GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə25/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   20   21   22   23   24   25   26   27   28

101
İBRAHİMXƏLİL
İbrahimxəlil Məhəmmədəli oğlu Tamıyev 
1957-ci il mayın 10-da anadan olub.  Ali 
təhsilini Bakıda almış, ixtisasca fi loloq  olan 
İbrahimxəlil uzun illər müəllimlik edib. Hazırda 
Marneulidə nəşr olunan “Regionpress” qəzetinin 
əməkdaşıdır.
1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin 
üzvüdür. Bolnisi rayonunun Kazreti qəsəbəsində 
yaşayır.
İbrahimxəlil “80-cilər” ədəbi nəslinin istedadlı nümayəndələrindəndir. 
Müxtəlif illərdə “Adiloğlu”, “Qanun” və “Universal” (Tbilisi) 
nəşriyyatlarında işıq üzü görən “Cəllad günü”, “Yar”, “Ucqar havası”, 
“Durna diasporu” poeziya kitablarının müəllifi dir.  Yazıları “Gənclik”, 
“Ulduz”, “Azərbaycan”, “Xəzər”, “Şans” jurnallarında, “Gürcüstan”, 
“Yeni Azərbaycan”, “525-ci qəzet”, “Kaspi”, “Ədalət”, “Ekspress”, 
“Sənət” qəzetlərində, “mediaforum.az” saytında və s. dərc olunmuşdur. 
İbrahimxəlilin vaqifl ərə ünvanlanan zərif poetik duyğuları, özünəməxsus 
mövzuları, dağ havası qədər, dəniz havası qədər yaxın olan şair havası-
ucqar havası həmişə ruhları və diqqətləri çəkməkdədir.
Dörd övladı var.


102
GÜLYAZ ƏLIYEVA
(1957-2011)
Gülyaz Əliyeva 1957- ci ilin gözəl bir payız 
günü Kaspi rayonunun Ağayanı  kəndində 
dünyaya göz açıb.  Ədəbiyyata, sənətə  və 
ədəbi yaradıcılığa bağlılıq onu A. S. Puşkin 
adına Tifl is  Dövlət Pedaqoji İnstitutuna gətirib 
çıxardı. O, 1976-cı ildə bu institutu qırmızı 
diplomla başa vurub və  həmin təhsil ocağında 
Azərbaycan ədəbiyyatından dərs deyib. O, eyni 
zamanda Azərbaycan Elmlər Akademiyasının 
Nizami adına Azərbaycan Ədəbiyyatı İnstitutunun aspirantı olub. 2000-
ci ildə o, Gürcüstan radiosunun birinci kanalının xarici ölkələr üzrə 
yayım departamentinin Azərbaycandilli redaksiyasında aparıcı redaktor 
vəzifəsində çalışıb. 
Gülyaz  Əliyeva 2003-2004-cü illərdə Gürcüstan İctimai 
Televiziyasında Azərbaycandilli regional informasiya proqramının 
redaktoru vəzifəsində  də  işləyib. 2005-2009-cu illərdə Türkiyənin 
Dövlət radiosunun “Türkiyənin səsi” proqramında gürcü dilində gedən 
verilişlərin Gürcüstan üzrə xüsusi müxbiri vəzifəsində  işləyib. O, 
eyni zamanda Tifl is  Siyasi  Akademiyasında mühazirələr oxuyub. G. 
Əliyeva daha sonra 2008-ci ilə kimi Gürcüstan İctimai Televiziyasının 
“Moambe” (“Xəbərlər”) informasiya proqramının Azərbaycan dili üzrə 
verilən xəbərlər proqramının redaktoru olub. 2008-ci ildən sonra təsis 
olunan “Gürcüstan Azərbaycanlıları Konqresi” təşkilatının nəzdində nəşr 
olunan “Gürcüstan Azərbaycanlıları” qəzetinin, 2010-cu ildə yenə həmin 
təşkilatın keçirilən ikinci qurultayından sonra qəzetin adı dəyişdirildikdən 
sonra “Konqres” adı ilə nəşr olunan mətbu orqanın baş redaktoru seçilib. 
Gülyaz Əliyeva həm də 2010-cu ildə elmi-texnoloji yeniliklərdən yazan 
“Junyor- Azərbaycan” jurnalının müxbiri olub. Azərbaycan, gürcü, rus və 
türk dillərini bilirdi. 
2011-ci ilin noyabrın 8-də Tifl isdə vəfat edib.


103
ƏZİZ DƏLİVƏLOV
Əziz Dəlivəlli (Dəlivəlov) 1958-ci ildə Tifl isdə 
ziyalı ailəsində anadan olub. 1976-cı ildə 63 saylı 
rus orta məktəbini bitirib.  Azərbaycan Xalq 
Təsərrüfatı İnstitutunda (rus sektoru) təhsil alaraq 
iqtisadçı-mühasib ixtisasına yiyələnib. Sonralar o 
zamankı MLU-nun jurnalistika fakültəsini (gürcü 
sektoru) bitirib. Orta və ali təhsilini rusca alsa da 
əmək fəaliyyətinə Tifl isdə nəşr olunan, o dövrlər 
Azərbaycandilli yeganə mərkəzi mətbuat orqanı 
olan «Sovet Gürcüstanı» (sonralar «Gürcüstan») qəzetində başlayıb. 
Burada müxtəlif vəzifələrdə  işləyə-işləyə püxtələşərək Azərbaycan 
dilində  də çeşidli səpkidə yazılarla qəzet səhifəsində müntəzəm çıxış 
edib. Bədii yaradıcılıqla da səmərəli məşğul olan Əziz Dəlivəllinin 2008-
ci ildə Tifl isdə mənzum dram, şeir, hekayə və digər səpgili yazılarının öz 
əksini tapdığı «Sözlərim qanad açası...» adlı kitabı işıq üzü görüb. Əziz 
Dəlivəlli Tifl isdə nəşr olunan «Sözün işığı» ictimai, mədəni qəzetin baş 
redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, politologiya doktoru, 
Gürcüstan Milli Yazıçılar Akademiyasının üzvüdür.


104
ABAY PAŞAYEV
Abay  Şəmkir oğlu Paşayev 1958-ci il 
avqustun 8-də Qardabani rayonunun Soğanlıq 
(indiki Poniçala) kəndində anadan olub. O, 
1965-ci ildə  kənd orta məktibin birinci sinfi nə 
daxil olub və 1975-ci ildə orta məktəbi başa 
vurub.  A. S. Puşkin adına Tbilisi Dövlət 
Pedaqoji  İnstitutunun Azərbaycan dili və 
ədəbiyyatı, gürcü dili və  ədəbiyyatı fakültəsinə daxil olaraq 1980-ci 
ildə bu ali məktəbi müvəffəqiyyətlə bitirib.  Gürcü dilini azərbaycanlı 
şagirdlərə öyrətmək üçün Marneuli rayonunun Təzəkənd və Hacıisə 
kənd məktəblərinə müəllim təyin olunub. Sonra Soğanlıq orta 
məktəbinə  dəvət alıb və  məktəbdə  təlim-tərbiyə  işləri üzrə direktor 
müavini vəzifəsində işləyib. 1981-1991-ci ilə qədər bu vəzifədə çalışan 
Abay Paşayev ailə  vəziyyəti ilə  əlaqədar olaraq məktəbdən ayrılıb.                                                                                                                                    
A. Paşayev daha sonra  Qardabani rayonunun Qaratəhlə  və  Ağtəhlə 
ictimai məktəblərində gürcü dili müəllimi işəyib.  2002-ci ildən Gürcüstan 
Təhsil və Elm Nazirliyinin Kvemo Kartli bölgəsinin məktəblər idarəsinin 
rəis müavini vəzifəsinə  təyin olunub.  O, 2003-cü ilin sonuna qədər 
bu vəzifədə  Azərbaycan dilli məktəblərin koordinatoru olub.  Kvemo 
Kartli bölgəsi üzrə məktəblər idarəsi ləğv edildikdən sonra Abay Paşayev 
Rustavi şəhər Təhsil Ehtiyat Mərkəzində metodist vəzifəsində çalışıb.
 O, 2006-cı ilin dekabr ayından “Yeniləşmiş məktəb” qəzetini, 2008-ci 
ilin oktyabr ayından isə “Təhsil” qəzetini nəşr etdirir. Hal-hazırda 2000 
nəfər abunəçi müəllimi olan “Təhsil” qəzeti səhifələrində müəllimlərin 
uğurla fəaliyyət göstərməsi  üçün zəruri olan metodiki və praktiki 
istiqamətlər  təqdim edilir. Qəzetin səhifələrində  həmçinin ölkədaxili 
qanunlar, hüquqi və normativ sənədlər,  Gürcüstan Elm və  Təhsil 
Nazirliyinin  rəsmi sənədləri  tərcümə edilərək müəllimlərə çatdırılır. 
 Abay Paşayev həm də “Gürcüstan azərbaycanlılarının vətəndaş 
inkişaf mərkəzi” adlı QHT-nin sədridir.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə