  və  kəllə  qapaqları  müəyyən  edilmişdir. 
Aparılan  elmi  araşdırmalar  zamanı  kəllələrin  birinin  3,5 
milyon il, ikincisinin 4,4 milyon il, digərlərinin isə yaşının 6 
milyon 
ilə 
bərabər 
olması 
müəyyən 
edilmişdir. 
2001-2003-cü  illərdə  Şərqi  Afrikanın  Keniya,  Efiopiya  və 
Tanzaniya ərazilərində aparılan arxeoloji tədqiqatlar zamanı 
yaşı 6 milyon ilə bərabər olan qədim insana məxsus çənə və 
kobud hazırlanmış əmək alətləri tapılmışdır. 
Ümumiyyətlə  aparılan  kompleks  arxeoloji  tədqiqatlar 
nəticəsində Şərqi Afrikanın 21 paleolit düşərgəsindən yaşı 3 
milyon illə 6 milyon arasında olan paleoantropoloji tapıntılar 
qeydə alınmışdır. 
112 


Beləliklə, son 10 ildə Şərqi Afrika ərazisində aparılan 
kompleks  arxeoloji  tədqiqatlar  nəticəsində  əldə  olunmuş 
arxeoloji  və  paleoantropoloji  tapıntılar  qədim  insanın 
yaranma  tarixinin  və  onun  hazırladığı  əmək  alətlərinin 
yaşının 6 milyon ilə bərabər olmasını söyləməyə elmi  əsas 
vermişdir. 
Qafqaz  və  o  cümlədən  Azərbaycan  Respublikası 
ərazisində  aparılan  kompleks  arxeoloji  tədqiqatlar 
nəticəsində bu ərazidə qədim insanların 2 milyon il bundan 
əvvəllərdən məskunlaşması sübuta yetirilmişdir. 
113 


ENEOLIT DOVRU 
Azərbaycan  ərazisində  aparılmış  elmi  tədqiqatlar 
nəticəsində məlum olmuşdur ki, VII minilikdə Neolit dövrü 
Eneolit  mədəniyyəti  ilə  əvəz  olunmuşdur.  Eneolit  sözünün 
mənası mis-daş dövrü deməkdir. Bəzən Eneoli- ti Neolitdən 
Tunc dövrünə keçid mərhələsi də adlandırırlar. Bu dövrdən 
etibarən mis alətlər meydana gəlməyə və daşdan hazırlanmış 
alətlər  isə  azalmağa  başlayır..  Əvvəlcə  misi  daşın 
növlərindən  hesab  edən  insanlar  ilk  dəfə  metal  alətləri  mis 
külçəsindən  döymə  üsulu  ilə  almışlar.  Lakin  sonralar  misi 
istidə  yumşaldıb  istənilən  formaya  sala  bilmişlər.  Bəşər 
cəmiyyətinin tarixində Eneolit dövrü mühüm ictimai-iqtisadi 
mərhələ  təşkil  edir.  Məhz  bu  dövrdə  ilk  dəfə  olaraq  toxa 
əkinçiliyi  meydana  gəlməyə  başlayır.  Toxa  əkinçiliyinin 
başqa  təsərrüfat  növlərindən  üstünlüyü,  inşaat  işlərində  çiy 
kərpicdən  istifadə  edilməsi,  gildən  qadın  fiqurlarının 
düzəldilməsi,  boyalı  qabların  geniş  yayılması  və  mis 
əşyalarla  yanaşı  daş  alətlərdən  geniş  istifadə  olunması 
Eneolit dövrünün səciyyəvi cəhətlərindəndir. 
Azərbaycan  ərazisində  Eneolit  dövrünün  arxeoloji 
tədqiqi O.Həbibullayev və 1.Nərimanovun adları ilə bağlıdır. 
Məhz  onların  Azərbaycan  ərazisində  apardıqları  arxeoloji 
qazıntılar  nəticəsində  Eneolit  dövrünə  aid  zəngin  maddi 
mədəniyyət abidələri aşkar olunmuş və tədqiq edilmişdir. 
Azərbaycan  Respublikası  ərazisində  Eneolit  dövrü 
abidələri  Naxçıvan  diyarında,  Mil-Muğan,  Gəncə-  Qazax 
düzənliyində  və  Cəlilabad  rayonunda  qeydə  alınıb  və 
arxeoloji  qazıntı  işləri  aparılmışdır.  Bu  abidələr  əsasən 
Kültəpə,  Şomupətə,  Kamiltəpə,  Əliköməktəpəsi  və  s. 
ibarətdir. Bu abidələrdə aparılan arxeoloji qazıntılar zamanı 
Eneolit  dövrünə  aid  zəngin  maddi  mədəniyyət  nümunələri 
aşkar  olunmuşdur.  Arxeoloji  tədqiqatlar  zamanı  müəyyən 
olunmuşdur ki, bu abidələrin 
114 


sakinləri əsasən əkinçiliklə məşğul olmuşlar. Eneolit dövrü 
abidələrində  aparılan  arxeoloji  qazıntılar  Azərbaycanda 
əhalinin  ilk dəfə bu dövrdə öz məişət  və təsərrüfatında çiy 
kərpicdən  istifadə  etdiyini  göstərir.  Eyni  zamanda  məlum 
olmuşdur ki, tikilmiş evlər dairəvi planlı olmuşlar. Yaşayış 
məskənlərindən  tapılmış  toxalar,  daşdan  oraq  dişləri  və  s. 
Eneolit dövründə Azərbaycan ərazisində əkinçiliyin inkişaf 
etdiyini göstərir. 
115 


AZƏRBAYCAN TUNC DÖVRÜNDƏ 
Tunc  dövrü  bəşəriyyətin  inkişafında  mədəni  tarixi  bir 
dövrdür.  Bu  dövr  Azərbaycan  ərazisində  V  minillikdən 
etibarən  Eneolit  dövrünü  əvəz  etmiş  və  eramızdan  əvvəl  I 
minilliyin  əvvəllərinədək davam  etmişdir. Tuncun alınması 
və  ondan  əmək  alətləri  istehsalında  əsas  material  kimi 
istifadə olunması dövrün əsas xüsusiyyətindən ibarətdir. Bu 
dövrdə  misə  nisbətən  üstün  xüsusiyyətləri  olan  tuncun 
istehsalının  kəşfi  təkmilləşmiş,  daha  möhkəm  əmək 
alətlərinin meydana çıxmasına zəmin yaranmış, bu isə oturaq 
əkinçi-maldar  tayfaların  mədəni  tarixi  inkişafında 
əhəmiyyətli 
rol 
oynamışdır.* 
Tuncun 
istehsalının 
məniməsnilməsi  sahəsində  qədim  insanlar  ilk  dəfə  təbiətdə 
təsadüf  olunmayan  yüksək  keyfiyyətli  yeni  bir  metalın 
yaranmasına və qədim metallurgiyanın əsasının qoyulmasına 
nail olmuşlar. Mis ilə qalayın və ya başqa müəyyən metalın 
süni ərintisin- dən tunc əmələ gəlmişdir. Misdən fərqli olaraq 
tuncun  əridilməsi  üçün  daha  az  istilik  sərf  edilir.  Mis 
lOSS^S-də  əridildiyi  halda  tuncun  əridilməsi  üçün  cəmi 
700°S lazım olmuşdur. Mövcud şəraitdə tuncun əridilməsi və 
ondan müxtəlif alət, silah və bəzək nümunələri hazırlanması 
misə nisbətən xeyli asan başa gəlmişdir. 
Aparılan  arxeoloji  qazıntılar  nəticəsində  tunc  dövrünə 
aid ən qədim alətlərə İranın, Türkiyənin, İraqın abidələrindən 
aşkar olunmuşdur. 
Tunc dövrü  Azərbaycan tarixində mühüm bir mərhələ 
təşkil  edir.  Arxeoloqlardan  Q.İsmayılov,  V.Əliyev, 
H.Kəsəmənli,  F.Muradova,  H.Cəfərov  və  başqalarının 
apardıqları  arxeoloji  tədqiqatlar  zamanı  tunc  dövrünə  aid 
maddi  mədəniyyət  nümunələri  aşkar  olunmuşdur.  Tunc 
dövrünə  aid  çay  vadilərindəki  qədim  yaşayış  yerlərinin 
qalıqları,  saysız-hesabsız  zəngin  kurqan  və  digər  qəbir 
abidələri həmin uzaq dövrdən bizə gəlib çatan qiymətli tarixi 
mənbələrdir. Qeyd olunan abidələrin ar 
116 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə