GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə4/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   2   3   4   5   6   7   8   9   ...   28

12
dilimizdə hürriyyət sözü bitsə də, onun bəhrəsi olmayacaqdır».
O, başqa bir məqaləsində isə belə yazırdı: «»Sən ey Türk! Nə əqidədə, 
nə məsləkdə olursan ol, həmişə Türksən! Sən gərək biləsən ki, dünyada hələ 
şiə, sünnü, babı, şeyxi adları yox ikən sən var idin... Ey özündən xəbərsiz 
Türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu «yasaq» qanunları 
hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən sənin yurdunda var idi. 
Sənin öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaq hala salan ərəb 
əlifba və yazısından  əvvəl sənin göyçək  əlifba və yazın var idi. Bəsdir, 
bəsdir, ey türk! Bir az ayıl... Əl-ayağını bir az tərpət! Vücudunu, varlıq 
ağacını soran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını, 
budaqlarını  qır at, qurtul. Vücuduna günəş, hava dəysin! Başını bir az 
yuxarı qaldır, öz varlığının, öz vücudunun qiymətini bil! İndiyə  qədər 
yadlar üçün, özgə varlıqlar, özgə vücudlar üçün özünü həlak etmisən. Barı 
bundan sonra da olsa, ayıl özünə gəl, öz gününə çalış!»
1911-ci ildə C. Məmmədquluzadə Tifl isə, jurnalın müvvəqəti 
redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktubda yazmışdır: «Əzizim 
Məmmədəli!... Bunu sənə  əvvəllər də istəyirdim yazım ki, Faiq Əfəndi 
bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfl i.»
Ömər Faiq təkcə «Molla Nəsrəddin» jurnalında deyil, eyni zamanda, 
o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda («Açıq söz», «Tərəqqi», 
«İrşad», «Həyat», «Rəncbər», «Adıgün kolxozçusu», «Kommunist», 
«Qızıl bayraq», «Bağban» və s.) çıxış etmişdir. Yazıları Ömər Faiq 
Nemanzadə, Ümidvar, Ümid, Faiq Nemanzadə, Lağlağı, Mozalan və s. 
ad və təxəllüslərlə çıxmışdır. Ömər Faiqin dövrün bir sıra mühüm ictimai-
siyasi məsələləri haqqında müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu 
müasirlərinə yetkin qələm sahibi kimi tanıtmış və sevdirmişdir.
Ömər Faiq Ahıskada erməni və gürcü dəstələrinin terror fəaliyyətini 
öz gözləri ilə görmüşdür. Onun bir sıra məqalələrindən aydın olur ki, 
Gürcüstanda səs salmış «Gürcü işi» adlı  əməliyyatın başlanması ilə 
əlaqədar o, dərhal öz ictimai-siyasi fəaliyyətini dayandırmış, həmin 
vaxtdan Gəncəyə köçüb fəaliyyətə başlamış, qəzet və jurnallarda tez-
tez məqalələrlə çıxış etmişdir. Ömər Faiqin ən fəal işlərindən biri 1917-
1920-ci illərdə Ahıska (Axalsix) bölgəsindəki fəaliyyəti olmuşdur. O, 
Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası «Ahıska hökuməti-


13
müvəqqətəsi»nə hökumət rəisi seçilmişdir. Altı aydan sonra menşeviklər 
Gürcüstanı ələ keçirmiş və bu respublika ləğv olunmuşdur. «Cənubi-qərbi 
Qafqaz hökuməti» yıxıldıqdan sonra o, Gürcüstan menşevik hökumətindən 
Ahıska və Ahılkələk əyalətlərinə muxtariyyət tələb etməyə başladı. Lakin 
bu arzusu həyata keçmədi. Əvəzində menşeviklər tərəfi ndən üç dəfə həbs 
olunub, Metex qalasına salınıb, lakin xalqın tələbi ilə yenidən azadlığa 
buraxılıb.
Ömər Faiq 1920-ci ildə Gəncə Ziraət (kənd təsərrüfatı) Texnikumunun 
direktoru işləyib. O, 1920-1921-ci illərdə «Zəhmətkeşlərin gözü» 
jurnalının redaktoru, bir az sonra «Yeni fi kir» redaksiya heyətinin üzvü 
seçilib. Sonra Gürcüstanda müsəlman işləri üzrə komitənin sədri təyin 
edilib.
İnqilab illərində Ömər Faiq dəfələrlə  həbs edilmişdir. O. 1923-cü 
ildə Azərbaycana gəlmiş və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif 
Komissarlığında işə düzəlmişdir. O dövrdə dərsliklərin hazırlanmasına və 
onların çap edilməsinə yardım edib.
Ömər Faiq Nemanzadə 1937-ci ildə Bakıda Stalin repressiyasının 
qurbanı olub.


14
MƏHƏMMƏD AĞA ŞAHTAXTLI 
(1846-1931) 
Görkəmli maarifçi, publisist, alim, milli 
ziyalı  Məhəmməd ağa Məhəmmədtağı Sultan 
oğlu 1846-cı ildə  Şahtaxtıda anadan olub. 
1860-cı ildə Naxçıvan  şəhər qəza ibtidai 
məktəbini bitirərək 14 yaşında ikən Tifl is klassik 
gimnaziyasında təhsilini davam etdirib. O, 1871-
ci ildə Almaniyanın Leypsiq universitetinin Tarix, 
Fəlsəfə və Hüquq fakültəsində ali təhsil alıb. 1873-
1875-ci illərdə Parisdə yaşadıqdan sonra Tifl isə qayıdıb. 1879-cu ildə 
“Təkmilləşdirilmiş müsəlman əlifbası” layihəsini hazırlayıb nəşr etdirib. 
M.Şahtaxtlı 1894-cü ildə Azərbaycan dilində nəşr etmək istədiyi qəzet və 
yaratmaq istədiyi mətbəənin avadanlıqlarını almaq üçün Naxçıvana gəlir 
və ata mülkünün bir hissəsini 18 min manata satır. 1899-1902-ci illlərdə 
Fransanın Sorbon Universitetində Ali Təcrübi Təhsil məktəbində  təhsil 
alır. Bu dövrdə Tifl isə qayıdan görkəmli ictimai-siyasi xadim, publisist 
şəxsi mətbəəsini qurur, “Şərqi-rus” qəzetini nəşr etdirir. 1906-cı ildə isə 
həmin mətbəəni Cəlil Məmmədquluzadəyə bağışlayır. 1907-ci ildə İrəvan 
quberniyasından Dövlət Dumasına millət vəkili seçilir. 1909-1912-ci 
illərdə Rusiya İmperiyasının Türkiyədəki səfi rliyində tərcüməçi-jurnalist 
olan M.Şahtaxtlı sonrakı dövrdə Bakı Dövlət Universitetində şərqşünas 
kimi çalışır. Bu sahədəki fəaliyyətinə görə universitetin Elmi Şurası 
tərəfi ndən ona Professor elmi adı verilir. O, BDU-nun ilk azərbaycanlı 
professoru idi.
 M.Şahtaxtlı 12 dekabr 1931-ci ildə Bakı şəhərində vəfat edib.


15
HÜSEYN MINASAZOV
(1881-1932)
Hüseyn Baxşəli oğlu Minasazov 1881-ci ildə 
Borçalının Sarvan kəndində dünyaya gəlib. İbtidai 
məktəbi doğma kəndi Sarvanda bitirdikdən sonra 
təhsilini 1889-cu ildə həmin dönəmlərdə Cənubi 
Qafqazda çox məşhur olan bir elm ocağında – 
Qori Müəllimlər Seminariyasında davam edib. 
1894-cü ildə  həmin elm ocağında tam kursu 
bitirib. Elə  həmin ildə o, Azərbaycana köçüb, 
əvvəlcə Cavad qəzasının (indiki Salyan rayonu) Xıllı kəndində, sonra isə 
Bakıya gələrək ikisinifl i Sabunçu məktəbində rus dili müəllimi işləyib.
Hüseyn Minasazov müəllim işləyə-işləyə  mətbuat səhifələrində 
ictimai quruluşa, milli hiss və münasibətlərə, qadın azadlğına və s. 
problemlərə həsr olunan elmi, elmi-publisist məqalələr dərc etdirib. Hətta 
bu cür məqalələrə görə, onun başqaları ilə münaqişələri də olurdu.
Jurnalistikaya olan böyük marağı  nəhayət, onu mətbuatda işləməyə 
gətirir. 1902-ci ildə Hüseyn Minasazov redaksiyalardan birinə korrektor 
vəzifəsinə düzəlir. Çox keçmir ki, gənc Hüseyn o vaxtlar çox nüfuzlu 
qəzetlərdən hesab olunan “Kaspi” qəzetinə korrektor təyin olunur. Elə 
həmin illərdə böyük publisist, məşhur qəzet işçisi “Əkinçi” qəzetinin 
təsisçisi Həsən Bəy Zərdabi ilə tanış olur.
1906-cı ildə Hüseyn Minasazov yaxın ziyalı dostları ilə birlikdə 
döğma vətəni Gürcüstana gəlir və Tifl isdə çıxan “Zaqafqaziye” qəzetində 
əməkdaşlıq edir. O, burada Cəlil Məmmədquluzadə, Ömər Faiq 
Nemanzadə, Qr. Diasamidze, i. Nakaşidze, P. Qotua kimi tanınmış elm, 
incəsənət xadimləri ilə dostlaşır.
Hüseyn Minasazov böyük ədib İlya Çavçavadzenin ölümü ilə əlaqədar 
1907-ci ildə  “İsari” qəzetində yaxın qələm dostu sonra iş yoldaşı olan 
E. Bondarenkonun xəstəliyi ilə bağlı “Jurnalistin payı” adlı məqaləsi o 
vaxtkı ictimai aləmdə böyük sensasiya yaradır.
Görkəmli jurnalist o dövr üçün lazımi və gərəkli olan qəzet, mətbuat 
məsələlərinə çox ciddi yanaşıb və B. Yeqorov, B. Ostrovski və başqa 


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə