GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə28/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   20   21   22   23   24   25   26   27   28

114
EMMA BAYRAMOVA
Emma Vaqif qızı Bayramova 1982-ci ildə 
Tbilisi  şəhərinfə anadan olub. 2003-cü ildə 
Gürcüstan Texniki Universitetinin İqdisadi 
İnformatika fakültəsini bitirib. 2004-cü 
ildən  2010-cu ilə  qədər Gürcüstanın  İctimai 
Televiziyasında müxbir işləyib və eyni zamanda 
Televiziyanın Azərbaycandilli radio verlişinin 
aparıcısı olub. 2009-cu ildə ANS televiziyasının 
Gürcüstan bürosunun müxbiri olub. 2010-2011-ci ildə Gürcüstanın 
“Maestro” televiziyasında dünya xəbərləri  şöbəsində jurnalist işləyib. 
2011-ci ildən 2012-ci ilə  qədər Tribuna.ge informasiya portalında 
(internet-qəzet) jurnalist işləyib. 2013-2014- cü illərdə ingilis dilli “The 
Georgian Times” qəzetinin baş redaktoru olub. Hal-hazırda “Business 
Time Georgia” və digər ingilis dilli media (qəzet, jurnallar) ilə əməkdaşlıq 
edir. Rus, gürcü, ingilis və türk dillərini bilir.


115
AFİQ MUXTAROGLU 
Afi 
q Muxtaroglu (Əliyev) 1963-cü ildə 
Qrayazının Nəzərli kəndində doğulub. 1970-
ci ildə  Nəzərli ibtidai məktəbində oxumağa 
başlayıb. Bu məktəbdə üç il oxuduqdan sonra 
Kosalı  məktəbinə keçib və 1980-ci ildə  həmin 
məktəbdən məzun olub. 1981-1986-cı illərdə 
ADU-nun (indiki BDU) tarix fakültəsində ali 
təhsil alıb. Universiteti bitirdikdən sonra fasilələrlə müxtəlif yerlərdə 
pedaqoji fəaliyyətlə məşğul olub. Hazırda Kosalı ictimai məktəbində tarix 
fənnini tədris edir. Orta məktəb illərindən müxtəlif mətbuat orqanlarında 
çeşidli yazıları çap olunub. Publisistik fəaliyyəti  əsasən Tifl isdə  nəşr 
olunan “Varlıq” qəzeti ilə bağlıdır. “Qarayazı” qəzetinin redaktorudur. 
Əsasən, milli-mənəvi dəyərlərimizdən bəhs edən etnoqrafi k-mifoloji 
araşdırmalar aparır.  Şeirləri vaxtaşırı  qəzet və jurnallarda, müxtəlif 
saytlarda yayımlanır. Ailəlidir. Dörd uşaq atasıdır.


116
CAMBUL MƏMMƏDLİ
Cambul  Əli oğlu Məmmədli 1966-cı il 
dekabrın 9-da Msxeta rayonunun Sixisdziri 
(Qalaaltı) kəndində doğulub. Msxeta şəhər gürcü 
orta məktəbini və S.S.Orbeliani adına Tifl is 
Dövlət Pedaqoji Universitetinin Azərbaycan 
dili və  ədəbiyyatı, gürcü dili və  ədəbiyyatı 
ixtisası üzrə bitirib. Publisistik yazıları və gürcü 
ədəbiyyatından etdiyi tərcümələrlə üzdədir.                                                                                                                                 
C. Məmmədli  2009-cu ildən «Varlıq» qəzetində çalışır. 


117
HACI RİZVAN İSMAYILOV
Hacı Rizvan İsmayılov 1969-cu ildə 
Bolnisinin Zol-Güvəc kəndində dünyaya göz 
açıb. Orta təhsilini həmin rayonda yerləşən 
Kazreti qəsəbəsindəki rus məktəbində alıb.
Hacı Rizvan İsmayılov 1986-1990-cı illərdə 
Ə.Əzimzadə adına rəssamlıq məktəbinin bədii 
tərtibat fakültəsində  təhsil alaraq tərtibatçı 
rəssam ixtisasına yiyələnib. 1992-1995-ci illərdə  İranın Qum, Təbriz 
şəhərlərində ilahiyyat üzrə təhsil alıb. O, həmçinin Gürcüstanda fəaliyyət 
göstərən məscidlərdə tərtibat və nəqqaşlıq işləri ilə də məşgul olub. 
Rəssamın 2007-ci ildə  İstanbul  şəhərində “Cəfərilər dərnəyi”nin 
təşəbbüsü ilə Ramazan ayı boyunca yağlı boya tabloları, müəllifi n 
izahatları ilə yerli televiziya kanalların birində yayımlanıb. Rəssamın 
Marneuli  şəhərindəki “Gənclər Mərkəzi”nin iclas salonunda da ilk 
fərdi sərgisi keçirilib. Hacı Rizvan İsmayılovun 2015-ci ildə “Rəssam 
rənglərlə  şeir yazan bəstəkardır” adlı  rəsm  əsərlərindən ibarət kataloqu 
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin dəstəyi ilə AF LTD şirkəti 
tərəfi ndən çap edilib. Marneulidə yaşayıb-yaradan rəssam Hacı Rizvan 
İsmayılovun 107 səhifədən ibarət kataloqunda 90 rəsm əsəri yerləşdirilib. 
Kataloqda rəssam Hacı Rizvan İsmayılovun tərcümeyi-halı  və 
“Yaradıcılıqda əsas hədəfl ərim” adlı məqaləsi gürcü, ingilis və Azərbaycan 
dillərində dərc olunub. 2015-ci ildə Parlamentin Kitabxanasında onun 73 
rəsm əsərinin sərgisi keçirilib. Hazırda 46 yaşlı rəssamın yüzə yaxın yağlı 
boya ilə  çəkilmiş  əsərləri var. Rəssam  əsərlərində  əsasən,  əxlaq, irfan 
yolu, cəmiyyəti öz fi trətinə, təbii keçmişinə, uca dəyərlərə qaytarmaq kimi 
süjetli tablolar verib və rənglərin virtual dili ilə qavranan və yaddaqalan 
rəsm əsərləri yaradıb.
Hacı Rizvan İsmayılov 3 uşaq atasıdır. O, həm də  mənalı  qəzəllər 
müəllifi dir. Onun «Borçalı qəlbimdir, eşqim Əhli-Beyt” adlı şeirlər kitabı 
işıq üzü görüb. Hacı Rizvan İsmayılov rəssamlıqla bərabər Gürcüstanda 
İslam abidələrinin tarixini də araşdıraraq “Gürcüstanda İslam abidələri” 
adlı tarixi-ensiklopedik kitab da nəşr etdirib. 
Hacı Rizvan İsmayılov Azərbaycan dilində nəşr olunan “Əhli-Beyt” 
jurnalının baş redaktorudur.


118
AYNURƏ ƏLİYEVA
Aynurə  Əsildar qızı  Əliyeva 1987-ci il 
sentyabr ayının 17-də Marneuli şəhərində anadan 
olub. Sulxan Saba Orbeliani adına Tifl is Pedaqoji 
Universitetinin Marneuli fi lialının  fi lologiya 
fakültəsini bitirib.                                                  
Aynurə Əliyeva 1993-cü ildə Bayram Kərəmov 
adına Candar ictimai məkətinə gedib. 2004-
cü ildə orta məktəbi bitirib. Qafqaz Humanitar 
Universitetinin hüquq fakultəsini bitirib. 2006-cı ildən Marneuli 
Televiziyasında iş  fəaliyyətinə başlayıb. Montajçı, aparıcı, müxbir 
olaraq çalışıb. 2008-ci ildə Azərbaycanda Qafqaz Media Mərkəzinin 
jurnalistika təlimlərini keçib.  2009-cu ildə Milli azlıqların monitorinq 
qrupunda fəaliyyət göstərib. Təşkilatda fəaliyyəti zamanı “Gürcüstan 
inzibati cərimələr qanunu”nu Azərbaycan dilinə tərcümə edib. Həmçinin 
“Unudulmuş Miras” fi lminin  çəkiliş  və montajında yaxından iştirak 
edib. “Gənclərin səsi” jurnalının müxbiri olub. Marneuli Televiziyasında 
“Vətəndaş ol” və “Tibbi teleməsləhətlər” verlişinin aparıcısı olub. 2012-
ci ildə  Gənc qan donorları üçün yay universiteti-Batumi layihəsinin 
iştirakçısı olub.Hazırda Marneulidə fəaliyyət göstərən Marneuli Gənclər 
Mərkəzinin mətbuat xidmətinin rəhbəridir. 


119
AZƏR MƏMMƏDOV
Məmmədov Azər 1987-ci ildə Marneuli 
rayonunun Qırxılı kəndində anadan olub.  1994-
cü ildə    Qırxılı  kənd orta məktəbinin birinci 
sinifi nə daxil olub və 2005-ci ildə orta təhsilini 
başa vurub. Sonra o, Gürcüstan İctimai Kollecini 
bitirib və bundan sonra Əhli-Beyt Cəmiyyətinin 
nəzdində dini kurslarda dini dərslər keçib.
Azər Məmmədov  2014-cü ilin dekabr ayından  
Azərbaycanın İNTER.AZ beynəlxalq televiziya kanalının Gürcüstan üzrə 
xüsusi müxbiri təyin olunub. Çalışdığı qısa vaxt ərzində Gürcüstandan və 
soydaşlarımızın kompakt yaşadığı bölgələrdən operativ şəkildə televiziya 
xəbərləri yayımlayıb.
 Evlidir, bir övladı var.


120
TURAC İBRAHİMOVA
1986-cı il sentyabrın 19-da anadan olub. 
1993-cü ildə 7 nömrəli Candar orta məktəbinə 
(indiki Bayram Kərəmov adına ictimai məktəb)  
daxil olub. 2004 cü ildə 11-ci sinifi   bitirdikdən 
sonra  İvane Cavaxişvili adına Tifl is  Dövlət 
Universitetinin Kvemo Kartlidəki  fi lialının tarix 
fakültəsinə qəbul olub. 2008-ci ildə həmin təhsil 
ocağını bitirib.  Hazırda magistratura üzrə təhsilini davam etdirmək üçün 
sənədlərini  İvane Cavaxişvili adına Tifl is  Dövlət Universitetinə verib. 
2006-cı ildən hələ II kurs tələbəsi olarkən Marneuli televiziyasında 
jurnalistika üzrə müsabiqədə  iştirak edib. T. İbrahimova ali məktəbdə 
təhsil almaqla yanaşı, N. Nərimanov adına Qızılhacılı ictimai məktəbində 
aşağı sinif şagirdlərinə tarix fənnini tədris edib. O, inglis dili, kompyuter, 
gürcü dili və jurnalistika kurslarında da biliyini artırıb. 
2006-cı ilin may ayının 26-da Marneuli televiziyasında müsabiqədən 
keçəndən sonra həyatını  jurnalistika peşəsinə həsr etməyə qərar verib. 
Azərbaycanın ANS televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri işləyib. 
6 il televiziyada çalışıb. Hazırda Marneuli rayon icra hakimiyyətində 
mütəxəssis vəzifəsində çalışır.


121
“MOLLA NƏSRƏDDİN”İN BORÇALI TƏMSİLÇİLƏRİ
1906-cı ildə Tifl isdə “Qeyrət” mətbəəsində yayına başlamış “Molla Nəsrəddin” 
satirik dərgisi toplumsal-siyasi, bədii  fi kir tariximizdə Renessans boyutlu hadisəyə 
çevrilmişdi. “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” məramıyla 
meydana atılan, “xalqın həqiqət deyən səsi, XX əsr Azərbaycan ictimai həyatınin 
ədəbi-bədii salnaməsi, ensiklopediyası” statuslarını  şərəfl ə daşımış, Mirzə  Cəlil 
Məmmədquluzadənin dediyi kimi, “zəmanənin özü yaratdığı” “Molla Nəsrəddin” 
mütərəqqi ideyaların carçısı, demokratinin tərəfdarı olmuş, çar mütləqiyyətini, onun 
müstəmləkəçilik amacını, cəhaləti tənqid etmiş, xalqın azadlığı, yeni quruculuq uğ-
runda mücadələyə öz kəskin ictimai satirasıyla böyük yardım göstərmişdi.
Önəmlidir ki, “Molla Nəsrəddin”in Tifl isdə yayımlanması və on ildən çox bura-
da nəşr olunması Borçalının qələm, söz əhlinin də onun səsinə səs verməyinə, onun 
ənənələrini yaşatmasına səbəb olmuşdu.
Gürcüstanın Axalsıx (Ahısqa) bölgəsindən Ömər Faiq Nemanzadənin 
(1872–1941) “Qeyrət”in də, “Molla Nəsrəddin”in də qurucularından biri, M. C. 
Məmmədquluzadənin ən yaxın məsləkdaşı, qələmdaşı olmağı buna aşkarca sübutdur.
Gürcüstanlı jurnalistlər, yazarlar Nəriman Nərimanov, Hüseyn Minasazov, Mirzə 
Şərif Mirzəyev “Molla Nəsrəddin” ideyalarını müdafi ə etmiş, onun mübarizəsinə 
qoşulmuşdular. Belə ki, N. Nərimanov dərginin sayılarını müsadirə edən poli-
si rişxəndlə ifşa etmişdi; H. Minasazov dərginin mücadələ  xəttini bəyənmiş, onun 
“mübarizə meydanına gecikmədiyini” bildirmişdi; yerli şairlər Mirzə Həsən Məcruh, 
İsmayıl Həqqi və başqaları onun səhifələrində öz satirik şeirləriylə çıxış etmişdilər; 
Tifl isli mühərrirlər, çapçılar İsmayıl Həqqi, Məhəmməd Hüseynov, Allahverdi Feyzi-
yev, Paşa Məmmədov, Müslüm Bağırov, Ələkbər Məmmədov, Seyfulla Feyziyev və 
başqaları onun nəşri işinə böyük zəhmət sərf etmişdilər.
1918-ci ildə Tifl isdə ərəb hürufatıyla çıxmış “Tartan-Partan” satirik dərgisi bura-
da “Molla Nəsrəddin” gələnəklərini davam etdirməyə cəhd olaraq yayınlanmışdı. Bu 
satirik, şəkilli jurnalın ilk və yeganə sayı 1918-ci ilin sentyabrında çıxmışdı. Səkkiz 
səhifəlik bu məcmuənin “Məqsədimiz” adlı baş məqaləsində oxuculara xitabla bildi-
rilmişdi ki, ‘Molla Nəsrəddin’ gedəndən bəri üzümüz gülməyir. Əliheydər Qaraye-
vin redaktorluğuyla çap edilmiş dərgidə Əliqulu Qəmküsarın, Əbdürrəhim bəy Haq-
verdiyevin və başqalarının əsərləri, habelə dövrün ictimai-siyasi olayları əks olunan 
şəkillər, karikaturalar verilmişdi. Karikaturaların biri “Gürcüstan” adlanır və onun 
şəkilaltında deyilir: “Qatso, əqlə gəl, yer məsələsinin vaxtı deyil”. “Azərbaycan” adlı 
karikaturda isə bəy kəndlinin bığından yapışıb soruşur: “Adə, nə vaxta kimi tutuquşu 
olub, sosialistlərə qulaq asacaqsınız?”
“Molla Nəsrəddin” poetikasının araşdırıcısı İslam Ağayevin yazdığı kimi, “Molla 
Nəsrəddin”in lirikası onun publisistikasının yetirməsidir, yeni şeirin oluşdurucuları 
zəmanənin ən önəmli məsələlərindən bəhs etmişlər, xalqın milli-ictimai şüurunu oyat-
maq onların başlıca amalına çevrilmişdi.”
Bu amallar eynilə Borçalının aydınlarını da düşündürmüşdü. O sıradan Borça-
lının yazar şəxslərindən Ömər Faiq Nemanzadə, Mirzə Həsən Məcruh, Məhəmməd 
Rzazadə Mühəqqər,  Əliyar Qarabağlı “Molla Nəsrəddin”  ədəbi hərəkatıyla bağlı 
olublar.


122
MÜNDƏRİCAT
Gürcüstanda Azərbaycandilli mətbuatın tarixindən ................................3
Ömər Faiq Nemanzadə .........................................................................10
Məhəmməd ağa Şahtaxtlı ......................................................................14
Hüseyn Minasazov ................................................................................15
İsmayil Həqqi ........................................................................................17
Mirzə Həsən Məcruh .............................................................................18
Mühəqqər ..............................................................................................21
Rza Şahvələd .........................................................................................22
Hidayət Bayramlı ..................................................................................23
Həsən Səbri ...........................................................................................24
Rüstəm Həsənov ...................................................................................26
Kərim Kərimov .....................................................................................27
Məhyəddin Sultanov .............................................................................28
Murtuz Muradov ...................................................................................29
Dünyamalı Kərəm .................................................................................30
Rizvan Əliyev .......................................................................................31
Teymuraz Cəfərli ..................................................................................32
Ziya Borçalı ..........................................................................................33
Vəli  Əliyev ...........................................................................................35
Süleyman Süleymanov ..........................................................................36
Əli Abbas ..............................................................................................38
Ziyadxan  Məmmədov ..........................................................................40
Məmmədhüseyn Bəxtiyarlı ...................................................................41
Nəsib Yusifoğlu .....................................................................................42
Arif Mustafazadə ..................................................................................44
Mədəd Coşqun ......................................................................................45
Qasım Əhmədov ...................................................................................46
Alxan Binnətoğlu ..................................................................................47
Əyyub Bayramov ..................................................................................48
Kamil Kirəcli ........................................................................................49
Bəhram Mehdi ......................................................................................50
Paşa Əliyev (Kəsəmənli) .......................................................................51


123
Həmid Vəliyev ......................................................................................52
Əzim İsmayıllı ......................................................................................55
Arif Hadızadə ........................................................................................56
Emin Mahmudov ..................................................................................57
Əlixan Düşgün ......................................................................................59
İslam Əliyev ..........................................................................................60
Ramiz İgidov .........................................................................................62
Qasım Abbasəliyev ...............................................................................63
Şahvələd Əhmədoğlu ............................................................................64
Müzəyyət Yusifov .................................................................................65
Yaşar Vəliyev ........................................................................................66
Pərixanım Mursaqulova ........................................................................68
Səyavuş Uyğun .....................................................................................69
Osman Əhmədoğlu ...............................................................................71
Müqəddəs Nemətov ..............................................................................72
Xətayə Rüstəmova ................................................................................73
Təhməz Təhməzov ................................................................................74
Şurəddin Məmmədli ..............................................................................75
Şahvələd Eyvazov .................................................................................77
Mahmud Kamaloğlu .............................................................................79
QəhrƏman Musayev .............................................................................80
Elman Kələyev ......................................................................................82
Rəşid Faxralı .........................................................................................84
Lətif Kamil ............................................................................................85
İmir Məmmədli .....................................................................................86
Bahəddin Oruclu ...................................................................................87
Binnət Əlioğlu .......................................................................................88
Əlixan Yəhyaoğlu .................................................................................89
Əbdüləli İbrahimsoy .............................................................................90
Eyvaz Əlləzoğlu ....................................................................................91
Dursun Eyvazov ....................................................................................92
Həmzəli İlyasov ....................................................................................93
Nizami Məmmədzadə ...........................................................................94
Şahismayıl Şəmmədoğlu .......................................................................97


124
Mirzə Məmmədoğlu ..............................................................................99
İbrahimxəlil  ........................................................................................101
Gülyaz Əliyeva ...................................................................................102
Əziz Dəlivəlov ....................................................................................103
Abay Paşayev ......................................................................................104
Nadir Almazoğlu .................................................................................105
Ramilə Əliyeva ...................................................................................106
Zümrüd Qurbanov ...............................................................................108
Tapdıq Yolçu .......................................................................................109
Rafi q Hümmət ..................................................................................... 110
Akif Xansultanlı .................................................................................. 111
Ehtiram Əmirxanlı .............................................................................. 113
Emma Bayramova ............................................................................... 114
Afi q Muxtaroglu.................................................................................. 115
Cambul Məmmədli ............................................................................. 116
Hacı Rizvan İsmayılov ........................................................................ 117
Aynurə Əliyeva ................................................................................... 118
Azər Məmmədov ................................................................................ 119
Turac İbrahimova ................................................................................120


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə